Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Aşınma
Aşınma — süxurların və mineralların mexaniki parçalanması və kimyəvi dəyişməsi proseslərinin məcmusuna deyilir. Aşınma əsasən quru səthində gedir, su hövzələrinin dibində gedən aşınma prosesi isə Halmiloriz adlanır. Aşınma əsasən üç növə ayrılır. 1. Fiziki ( mexaniki) , 2. Bioloji, 3. Kimyəvi. Mexaniki və ya fiziki aşınmaya əsas səbəb temperaturun kəskin dəyişməsi, süxur çatlarında suyun donması, külək , buzlaq və başqa amillərin təsirilə süxurların kövrəkləşməsi və mexaniki parçalanmasıdır. Bioloji aşınma canlı orqanizmlərin, bitki və heyvanların fəaliyyəti nəticəsində süxurların mexaniki parçalanması, ovulması və ya tərkibinin kimyəvi dəyişməsidr. Kimyəvi aşınma - hava, su və üzvi aləmin kimyəvi aktiv birləşməsidir.
İşıqlanma dərəcəsi
İşıqlanma dərəcəsi (ing. illuminance, rus. освещенность, türk. aydınlatma şiddeti) – bir şeyin üzərinə düşən işığın miqdarı və ya səthin bir hissəsinin işıqlandırılması. Beynəlxalq vahidlər sistemində işıqlanmanın ölçü vahidi 1 lüks hesab olunur. Bu anlayışdan televiziya texnikasında, kompüterlərin displeylərinin və başqa oxşar optik qurğuların təsvirində istifadə edilir. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
İşıqlanma qurşaqları
İşıqlanma qurşaqları — Yerin kürə formasında olması, öz ətrafında və Günəş ətrafındakı hərəkəti səbəbi ilə ayrı-ayrı sahələrinin vahid zaman çərçivəsində müxtəlif dərəcədə işıqlanması və istilik alması nəticəsində yaranan coğrafi hadisədir. Günəş şüalarının düşmə bucağından, gecə və gündüzün uzunluğundan, fəsillərin yaranmasından asılı olaraq Yer üzərində beş işıqlanma qurşağı ayrılır. Bizim üçün adi hal olan fəsillərin əmələ gəlməsi və hər il eyni vaxtda təkrarlanması dünyanın bütün ərazilərində baş vermir. Fəsillərin yaranması başlıca olaraq orta enliklərdə müşahidə olunur. Bu hadisə Günəşin üfüqdə hündürlüyünün (şüaların düşmə bucağının) dəyişməsindən və onun Yer səthini qızdırmasında olan fərqlərdən yaranır. Yerin Günəş ətrafında orbit üzrə meyilli hərəkəti zamanı onun səthi ilin müxtəlif vaxtlarında eyni səviyyədə işıqlanmır. Günəş şüalarının düşmə bucağı dəyişdiyinə görə fəsillərin əmələ gəlməsinə, gecəgündüzün uzunluğunun dəyişməsinə və temperatur şəraitinə görə fərqlənən ərazilər vardır. Bunları fərqləndirmək üçün Yerdə işıqlanma qurşaqları ayrılır. Şimal və Cənub tropikləri arasında tropik işıqlanma qurşağı yerləşir. Bu qurşaq Günəş üfüqdə zenitdə olduğuna görə kifayət qədər işıqlanır və istilik alır.
Aşınma qabığı
Aşınma qabığı — litosferin üst hissələrində (əsasən aerasion zonada) aşınma amillərinin təsiri altında maqmatik, metamorfik və çökmə süxurların dəyişilməsi nəticəsində əmələ gələn süxurlar kompleksi. Səth sularının daha dərinə süzülməsi (filtrasiya) üçün münasib şərait (süxurların kontaktı, parçalanma zonaları üzrə və b.) olduqda aşınma qabığı alt sərhədi aerasiya zonasından aşağı enir. Aşınma qabığı anlayışına ilkin süxur quruluş əlamətlərini saxlayan tipik elüviumdan başqa, həmçinin aşınma zamanı mad-dənin şaquli yerdəyişməsi nəticəsində bu əlaməntləri itirmiş elüvium törəmələri də (məsələn, əhəngdaşıları, halogen süxurlarının aşınması nəticəsində əmələ gələn elüvium, həmçinin bəzi infiltrasion törəmələr) aid edilir. Fiziki və biokimyəvi proseslər nəticəsində əmələ gələn aşınma qabığı ayrılır. İlkin süxurların dəyişmə dərəcəsi və xüsusiyyətindən asılı olaraq, bir sıra geokimyəvi qabıq tipləri ayrılır: laterit, sialit, oksidləşmiş filiz, qırıntılı və b. Ən çox yayılmış mineraloji aşınma qabığı növlərinə cipsit, kaolinit, montmorillinit, oksidləşmiş sulfid filizləri, sulfat və b. aid edilir. Aşınma qabığı litosferin üst hissəsində, ana süxurların əsasən öz yerlərində fiziki, kimyəvi və bioloji aşınma və denudasiya nəticəsində əmələ gələn, kövrək təbəqədən ibarət geoloji formasiyaya deyilir. Əmələgəlmə dövrünə əsasən, aşınma qabığı iki yerə ayrılır: müasir qədimMüasir aşınma qabığı torpaq qatında və müasir elüvidən, qədim aşınma isə üçüncü dövr, mezazoy və hətta paleozoydan əvvəlki geoloji dövrlərin aşınma materiallarından təşkil olunmuşdur. Aşınma qabığının qalınlığı adətən 30–60 m olub, nadir hallarda 200–300 m-ə çatır.
Orqanik aşınma
Aşınma — süxurların və mineralların mexaniki parçalanması və kimyəvi dəyişməsi proseslərinin məcmusuna deyilir. Aşınma əsasən quru səthində gedir, su hövzələrinin dibində gedən aşınma prosesi isə Halmiloriz adlanır. Aşınma əsasən üç növə ayrılır. 1. Fiziki ( mexaniki) , 2. Bioloji, 3. Kimyəvi. Mexaniki və ya fiziki aşınmaya əsas səbəb temperaturun kəskin dəyişməsi, süxur çatlarında suyun donması, külək , buzlaq və başqa amillərin təsirilə süxurların kövrəkləşməsi və mexaniki parçalanmasıdır. Bioloji aşınma canlı orqanizmlərin, bitki və heyvanların fəaliyyəti nəticəsində süxurların mexaniki parçalanması, ovulması və ya tərkibinin kimyəvi dəyişməsidr. Kimyəvi aşınma - hava, su və üzvi aləmin kimyəvi aktiv birləşməsidir.
Şaxtadan aşınma
Fiziki aşınmanın bir növüdür. Şaxta aşınması soyuq sahələrdə (qütb ölkələrində və ya dağların nival qurşağındal) süxurların arasına dolan suyun donması nəticəsində onların mexaniki parçalanması və dağılmasıdır.
Saxlanma itkisi
Dayaq və ya saxlanma itkisi — mayelər dinamikasında, bir maye içərisində hərəkət edən cismə təsir edən daşıma qüvvəsinin - hücum bucağının (AOA) kritik qiyməti keçməsinə görə - azalması və ya yox olması nəticəsində cismin maye içərisində özünü saxlaya bilməməsidir. Cismin özünü saxlaya bilməməsinin müxtəlif səbəbləri mövcuddur. Ən əsas olan iki səbəb aşağıdakılardır: Daşıyıcı səth üzərində tələb olunan maye sürətinin əldə edilməsinin mümkün olmaması; Nəzarət və ya daşıma səthləri üzərində meydana çıxan axıntı ayrılığı. == Aviavasitələrdə == Aviavasitələrdə dayaq kritik hücum bucağının aşıldığı hər vəziyyətdə “sürətdən müstəqil olaraq” reallaşır. Yəni dayaq bu bucağın keçildiyi bütün sürətlərdə reallaşır.Saxlanma itkisinə bütün qanad məruz qala biləcəyi kimi, nəzarət səthlərinin olduğu qanad hissələri də qala bilər. Hər ikisi də nəzarət itkisinə, dolayı yolla saxlanma itkisinə səbəb olacaqdır. Məsələn, ox bucağı verilmiş qanadlarda qanad ucunda olan nəzarət səthləri, təyyarədən və qanadın hamısından daha əvvəl saxlanma itkisinə uğrayır. Buna görə də, daşınma mərkəzi ağırlıq mərkəzinin qabağına keçir və bu da pozitiv yunuslama momenti meydana gətirir. Yəni təyyarə, burnunu qaldırma meylinə girir. Artıq nəzarət səthləri üzərində hakimiyyət zəiflədiyinə görə, saxlanma qabiliyyəti belə bir vəziyyətdə qəzaya səbəb ola bilər.
Sigizmundun asılan zəngi
Sigizmundun asılan zəngi (pol. Zawieszenie dzwonu Zygmunta na wieży katedry w roku 1521 w Krakowie) və ya "1521-ci ildə Krakovda kilsə qülləsindən asılan Sigizmund zəngi" - rəssam Yan Mateykonun 1874-cü ildə bitirdiyi rəsm əsərinin adıdır. Rəsmdə 1521-ci ildə Krakovdakı Vavel kilsəsinin qülləsinə Sigizmundun zənginin asılması təsvir edilir. Zəng Sigizmund qülləsinə qurulur və 1521-ci il 13 iyulda ilk dəfə çalınır. Zəng Polşanın milli simvollarından biri kimi qəbul edilir. Bu əsər Yan Mateyko tərəfindən çəkilən tarixi rəsm əsərlərindən biridir. Rəsmdə tarixi əhəmiyyətli insanlardan ibarət olan izdiham təsvir edilir. Rəsm Polşa intibahının qızıl dövrünü və Polşa krallığının gücünü göstərir. Rəsmin bir neçə fərqli adları da mövcuddur. Bu adlara Mieçizlav Treter tərəfindən təklif edilən "Sigizmundun zəngini təqdis etmək..."(pol.