Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Ağtəhlə
Ağ-Təhlə — Gürcüstan Respublikasının Aşağı Kartli mxaresinin Qarayazı bələdiyyəsinin inzibati-ərazi vahidində kənd. == Coğrafiası == Gürcüstanın cənub-şərqində, Azərbaycan sərhədindən 20 km aralıda yerləşir. İnzibati mərkəzi Qardabani rayonudur. Sol tərəfində Kür çayı axır. Sağ tərəfindən dəmiryol xətti keçir. 2009-cu ildən kəndin yuxarı hissəsində Gürcüstan-ABŞ hərbi bazası salınıb. 2001-ci ilə qədər həmin yerdə Rusiyaya məxsus "Vaziani" hərbi bazası yerləşirdi. == Əhalisi == 1869-cu ildə həyata keçirilmiş kameral (ailə və ya tüstü/ev sayına görə) siyahıyaalınmaya əsasən Tiflis quberniyasının Tiflis qəzasının Ağtəhlə kəndində Azərbaycan tatarlarından ibarət 107 ailə yaşayırdı. 17-24 yanvar 2002-ci il Ümumgürcüstan əhali siyahıyaalınmasının rəsmi yekunlarına əsasən kənddə yaşayan 4.229 nəfər əhalinin 93 %-i etnik azərbaycanlılardan ibarətdir. Kənddə 1 Azərbaycan məktəbi, kənd xəstəxənası, özəl xəstəxana və məscid vardır.
Ağtəpə
Ağtəpə (Cəbrayıl) — Cəbrayıl rayonunun inzibati ərazi vahidində kənd. Ağtəpə (Sayınqala) — Ağtəpə (Həmədan) — Ağtəpə (Ərdəbil) — Ağtəpə (Siminərud) — Ağtəpə — Qazax rayonunda, Kurun sağ sahilində, Həsənsu çayının mənsəbi yaxınlığında dağ. Ağtəpə — Qobustanda Ceyrankeçməz çayının sağ sahilində dağ. Hündürlüyü 253 m.; Ağtəpə — Gəncə Şəhərindən cənub-Şərqdə, Gəncə çayının sağ sahilində dağ. Hündürlüyü 582 m.; Ağtəpə — Gəncə Şəhər inzibati ərazi vahidində Qocaşen silsiləsinin cənub qərbində ucqar zirvə. Ağtəpə — Lerik rayonunun Ordahal kəndi ərazisində dağ.
Ağtərə
Ağtərə (lat. Parnassia) — bitkilər aləminin celastrales dəstəsinin celastraceae fəsiləsinə aid bitki cinsi. Cinsin adı Yunanıstanda müqəddəs yerlərdən sayılan Parnas dağlarının adı ilə bağlıdır. Qədim miflərə görə Apollo bu dağlarda yaşamışdır. Bitki bəzək-bağçılıqda geniş istifadə olunur. Azərbaycan florasında ancaq Bataqlıq ağtərəsi növü bitir. == Sinonimləri == === Heterotipik sinonimləri === Enneadynamis Bubani == Növləri == Parnassia alpicola Makino Parnassia amoena Diels Parnassia asarifolia Vent. Parnassia bifolia Nekr. Parnassia cabulica Planch. ex C.B.Clarke Parnassia cacuminum Hand.-Mazz.
Acıtəhər quşüzümü
Acıtəhər quşüzümü (lat. Solanum dulcamara) — bitkilər aləminin quşüzümüçiçəklilər dəstəsinin quşüzümükimilər fəsiləsinin quşüzümü cinsinə aid bitki növü.
Maral Ağşənər
Meral Akşenər (8 iyul 1956, İzmit) — türk elm xadimi və siyasətçi, sabiq Daxili işlər naziri (1996–1997), İYİ Partiyanın qurucu və ilk sədri (2017–2024). O, 2018-ci il keçirilən Türkiyə Respublikası Prezident seçkilərində namizədliyini irəli sürmüşdür. 1995 və 1999 Türkiyə seçkilərində Doğru Yol Partiyasından millətvəkili kimi TBMM-ə girən Akşenər, 1996 və 1997-ci illər arasında Nəcməddin Erbakan tərəfindən qurulan koalisyon hökumətdə daxili işlər naziri olmuşdur. 2007, 2011 və 2015 Türkiyə seçkilərində Milliyətçi Hərəkat Partiyası millətvəkili olaraq TBMM-ə girməyi bacarmışdır. 2015-ci il noyabr seçkilərində partiyasından millətvəkili namizədi göstərilməmişdir. 25 oktyabr 2017-ci ildən etibarən özünün liderliyində qurulan İYİ partiyanın rəhbəridir. 2018-ci il Türkiyə prezidentliyi seçkilərində partiyasının prezidentliyə namizədi olmuşdur. == Həyatının erkən dövrü və karyerası == Selanikdən Kocaeliyə köçən Balkan türkü ailənin qızı olan Meral Akşenər, 18 iyul 1956-cı il tarixində Tahir Ömər bəy və Sıdıka xanımın uşağı olaraq Kocaelinin İzmit bölgəsinə bağlı Gündoğdu kəndində anadan olmuşdur. 1974-cü ildə Bursa Qız Liseyini bitirdikdən sonra 1979-cu ildə İstanbul Universiteti Ədəbiyyat Fakültəsinin Tarix bölümündən məzun olmuşdur. 1979–1982-ci illərdə müəllim olaraq çalışan Meral Akşenər, 1982-ci ildə Ulduz Texnik Universitetində araşdırmaçı kimi çalışmağa başlamışdır.
Çaltəhər çubuqluca
Çaltəhər çubuqluca (lat. Philadelphus incanus) — hortenziyakimilər fəsiləsinin çubuqluca cinsinə aid bitki növü. Yabanı halda Çində yayılmışdır. Qərbi Avropa və Şimali Amerikada mədəni halda becərilir. Hündürlüyü 3–5 m olan koldur. Zoğları az tüklü, sonradan çılpaqlaşır. Qabığı yaşlı budaqlarda qonur, çatlayan və soyulandır. Yarpaqları uc tərəfdən sivri, qaidəsi enli-pazvari və ya dairəvi, kənarları boz qılçıqlarla örtülmüşdür. İyun ayının ortalarında çiçəkləyir. Çiçəkləri ağ, qoxusuz, diametri 2,5–3 sm olub, 5–7 ədədi çiçək salxımında toplanmışdır.
Ağtəpə (Cəbrayıl)
Ağtəpə — Azərbaycan Respublikasının Cəbrayıl rayonunun Minbaşılı kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == 20 oktyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. == Toponimikası == Düzənlikdədir. Yaşayış məntəqəsi XX əsrin 30-cu illərində Daş Veysəlli kəndindən ayrılmış bir qrup ailə tərəfindən Ağtəpə adlanan yerin yaxınlığında salınmışdır. Adını ərazidəki eyni-adlı dağdan almışdır. İran (Ağtəpə), Sibir (Aktöbe), Əfqanıstan (Aqtəpə, Aqtubə), Özbəkistan (Oktepa), Türkmənistan (Aqdepe), Tatarıstan (Aktübe) toponimiyasında da eyniadlı oykonimlər qeydə alınmışdır. == İqtisadiyyatı == Əsas təsərrüfatı heyvandarlıq idi.
Ağtəpə (Germi)
Ağtəpə (fars. اغ تپه‎) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd. == Coğrafi yerləşməsi == Mərkəzi şəhristanının Germi bölgəsinin Xoruzlu kəndistanında, Germi qəsəbəsindən 27 km cənub-qərbdə, Germi-Ərdəbil avtomobil yolunun 7 kilometrliyindədir. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 44 nəfər yaşayır (11 ailə).
Ağtəpə (Həmədan)
Ağtəpə — İranın Həmədan ostanında kənd.. == Coğrafi yerləşməsi == Mərkəzi şəhristanının Kəbudərahəng bölgəsinin Hacılı kəndistanında, Kəbudərahəng qəsəbəsindən 7 km şimal-qərbdədir.
Ağtəpə (Sayınqala)
Ağtəpə (fars. اق تپه‎) — İranın Qərbi Azərbaycan ostanının Sayınqala şəhristanı ərazisinə daxil olan kənd. == Coğrafi yerləşməsi == Marağa şəhristanının Miyandab bölgəsinin Qaralar kəndistanında, Miyandab qəsəbəsindən 56 km cənub-şərqdədir. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 841 nəfər yaşayır (182 ailə). Əhalisini azərbaycanlılar təşkil edir.
Ağtəpə (Siminərud)
Ağtəpə - İranın Həmədan ostanında kənd.. == Coğrafi yerləşməsi == Mərkəzi şəhristanının Siminərud bölgəsinin Şəra kəndistanında, Həmədanindən 36 km cənub-şərqdədir.
Ağtəpə (Silopi)
Ağtəpə — Türkiyənin Şırnak vilayətinin Silopi rayonunda kənd. == Tarix == Kəndin əvvəlki adı 1928-ci ildə qeydlərində Girəgevr idi ki, bu da kürd dilində "ağ təpə" deməkdir. Əvvəllər Mardin vilayətinin Silopi rayonuna bağlı olan kənd 1990-cı ildə Şırnak vilayətinin yeni qurulan Silopi rayonuna birləşdirilib.
Ağtəpə palçıq vulkanı
Ağtəpə palçıq vulkanı — Bakının Qaradağ rayonu ərazisində yerləşən vulkan. == Ümumi məlumat == Vulkandan cənubda Torağay palçıq vulkanı yerləşir.
Gəhər gölü
Gəhər gölü — İranın Luristan ostanında Üştürankuh sıra dağlarının arasında yerləşən şirin su göldür.
Attaher Məhəmməd Əl-Mahcub
Attaher Məhəmməd Əl-Mahcub — Liviyanı təmsil edən stolüstü tennisçi. == Karyerası == Attaher Məhəmməd Əl-Mahcub Liviyanı 1992-ci ildə Barselona şəhərində baş tutan XXV Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 49-cu pillənin sahibi olub.