Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Adolf Bastian
Adolf Bastian (alm. Philipp Wilhelm Adolf Bastian‎; 26 iyun 1826[…], Bremen – 2 fevral 1905[…], Port-of-Speyn) — Alman etnoqrafı, səyyahı və filosofu. == Həyatı == Alman təkamül məktəbinin nümayəndəsi Adolf Bastian (1826–1905) ixtisasca həkim idi. О, ömrünün üçdə birini səyahətlərdə keçirmiş və demək olar ki, dünyanın hər yerində olmuşdu. Səyahətləri zamanı çoxlu etnoqrafik materiallar toplamışdı ki, bu da onun yaratdığı və başçılıq etdiyi "Berlin Xalqşünaslıq muzeyi"nin təşkili üçün əsas olmuşdu. "Tarixdə insan" və "Adi təfəkkür" əsərlərində onun insanların eyni təfəkkür qabiliyyətinə malik olması və bəşər mədəniyyətinin vahidliyi haqqında fikirlər əsas yer tuturdu. О, həm də "Antropologiya, etnoqrafiya və tarixəqədərki dövr" cəmiyyətinin yaradılmasının fəal təşəbbüskarı olmuş və bu cəmiyyətin nəşr etdirdiyi etnoloji jurnalın redaktoru olmuşdu. Bastianın "Adi təfəkkür" əsəri nə qədər qarışıq və mürəkkəb olsa da mütərəqqi idi. İnsan nəslinin və şüurunun vahidliyi, əqli tərəqqi, onun ətraf mühitdən asılılığı о dövr üçün əsas ideyalar idi. Bastian xarici aləmin təsiri üzərində dayansa da, bütün bəşər tarixini psixologiyaya, adi və xalq təfəkkürünün formalaşmasına qurban vermək onun ideyalist baxışlarından irəli gəlirdi.
Bastian Steqer
Bastian Steqer (19 mart 1981) — Almaniyanı təmsil edən stolüstü tennisçi. == Karyerası == Bastian Steqer Almaniyanı 2012-ci ildə London şəhərində baş tutan XXX Yay Olimpiya Oyunlarında təmsil edib və Komanda turnirində bürünc medalın sahibi olub.
Bastian Trinker
Bastian Trinker (11 may 1990-cı ildə anadan olub) — ATP Çelencer Turunda iştirak edən Avstriyalı peşəkar tennisçi. 12 dekabr 2015-ci ildə o, Dünya ATP reytinqində 241-ci sırada qərarlaşaraq rekorduna imza atmışdır.
Bastian Şvanştayger
Bastian Şvanştayger (alm. Bastian Schweinsteiger‎; 1 avqust 1984) —Alman futbolçusu. 183 santimetr boya malikdir.Almaniya milli futbol komandasının oyunçusudur.
Bastian Şvaynştayger
Bastian Şvanştayger (alm. Bastian Schweinsteiger‎; 1 avqust 1984) —Alman futbolçusu. 183 santimetr boya malikdir.Almaniya milli futbol komandasının oyunçusudur.
Vitali Astaxin
Vitali Vladimiroviç Astaxin (2 fevral 1951, Bakı) — Azərbaycan musiqiçisi, trombon ifaçısı, Azərbaycan Respublikasının xalq artisti (2005). Vitali Vladimiroviç Astaxin 2 fevral 1951-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1973-cü ildə Bakı Musiqi Texnikumunu bitirmişdir. Vitali Astaxin 1969–1973 və 1978–1986-cı illərdə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının simfonik orkestrində, 1973–1978-ci illərdə isə Azərbaycan Dövlət Akademik Filarmoniyasında fəaliyyət göstərmişdir. 1986-cı ildən Azərbaycan Dövlət Simfonik Orkestrinin trombonçalanlar qrupunun konsertmeysteridir.
Austin Metro
Austin Metro — British Leyland şirkətinin Austin Rover Group bölməsi tərəfindən istehsal edilən avtomobil modeli. 1980-ci ildə Austin miniMetro adı ilə istifadəyə verilmişdir. Mini üçün tamamlayıcı bir nəqliyyat vasitəsi olması məqsədləri üçün hazırlanmışdır. Onun kod adı LC8-dir. 1980–1997-ci illər arasında 2.078.218 ədəd istehsal edilib. İstehsal edildiyi 18 il ərzində avtomobil bir çox fərqli adlar altında satılıb: Austin Metro, MG Metro və Rover Metro. 1995-ci ilin yanvarında o, Rover 100 seriyası adlandırılmışdır. Avtomobilin panel furqon versiyaları da Morris Metro və Metrovan adları altında istehsal edilmişdir.
Astan Şahverdiyev
Astan Şahverdiyev (15 fevral 1947, Qaryagin – 15 aprel 2018, Çiləgir, Qusar rayonu) — Texnika elmləri doktoru, professor. Azərbaycan Respublikası Milli Məclisinin III, IV və V çağırış deputatı. == Həyatı == Şahverdiyev Astan Nüşrəvan oğlu 15 fevral 1947-ci ildə Füzuli şəhərində anadan olmuşdur. 1964-cü ildə Cəbrayıl rayonunun Böyük Mərcanlı kənd orta məktəbini bitirmiş və həmin ildə də Azərbaycan Neft və Kimya İnstitutuna qəbul olmuş, 1970-ci ildə institutu bitirmişdir. 1972–1974-cü illərdə hərbi xidmətdə olmuşdur. 1978-ci ildə Azərbaycan Texniki Universitetinin aspiranturasına daxil olmuş və 1981-ci ildə İstilik fizikası üzrə namizədlik dissertasiyası müdafiə etmişdir. 1982-ci ildə müsabiqə yolu ilə Azərbaycan Texniki Universitetinin "İstilik texnikası və istilik qurğuları" kafedrasına assistent vəzifəsinə seçilmişdir. Şahverdiyev elmi fəaliyyətimi davam etdirərək 1992-ci ildə Moskva Energetika İnstitutunda doktorluq dissertasiyası müdafiə edib, texnika elmləri doktoru alimlik dərəcəsi və 1994-cü ildə professor elmi adı alıb. 1995-ci ildə Nyu-York Elmlər Akademiyasının həqiqi üzvü seçilmişdir. 2001-ci ildə Azərbaycan Texniki Universitetinin "İstilik və soyuqluq texnikası" kafedrasının müdiri vəzifəsinə seçilmişdir.
Ageratina austin-smithii
Ageratina austin-smithii (lat. Ageratina austin-smithii) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin ageratina cinsinə aid bitki növü.
Austin və Ally
Ostin və Elli bir Disney Channel orjinal serialıdır. Serial 4 dekabr 2011 - də başladı. Ondan əvvəl serialın ön nümayişi 2 dekabrda oldu. == Hekayə == Serialda mahnı yazan Elli ilə rok oxuyan Ostinin hekayələrinin birləşməsiylə reallaşar. Elliin atası musiqi alətləri marketində işlətməkdədir. Ostin ilə Elli bu dükanda qarşılaşar. Elli mahnı yazarkən Ostin onun otağına girər. Ostinin beyninə bu mahnı qazıntınmışdır. Bu mahnının Ellinin mahnısı olduğunu bilmədən oğurlayar və bu mahnıya video çəkər. Bu şəkildə bir gecədə məşhur olan Ostinə Elli çox hirslidir.
Senecio austin-smithii
Senecio austin-smithii (lat. Senecio austin-smithii) — mürəkkəbçiçəklilər fəsiləsinin xaçgülü cinsinə aid bitki növü.
Bastın-Tas adası
Bastın-Tas adası — qayalıqdan ibarət olan ada. Adanın sahillərini Laptevlər dənizinin suları yuyur. Bastın-Tas adası Belkovski adasının şimalında qərarlaşıır. Anju adaları qrupuna daxildir. İnzibati cəhətdən Saxa Respublikası ərazisinə daxildir.
Basatın igidliyi (film, 1988)
Basatın igidliyi (rus. Басат, победитель Тепе-Гёза) qısametrajlı cizgi televiziya filmi rejissor Vaqif Behbudov tərəfindən 1988-ci ildə çəkilmişdir. "Azərbaycantelefilm"də istehsal edilmişdir. Filmdə müdrik Dədə Qorqud gənc döyüşçünün cəsarətini görüb ona Basat adını verir. Basat əzazil Təpəgözə qalib gəlib uşaqları, anaları bəladan qurtarır. == Məzmun == Kukla filmində müdrik Dədə Qorqud gənc döyüşçünün cəsarətini görüb ona Basat adını verir. Basat əzazil Təpəgözə qalib gəlib uşaqları, anaları bəladan qurtarır. == Mükafat == 1991-ci ildə filmə görə Vaqif Behbudov Azərbaycan Respublikası Dövlət Mükafatına layiq görülmüşdür.