Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Abdalçay
Abdalçay - Tovuz rayonu ərazisində çay. == Toponimi == Tovuz rayonu ərazisində çay. Zəyəmçayın qoludur. Mənbəyini Öküz dağı və Maral dağının yamaclarından götürür. Çay qədim Abdal qalasının yaxınlığından axdığı üçün həmin qalanın adı ilə adlandırılmışdır.
Abdalçay şəlalələri
Abdalçay şəlalələri — Abdalçay şəlalələri kaskadı Tovuz rayonunun Çobansığnaq kəndindən 3 km şimalda, Siqnax dağının şərq yamacında, onun zirvəsindən təqbirən 1 km məsafədə, eyniadlı çayın dərəsində yerləşir. == Yerləşdiyi ərazi == Topoqrafik xəritələrdə rəsmi adı Kilsəsuyu olan Abdalçay Tovuz rayonunun dağlıq hissəsində, Zəyəmçayın orta axınında yerləşən kiçik bir dağ çayıdır. Mənbəyni cənubda Haçaqaya (2120,5 m) və Dondar (2017,7 m) dağlarının yamaclarındakı bulaqlardan götürərək, əvvəl şimal istiqamətində, sonra isə Sığnaq dağını keçərək, şimal-qərb istiqamətində axıb, Zəyəmçaya tökülür. Çayın uzunluğu təxminən 14 km, mənsəbinin dəniz səviyyəsindən hündürlüyü isə 690,0 m-dir. Qısa məsafədə çayın 1300 m-dən çox düşməsi, onun yatağının meyllilik dərəcəsinin xeyli yüksək (90-100 ‰) olmasını şərtləndirir, yəni hər bir kilometrdə çay 90–100 m aşağı düşür. Bu da ərazinin erozion-denudasion xarakterli cox mürəkkəb relyefə malik olduğuna dəlalət edir və şəlalələrin əmələ gəlməsi üçün əlverişli şərait yaradır.Dərə dibinin meyilliyi xeyli yüksıkdir, yamacları dik və sıx meşəlikdir, onun kəsib keçdiyi vulkanik mənşəli sərt qayalar (daykalar, lava laylarının çıxışları) isə dərəboyu piyada hərəkəti xeyli çətinləşdirir və bəzi yerlərdə, hətta mümkünsüz edir. Bu səbəbdən dərə insan ayağı dəyməyən yerlər təəssüratı yaradır və onun sağ və sol suayırıcıların yastı yalları boyu yerləşən kəndlərin (Çobansığnaq, Sarıtala, Ağcaqala və s.), sakinlərinin böyük əksəriyyəti bu şəlalələrin mövcudluğundan tam xəbərsizdir. == Şəlalə haqqında == Abdalçay hövzəsinin ərazisi geomorfoloji baxımdan Kiçik Qafqazın şimal-şərq yamacının ortadağlıq qurşağı ilə alçaqdağlıq qurşağın təmasında, Şəmkir antiklinor quruluşlu qırışıqlı — qaymalı tektonik-maqmatik mənşəli günbəzvari massivlə təmsil olunmuş eyniadlı morfostrukturun şimal-qərb hissəsində yerləşir. Səthi sıx erozion-denudasion dərə şəbəkəsi ilə kəskin parçalanmış mürəkkəb - qayalıq relyefə malikdir. Şəlalələrın əmələ gəldiyi çay dərəsi mürəkkəb litoloji-petroloji tərkibli və tektonik dislokasiyaya məruz qalmış vulkanik və qismən də vulkanik-çökmə süxur kompleksləri üzrə formalaşmışdır.
Abdibəy (Urmiya)
Abdibəy (fars. عبدي بيگ‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 121 nəfər yaşayır (23 ailə).
Abdulhey
Əbdülhey Çoban (d. 1975 – ö. 12 iyun 2014 İstanbul) — Qurdlar Vadisi teleserialında Kənan Çoban tərəfindən canlandırılan uydurma personaj. == Səsləndirmə == Oynadığı ilk səhnədə səsləndirməni özü etmişdi. Lakin sonradan personajı Qədir Çermik səsləndirməyə başladı. Bir müddət Qədir Çermiklə anlaşıla bilinməməsinə görə Qurdlar Vadisində bir neçə bölüm Əngin Yüksəl tərəfindən səsləndiridi, daha sonra yenidən Qədir Çermiklə yola davam edildi. == Qurdlar Vadisində Əbdülhey == "KGT" (Kamu Güvenliği Teşkilatı) adlı çox məxfi kəşfiyyat təşkilatının üzvüdür. Əsl adı Zülfü Yüksəldir. Kəşfiyyatda kod adı "Əqrəb"dir. KGT-nin ikinci nömrəli adamıdır.
Abdulhey Çoban