Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Abdulcəlil Xuluqvi
Abdulcəlil Xuluqvi (ləzg. Абдулджелил Хулухви; 1880-1937) və ya doğum adı ilə Abdulcəlil Sadiq oğlu Ramazanov — Ləzgi əsilli Azərbaycan şairi. O, şeirlərini ləzgi və Azərbaycan dillərində "Nadim" təxəllüsü ilə yazmışdır. == Həyatı və fəaliyyəti == Abdulcəlil Sadiq oğlu Ramazanov 1880-ci ildə Rusiya imperiyasının, Bakı quberniyasına daxil, Xuluq kəndində (hazırda Qusar rayonu ərazisində) anadan olub. O, Xuluq kənd məscidinin nəzdindəki məktəbdə, sonradan o vaxtın Alqadar Həsən Əfəndinin məktəbində və Yaraq mədrəsəsində təhsil almışdır. Burada o, şərq poeziyasını, Azərbaycan və Dağıstan şeirlərinin yaradıcılığını öyrənmişdir. Abdulcəlil Azərbaycan, fars, türk, ərəb dillərinidə bilirdi. Onun həmçinin öz kitabxanası var idi. Kitabxanasından qonşu kəndlərin sakinləri də istifadə edirdi. Abdulcəlil Əhməd Cavad və Mircəfər Bağırovla dostluq etmişdir.
Fazil Abdulcəlilov
Fazil Apasoviç Abdulcəlilov (noq. Фазыл Апас улы Абдулжаьлилов, rus. Фазиль Апасович Абдулжалилов; 1 mart 1913, Kanqlı[d] – 1974) — noqay sovet yazıçısı. O, 1940-cı ildən Sovet İttifaqı Kommunist Partiyası üzvüdür. Abdulcəlilov "Güclülər ailəsi" (1950), "Asantaj" (1956), "Sərt dönüş" (1961) povestlərinin müəllifidir. "Güclü axın" (1959) romanı kollektivləşməyə həsr olunmuşdur. "Kuban çağlayır" (1955) şeir toplusu var.
Abdulcəmil Bilalov
Mustafa Abdülcemil Qırımoğlu
Mustafa Əbdülcəmil Qırımoğlu (13 noyabr 1943, Ay-Serez qəsəbəsi) — 1943-cü ilin 13 noyabrda o zaman Rusiya Federasiyasının tərkibində olan Krım Muxtar Sovet Sosialist Respublikasının Sudak vilayətinin Ay-Serez qəsəbəsində çoxuşaqlı ailədə anadan olub. Bütün Krım tatarları kimi onun da ailəsi 1944-cü il 18 may tarixində Krımdan Orta Asiyaya köçürülüb. Haşiyə: "International Relations and Security Network" media agentliyinə 2009-cu il iyulun əvvəllərində verdiyi müsahibəsində Mustafa Cemilev deyib: "Bizim xalq soyqırımın qurbanıdır. İkinci dünya müharibəsi sonunda bizim milləti Stalinin əmri ilə Orta Asiyaya köçürdülər. Heyvanlar üçün nəzərdə tutulmuş vaqonlarda köçürülərkən və Orta Asiyadakı yeni yerlərdə Krım tatarlarının yarısı acından, xəstəlikdən məhv oldu… Mən uşaq olanda, ana və atamın axşamlar göz yaşı içində pıçıldaşmalarından anladım ki, bizim Vətənimiz olub. Bu Vətən – müasir müstəqil Ukraynanın tərkibində olan Krımdır." 1959-cu ildə orta məktəbi bitirən Mustafa bəy sənədlərini Daşkənddəki Orta Asiya Universitetinin Şərqşünaslıq fakültəsinə verir, lakin ona bildirilir ki, Krım tatarlarını bu fakültəyə qəbul etmirlər. Bundan sonra Cəmilev Özbəkistanın Mirzəçaul təmir-mexaniki zavodunda çilingər, tornaçı, elektroçilingər işləyir, daha sonra Daşkəndə köçərək aviasiya zavodunda tornaçı sənətində çalışır. 1961-ci ildə M. Cəmilev gizli yaradılmış "Krım tatar gənclərinin ittifaqı" (KTGİ) təşkilatında tarixi şöbəyə başçılıq edir. Təşkilat bir neçə ay fəaliyyət göstərir və SSRİ "DTK"-si (Dövlət Təhlükəsizlik Komitəsi) tərəfindən repressiyaya məruz qalır. Təşkilatın rəhbərləri Marat Ömərov və Səid Həmzə Ömərov həbs edilərək, 3 və 4 il olmaqla ciddi rejimli əmək-islah kolonunda cəzaya məhkum edilirlər.
Əbdücəlil Həşimov
Əbdücəlil Həşimov (tac. Абдуҷалил Ҳошимов; 1 yanvar 1944, Qafurov rayonu[d], Soqd vilayəti – 30 noyabr 2023) — Tacikistan müğənnisi (dramatik tenor), Tacikistanın xalq artisti, bəstəkar, instrumental ifaçı. Əbdücəlil Həşimov 1 yanvar 1944-cü ildə Tacikistan SSR-in Leninabad rayonunun Kastakoz kəndində anadan olmuşdur. 1961-ci ildə orta məktəbi bitirmiş, 1961–1963-cü illərdə doğma kəndində konserv zavodunda klubda musiqi müəllimi işləmişdir. 1963–1994-cü illərdə Tacikistan SSR Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin nəzdində fəaliyyət göstərən "Şaşmakom" ansamblının solisti-vokalçısı olmuşdur. 2000–2005-ci illərdə Tacikistan Dövlət Konservatoriyasının kafedrasının dosenti, 2005-ci ildən professor.
Mustafa Əbdülcəmil Qırımoğlu