Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Əbdüləhəd Həsənov
Əbdüləhəd Səftər oğlu Həsənov (1903, Şamaxı – 1972, Bakı) — tibb elmləri doktoru (1937), professor (1939), AMEA-nın müxbir üzvü(1962), tibb sahəsində tanınmış alim. Əbdüləhəd Səftər oğlu Həsənov 1903-cü ildə Şamaxıda qulluqçu ailəsində anadan olmuşdur. Onun atası ipəkçilik mütəxəssisi olmuşdur. O, 1912–1918-ci illərdə Şamaxı realnı məktəbində oxumuşdur. Ə. Həsənov 1918-ci ildə Bakıya köçmüş, orada oxumuş və müxtəlif yerlərdə işləmişdir. 1919-cu ildə o, poçt-teleqraf kursuna daxil olur və kursu bitirdikdən sonra Bakı teleqraf kontorunda teleqrafçı işləməyə başlayır. 1920-ci ilin aprelindən etibarən XI Qırmızı Ordunun qərargahında işləyir, ancaq 1921-ci ilin iyulunda səhhəti ilə əlaqədar olaraq tərxis edilir. Sonra 1922-ci ilədək AİK-da (Azərbaycan İnqilab Komitəsi) teleqrafçı işləyir. 1922-ci ildə V. İ. Lenin adına Azərbaycan Dövlət Universitetinin tibb fakültəsinə daxil olur. Universitetdə təhsil almaqla yanaşı, o, eyni zamanda Qırmızı Aypara nəzdindəki kurslarda və tibb bacıları üçün məktəbdə müəllim işləyirdi.
Abdulhey
Əbdülhey Çoban (1975 – 12 iyun 2014, İstanbul) — Qurdlar Vadisi teleserialında Kənan Çoban tərəfindən canlandırılan uydurma personaj. == Səsləndirmə == Oynadığı ilk səhnədə səsləndirməni özü etmişdi. Lakin sonradan personajı Qədir Çermik səsləndirməyə başladı. Bir müddət Qədir Çermiklə anlaşıla bilinməməsinə görə Qurdlar Vadisində bir neçə bölüm Əngin Yüksəl tərəfindən səsləndirildi, daha sonra yenidən Qədir Çermiklə yola davam edildi. == Qurdlar Vadisində Əbdülhey == "KGT" (Kamu Güvenliği Teşkilatı) adlı çox məxfi kəşfiyyat təşkilatının üzvüdür. Əsl adı Zülfü Yüksəldir. Kəşfiyyatda kod adı "Əqrəb"dir. KGT-nin ikinci nömrəli adamıdır. Elazığlıdır. Uşaqlıqdan dövlət tərəfindən böyüdülüb və Şimali İraqda Ömər qəbiləsinin içinə yerləşdirilib.
Abdulhey Çoban