Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Canis adustus
Zolaqlı çaqqal (lat. Canis adustus və ya Lupulella adusta) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin i̇tlər fəsiləsinin canavar cinsinə aid heyvan növü.
Agusta
Agusta, vertolyot və təyyarə mühərrikləri istehsal edən bir İtaliya şirkətidir. Şirkət son dəfə Türkiyə Silahlı Qüvvələrinin 50 helikopterlik tender layihəsini qazanmışdır.
Aqustin Karstens
Aqustin Karstens (9 iyun 1958, Mexiko) — Meksika Mərkəzi Bankının rəhbəri 2012-ci ildə Beynəlxalq Global Finance təşkilatı bütün dünya üzrə mərkəzi bankların rəhbərlərinin fəaliyyətini qiymətləndirərkən, ona yüksək qiymət olan, "B+" qiymətini vermişdir.
Auqusto Koşi
Koşi (fr. Augustin Louis Cauchy; 21 avqust 1789[…], Paris – 23 may 1857[…], So[d]) — fransız riyaziyyatçısı. == Həyatı == Məşhur fransız riyaziyyatçısı olan Auqusto Luis Koşi Bastiliyanın işğalından sonra Parisdə 21 avqust 1789-cu ildə anadan oldu. Koşi hürriyətə olan borcunu aclıq və səfalət içində yaşayaraq ödədi. Yarı aclıq içində ancaq atasının hesabına yaşadı. Atası parlamentin vəkili idi. == Fəaliyyəti == Limit anlayışının sistematik tətbiqinə əsaslanan riyazi analizin klassik kursunun müəllifidir. Analitik funksiyalar nəzəriyyəsinin əsasını qoyanlardan biridir.
Auqusto Morales
Auqusto Morales (14 iyun 1967) — Çilini təmsil edən stolüstü tennisçi. == Karyerası == Auqusto Morales Çilini 1992-ci ildə Barselona şəhərində baş tutan XXV Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 49-cu, cüt turnirdə isə 25-ci pillənin sahibi olub. Daha sonra Auqusto Morales Çilini 1996-cı ildə Atlanta şəhərində baş tutan XXVI Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 49-cu, cüt turnirdə isə 25-ci pillənin sahibi olub. Auqusto Morales Çilini 2000-ci ildə Sidney şəhərində baş tutan XXVII Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 49-cu, cüt turnirdə isə 25-ci pillənin sahibi olub.
Auqusto Pinoçet
Auqusto Hose Ramon Pinoçet Uqarte (isp. Augusto José Ramón Pinochet Ugarte; 25 noyabr 1915[…], Valparaiso – 10 dekabr 2006[…], Santyaqo) — Çili dövlət və hərbi xadimi, general-kapitan (ordu generalı). 1973-cü il sentyabrın 11-də dövlət çevrilişi yolu ilə prezident Salvador Alyendeni hakimiyyətdən salan hərbi xuntaya rəhbərlik etmiş, 27 iyun-17 dekabr 1974-cü il tarixlərində Çili Millətinin Ali Rəhbəri, 17 dekabr 1974–11 mart 1990-cı il tarixlərində Çilinin prezidenti, 11 sentyabr 1973–11 mart 1998-ci il tarixlərində isə Çili Ordusunun Ali Baş Komandanı olmuşdur. == Erkən həyatı və mənşəyi == Auqusto Pinoçet 25 noyabr 1915-ci ildə Çilinin ikinci böyük şəhəri Valparaisoda dünyaya gəlmişdir. Onun atası Auqusto Pinoçet Vera liman gömrüyündə məmur, anası Avelina Uqarte Martines ev xanımı idi. Gələcək dövlət başçısı 6 uşaqdan ən böyüyü idi. Pinoçet əcdadı mənşəcə breton olmuş, Latın Amerikasına Fransadan köçmüşdü. == 1973-cü il çevrilişi və Prezidentik dövrü == 1973-cü ilin avqust ayında, çevrilişdən 18 gün əvvəl nazir olan general Karlos Pratsın yerinə Salvador Alyende tərəfidən Çili silahlı qüvvələrinin brəhbərliyinə gətirildi. Bundan sonra 11 sentyabr 1973-cü idə Prezident Alyendeni hakimiyyətdən saldı. Alyende çevriliş vəfat etdi.
Auqusts Kepke
Auqusts Kepke (6 yanvar 1886 — ölüm tarixi məlum deyil) — Rusiyalı keçmiş peşəkar velosiped yarışçısı. Auqusts Kepke Rusiyanı 1912-ci ildə V Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Auqusts Kepke birinci dəfə Olimpiya Oyunlarına 1912-ci ildə qatıldı. O, Stokholmda baş tutan V Yay Olimpiya Oyunlarında iki yarışda iştirak etdi. Yarışı sona qədər başa vura bilmədi.
Avqusto Pinoçet
Auqusto Hose Ramon Pinoçet Uqarte (isp. Augusto José Ramón Pinochet Ugarte; 25 noyabr 1915[…], Valparaiso – 10 dekabr 2006[…], Santyaqo) — Çili dövlət və hərbi xadimi, general-kapitan (ordu generalı). 1973-cü il sentyabrın 11-də dövlət çevrilişi yolu ilə prezident Salvador Alyendeni hakimiyyətdən salan hərbi xuntaya rəhbərlik etmiş, 27 iyun-17 dekabr 1974-cü il tarixlərində Çili Millətinin Ali Rəhbəri, 17 dekabr 1974–11 mart 1990-cı il tarixlərində Çilinin prezidenti, 11 sentyabr 1973–11 mart 1998-ci il tarixlərində isə Çili Ordusunun Ali Baş Komandanı olmuşdur. == Erkən həyatı və mənşəyi == Auqusto Pinoçet 25 noyabr 1915-ci ildə Çilinin ikinci böyük şəhəri Valparaisoda dünyaya gəlmişdir. Onun atası Auqusto Pinoçet Vera liman gömrüyündə məmur, anası Avelina Uqarte Martines ev xanımı idi. Gələcək dövlət başçısı 6 uşaqdan ən böyüyü idi. Pinoçet əcdadı mənşəcə breton olmuş, Latın Amerikasına Fransadan köçmüşdü. == 1973-cü il çevrilişi və Prezidentik dövrü == 1973-cü ilin avqust ayında, çevrilişdən 18 gün əvvəl nazir olan general Karlos Pratsın yerinə Salvador Alyende tərəfidən Çili silahlı qüvvələrinin brəhbərliyinə gətirildi. Bundan sonra 11 sentyabr 1973-cü idə Prezident Alyendeni hakimiyyətdən saldı. Alyende çevriliş vəfat etdi.
Avqusto Sandino
Avqusto Sandino (isp. Augusto Nicolás Calderón Sandino; 18 may 1895 – 21 fevral 1934, Manaqua, Nikaraqua)) — Nikaraqua partizan lideri. Sandinista Xalq Cəbhəsi adını Avqusto Sandinodan götürmüşdür. Sandino 1926-cı ildə Baş Nazir Xuan Bautista Sakaranı prezidentlik vəzifəsinə gətirilməsi üçün apardığı silahlı mübarizə də məşhurlaşmışdır. ABŞ dəniz piyadaları korpusunun 1927-ci ildə ölkəyə müdaxilə etməsindən sonra tərəfdarlı ilə birlikdə ölkənin şimalındakı dağlarda gizlənmişdir. ABŞ və Nikaraqua ordusuna qarşı apardığı uğurlu əməliyyatlar nəticəsində xalqın dəstəyini qazanmışdır. Sandino tərəfindən icra olunan hərbi əməliyyatların əsas məqsədlərindən biri də Nikaraqua xalqında Amerika Birləşmiş Ştatlarına qarşı mənfi fikirlərin formalaşdırılması idi və proseslərin gedişi zamanı partizanlar öz istəklərinə qisməndə olsa nail olmuşdular. 1933-cü ilin yanvar ayında ABŞ ordusunun ölkədən çıxması və Sakaranın hakimiyyətə gəlməsindən sonra tərəfdarlarının bir qismini dağıdaraq sülh prosesinə başlamışdır. Partizanların tərkisilah edilməsi ilə bağlı danışıqların davam etdiyi müddətdə Xalq Mühafizəçilərinin komandiri Anastasio Somoza Qarsiyanın adamları tərəfindən oğurlanaraq öldürülmüşdür. == İstinadlar == == Xarici keçidlər == Vikianbarda Avqusto Sandino ilə əlaqəli mediafayllar var.
Avqustov kanalı
Avqustov Kanalı (pol. Kanał Augustowski) — XIX Polşanın şimal-şərqində Podlasie Voyvodeşip və şimal-qərbi Belarusun Qrodno vilayətində qurulmuş bir transsərhəd kanaldır. İlk qurulduğu vaxtdan etibarən kanallar, mütəxəssislər tərəfindən texnoloji bir möcüzə olaraq təsvir edilmişdir və çox sayda şlüzlə estetik cəhətdən cəlb edicidir. Visla və Neman çaylarını birləşdirir. YUNESKO-nun xüsusi mühafizə olunan ərazisində yerləşən hidrotexniki memarlıq abidəsidir. Uzunluğu 101,2 km, o cümlədən Belarus ərazisində 22 km, Polşada isə 79 km. Bir sıra şlüz və hərəkətli körpülər daxildir. Oqinski kanalı, Dauqava, Berezina, Dnepr çayları vasitəsilə Qara dənizlə əlaqəsi var. Avqustov Kanalının qurulmasının səbəbləri həm siyasi, həm də iqtisadi idi. 1821-ci ildə Prussiya, Polşanın və Litvanın mallarının öz ərazisi ilə tranzit etməsi üçün yüksək vergi güzəştlərini tətbiq etdi və bu, Polşalı tacirlərin Visla çayından Baltik dənizinə çıxmasına mane oldu.
Bulbophyllum agastor
Bulbophyllum agastor (lat. Bulbophyllum agastor) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin səhləbkimilər fəsiləsinin bulbofillium cinsinə aid bitki növü. == Arealı == Papua-Yeni Qvineya üçün endemik növdür.
Cessika Augusto
Cessika Augusto (8 noyabr 1981) — Portuqaliyalı marafonçu. Cessika Augusto Portuqaliyanı 2008, 2012 və 2016-cı ildə Yay Olimpiya Oyunlarında təmsil etdi. O, həm də Avropa Çempionatlarında bir gümüş və üç bürünc medal qazanıb. == Karyerası == Cessika Augusto birinci dəfə Olimpiya Oyunlarına 2008-ci ildə qatıldı. O, Çin Xalq Respublikasının paytaxtı Pekin şəhərində baş tutan XXIX Yay Olimpiya Oyunlarında 5000 metr məsafəyə qaçış yarışlarında 16:05.71 saniyəlik nəticə ilə 26-cı, 3000 metr məsafəyə maneəli qaçış yarışlarında 9:30.23 saniyəlik nəticə ilə 20-ci yeri tutdu. Cessika Augusto özünün ikinci Olimpiadasına 2012-ci ildə qatıldı. Böyük Britaniyanın London şəhərində keçirilən XXX Yay Olimpiya Oyunlarında Cessika Augusto marafon məsafəsini 2 saat 25 dəqiqə 11 saniyəyə qət edərək 7-ci yeri tutdu. Cessika Augusto növbəti Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Braziliyanın Rio-de-Janeyro şəhərində baş tutan XXXI Yay Olimpiya Oyunlarında marafon yarışlarında qüvvəsini sınasada, məsafəni sona qədər qət edə bilmədi.
Avqustov quberniyası
Avqustov quberniyası (pol. Gubernia augustowska) — Polşa çarlığının inzibati vahidi, 1837–1866-cı illərdə mərkəzi Lomja şəhərində, 1844-cü ildən Suvalkidə olmuşdur. 3 (15) may 1837-ci ildə eyniadlı voyevodalıqdan təşkil edilmişdir. 5 qraflığa bölünürdü: Avqustov, Kalvari, Lomja, Mariyampol və Seyn. Quberniyanın sahəsi 18,8 min km2, əhalisi 1850-ci illərin sonunda 624 min nəfərdən çox idi, dinə görə əsasən katoliklərdən (477 min nəfərdən çox) ibarət idi. Avqustov quberniyasında 44 şəhər var idi, lakin əyalət əsasən kənd təsərrüfatı bölgəsi olaraq qalmaqda davam etmişdir. Bəzi şəhərlər (Mariyampol, Vladislavov və başqaları) ədalətli ticarət mərkəzləri idi. Polşa çarlığının ən mühüm nəqliyyat arteriyalarından biri olan Avqustov kanalı vilayətin ərazisindən keçirdi.
Aqustin Ştal
Aqustin Ştal (isp. Agustín Stahl, 21 yanvar 1842, Aquadilya[d], Puerto Riko – 12 iyul 1917, Bayamon[d], Puerto Riko) — Puerto-Riko etnoqrafı. Aqustin Ştal Vürtsburqda universitetdə təhsil almış, eləcə də Praqada Karlov Universitetini bitirmişdir (1864-cü ildə tibb doktoru olaraq məzun olmuşdur.). Məzun olduqdan sonra Puerto Rikoya qayıtmışdır. Boş vaxtlarında etnoqrafiya, tarix, botanika və zoologiya ilə məşğul olmuşdur. Elmin bu sahələrində yüksək nəticələrə nail olmuşdur. == Həyatı == == Ştalın şərəfinə adlandırılmış taksonlar == === Bitki cinsləri === Stahlia Bello Stahlianthus Kuntze === Bitki növləri === Adipera stahlii Britton & Rose Adipera stahlii Britton & Rose Adipera stahlii (Urb.) Britton & P.Wilson Argithamnia stahlii Urb. Cassia stahlii Urb. Cousinia stahliana Bornm. & Gauba Eugenia stahlii (Kiaersk.) Krug & Urb.
Seimone Augustus
Seimone Delisia Augustus (30 aprel 1984, Baton-Ruj)- ildə anadan olub. Amerikalı keçmiş peşəkar basketbolçudur və Qadın Milli Basketbol Assosiasiyasının (QMBA) Angeles Qığılcımları komandasının köməkçi məşqçisidir. O, ilk olaraq 2006-cı il layihəsində Minnesota tərəfindən hazırlanmışdı. O, 2020-ci ildə son mövsümü üçün bütün karyerasını Minnesota ilə keçirdi. Augustus QMBA-da ən tanınan simalardan biridir. QMBA ilə yanaşı, o, ABŞ milli komandasında və xaricdə "Dinamo Kursk" üçün oynadı. 2020-ci ildə o, oyunçu kimi təqaüdə çıxdı və 2021 mövsümü üçün Qığılcımın köməkçi məşqçisi oldu. Augustus Luiziana ştatının Baton şəhərində anadan olub; Seymor və Kim Augustusun qızıdır. Augustus, Luiziana ştatının Baton şəhərindəki Kapitol Liseyində oynadı. O, 2002-ci ildə iştirak etdiyi oyunda on dörd xal topladı və mükafat qazandı.
Auqusto Sezar
Auqusto Sezar Vieyra da Silva (25 fevral 1980, Braziliya) — Braziliya əsilli Azərbaycan futzalçısı. == Həyatı == Auqusto Sezar 25 fevral 1980-ci ildə Braziliyada doğulmuşdur. Peşəkar futzal karyerasına Gürcüstanın İberiya Star komandasında başlamışdır. Hazırda Araz-Naxçıvan MFK klubunda 18 nömrə altında və Azərbaycan milli futzal komandasında çıxış edir.
Filipp Quston
Filipp Quston (tam adı:Phillip Goldstein; ing. Philip Guston; 27.7.1913, Monreal, Kanada - 7.6.1980, Nyu-York, ABŞ) - amerikalı rəssam. == Həyat və yaradıcılığı == Filipp Quston, Kanadada yəhudi mühacir ailəsində anadan olmuşdur. Ailəsi, Rusiya İmperiyasının Odessa şəhərindən Kanadaya və ordanda Los-Anceles şəhərinə köçümşüdür. O, gənc yaşlarınsan komikslər çəkməyə başlamışdı. Təhsilini Klivlənd rəsm məktəbində almağa başladı. XX əsrin 30-cu illərində Corc de Kirikonun metafizik realizm stilinə və həmçinin qocaman italyan rəssamları olan Andrea Manteni, Mazaçço, Paolo Uççelonun rəsm əsərlərinə diqqət ayırırdı. XX əsrin 30-cu illərin sonlarında Quston divar rəsmlərinin inkişafı haqqında dövlət proqramı üzərində işləyir, ancaq 40-cu illərin əvvəllərində dəzgah rəsmlərinə geri qayıdır. Filipp Qustonun əsas xüsusiyyəti ondan ibarət idi ki, o yeni rəsm əsərləri üzərində işləyərkən əvvəllki rəsmlərin fraqmentlərindən tez-tez istifadə edirdi. 1947-ci ildə Quston öz "Cəlladlar" (ing.
Auqusto De Luka
Auqusto De Luka (it. Augusto De Luca: 1 iyul, 1955, Neapol) — İtaliya fotoqrafı. De Luca bir experimenter‬ və portret fotoğrafçılığı edir‪.‬ == Ədəbiyyat == Napoli Mia.(Centro Il Diaframma / Canon Edizioni Editphoto Srl - 1986) Napoli donna|Napoli.(Centro Il Diaframma / Canon Edizioni Editphoto Srl - 1987) Trentuno napoletani di fine secolo. Electa, Naples 1995, ISBN 88-435-5206-6 Roma nostra. Gangemi Editore, Rome 1996, ISBN 978-88-7448-705-9 Napoli grande signora. Gangemi Editore, Rome 1997, ISBN 978-88-7448-775-2 Il Palazzo di Giustizia di Roma. Gangemi Editore, Rome 1998, ISBN 978-88-492-0231-1 Firenze frammenti d'anima. Gangemi Editore, Rome 1998, ISBN 978-88-7448-842-1 Bologna in particolare. Gangemi Editore, Rome 1999, ISBN 978-88-7448-980-0 Milano senza tempo. Gangemi Editore, Rome 2000, ISBN 978-88-492-0093-5 Torino in controluce.
Auqusto Roa Bastos
Auqusto Roa Bastos (isp. Augusto Roa Bastos; 13 iyun 1917[…], Asunson – 26 aprel 2005[…], Asunson) — Paraqvay şairi və nasiri. == Həyatı == Atası — quarani hindisi, anası - Portuqaliyadandır. 1932-ci ildə yoldaşları ilə məktəbdən qaçaraq, könüllü surətdə Çak müharibəsində sanitar kimi iştirak edir. 1945-ci ildə jurnalist kimi Böyük Britaniyada, Fransada, Almaniyada, Yunanıstanda işləyir. 1947-ci ildə paraqvaylı şair Erib Kampos Serverlə ilə birgə 1947-ci il Paraqvay vətəndaş müharibəsi və siyasi repressiyalar səbəbindən Buenos-Ayresə köçür. 1976—1989 — ci illərdə Fransada yaşayır, Alfredo Stressner diktaturası devrildikdən sonra ölkəsinə qayıdır. 1982-ci ildə Paraqvay vətəndaşlığından məhrum olunmuşdu, 1983-cü ildən İspaniya vətəndaşı idi. 2005-ci ildə Asunsonda Rekolete qəbirstanlığında ailə məqbərəsində dəfn edilib.
Malo Qusto
Malo Qusto — (19 may 2003) Fransa Liqa 1-də çıxış edən Lionun futbolçusu.
Nicholas D'Agosto
Nicholas D'Agosto (1980-ci il, 17 aprel tarixində dünyaya gəlib) Amerikalı aktyordur. O, Final Destination 5 'dakı xilaskar və Heroes'dakı rolları ile tanınır. 2013'cü ildən etibarən Showtime kanalındakı Masters of Sex serialına çəkilməyə başlayır.
Aqustin Pio Barrios Manqore
Aqustin Pio Barrios Manqore (isp. Agustín Pío Barrios Mangoré; 5 may 1885[…], San-Xuan-Bautista[d] – 7 avqust 1944, San Salvador) ― Paraqvay klassik gitaraçı və bəstəkarı. Barrios Avropa məkanında məşhurluq qazanmış ilk Cənubi Amerika gitaraçısıdır. Mütəxəssislər onu Andres Seqoviy və Nikkolo Paqanini ilə müqayisə edirlər. 1913―1929-cu illərdə o bir sıra ifa yazıları etmişdir. Barriosun irsi gitara üçün üç yüzdən çox əsəri təşkil edir, onların bir çoxu indiyə qədər nəşr edilməmişdir. Müasir gitaraçıların repertuarlarına onun «kafedral məbəd» süitası(isp. La Catedral), valsları, prelyudiları, variasiyaları və digər əsərləri daxildir.
Catharanthus roseus var. angustus
San Aqustin Arxeoloji Parkı
San Aqustin Arxeoloji Parkı — San Aqustín Arxeoloji Parkı, Kolumbiyanın Huila şöbəsindəki San Aqustin şəhəri yaxınlığında yerləşən böyük bir arxeoloji ərazidir. Park Latın Amerikasında ən böyük dini abidələrin və meqalit heykəllərinin kolleksiyasını özündə birləşdirir, dünyanın ən böyük nekropolu hesab olunur. Sahə qədim San Aqustin mədəniyyətinə aid Kolumbiyadan əvvəlki arxeoloji yerləri ilə çox məşhurdur. İndi həm Kolumbiyalı, həm də xarici vətəndaşların çox olması səbəbiylə iqtisadiyyata əhəmiyyətli gəlir gətirən "San Aqustín Arxeoloji Parkı" kimi tanınır. San Aqustin mədəniyyətinə aid olan bu ərazi 1995-ci ildə YUNESKO tərəfindən dünya mirası elan edilib. Heykəllərin tarixləri bəlli deyil, lakin eramızın 5–400 arasında oyulduğuna inanılır. Ərazinin çox hissəsi kəşf edilmədiyi üçün oyma maşınlarının mənşəyi sirr olaraq qalır. Burada il ərzində orta temperatur 18 ° C olur. San Aqustinin əsas arxeoloji parkından əlavə olaraq, daha iki müstəqil yer, İdnların Hündürlüyü (Alto de los Ídolos) və Daşların Hündürlüyü (Alto de las Piedras) də var. Onlar San Aqustindən bir neçə kilometr aralıda Isnos bələdiyyəsində yerləşir.
Marselo Avqusto Matias da Silva
Marselo Avqusto Matias da Silva (26 Avqust 1991 – 28 Noyabr 2016) — Sadəcə Marselo kimi də tanınan, Şapekoense klubunda çıxış etmiş Braziliya futbolçusudur. O, klubda müdafiənin mərkəzi cinahında oynayırdı. Marselo həmçinin Flamenqo və Volta Redondo klublarında da çıxış etmişdir. Marselo LaMia Hava Yolları reys 2933-ün 28 noyabr 2016-cı ildə qəzaya uğraması nəticəsində həlak olanlardan biri olmuşdur. == Ölümü == 28 noyabr 2016-cı ildə Marselo Avqusto Matias da Silva Şapekoense klubunun xidməti heyəti ilə birlikdə LaMia Hava Yolları reys 2933 ilə uçarkən təyyarənin Kolumbiyanın La Yunion şəhərinin Serro-Qordo kəndində qəzaya uğraması nəticəsində həlak olmuşdur. == Karyerası == === Karyera statistikası === (1 noyabr 2016-cı il məlumatlarına əsasən) Mənbə məlumatlarını əldə edə bilərsiniz: Flamenqonun rəsmi səhifəsi və Flaestatistikadan.