Ağcayazı — Azərbaycan Respublikasının Laçın rayonu Arduşlu kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Laçın rayonunun Vaqazin kənd Sovetindən Ağcayazı kəndi Ardıclı kənd Sovetinin tərkibinə verilmişdir.[1] 1992-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 2020-ci ildə İkinci Qarabağ müharibəsi sonunda imzalanmış atəşkəs bəyanatına əsasən 1 dekabr 2020-ci ildə Azərbaycan Respublikası Silahlı Qüvvələri tərəfindən işğaldan azad olunub.
Ağcayazı | |
---|---|
39°47′02″ şm. e. 46°27′34″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Oykonim ağca (ağımtıl; quru; şumlanmamış bozumtul torpaq) və yazı (çöl, düz, düzənlik, səhra) sözlərindən düzəlib, "ağımtıl, bozumtul düzən, çöl" deməkdir. Ağdaş rayonu ərazisində Aşağı və Yuxarı Ağcayazı adlı iki kənd var[2].
Kənd rayon mərkəzindən təxminən 43 km. şimal qərbdə yerləşir.
Əhalisi 124 nəfərdir. Kənd əhalisi azərbaycanlılardan ibarətdir.
Kənd əhalisinin əsas məşğuliyyəti heyvandarlıq olub. Kənddə mağaza fəaliyyət göstərib.
Kənddə klub və kitabxana kimi sosial obyektlər fəaliyyət göstərib.
Kənddə ibtidai məktəb fəaliyyət göstərib.
Laçın rayonu ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |