Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Ağcaqala
KəndlərAğcaqala (Zəncan) Ağcaqala (Borçalı) Ağcaqala (Üçkilsə) — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Üçkilsə (Eçmiədzin) rayonunda kənd. Ağcaqala (Səlim) — Qars ilinin Səlim ilçəsinin Mərkəz bucağında kənd. Ağcaqala (Türkiyə) Aşağı Ağcaqala — Yuxarı Ağcaqala —DigərAğcaqala (Şəki) — Şəki rayonu ərazisində yerləşən qüllə. Ağcaqala — Yelizavetpol (Gəncə) quberniyası Qazax qəzasının Çəmbərək nahiyəsində qala.
Ağcaqaya
Ağcaqaya (Kürdüstan)
Ağcayazı
Ağcayazı (Laçın) — Azərbaycanın Laçın rayonunda kənd. Aşağı Ağcayazı — Azərbaycanın Ağdaş rayonunda kənd. Yuxarı Ağcayazı — Azərbaycanın Ağdaş rayonunda kənd.Ağcayazı — Laçın rayonu ərazisində düz. Ağcayazı — Laçın rayonu ərazisində dağ.
Ağcaqala (Borçalı)
Ağcaqala — keçmiş Tiflis quberniyasının Borçalı qəzasında, indiki Gürcüstan Respublikasının Kvemo Kartli mxaresinin Marneuli rayonunun Quşçu kəndi yaxınlığında yerləşir. Borçalı sultanlığının mərkəzi. Ağcaqala Tona çayının (gürcücə adı Debeda) sağ sahilində yerləşən qala idi, hazırda xarabalıqdır. 18-ci əsrdə qalanın adı ilə Tiflis əyalətinin bir nahiyəsi də Ağcaqala adlanırdı. Qədim gürcü mənbələrində 15-18-ci əsrlərə aid hadisələrdə çəkilir. Vaxuştinin yazdığına görə Sultan Yaqub tərəfindən tikilmişdir. Səfəvi şahı I Şah Abbas onu gürcü hökmdarı Georgidən almış və borçalıları yerləşdirmişdir. Həmin müəllifə görə keçmişdə Berduc adlanmışdır. Gürcü mənbələrindəki Berduci çay adı da bu qalanın adı ilə bağlıdır.
Ağcaqala (Səlim)
Ağcaqala — Qars ilinin Səlim ilçəsinin Mərkəz bucağında kənd. == Tarixi == == Coğrafiyası == Kənd Qars ilinin inzibati mərkəzi Qars şəhərindən 48 km, Səlim ilçəsinin inzibati mərkəzi Səlim qəsəbəsindən 18 km uzaqlıqda yerləşir. == Əhalisi == 31 dekabr 2012-ci il tarixinə olan rəsmi məlumata əsasən kənddə 859 nəfər daimi əhali yaşayır. === Milli tərkibi === 1886-cı ilə olan məlumata əsasən Rusiya İmperiyasının Qars vilayətinin Çıldır şöbəsinin Cəli kənd cəmiyyətinin Ağcaqala kəndində 178 nəfər əhali yaşayırdı, onların hamısını etnik qarapapaqlar təşkil edirdi.
Ağcaqala (Türkiyə)
Ağcaqala (türk. Akçakale) — Türkiyənin Şanlıurfa ilində rayon və şəhər. 1921-ci ildə imzalanmış Ankara müqaviləsinin şərtlərinə görə, Bəlih çayı boyu davam edən şəhər iki yerə bölünmüş, cənub hissəsi Suriyanın Təl-Əbyəz şəhərinə çevrilmişdir. == Coğrafiya == Ağcaqala Şanlıurfa şəhərinin 49 kilometr (30 mil) cənub-şərqində, Türkiyənin Suriya ilə olan sərhədində yerləşir. 1921-ci ildə imzalanmış Ankara müqaviləsinin şərtlərinə görə, Bəlih çayı boyu davam edən şəhər iki yerə bölünmüş, cənub hissəsi Suriyanın Təl-Əbyəz şəhərinə çevrilmişdir. Şəhərin ilkin adı Təl-Əbyəz olmuşdur. == İqtisadiyyat == Ağcaqala rayonunun əhalisi əsasən kənd təsərrüfatı ilə məşğul olur. Pambıq və buğda ən çox yetişdirilən məhsullar arasındadır. Həmçinin, rayon ərazisində əhəmiyyətli dərəcədə qarğıdalı becərilir.
Ağcaqala (Zəncan)
Ağcaqala (fars. اقجه قلعه‎) — İranın Zəncan ostanının Zəncan şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 315 nəfər yaşayır (82 ailə). == Coğrafi yerləşməsi == Zəncan şəhristanının Qarapəşlu kəndistanında, Zəncan şəhərindən 72 km şimal-qərbdədir.
Ağcaqala (Üçkilsə)
Ağcaqala, Tsaxqalanc — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Üçkilsə (Eçmiədzin) rayonunda kənd, türk mənşəli toponim. == Haqqında == Ağcaqala kəndi İrəvan quberniyasının Eçmiədzin qəzasında, indiki Üçkilsə (Eçmiədzin) rayonunda Alagöz dağının cənub-qərbində yerləşirdi. 1590-cı ildə tərtib edilmiş "İrəvan əyalətinin müfəssəl dəftəri"ndə, Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Kənddə 1828-ci ilə qədər yalnız azərbaycanlılar yaşamışdır. Buraya ermənilər 1828–1830-cu illərdə Türkiyədən köçürülmüşdür. Kənddə ermənilərlə yanaşı, 1831-ci ildə 79 nəfər, 1873-cü ildə 38 nəfər, 1886-cı ildə 6 nəfər, 1897-ci ildə 31 nəfər azərbaycanlı yaşamışdır. 1918-ci ildə kənddə yaşayan azərbaycanlılar erməni təcavüzünə məruz qalaraq tarixi-etnik torpaqlarından deportasiya olunmuşdur. Toponim Azərbaycan dilində sifətin çoxaltma dərəcəsinin morfoloji əlamətini bildirən -ca şəkilçisinin qəbul etmiş qədim türk dilində "kiçik, alçaq, çox da hündür olmayan" mənasında işlənən ağ sözü ilə qala sözünün birləşməsindən əmələ gəlib "kiçik, alçaq qala yanında olan kənd" mənasında ifadə edir. Relyef əsasında yaranan mürəkkəb quruluşlu toponimdir. Ermənistan SSR Ali Sovetinin Rəyasət Heyətinin 25 yanvar 1978-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Tsaxqalanc qoyulmuşdur.
Ağcaqala livası
Ağcaqala livası— 1724 ci ildə Osmanlı İmperiyasının Tiflis əyalətində inzibati–ərazi vahidi. İnzibati mərkəzi Ağcaqala idi. Ağcaqala livası nahiyəyə bölünürdü.
Ağcaqala nahiyəsi
Ağcaqala nahiyəsi — Tiflis əyalətinin nahiyələrindən biri.
Ağcaqaya (Kürdüstan)
Ağcaqaya - İranın Kürdüstan ostanında kənd.. == Coğrafi yerləşməsi == Sənəndəc şəhristanının Qorvə bölgəsinin Xudabəndəli kəndistanında, Gültəpə qəsəbəsindən 20 km cənub-şərqdədir.
Ağcaqaya (Xudabəndə)
Ağcaqaya (fars. اقچه قيه‎) - İranın Zəncan ostanının Xudabəndə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 1,469 nəfər yaşayır (312 ailə). == Coğrafi yerləşməsi == Xudabəndə şəhristanı Xudabəndalu kəndistanında, Qiydar qəsəbəsindən 36 km şərqdədir.
Ağcayazı (Laçın)
Ağcayazı — Azərbaycan Respublikasının Laçın rayonu Arduşlu kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Laçın rayonunun Vaqazin kənd Sovetindən Ağcayazı kəndi Ardıclı kənd Sovetinin tərkibinə verilmişdir. 1992-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 2020-ci ildə İkinci Qarabağ müharibəsi sonunda imzalanmış atəşkəs bəyanatına əsasən 1 dekabr 2020-ci ildə Azərbaycan Respublikası Silahlı Qüvvələri tərəfindən işğaldan azad olunub. == Toponimikası == Oykonim ağca (ağımtıl; quru; şumlanmamış bozumtul torpaq) və yazı (çöl, düz, düzənlik, səhra) sözlərindən düzəlib, "ağımtıl, bozumtul düzən, çöl" deməkdir. Ağdaş rayonu ərazisində Aşağı və Yuxarı Ağcayazı adlı iki kənd var. == Tarixi == == Coğrafiyası və iqlimi == Kənd rayon mərkəzindən təxminən 43 km. şimal qərbdə yerləşir. == Əhalisi == Əhalisi 124 nəfərdir. Kənd əhalisi azərbaycanlılardan ibarətdir.
Aşağı Ağcaqala
Aşağı Ağcaqala — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Talin rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 12 km cənub-şərqdə, Alagöz dağının cənub-qərb tərəfində yerləşir. Kəndin digər adı Hacıqala olmuşdur. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Toponim Azərbaycan toponimiyasında fərqləndirici əlamət bildirən aşağı sözü ilə türk dilində «ağımtıl, quru, bozumtul düzən, çöl» mə’nasında işlənən ağca sözünə qala sözünün qoşulmasından əmələ gəlib «ağımtıl, bozumtul yerdətikilən qala yanındakı kənd» mə'nasının ifadə edir. Relyef əsasında yaranan mürəkkəb quruluşlu toponimdir. Emı.SSR AS RH-nin 12.XI.1946-cı il fərmanı ilə adı dəyişdirilib Nerkin Bazmaberd (Aşağı Rəngbərəng, çal qala) qoyulmuşdur. == Əhalisi == Kənddə 1831-ci ildə 53 nəfər, 1873-cü ildə 398 nəfər, 1886-cı ildə 502 nəfər, 1897-ci ildə 617 nəfər, 1904-cü ildə 315 nəfər, 1914-cü ildə 334 nəfər, 1916-cı ildə 733 nəfər yalnız azərbaycanlı yaşamışdır. 1918-ci ildə kənd erməni təcavüzünə mə'ruz qalaraq sakinləri azərbaycanlılar tarixi-etnik torpaqlarından qırğınlarla deportasiya olunmuş və 1915-18-cı illərdə Türkiyənin Sasun vilayətinin Arzvik, Qrmav, Qdzak, Kaşkşenk kəndlərindən və Muş vilayətindən köçürülən ermənilər kənddə yerləşdirilmişdir. Göründüyü kimi, 1918-ci ilə kimi burada yalnız azərbaycanlılar yaşamışdır.
Aşağı Ağcayazı
Aşağı Ağcayazı — Azərbaycan Respublikasının Ağdaş rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Ağdaş rayonunun Yuxarı Qolqəti kənd Sovetinin Aşağı Ağcayazı kəndi Dəhnəxəlil kənd Sovetinin tərkibinə verilmişdir. Azərbaycan Respublikası Milli Məclisinin 9 oktyabr 2007-ci il tarixli, 425-IIIQ saylı Qərarı ilə Ağdaş rayonunun Aşağı Ağcayazı kəndi Dəhnəxəlil kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, Yuxarı Ağcayazı kəndi mərkəz olmaqla, Yuxarı Ağcayazı kənd inzibati ərazi dairəsi yaradılmışdır. == Toponimikası == Kənd XIX əsrin ortalarında Ağçayazı (indiki Yuxarı Ağçayazı) kəndindən çıxmış ərəbəbdülkərim tayfasına mənsub olan ailələrin məskunlaşması nəticəsində yaranmışdır. Birinci komponent ərazidəki eyniadlı iki yaşayış məntəqəsini fərqləndirmək məqsədilə işlənir. Oykonim "Aşağıda yerləşən Ağçayazı kəndinin aşağı hissəsi" deməkdir. == Tarixi == == Coğrafiyası və iqlimi == Kənd Şirvan düzündə yerləşir.
Yuxarı Ağcaqala
Yuxarı Ağcaqala - İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Talin rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 11 km şərqdə, Alagöz dağının cənub-qərb tərəfində yerləşir. Kəndin başqa adı Yuxarı Hacıqala kimi də qeyd edilir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Toponim Azərbaycan toponimiyasında fərqləndirici əlamət bildirən yuxarı sözü ilə türk dilində «ağımtıl, bazumtul çöl, yer» mənasında işlənən ağca sözünə qala sözünün qoşulması əsasında əmələ gəlib, «bozumtul torpaqda tikilən qalanın yanındakı yaşayış məntəqəsi» mənasını ifadə verir. Relyef əsasında yaranan mürəkkəb quruluşlu toponimdir. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 12.XI.1946-cı il fərmanı ilə adı dəyişdirilib Verin Bazmaberd (Yuxarı müxtəlif rəngli, çal rəngli qala) qoyulmuşdur. == Əhalisi == Kənddə 1831-ci ildə 70 nəfər, 1873 - cü ildə 354 nəfər, 1886-cı ildə 405 nəfər, 1897-ci ildə 489 nəfər, 1904 - cü ildə 306 nəfər, 1914 - cü ildə 406 nəfər, 1916-cı ildə 500 nəfər, 1918-ci ilin yanvarında 308 nəfər yalnız azərbaycanlı yaşamışdır. 1918-ci ilin fevralında erməni təcavüzünə məruz qalaraq sakinləri - azərbaycanlılar qırğınlarla deportasiya olunmuş və 1915-18-cı illərdə Türkiyənin Sasun vilayətindəki Ağbin, Daşdadem, Dzağak, Hatink kəndlərindən, İranın Muş, Mosul vilayətlərindən köçürülən ermənilər kənddə yerləşdirilmişdir. Göründüyü kimi, kəndə ermənilər 1918-ci ildə köçürülmüşdür.
Yuxarı Ağcayazı
Yuxarı Ağcayazı — Azərbaycan Respublikasının Ağdaş rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Ağdaş rayonunun Yuxarı Qolqəti kənd Sovetinin Yuxarı Ağcayazı kəndi Dəhnəxəlil kənd Sovetinin tərkibinə verilmişdir. Azərbaycan Respublikası Milli Məclisinin 9 oktyabr 2007-ci il tarixli, 425-IIIQ saylı Qərarı ilə Ağdaş rayonunun Yuxarı Ağcayazı kəndi Dəhnəxəlil kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla, Yuxarı Ağcayazı kənd inzibati ərazi dairəsi yaradılmışdır. == Toponimikası == Ağdaşda iki eyniadlı kənd olduğu üçün birinci komponent həmin yaşayış məntəqələrini fərqləndirmək məqəsdi ilə işlədilir. Toponim türk mənşəli "ağca" — rəng, "yazı" isə — çöl, düz, düzənlik mənasını ifadə edir. == Tarixi == Kənd 1712-ci ildə yaranmışdır. == Coğrafiyası və iqlimi == Kənd rayon mərkəzindən 27 km aralı, Şirvan düzündə yerləşir. == Əhalisi == Əhalisi 641 nəfərdir === Tanınmış şəxsləri === Heydərov Arif Nəzər oğlu - Azərbaycan SSR daxili işlər naziri === Şəhidləri === Kərimov Xaləddin Telman oğlu (1968-1992) Kərimov Tərlan Ağabala oğlu (1972-1992) Əhmədov Faiz Mahmud oğlu (1956-1993) Səlimzadə Ramil Raqif oğlu == İqtisadiyyatı == Kəndin ərazisi 717 ha, kənddəki təsərrüfatların sayı 200-dür. Əhali əsasən əkinçilik, maldarlıq və meyvə-tərəvəzçiliklə məşğul olur. == Mədəniyyəti == Kənddə klub və kitabxana mövcuddur.
Ağcaqala (Tarixi abidə)
Ağcaqala — tarixi abidə. == Haqqında == Ağcaqala – Şörəyel vadisində, Arpaçayın Araza qovuşduğu yerdə, Türkiyə sərhəddindəki yüksək bir təpədə yerləşən və I dünya müharibəsinin gedişində xarabaya çevrilən bu qədim qalanı tarixçi A. Təbrizli də xatırlamışdır. Kitabi Dədəd Qorqud dastanlarında xatırlanan Ağcaqalanın Sürməliyə (İğdır) yaxın bir yerdə olduğu göstərilir. "Ağca Qala Sürməliyə gəlüb, Qazan qırq otaq digdirdi" (D-153) cümləsində də Kitabi Dədə Qorqud dastanlarındə adı çəkilən və Sürməli (İğdır) yaxınlığındakı bir ərazidə xatırlanan Ağcaqala adı ilə oxşarlıq təşkil edir. Doğrudan da, bu tarixi Ağcaqala İqdır mahalına yaxındır. Məhz bu amilə əsasən həmin Ağcaqalanı Kitabi Dədə Qorqud dastanlarındakı Ağcaqala ilə lokalizə etmək olar. == Mənbə == "Kitabi-Dədə Qorqud Ensiklopediyası", II cild. Bakı,2004. Ermənistan azərbaycanlılarının tarixi coğrafiyası. B., 1995.
Yuxarı Ağcayazı bələdiyyəsi
Ağdaş bələdiyyələri — Ağdaş rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Ağçaqala (Qəzvin)
Ağçaqala — İranın Qəzvin ostanında kənd.. == Coğrafi yerləşməsi == Mərkəzi şəhristanının Avəc bölgəsinin Əşrafiyyə kəndistanında, dağ ətəyindədir.
Ağçaqala (Savə)
Ağçaqala — İranın Mərkəzi ostanında kənd.. == Coğrafi yerləşməsi == Savə şəhristanının Növbəran bölgəsinin Bəyat kəndistanında, Növbəran qəsəbəsindən 24 km cənub-qərbdə, Qaraçay çayının sahilindədir.