AŞNA

is.
1. Dost, yaxın, tanış, tanış-biliş, yoldaş.
Qəriblikdə yada düşər yanaram; Aşna, yoldaş, yar, müsahib, ellər, hey! M.V.Vidadi.
[Şəhrəbanı xanım:] Srağagün aşnası zərdablı Qurban bəyə kağız yazdı ki, Şamaxı çəngilərinin vədəsini alsın, toya göndərsin. M.F.Axundzadə.
Bir neçə il bundan əqdəm İrandan Tiflisə bir aşnam gəlmişdi. Ə.Haqverdiyev.

// Bəzən müraciət yolu ilə deyilir. Aşna, mən buna razı deyiləm.
Aşna, qorxdun ha! – [Tofiq:] …Aşna, öz aramızdır, yaxşı ovçusan. M.İbrahimov.

// Bəzən zarafat, istehza, kinayə ilə deyilir.
Bəyin fikrinə gəldi ki, aşnam məni əkmək istəyir. Mir Cəlal.
[Əhməd:] Özü də aşnamın bu saat işi, deyəsən, yaşdır. Ə.Əbülhəsən.

2. köhn. Qeyri-rəsmi arvad, yaxud kişi; oynaş.
[Hacının oğlu] arvadından savayı, bir rus qızı da aşnası var idi. Ə.Haqverdiyev.
Cəld qapını açan bu xanım indi aşnasının gəlişindən narazı kimi olmuşdu. M.Hüseyn.

Синонимы

  • AŞNA aşna bax 1. dost; 2. oynaş
  • AŞNA dost — yaxın — tanış — yoldaş

Омонимы

  • AŞNA AŞNA I is. [ fars. ] Dost, yaxın, tanış, yoldaş. Gör aşnam özünü kimlərnən yan-yana qoyur (Anar). AŞNA II is

Антонимы

  • AŞNA AŞNA – DÜŞMƏN Baş üstə sizin murov mənimlə aşnadır (Ə.Haqverdiyev); Düşmən qüvvəsini bizim üstümüzə atır (S
AŞMAQ
AŞNA-DOST
OBASTAN VİKİ
Aşnaabad (Urmiya)
Aşnaabad (fars. آشناآباد‎) - İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 335 nəfər yaşayır (100 ailə). Burada müxtəlif tayfalar yaşayır ki, hazırda onların çoxu Urmu şəhərində məskunlaşmışlar. Kəndin etnik tərkibi azərbaycan türklərindən ibarətdir.
Aşnak
Aşnak, Əşnək — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indiki Talin rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 12 km cənubda, Alagöz dağının cənub-qərbində, İrəvan-Talin avtomobil yolunun sol tərəfində yerləşir. «İrəvan əyalətinin icmal dəftəri»ndə, Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Kəndin adı həm də Eşnək formasında göstərilir. Kəndin adı ilk dəfə V əsrdə xatırlanır. Burada IV-V əsrlərə aid alban kilsəsinin qalıqları, IX-X əsrlərdə tikilən qalanın xarabalıqları indi də durur. Qədim Aşnak kəndi indiki Aşnak kəndindən 5 km qərbdə yerləşmişdir. Toponim aşina //aşna türk etnoniminə cəmlik bildirən -k şəkilçisinin artırılması yolu ilə düzəlib «aşina tayfasının yaşadığı kənd» mənasını ifadə edir. Etnotoponimdir. Quruluşca sadə toponimdir.
Aşnaq (Salmas)
Əşnək (fars. اشنك‎‎) - İranın Qərbi Azərbaycan ostanının Salmas şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə‎ 745 nəfər yaşayır (135 ailə).

Значение слова в других словарях

зака́ливание коменда́нт лунообра́зный надзира́тельский Небеса́ обши́кать оттене́ние оттряхну́ть портула́ковые тампони́ровать переду́мывать провока́торша убеди́тельно хрущ bald brattery deglaciate flyblow groaning sesquicentennial spellbind вразрез кампучиец пробормотать расковать