Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Akiqava çayı
Akiqava çayı və ya Akikava çayı — Böyük Tokio bölgəsinin qərbində axan çay. Tama çayının əsas qoludur. == Haqqında == Akiqava çayı iki suayırıcıya malikdir: şimal və cənub. Mənbəyi Çiçibu Tama Kay Milli Parkında yerləşir. Akiruno və Hinohara şəhərlərindən, eləcə də, Kanaqava və Tokio prefekturalarından keçir. Çayın dərəsi populyar istirahət yeridir.
Kəmalə Abiyeva
Kəmalə Abiyeva (Abiyeva Kəmalə Aydın qızı) — Azərbaycan şairi, Azərbaycan Yazıçılar Birliyinin üzvü. == Həyatı == Kamalə Abiyeva Azərbaycanın cənub bölgəsinin Astara şəhərində müəllim ailəsində anadan olub. Kiçik yaşlarından ailəsi Bakıya köçüb. Bakının indiki Yasamal rayonundakı 52 nömrəli orta məktəbi bitirib. ADPU-nin fizika fakültəsində ali təhsil alıb. Pedaqoji fəaliyyətə həmin ildə Abşeron rayon Masazır kəndində başlayıb. 1980 - ci ildən Bakının Yasamal rayonundakı Aslan Ağaverdiyev adına 31 nömrəli tam orta məktəbdə işləyir. ”Qabaqcıl təhsil işçi”sidir. 10 və 11-ci sinif “Fizika”dərsliyinin rəyçilərindən biridir. Onlarla elmi-metodiki məqalənin müəllifidir.
Fəridə Abıyeva
Fəridə Abıyeva (d. 20 mart 1995; Bakı, Azərbaycan) — Azərbaycanlı karateçi. Fəridə Abıyeva, 2017-ci ildə baş tutan IV İslam Həmrəyliyi Oyunlarında qızıl medal qazanıb. == Həyatı == Fəridə Abıyeva 20 mart 1995-ci ildə Bakı şəhərində anadan olub. O, ali təhsilini Bakı Dövlət Universitetində alıb. == Karyerası == Fəridə Abıyeva, 2017-ci ildə Azərbaycan bayrağı altında IV İslam Həmrəyliyi Oyunlarına qatıldı. -61 kiloqram çəki dərəcəsində çıxış edən Fəridə Abıyeva, finalda görüşündə, İran nümayəndəsi Rozita Əlipurkeşkaalesaadı 3:0 hesabı ilə məğlub etdi və IV İslam Həmrəyliyi Oyunlarının qızıl medalına sahib oldu.
Pərvin Abıyeva
Pərvin Abıyeva (17 oktyabr 1990, Ağdaş) — teatr və kino aktrisası, Ən Yaxşı Aktrisa fəxri diplomu laureatı. == Həyatı == Pərvin Abıyeva 17 oktyabr 1990-cı ildə anadan olmuşdur. Azərbaycan Dövlət İqtisad Universitetini bitirmişdir. == Karyerası == İlk dəfə "Qarabağnamə" filminə çəkilmişdir. 2012-ci ildə isə "Həyat Varsa" serialına çəkilmişdir. 2013-cü ildə "Oğurlanmış arzular" teleserialında baş rol almışdır. 2014-cü ildə "İkinci Bahar" serialıdada baş rolda oynamışdır. 2015-ci ildə "Tufanlı Səma" serialında Anar Heybətovla baş rolda oynamışdır. Həmin il "Gecə Qonağı" filminı çəkilir. "Ay Brilliant" filmində çəkilir.
Zümrüd Abıyeva
Zümrüd Yağmur (tam adı: Zümrüd İsrafil qızı Abıyeva; 20 mart 1971, Masallı rayonu) — realist, distopik yazar, ədəbiyyatşünas, 1998-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, filologiya elmləri namizədi. == Həyatı == Zümrüd Yağmur 1971-ci il martın 20-də Masallı rayonunun Məmmədxanlı kəndində anadan olmuşdur. Şərəfə kənd orta məktəbini bitirdikdən sonra 1988–1993-cü illərdə Bakı Dövlət Universitetinin Filologiya fakültəsində təhsil almışdır. Hələ tələbəykən "Müstəqil qəzet"ində köşə yazıları ilə çıxış etmişdir. 1990-cı illərdən ədəbi yaradıcılığa başlamışdır. "Müstəqil qəzet"də müxbir işlədiyi illərdə dövri mətbuatda hekayələri, elmi, fəlsəfi məqalələri dərc edilmişdir. "Hüseyn Cavid yaradıcılığında insan konsepsiyası" mövzusunda namizədlik dissertasiyası müdafiə edib filologiya elmləri namizədi alimlik dərəcəsi almışdır (1997). İlk kitabı "Suada" adlı povest və hekayələr toplusu 1995-də nəşr olunmuşdur. "İnsan axtarışında" (1998) kitabı bədii ədəbiyyatda insan konsepsiyası probleminə həsr edilmişdir. 1994–1999-cu illərdə "Azərbaycan Ensiklopediyası" Nəşriyyat-Poliqrafiya Birliyində elmi redaktor olmuşdur.