AYŞƏXATIN
AYTAC
OBASTAN VİKİ
Ayşən Bayramova
Ayşən Bayramova (24 dekabr 1998) — gimnast. 24 dekabr 1998-ci ildə Rusiyanın Çita şəhərində anadan olmuşdur. Azərbaycanlı bədii gimnastdır. Azərbaycanı 2015 Avropa Oyunlarında təmsil etmişdir. Müxtəlif illərdə çox saylı Dünya Kubokları və Grand Prix mükafatçısı. 2018-ci ildə Avropa çempionatı bürünc mükafatçısı. 2019-cu il Bakı şəhərində təşkil olunmuş Dünya Çempionatında Tokio 2020 Olimpiya oyunlarına lisenziya qazanmışdır. == Həyatı == Ayşən Bayramova 24 dekabr 1998-ci ildə Rusiyanın Çita şəhərində anadan olmuşdur. 2007-ci ildən bədii gimnastika ilə məşğul olur. Bakı şəhəri 145 nömrəli tam orta məktəbi bitirib.
Ayşən Mehdiyeva
Ayşən Qruda
Ayşən Qruda (22 avqust 1944, Yeşilköy[d], İstanbul ili – 23 yanvar 2019, İstanbul) — Türk teatr və kino aktrisası. Pomidor gözəli ləqəbi ilə tanınan Ayşən Qruda bir çox Yeşilçam sinema filmlərində Şener Şen, Adile Naşit, Kamal Sunal, İlyas Salman kimi aktyorlarla baş rolda yer aldı. 23 yanvar 2019-cu ildə mədəaltı vəzin xərçəngi səbəbindən 74 yaşında İstanbulda öldü. Onun kimi bir aktyor olan Ayten Ermanın bacısı olan Gruda'nın bacısı Ayben Erman da bu sənətdədir. == Həyatı == Ayşən Qruda, 30 noyabr 1945-ci ildə Osmanlı dövründə qərargah olaraq istifadə edilən İstanbulun Yeşilköy qəsəbəsindəki Erman Ailəsinin ortancıl qızı olaraq dünyaya gəldi. Atası maşinist idi. Komediya qabiliyyətini hələ uşaq yaşlarında Yeşilköydəki evlərində erməni qonşularını təqlid edərkən ailəsi tərəfindən kəşf edildi. Məktəb dönəmində atasını itirən Ayşən Qruda maddi çətinliklərdən dolayı məktəbi buraxıb işləməyə başlayır. Bacıları Ayben Erman və Ayten Erman da onun kimi aktyor olacaqdı. Televiziya skitlərindən birində canlandırdığı "Pomidor Gözəli Nahide Şerbet" obrazından sonra ləqəbi "Pomidor Gözəli" olaraq qaldı.
Ayşən Əbdüləzimova
Ayşən Əbdüləzimova (11 aprel 1993, Şəki) — Azərbaycan qadın milli voleybol komandasının kapitanı.
Ayşən Gürcan
Ayşən Gürcan (1963, Burdur) — Türkiyəli bürokrat, keçmiş Ailə və Sosial Siyasətlər naziri. O, 28 avqust 2015-ci il - 17 noyabr 2015-ci il tarixləri arasında Əhməd Davudoğlunun sədrliyi ilə qurulan Türkiyə hökumətində vəzifəsini davam etdirib. O, həm də Respublika tarixində və seçki hökumətində ilk hicablı qadın nazir olub. == Erkən həyatı və karyerası == Ayşən Gürcan 1963-cü ildə Burdurda anadan olub, ibtidai və orta təhsilini də orada bitirib. === Akademik karyerası === Ayşən Gürcan 1986-cı ildə Anadolu Universitetinin Rabitə Elmləri fakültəsini bitirib. 1987-1989-cu illərdə Təhsil Ünsiyyəti və Planlaşdırılması üzrə magistr dərəcəsinə yiyələnmiş, təhsil texnologiyası mövzusunda doktorluq dərəcəsini almışdır. 1990-2005-ci illər arasında Anadolu Universiteti Təhsil fakültəsində tədqiqatçı, müəllim və əməkdaş kimi çalışmışdır. O, təhsil elmləri, tədris və təlim, təhsil ünsiyyəti, texno-psixologiya və ailə təhsili ilə bağlı çoxsaylı əsərlərin müəllifidir. Hal-hazırda İstanbul Ticarət Universitetinin müəllim heyətinin üzvüdür. === Bürokrat karyerası === 2006-2011-ci illər arasında Gürcan Türkiyə Baş Nazirliyində Ailə və Sosial Araşdırmalar üzrə baş menecer vəzifəsində çalışıb.
Ayşənur İslam
Ayşənur İslam (16 yanvar 1958, Üsküdar, İstanbul ili) — türk siyasətçisi və müəllimi. 25 dekabr 2013-cü ildə Ərdoğanın üçüncü kabinetində Ailə və Sosial Siyasət naziri vəzifəsinə təyin edilib və 28 avqust 2015-ci ilə qədər bu vəzifədə çalışıb. == Həyatı == Ayşənur İslam 16 yanvar 1958-ci ildə İstanbulun Üsküdar səmtində Mehmet İslam və Cahidə İslamın ailəsində anadan olub. O, Ankara Universitetində türk ədəbiyyatı təhsili alıb və həmin universitetdə magistr dərəcəsinə də yiyələnib. Qazi Universitetindən isə fəlsəfə doktoru dərəcəsini almışdır. Ayşənur Yılmaz 2005-ci ildə dosent elmi adına yiyələnib. İslam Ankara Universiteti, Kırıkkale Universiteti və Başkənd Universitetində pedaqoq kimi çalışıb. On kitabın və 40-a yaxın nəşrin müəllifidir. O, Ədalət və İnkişaf Partiyasından keçmiş millət vəkili Mərvə Kavakçının da qayınatası olan Nadir Lətif İslamın gəlinidir. Həyat yoldaşı Bahadır İslam həkimdir, yardım təşkilatlarında könüllü işləyir.
Ayşənur Yazıcı
Ayşənur Yazıcı (13 sentyabr 1958, Elazığ) – Türkiyəli aparıcı və yazıçı. A.Yazıcı Ərzurumlu zabit ata və Elazığlı müəllim ananın ilk övladı olaraq dünyaya gəlib. O, ibtidai təhsilini Anadolunun müxtəlif yerlərində, orta məktəbi Parisdə, liseyi Ankara Tofiq Fikrət Liseyində, universiteti Fransanın Lion şəhərindəki Rhone Akademiyasında bitirib, kosmetologiya və səhnə kino sənəti üzrə təhsil alıb. 1983-cü ildə İzmir TRT-də işləməyə başlayıb. TRT-dəki işinə davam edərkən Christian Dior şirkətinin Türkiyə nümayəndəliyində 5 il texniki müdir və təlimatçı olaraq çalışıb. Printemps mağazalarının reklam, animasiya və ictimaiyyətlə əlaqələr müdiri vəzifəsində olduğu illərdə geniş çərçivəli kosmetika promosyonların ilk tətbiqçisi və təbliğatçısı olub. O, 1984-cü ildə evlənib, lakin 1986-cı ildə boşanıb. Onun bu evlilikdən 1986-cı ildə Kərəm adında bir oğlu dünyaya gəlib. 1989-cu ildə isə indiki soyadını hələ də istifadə etdiyi Cem Yazıcı ilə evlənsə də 1996-cı ildə onunla da boşanıblar. 1990-2011-ci illər arasında özəl televiziyalarda və TRT-də diktor və veriliş aparıcısı kimi işləyib.