Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Ağahəsən Ağahüseynov
Ağahəsən Ağahüseynov (tam adı: Ağahəsən Yarı oğlu Ağahüseynov; 19 aprel 1957, Bakı, Azərbaycan SSR, SSRİ – 20 yanvar 1990, Bakı, Azərbaycan SSR, SSRİ) — Qanlı Yanvar şəhidi. == Həyatı == 1957-ci il aprelin 19-da Bakıda anadan olmuşdur. Xətai rayonundakı 8 nömrəli elektrik şəbəkəsində elektrik mantyoru işləmişdir.Ailəli olmuş, Bəxtiyar və Səbuhi adlı iki oğlu yadigar qalmışdır. == Qanlı Yanvar faciəsi == O gün axşam Ağahəsən qardaşı Tavabillə bir yerdə Salyan qazarmasının yanında olmuşdur. Qardaşı bu hadisəni müxtəlif vaxtlarda belə xatırlamışdır: Ağahəsənə 4 güllə dəymiş, gövdə nahiyəsinin sağ və sol tərəfləri dağıdıcı zədələnmiş, şok vəziyyəti yaranmışdı. Aparılmış cərrahiyyə əməliyyatının köməyi olmamış, səhər saat 7-də aldığı xəsarətdən vəfat etmişdir. Əhmədli qəbiristanlığında dəfn edilmişdir. == Ünvan == Yeni Əhmədli qəsəbəsi, Sarayevo küçəsi, ev 18, mənzil 104.
Dizac-i Ağahəsən (Azərşəhr)
Dizac-i Ağahəsən (fars. ديزج اقاحسن‎) — İranın Şərqi Azərbaycan ostanının Azərşəhr şəhristanı (Tufarqan) ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 237 nəfər yaşayır (66 ailə).
Ağahəsənbəyli (Germi)
Ağahəsənbəyli (fars. اقاحسن بيگلو‎) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd. == Coğrafi yerləşməsi == Mərkəzi şəhristanının Germi bölgəsinin Ücarud kəndistanında, Germi qəsəbəsindən 20 km. şimal-şərqdə, Germi-Biləsuvar avtomobil yolunun 14 kilometrliyindədir. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 215 nəfər yaşayır (38 ailə).
Ağkəsən
Ağkəsən — Qax rayonu ərazisində dağ. Ağkəsən — Şəki-Zaqatala rayonları ərazisindən axan çay.
Ağasən ocağı
Ağasən ocağı və ya Piyə Piruzə piri — Yardımlı rayonunun Anzov kəndində pir. Anzov kəndinin mərkəzi hissəsində yerləşir. Bu ocaq əvvəllər Pirə Piruzə, sonralar isə Ağasən ocağı adlanıb. Adı Pirə kimi götürdükdə Piruzə piri alınır. Bundan başqa dialektdə "Piyə" sözü də işlənir ki, bu da təndir qoyarkən yumrulanan gilə deyilir. Yenə də Piruzə piyəsi alınır. Hər iki halda ocağın qadına məxsus olduğu anlaşılır. Ağasən ocağı adlanması isə onun Ağasənin evinin yanında yerləşməsindən və həmin ocağın Ağasən tərəfindən mühafizə edilməsindən asılıdır. == Mülahizələr == Xalq arasında sadəcə «Ocaq» adlanan bu ziyarətgah (Pirə Piruzə ocağı) müqəddəs ümid, kömək yeridir. Kəndin çox yaşlı, hətta dünyasını dəyişmiş sakinlərinin dediyinə görə bu yerdə bir seyyidə qadın dəfn olunub və o, əvvəlcə Alar, sonralar isə Solqard kəndində yaşayan seyidlərin qohumu olmuşdur.
Ağahüseyn Ağasıyev
Ağahüseyn Ağasıyev (azərb. Ağahüseyn Mirzəhadı oğlu Ağasıyev‎) — Kapitan. == Haqqında == Ağahüseyn Ağasıyev İçəri şəhərdə tacir ailəsində anadan olmuşdur. 1919-cu ildə "Hərbiyyə məktəbi"ni bitirən ilk məzunlardan biri idi. 1920-ci ilin əvvəllərində Milli ordunun "Yardım alayı"nda rota komandiri olmuşdur. 1921-ci il avqustun dördündə Nəriman Nərimanovun təşəbbüsü ilə iyirmi səkkiz nəfərdən ibarət Türkiyəyə gedəcək Azərbaycanın səlahiyyətli nümayəndəliyi təşkil olunur. Onların arasındakı altı nəfər hərbiçidən biri də Ağahüseyn Ağasiyevdi. Diplomatik nümayəndəliyin başçısı İbrahim Əbilov təyin olunmuşdu. Kapitan Ağasiyev əvvəlcə Ankarada səfirliyin hərbi attaşesinin əməkdaşı, sonra isə səfir İbrahim Əbilovun müavini kimi məsul vəzifələrdə çalışmışdır. Qazi Mustafa Kamal Atatürklə görüşmüşdür.
Ağahüseyn Cavadov
Ağahüseyn Xəlil oğlu Cavadov (22 aprel 1894, Xırdalan, Bakı qəzası – 19 iyun 1981, Bakı) — Azərbaycan teatr və kino aktyoru, Azərbaycan SSR xalq artisti (1938). == Həyatı == Ağahüseyn Xəlil oğlu Cavadov 22 aprel 1894-cü ildə Bakının yaxınlığındakı Xırdalan qəsəbəsində doğulub. Əvvəl mollaxanada təhsil alan Ağahüseyn 1919-cu ildə Səadət məktəbini bitirib, lakin daha sonra Ağahüseyn Cavadov maddi çətinliklər ucbatından təhsilini davam etdirə bilmir və ailəsini dolandırmaq üçün tacir yanında işləyir. == Yaradıclığı == Ağahüseyn Cavadov sənətə Tənqid-Təbliğ Teatrında başlayıb. 1920-ci ildən səhnə fəaliyyətinə başlayan aktyor "Çin tanrısı", "Fırtına", "Ovod", "Anamın kitabı", "Qanlı səhra", "Bəxtsiz cavan", "Paris Noterdam kilsəsi", "Romanovların son günləri", "Namus" tamaşalarında oynayıb.O, 1938-ci ildə yenicə təşkil edilmiş Azərbaycan Dövlət Musiqili Komediya Teatrına dəvət olunur. Cavadov burada "Ər və arvad", "Əlli yaşında cavan", "Beş manatlıq gəlin", "Arşın mal alan", "Toy kimindir", "Evli ikən subay" tamaşalarında oynayıb. Onun "Bəxtiyar", "O olmasın, bu olsun", "Bir qalanın sirri", "Qızmar günəş altında", "Sehirli xalat", "İstintaq davam edir", "Şərikli çörək", "Əhməd haradadır?" filmlərində yaratdığı rolları kino tarixinin qiymətli obrazlarıdır. Eyni zamanda Ağahüseyn Cavadov bədii əsərlərin bir çoxunun efirdə səsləndirmişdir. O, ömrünün 60 ildən çoxunu səhnəyə vermiş və 200-dən artıq səhnə obrazı yaratmışdır.Teatr sənətinə tələbəlik illərindən maraq göstərən, bəzi tamaşalarda sözsüz və epizod rollara çıxmış (müxtəlif truppalarda) Ağahüseyn Cavadov 1920-ci ilin iyunundan müəyyən fasilələrlə (arada 1942-ci ilə qədər Bakı Türk İşçi Teatrında və Musiqili Komediya Teatrında aktyorluq edib) Milli Dram Teatrında işləyib. Ağahüseyn Cavadov Milli Dram Teatrının səhnəsində Məmişov, Cəlal, Soraq kişi ("Məhəbbət", "Həyat" və "Yaxşı adam" — Mirzə İbrahimov), Dəmirçi Musa, Bərbərzadə, Mirzə Salman ("Toy", "Xoşbəxtlər" və "Nişanlı qız", Sabit Rəhman), Ocaqqulu, Xosməmməd, Həmzə, İmamverdi, Oddamdı ("Almaz", "Dönüş", "Solğun çiçəklər", "1905-ci ildə" və "Od gəlini", Cəfər Cabbarlı), Cəlal, Soraq kişi ("Həyat" və "Yaxşı adam", Mirzə İbrahimov), Qənimət ("Cavanşir", Mehdi Hüseyn), Mürsəl ("Qaçaq Nəbi", Süleyman Rüstəm), Usta Murad ("İldırım", Cabbar Məcnunbəyov), Bəbir Bəbiroviç, Qoşqar baba ("Yadigar" və "Yol ayrıcmda", İslam Səfərli), Almurad ("Mənim günahım" — İ. Əfəndiyev), İmran ("Əcəb işə düşdük", Şıxəli Qurbanov), Savalan ("Dağlar qızı", Adil Babayev), Vasin ("Tanya", Aleksey Arbuzov), Kapitan ("Köç", Cavad Fəhmi Başqut), Luka Lukiç ("Müfəttiş", Nikolay Qoqol), Brabansio, Qoca çoban ("Otello" və "Qış nağılı", Vilyam Şekspir), Petruşin ("Canlı meyit", Lev Tolstoy), Sima Popoviç ("Nazirin xanımı", Bratislav Nuşiç), Houkinis ("Şeytanın şagirdi", Bernard Şou), Platon, Məzarçı ("Şeyx Sənan" və "Xəyyam", Hüseyn Cavid), Qoca ("Şöhrət və ya unudulan adam", Nazim Hikmət), Maytreya ("Hind gözəli", Yuri Osnos və Vladimir Vinnikov) rollarında çıxış edib.Ağahüseyn Cavadov "Bəxtiyar" (Rza), "Qızmar günəş altında" (Pirioğlu), "Əhməd haradadır?" (Əhməd), "O olmasın, bu olsun" (Bəy), "Bir qalanın sirri" (Rəmmal), "Sehrli xalat" (Vəzir), "Görüş" (Əbülfəz), "Şərikli çörək" (Xırdavatçı) və digər filmlərə çəkilib.Aktyor 200-dən artıq səhnə obrazı yaratmış, 10-a qədər filmdə komik və ciddi rollar ifa etmişdir.Ağahüseyn Cavadov 19 iyun 1981-ci ildə Bakıda vəfat edib.
Ağahüseyn Kazımov
Ağahüseyn Ələkbər oğlu Kazımov (5 mart 1882, Bakı – 1937) — həkim, Azərbaycan SSR xalq səhiyyə komissarı (1920–1921). == Həyatı == Ağahüseyn Ələkbər oğlu 1892-ci ildə Bakı şəhərində anadan olmuşdur. Gimnaziyanı bitirəndən sonra 1911-ci ildə Kiyev Universitetinə qəbul olmuşdur. 1916-cı ildə universitetin tibb fakültəsini bitirmişdir.I Dünya Müharibəsində həkim kimi iştirak etmişdir. Kommunist ideyalarına sadiq bir insan idi. Azərbaycanda sovet hakimiyyəti qurulan zaman xalq səhiyyə komissarının müavini (28 aprel — 5 iyun 1920), sonra xalq səhiyyə komissarı vəzifəsində işləmişdir (5 iyun 1920 – 18 dekabr 1921). Azərbaycan KP MK Rəyasət Heyətinin üzvü olmuşdur. Səhiyyə nazirinin müavini Ağahüseyn Kazımov 1937-ci ildə xalq düşməni kimi həbs edərək güllələnmişdir.
Ağahüseyn Kərimov
Ağahüseyn Əşrəf oğlu Kərimov — Azərbaycan səs operatoru, Azərbaycan SSR əməkdar mühəndisi (1976). == Həyatı == Ağahüseyn Kərimov 1909-cu ildə anadan olub. Kinoda 1936-cı ildən səs operatoru kimi çalışmışdır.Əməkdar mühəndis Ağahüseyn Kərimov 1991-ci ildə vəfat edib. == Filmoqrafiya == Bakılılar (film, 1938) Sovet gimnastları (film, 1938) Artyom adası (film, 1939) Kəndlilər (film, 1939) Səbuhi (film, 1941) Bəxtiyar (film, 1942) Vətən uğrunda (film, 1943) Məktuba cavab (film, 1944) Arşın mal alan (film, 1945) Arazın o tayında (film, 1947) Bakının işıqları (film, 1950) Gədəbəyin sərvəti (film, 1950) Sovet Azərbaycanı (film, 1950) Xəzər neftçiləri (film, 1952) Xəzər neftçiləri haqqında dastan (film, 1953) Quba bağlarında (film, 1953) Doğma xalqıma (film, 1954) Bəxtiyar (film, 1955) Keçmişin şahidləri (film, 1956) Uzaq sahillərdə (film, 1958) Azərbaycan mədəniyyətinin baharı (film, 1959) Dənizi fəth edənlər (film, 1959) Aygün (film, 1960) N. S. Xruşşov Bakıda (film, 1960) Odla təkbətək döyüş (film, 1960) Səhər (film, 1960) Həyat öyrədir (film, 1961) Leyli və Məcnun (film, 1961) Mahnı axşamı (film, 1962) Romeo mənim qonşumdur (film, 1963) Yollar və küçələrlə (film, 1963) Arşın mal alan (film, 1965) Torpaq. Dəniz. Od. Səma (film, 1967) Bizim Cəbiş müəllim (film, 1969) O qızı tapın (film, 1970) Həyat bizi sınayır (film, 1972) Skripkanın sərgüzəşti (film, 1972) Dörd bazar günü (film, 1975) Əgər bir yerdəyiksə (film, 1975) Fəallıq (film, 1975) Alıcının sərgüzəşti (film, 1976) Ad günü (film, 1977) (tammetrajlı bədii film)-rol:Həmid dayı Bayquş gələndə… (film, 1978) Od içində (film, 1978) Gözlə məni (film, 1980) Babamızın babasının babası (film, 1981) Qaladan tapılan mücrü (film, 1982) Qocalar, qocalar… (film, 1982) Gümüşgöl əfsanəsi (film, 1984) Tənha narın nağılı (film, 1984) Yaramaz (film, 1988) == İstinadlar == == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm".
Ağahüseyn Rəsulzadə
Ağahüseyn Əli oğlu Rəsulzadə (1884, Bakı – 1938, Bakı) — Azərbaycan şairi və publisisti, 1934-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü. == Həyatı == Ağahüseyn Rəsulzadə 1884-cü ildə Azərbaycanın Bakı quberniyasının Balaxanı qəsəbəsində anadan olmuşdur. İbtidai təhsilini mədrəsədə almış, üç ildən sonra neft mədənlərində fəhlə kimi əmək fəaliyyətinə başlamışdır. 1904-cü il dekabr nümayişləri ərəfəsində Balaxanı təhsil komitəsi tərkibinə seçilmişdir. İstedadlı proletar şairi və publisist kimi kəskin siyasi məqalələri və əsərləri ilə fərqlənmişdir. Onun poeziyasında vətəndaşlıq pafosu güclü idi. 1917-ci il fevral inqilabından sonra RSDFP Balaxanı rayon komitəsi tərkibinə seçilmişdir. Balaxanı Rayon Soveti İcraiyyə Komitəsinin sədrinin müavini, sonra isə sədri olmuşdur. Bakı Sovetinə üzv seçilmişdir. Bir sıra məsul partiya və sovet vəzifələrində çalışmışdır (1928–1933).
Ağahüseyn Əlihüseynov
Ağahüseyin Mehdi oğlu Əlihüseyinov (1908, Bakı – bilinmir) — Azərbaycanın dövlət və ictimai-siyasi xadimi, Azərbaycan SSR Baş prokuroru. == Həyatı == Ağahüseyn Mehdi oğlu Əlihüseynov 1908-ci ildə Bakı şəhərində sonralar Lenin adını daşıyacaq toxucu fabrik işçisinin ailəsində anadan olmuşdur. Uşaq vaxtı , adi işçi - yağlayıcı olan atasının əməyinin nə qədər fərəhsiz və ağır olduğunu görürdü. Milyoner Tağıyev 16-18 saatlıq iş günü üçün ağlagəlməz dərəcədə az əmək haqqı verirdi. Bu ailənin ən kiçik üzvü olan Ağahüseyn də vaxtlı-vaxtında məktəbə gedə bilmirdi. Ağahüseyn çox gənc ikən muzdla işləməyə məcbur olur. 1923-cü ildə Əlihüseynov bir dərəcəli məktəbi qurtarıb, həmin ildə 1-ci dövlət mətbəəsində şagirdliyə girir. Burada komsomola daxil olur və dərhal özünü qabaqcıl komsomolçu-aktivist kimi göstərir. Mətbəənin komsomolçuları onu divar qəzetinin redaksiya kollegiyasına katib, sonra özəyə kultura-propaqanda işçisi , bir neçə müddətdən sonra katib seçirlər. Əlihüseynovun bilik öyrənmək həvəsi olduqca böyük idi.
Ağahüseyn Şükürov
Ağahüseyn Şükürov (21 dekabr 1964, Qasımlı, Masallı rayonu)– Ədəbiyyatşünas, jurnalist, Azərbaycan Jurnalistlər Birliyinin, Azərbaycan Yazıçılar Birliyinin, Türkiyə Yazıçılar Birliyinin (İLESAM) üzvü. == Həyatı == 21 dekabr, 1964-cü ildə Masallı rayonunun Qasımlı kəndində anadan olmuşdur. 1972–1982-ci illərdə Masallı rayonunun Yeddioymaq kənd orta məktəbində orta təhsil almışdır. 1983–1985-ci illərdə Sovet Ordusu sıralarında (Pribaltika Hərbi Dairəsi) həqiqi hərbi xidmətdə olmuşdur. 1985–1991-ci illərdə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) jurnalistika fakültəsini bitirmişdir. == Fəaliyyəti == 1988–1992-ci illərdə Masallı rayonunda çıxan "Çağırış" qəzeti redaksiyasında ədəbi işçi kimi əmək fəaliyyətinə başlamış, sonra bir sıra respublika qəzetlərində jurnalist kimi fəaliyyət göstərmişdir. 1999-cu ildən Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) orqanı olan "Elm" qəzetinə müxbir qəbul edilmiş, 2007-ci ilədək burada məsul katib, baş redaktorun müavini vəzifələrində işləmişdir. 2001–2007-ci illərdə Milli Məclisin orqanı olan "Azərbaycan" qəzetində korrektor, 2007–2010-cu illərdə məsul katibin müavini, 2013–2014-cü illərdə "Elm" qəzetində müxbir , AMEA Nizami adına Ədəbiyyat İnstitutunda mətbuat xidmətinin rəhbəri, 2014–2019-cu illərdə AMEA Rəyasət Heyətinin elmi katibi olmuşdur. 2019-cu ildən AMEA Rəyasət Heyəti aparatının İctimaiyyətlə əlaqələr, mətbuat və informasiya şöbəsinin müdiri vəzifəsində çalışır. 2004-cü ildən etibarən Azərbaycan Yazıçılar Birliyinin orqanı olan "Azərbaycan" jurnalının korrektoru vəzifəsində çalışır.