Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Asen Nikolov
Asen Nikolov (bolq. Асен Николов 5 avqust 1976, Plovdiv) — Bolqarıstan futbolçusu. == Həyatı == Asen Nikolov 5 avqust 1976-cı ildə Bolqarıstanın Plovdiv şəhərində anadan olmuşdur. == Karyera == Əvvəlki klubları: Maritsa Plovdiv, Levski Sofiya, Slaviya Sofiya, Turan Tovuz, Partizan, Bakı, Qəbələ. 2009-cu ildən Slaviya Sofiyada çıxış edir. == Uğurları == Üçqat Bolqarıstan çempionu (Levski Sofiya — 2001, 2002, 2003) Bolqarıstan kubokunun ikiqat qalibi (Levski Sofiya — 2002, 2003) Azərbaycanın ən yaxşı futbolçusu (Turan Tovuz — 2005).
Asen sülaləsi
Asen sülaləsi — İkinci Bolqar imperiyasını idarə etmiş ilk sülalə. == Kökləri == Asen sülaləsini quran 3 qardaş: IV Pyotr, I İvan Asen və Kaloyanın əslən hansı millətdən olması mübahisəlidir. 3 fərziyyə irəli sürülmüşdür: Bolqar kökü: Əsas fərziyyə və nəzəriyyədir. Səbəb bütün tarixi sənədlərdə "Bolqarıstan", "Bolqar", "Bolqarlar" kimi terminlərin keçməsidir. Valax kökü: Bəzi tarixçilərin müəyyən salnamələrə əsaslanıb irəli sürdüyü nəzəriyyədir. Türk-Kuman kökü: Sülalədəki bəzi hökmdarların adlarının kuman dilindən gəldiyini sürən tarixçilərin nəzəriyyəsi. == Hökmdarlar == == İstinadlar == == Mənbələr == Božilov, Ivan (1985). Familijata na Asenevci (1186–1460) (in Bulgarian). Sofia: Bulgarian Academy of Sciences. OCLC 14378091.
Mitso Asen
Mitso Asen (XIII əsr – 1277 və ya 1278, Troya, Bizans imperiyası) — Çar, II İvan Asenin kürəkəni. II Kalmanın devrilməsindən sonra taxta çıxmışdı. Əslən Asen sülaləsindən olmayıb, II İvan Asenin kürəkəni olduğu üçün bu soyadını götürmüşdür. Cəmi 1 il taxtda qalmış, lakin əyanların üsyanı nəticəsində Anadoluya qaçaraq VIII Mixail Paleoloq tərəfindən ona ev və mülk verilmişdir. Təqribən 1277-ci ildə vəfat edib. Mariya Asenina ilə evlənmiş, ondan bu övladları olmuşdur: III İvan Asen Kira Mariya — I Georgi ilə evlənmişdi. John V. A. Fine, Jr., The Late Medieval Balkans, Ann Arbor, 1987.
Asen Zlatarov
Asen Zlatarov (bolq. Асен Христов Златаров; 4 fevral 1885 – 22 dekabr 1936, Vyana) — Bolqarıstan biokimyaçısı, ictimai xadimi, yazıçısı və professoru. == Bioqrafiya == Asen Zlatarov 4 fevral 1885-ci ildə Haskovoda anadan olub. Atası Xristo Zlatarov 1851-ci ildə Stambolovo əyalətinin Haskovo kəndində yaradılmış ilk dünyəvi məktəbin müəllimi olub. Daha sonra Cenevrə Universitetində kimya üzrə təhsil almışdır (1904-1907). 1908-ci ildə Qrenobl Universitetində kimya və fizika elmləri doktoru olur. “Kimya və sənaye” və “Təbiət və elm” jurnallarının, “Təbiət fəlsəfəsi oxu” və “Elm və həyat” kitabxanalarının redaktoru olub. 1924-cü ildə xüsusi, 1935-ci ildə isə Sofiya Universitetinin baş professoru təyin edildi. 1928-ci ildə Bolqarıstan Kimyaçılar İttifaqının sədri seçilmiş, 1934-cü ildə Madriddə keçirilən 11-ci Beynəlxalq Kimya Konqresində iştirak etmişdir. 1935-ci ildə Asen Zlatarov, yerli tələbələri ziyarət etmək üçün Belqrada gedir və onlarla bir sıra söhbətlər edir.
ASEAN
Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyası, ASEAN (Association of Southeast Asian Nations) - 8 avqust 1967-ci ildə Vyetnam müharibəsindən qaynaqlanan kommunist genişləməyə qarşı olaraq Filippin, Malayziya, Tayland, İndoneziya və Sinqapur arasında qurulan beynəlxalq təşkilat. O vaxtdan bəri,8 Yanvar 1984-cü ildə Bruney Darussalam , 28 iyul 1995-ci ildə Vyetnam, 23 iyul 1997-ci ildə Laos və Myanma və 30 aprel 1999-cu ilda Kamboca. və Şərqi Timor 11 noyabr 2022-ci il təşkilata daxil olmuşdur. 2005-ci ildə təşkilatın ümumi daxili nəticəsinin cəmi təxminən 884 milyard dollar idi. İldə 4%lшk bir böyümə nisbəti tutulmuşdur. 2006da GSYH 1,066 trilyona yüksəlmişdir. 2010-cu ildə, onun kombinə nominal ÜDM-ini 1,8 trilyon ABŞ dollarına çatıb. 4,46 milyon kvadrat kilometrə yayılan ASEAN bölgəsinin ümumi əhalisi tqəribən 600 milyon nəfərdir. ASEAN təşkilatının prioritet hədəfləri arasında bölgə ölkələrinin iqtisadi böyüməsinə təkan qazandırılması, ictimai və mədəni inkişaf, bölgədə sülh və sabitliyin təmin edilməsi yerləşir. 2003-ci ildə ASEAN liderlərinin ASEAN'ın 3 hissəni əhatə etməsinin lazım olduğu qərarı ilə ASEAN Təhlükəsizlik Birliyi, ASEAN İqtisadi Birliyi və ASEAN Cəmiyyət və Mədəniyyət Birliyi yaradıldı.
Ajen
Ajen (fr. və oks. Agen) — Fransanın Yeni Akvitaniya regionunda yerləşən Lo və Qaronna departamentinin inzibati mərkəzi. 162 metrə çatan Ermitaj təpəsinin ətəyində Qaronna sahillərində yerləşir. Əhalisi — 30 170 nəfər (1999). == Tarixi == İlk olaraq Yuli Sezar tərəfindən "Qalli müharibə haqqında notlar" da Aginnum kimi deyilir, nitiobriq qəbilənin şəhəri. 509-cu ildə Xlodviq tərəfindən fəth edilmişdir.
Aken
Aken (q.misir Jqn "qoruyucu") — Qədim Misir tanrısı. Ölülərin ruhlarını Meseket qayığı ilə çaydan keçərək yeraltı dünyasına daşıyan qədim Misir tanrısı. Qədim Misir mifologiyasına görə, axirət dünyası, Duatın ümumi sahəsindən (sadə insanlar üçün) və daha əlverişli "İalu"dan (müqəddəslər və seçilmişlər üçün olan hissə) ibarət idi. "Aken"in meydana çıxmasından sonra Anubis sadəcə olaraq balzamlama tanrısı oldu və Osiris yeraltı dünyasının kralı olsa da, yalnız İalu bölgəsi onun nəzarətində idi. Beləliklə, Aken bütün Duatı idarə edir. == Təsviri == Aken adətən qayığın arxa tərəfində dayanan və sükanı idarə edən qoç başlı bir adam kimi təsvir edilirdi. Onun adı ilk dəfə məşhur Ölülər Kitabında çəkilir . Orada o, günəş tanrısı Raya "Şen halqasını" gətirərək, Ranın göy qabığının qoruyucusu" kimi istiqamətləndirdi. O, həmçinin padşah Seti I məzarında təsvir olunduğu kimi tanrıların və cinlərin "zamanın ipini" çəkdiyi "zamanın ağzı" kimi təsvir edilmişdir. Onun ibadətinin əsas mərkəzi İsna (Letopolis) şəhəri idi.
Amen
Amon və yaxud Ammon, Amoun, Amun, Amen — qədim Misir dini-əfsanəsinə görə külək və bərəkət (məhsuldarlıq) tanrısı (ilahisi). Bu tanrı (allah) (ilahi) Ra — nın əlavə adı Ameni ilə səhv salınmamalıdır. == Mənşəyi == İlk olaraq Misirin mərkəzi əyalətində Amon tanrı kimi qəbul edilmişdir. XI sülalə dövründə Teben şəhərində əyalət tanrısı qəbul olunurdu. Hermontis ailəsi ölkə daxili çəkişməni öz xeyrinə həll etdikdən sonra Tebeni legitimləşdirir. XII sülalə düvründə yeni paytaxt Teben şimala köçürülür. Bundan sonra firon I Senusert Amon məbədi tikdirir. == Təsviri == Amon Amarna dövründən qabaq taclı və əsalı insan obrazında təsvir olunmuşdur. Ammarnadan sonrakı dövrdə isə mavi rəngdə olan tovuz quşu lələyindən ibarət olan qoşa tacla təsvir edilmişdir. Mavi dəri küləyi və yaranışı, lap qədim xalq inacına görə qoçu tərənnüm edirdi.
Arsen
Arsen (As) və ya Sıçanotu – D.İ. Mendeleyevin elementlərin dövri sistemində 33-cü element. Bu elementin rusca adı (mışyak) çox ehtimal ki, siçanları (rusca mış) zəhərləmək üçün istifadə olunan zəhərin adı ilə bağlıdır; digər şeylərlə yanaşı rənginə görə boz mışyak (arsen) siçan (mışı) xatırladır. Elementin latınca adı (Arsenicum) yunan sözü arsenikona (fars mənşəli) gedib çıxır. Yunanlar arsen sulfidi As2S3 (parlaq qızılı-sarı rəngli mineralı) auripiqment adlandırırdılar. Dalın lüğətində bu mineral avripiqment adlandırılıb (latın auripigmentun sözünün köhnə transliterasiyası). Aurpiqment indi də təsviri sənətdə, xüsusən də, ikona çəkilişində istifadə olunur; nə vaxtlarsa onun əsasında boyaq “kral sarısı” adlandırılırdı. Arsenin digər sulfidi As4S4 realqara mineralı şəklində rast gəlir; onun adı ərəb sözü raxc əl qxar-dan yaranıb, hərfi mənası “mağara, fliz yatağı tozu” deməkdir. Təbiətdə arsen təmiz halda və (daha çox hallarda) birləşmələr şəklində rast gəlinir. Onlardan biri – gümüş və arsenin qarışıq sulfidi Ag3AsS3 prustit adını almışdır (tərkibin sabitliyi qanunu kəşf etmiş fransız kimyaçısı Jozef Lui Prustun (1754-1826) şərəfinə Arsenin əksər törəmələri olduqca zəhərlidir, məsələn, çox pis iyli dimetilarsen (onun radikalını (CH3)2As – İsveç kimyaçısı Yens Yakov Berselius (1779-1848) kakodil adlandırmışdır (yunanca kakodes – “iylənən, pis iyli, mənfur”). Kakodilin oksidi (CH3)2As-O-As(CH3)2 daha çox məlumdur.
Asena
Asena (lat. Acaena) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinə aid bitki cinsi.
Axen
Aaxen (alm. Aachen‎) — Almaniyanın qərbində Şimali Reyn-Vestfaliya vilayətində, Hollandiya və Belçika ilə sərhəd bölgədə yerləşən bir şəhərdir. Əhalisi 258.380 min (2009) nəfərdir. Şəhərdə əsas texiniki universitetlərdən biri olan "Rheinisch-Westfälische Technische Hochschule" yerləşir. == Tarixi == Axen eramızın 1-ci əsrinə aid Qədim Roma yaşayış məskəni Akve Qranninin yerində salınmışdır. 8-ci əsrin sonunda Frank imperiyasının paytaxtı, orta əsrlərdə isə mədəni və siyasi mərkəzi olmuşdur. Axen 1170-ci ildə birinci, 1330-cu ildə isə ikinci qala divarları (dövrümüzədək 4 bürc və 2 darvaza qalmışdır) ilə möhkəmləndirilmişdir. 1562-ci ildə kralların tacqoyma mərasimi Frankfurt-Mayn şəhərinə köçürüldükdən sonra tənəzzülə uğramışdır. 1794-cü ildə fransızlar tərəfindən işğal olunan Axen Vyana konqresinin qərarı ilə Prussiyanın ərazisinə qatılmışdır (1815). 1871-ci ildən Almaniyanın tərkibindədir.
Aşan
Aşan (Marağa) — İranda kənd. Aşan — Xocavənd rayonunun inzibati ərazi vahidində kənd. Aşandağ — Xocavənd rayonu ərazisində dağ.
Aşer
Aşer (Tam adı: Usher Raymond; 14 oktyabr 1978, Dallas) — ABŞ-lı 8 Grammy mükafatçısı R&B musiqiçisi. Ən çox Grammy qazanan qaradərili musiqiçilərdən biridir. Bütün dünyada 65 milyon albomu satılmışdır. Billboard Hot 100-də 9 dəfə bir nömrə, 16 dəfə top 10-da qalib olmuş mahnıları var. Billboard Hot 100 tarixinin ən uğurlu 16-cı sənətçisi, 21-ci əsrin ən uğurlu 2-ci sənətçisi və 21-ci əsrin Billboard Hot 100 siyahısının ən uğurlu sənətçisi olmuşdur. == Sənətçi haqqında == 1994-cü ildə tanıtım albomu olan "Usher" ilə peşəkar karyerasına başlamışdır. Bu albomuyla çox yaxşı satış qrafiki əldə etməsə də diqqətləri özünə çəkən Aşer 1997-ci ildə orta məktəbdən məzun olduqdan sonra, ikinci albomu "My Way"i yayımlamışdır. Albom 10 milyon nüsxə satılaraq böyük uğur qazanmışdır. Rəqsi və səsi ilə bir anda maraq dairəsinə girən Azəer 2001-ci ildə "8701" adlı albomunu satışa çıxarmış və uğurlu satış göstəriciləri əldə etmişdir. 2004-cü ilin mart ayında "Confessions" albomu işıq üzü görmüşdür.
Eşen
Eşen- (alm. Eschen‎)-Lixtenşteyn knayzlığında şəhər. 2010-cu ilin məlumatlarına görə əhalinin sayı 4215 nəfər, sahəsi isə 10,381 km²-dir. Rəsmi kodu 7007, poçt indeksi 9492-dir. == Tarixi == Eşenin ərazisində qədim yaşayış məntəqələrindən olan Malanser və Şnellər yerləşir. Burada Roma imperiyasından qorunmaq üçün qədim hasarlar aşkar edilmişdir. Eşen adı ilk dəfə 850-ci ilın yazılarında rast gəlindiki, orada da Essan kimi adlandırılırdı.1217-ci ildən knyazlığın tərkibinə daxil edildi. == İqtisadiyyatı == Burada iqtisadiyyat və ticarət yaxşı inkişaf edib. Həmçinin idman kompleksləri də burada çoxluq təşkil edir.
Pasen
Pasen (fr. Passins) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Morstel kantonuna daxildir. Kommunanın dairəsi — La-Tur-dyu-Pen. INSEE kodu — 38297. Kommunanın 1999-cu il üçün əhalisi 696 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 210 ilə 377 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 430 km cənub-şərqdə, Liondan 50 km cənub-şərqdə, Qrenobldan 65 km şimal-qərbdə yerləşir.
Aşxen
Aşxen (erm. Աշխէն; bilinmir, Alaniya – bilinmir?) — Ermənistan Kraliçası və Ermənistan Kralı III Trdatla olan evliliyi sayəsində Arşakuni sülaləsinin üzvü. == Ailə və mənşəyi == Aşxen sarmat mənşəli bir monarx idi. O, adı açıqlanmayan qadın tərəfindən Aşxadar kimi tanınan alanların kralı Aşxadarın qızı idi və bilinən övladıdır. Aşxen 260-280-ci illər arasında naməlum bir tarixdə anadan olub və Alan Krallığında böyüyüb. III Trdat ilə evlənməzdən öncə onun erkən həyatı haqqında çox az şey məlumdur. Aşxen adı qadın erməni adıdır. Adı "qara" və ya "mavi-qara" mənasını verən "axsen" "boz" və ya "zend axsaena" sözündən gəlir. Bu ad həmçinin "xset" və ya "zend xsaeta" "odlu qırmızı" sözündən də gələ bilər. Aşxen Aşxadar adından yarana bilər.
Asəf
Asəf — kişi adı. Asəf İsgəndərov — fizika-riyaziyyat elmləri doktoru, professor Asəf ibn Bərxiyə Asəf Zeynallı — Azərbaycan bəstəkarı. Asəf Məmmədov — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri.
III İvan Asen
III İvan Asen — Çar, 1259-cu ildə doğulmuşdur. == Hakimiyyətə gəlişi == 1279-cu ildə Bizans orduları və yerli əyanlar tərəfindən üsyançı İvaylonun əleyhinə olaraq hökmdarlığa gətirilmişdi. İmperatorun qızı İrene Paleoloqina ilə evlənmiş, öz bacısı Kira Mariyanı da kuman əsilzadə Georgi Terter ilə evləndirmişdi. Lakin İvaylonun Bizanslıları məğlub etməsindən sonra qorxuya düşüb Bizansa qaçmış, oradan da Noğay xanın iqamətgahına gedərək İvaylonu öldürtdürmüşdü. Taxta qayıda bilməyən çar 1303-cü ildə Bizansda vəfat etdi. == Ailəsi == İrene Paleoloqina ilə evlənmiş, Bizansda yüksək önəmə sahib Asaneslər sülaləsinin əsasını qoymuşdur. Övladları: Mixail Asan Andronik Asan İsaak Asan Konstantin Asan Teodora Asanina Mariya Asanina == Mənbələr == John V. A. Fine, Jr., The Late Medieval Balkans, Ann Arbor, 1987.
II İvan Asen
II İvan Asen — İkinci Bolqarıstan imperiyasının V imperatoru (1218–1241), I İvan Asenin oğlu. == İlkin hakimiyyəti == 1207-ci ildə Qaliç-Volin knyazlığına qaçmış, 1218-ci ildə onların köməyi ilə hakimiyyəti əlinə almışdı. İvanın ilk siyasəti müttəfiqlər qazanmaq olmuşdu. Belə ki, qızı Mariyanı Epir despotluğunun hökmdarı Teodorun qardaşı Manuel Dukasla evləndirmiş, özü də Macarıstan kralı II Andraşın qızı Anna Mariya Arpad ilə evlənmişdi. == Epirlə münasibətlər == 1228-ci ildə Latın imperatoru I Robertin ölümündən sonra taxta çıxmış əyanlar II Bolduinin qəyyumu olaraq II İvan Aseni düşünürdülər. Bu arada imperiyanın torpaqlarını işğala başlayan Teodor 1230-cu ildə Bolqarıstana müharibə elan etmişdi. Döyüşə pozulan müqavilənin mətni ilə gələn Çar İvan, Teodoru ağır məğlubiyyətə uğratmış, torpaqlarını ələ keçirmiş, beləliklə Adriatik dənizi sahillərinəcən sərhədləri genişləndirmişdi. Epirin qalan torpaqları isə Manuel Dukasa verilmişdi. == Serbiya və Nikeya ilə münasibətlər == 1231-ci ildə yerli əyanlar Latın imperiyasının qəyyum olaraq Qüds krallığının keçmiş hökmdarı İohann de Brieni seçmişdilər. Bu İvanı qəzəbləndirmiş, Nikeya imperiyası ilə ittifaq qurulmasına təkan vermişdi.
I İvan Asen
I İvan Asen - İkinci Bolqarıstan imperiyasının ikinci imperatoru. 1185-ci ildə Bizans imperiyasına qarşı qaldırılan qiyamın başçısı olmuşdur. Qardaşı IV Pyotr ilə birlikdə II İsaak Angelosu məğlub edərək müstəqil dövlət qurmuşdur. == Hakimiyyəti == I Fridrix Barbarossa ilə müttəfiqliklərini təhlükə kimi görən II İsaakın ordusunu ağır məğlubiyyətə uğratdığına görə 1189-cu ildə qardaşı IV Pyotr tərəfindən çar elan olunmuşdur. 1191-ci ildə Sofiya və Nişi ələ keçirən İvan, 1195-ci ildə Belqradı, 1196-cı ildə də Melniki ələ keçirmişdi. Serres döyüşündə böyük qalibiyyət qazandıqdan sonra geriyə qayıdan İvan Asen, öz generallarından biri olan İvanko tərəfindən öldürülmüşdür. == Ailəsi == İvan Asenin ilk həyat yoldaşı Mariya adlı bir qadın olmuş, daha sonra Yelena adlı bir qadınla evlənmişdir.
ASE
Azərbaycan Sovet Ensiklopediyası və ya qısaca ASE (azərb-kiril. Азәрбајҹан Совет Енсиклопедијасы (АСЕ)) — 10 cilddən ibarət Azərbaycan dilində ensiklopediya. == Tarixi == "Azərbaycan Sovet Ensiklopediyası"nın nəşr edilməsi haqqında" qərar Azərbaycan KP MK və Azərbaycan SSR Nazirlər Soveti tərəfindən 1965-ci il 30 dekabrda verilmişdir. Qərara əsasən, oncildlik "Azərbaycan Sovet Ensiklopediyası (ASE)" və "Azərbaycan SSR" xüsusi cildi (Azərbaycan və rus dillərində) buraxılmalı idi. Həmin dövrdə respublikada ensiklopediya nəşretmə təcrübəsi olmadığına və peşəkar kadr azlığına baxmayaraq, 1970-ci ildə Rəsul Rzanın rəhbərliyi ilə ASE-nin "Azəri Sovet Ensiklopediyası" adlı 1-ci cildi buraxıldı. Sov.İKP MK Siyasi Bürosunun qərarına əsasən, həmin cild sovet ideologiyasının tələblərinə cavab verməyən nəşr hesab edilərək 20 min nüsxəlik ilk tirajı qısa müddətdə satışdan yığışdırılaraq mütləq əksəriyyəti məhv edildi. Rəsul Rza baş redaktor vəzifəsindən azad olundu. Azərbaycan KP MK-nın 1975-ci il 24 oktyabr tarixli qərarı ilə bərpa olunan ASE-nin ümumi nəşri 1987-ci ildə başa çatdırılsa da, xüsusi cild buraxılmadı. Halbuki onun bütün cildlərində Azərbaycanla bağlı bəzi məqalələr yeri gəldikcə "Azərbaycan SSR" xüsusi cildinə istinadən verilmişdi. SSRİ-də "perestroyka" başlayanda da "Azərbaycan SSR" xüsusi cildinin nəşri baş tutmadı.
Sen
Sen
Sen-Sen-Deni
Sen-Sen-Deni (Sena-Sen-Deni; fr. Seine-Saint-Denis) — Fransanın mərkəzi hissəsinin şimalında yerləşən, İl-de-Frans regionun departamentlərindən biri. Sıra nömrəsi — 93. İnzibati mərkəzi — Bobinyi. Əhalisi — 1,534,895 nəfər (departamentlər arasında 6-cı yerdə, 2010-cu ilin məlumatları). Ərazisi — 236 km². Parisin şərq və şimal-şərqində yerləşən departament 3 rayon, 40 kanton və 40 kommundan ibarətdir. Sen-Sen-Deni departamenti 1968-ci il yanvarın 1-də yaradılmış , keçmiş Sena və Sena və Uaza departamentlərinin ərazilərindən ibarət idi. Emmanuel Beldiler. Naissance d'un département et d'une préfecture dans le 9-3, De la Seine et de la Seine-et-Oise à la Seine-Saint-Denis : une histoire de l'État au xxe siècle.
Esen (Averon)
Esen (fr. Ayssènes, oks. Aissenas) — Fransada kommuna, Cənub-Pireneylər regionunda yerləşir. Departament — Averon. Sen-Rom-de-Tarn kantonuna daxildir. Kommunanın dairəsi — Miyo. INSEE kodu — 12017. Kommuna təxminən Parisdən 540 km cənubda, Tuluza şəhərindən 120 km şimal-şərqdə, Rodezdən isə 36 km cənub-şərqdə yerləşir. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 217 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 127 nəfərin (15–64 yaş arasında) 87-i İqtisadi aktiv, 40-ı fəaliyyətsizdir (fəaliyyət göstərici 68,5%, 1999-cu ildə bu 72,7%).
Kamil Yaşen
Kamil Yaşen (12 (25) dekabr 1909, Əndican, Fərqanə vilayəti – 25 sentyabr 1997, Daşkənd) — Özbəkistan yazıçısı. == Həyatı == Kamil Yaşen 1909-cu ildə doğulmuşdu. Kamil Yaşen Özbəkistan Yazıçılar İttifaqının sədri olmuşdu. Kamil Yaşen 1997-ci ildə vəfat edib.