Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Əbubəkir (Xaybulla)
Əbubəkir kəndi (başq. Әбүбәкир) - Rusiyanın Başqırdıstan Respublikası Xaybulla rayonu Fyodorovka kənd sovetliyinə daxil olan kənd. 2002-ci il ümumrusiya siyahıya alınmasına görə Başqırdıstan Respublikası Əbubəkir kəndinin milli tərkibi: başqırdlar 100 %. Məsafələr: rayon mərkəzindən (Akyar): 18 km., kənd sovetliyindən (Fyodorovka): 6 km. ən yaxın dəmiryol stansiyasından (Sara stansiyası): 74 km. Совет муниципальных образований Республики Башкортостан.
Əbubəkr
Əbu Bəkr (ərəb. أبو بكر الصديق‎; təq. 27 oktyabr 573[…], Məkkə – 23 avqust 634, Mədinə) — Rəşidi xilafətinin birinci xəlifəsi. Əbu Bəkr Məhəmmədin etibar etdiyi hörmətli yoldaşı idi. Sünni müsəlmanlar ona böyük hörmət bəsləyir və ona “doğru danışan” mənasını verən əs-Siddiq adı ilə şərəfləndirirlər. Əbu Bəkr Bənu Teym qəbiləsindən Əbu Quhafa və Umm əl-Xeyrin ailəsində anadan olmuşdur. O, İslamı qəbul edən ilk insanlardan biri idi və başqalarını da qoşulmağa dəvət edərək imanın yayılmasına kömək edirdi. Onun səyləri sayəsində bir çox səhabələri də İslamı qəbul etmişdilər. O, Bilal Həbəşi da daxil olmaqla çox sayda qulu azad etməkdə tanınıb. Əbu Bəkr, Məhəmmədin əqidəsinə qarşı çıxan müşriklər tərəfindən pis rəftarla üzləşmişdir.
Əbubəkr (ad)
Əbu Bəkr, Əbubəkr — ad.
Əbubəkr Tehrani
Əbubəkr Tehrani (fars. ابوبکر طهرانی‎ ) - Şahrux, Cahanşah və Uzun Həsən kimi hökmdarların xidmətində olmuş, siyasi işlərdə fəal iştirak etmiş dövlət adamı, münşi və tarixçi, Kitabi-Diyarbəkriyyə əsərinin müəllifi Əbubəkr Tehraninin həyatı ilə bağlı əlimizdə kifayət qədər məlumat yoxdur. Müəllif özü haqqında ilk dəfə Kitabi-Diyarbəkriyyə əsərinin giriş hissəsində məlumat vermiş və tam adını Əbubəkr ət-Tehrani əl-İsfahan kimi qeyd etmişdir. Faruq Sumerə görə buradakı Tehran müasir mənasından fərqli, İsfahan yaxınlığında bir kəndin adıdır. Müəllifin İsfahanlı olması bilinən bir faktdır. Daha sonra yazar özündən Şahruxun 1446-cı ildə Reydə ölümünü nəql edərkən bəhs edir. Şahrux öz övladları və yaxın adamları ilə üç günlük əzuqə götürüb yola düşərkən, düşərgədə qalan Əbubəkr Tehraniyə məşhur sufi şeyxi Əlaüddövlə Simnarinin müridlərindən biri yaxınlaşır və deyir: "Bu şəxs qəribə padşahdır. Mən bu gecə yuxuda görmüşəm ki, peyğəmbər həzrətləri onun paltarının tozunu çırpır". Tehrani isə cavab verir: "Bu, düzgün yuxudur. Onun paltarının tozunu çırpmaq torpaqdan olan bədəninin üçan ruhundan ayırmaq mənasını verir".
Əbubəkr Urməvi
Əbu Bəkr Hüseyn ibn Əli ibn Yezdinyar Urməvi (?-944) — Azərbaycan sufi alimi. Şeyx Mahmud Xoyi özündən əvvəl Azərbaycanda yaşamış məşhur sələfi Əbu Bəkr Hüseyn ibn Əli ibn Yezdanyar Urməvinin (ölümü 944) ideyalarına əsaslanaraq "Əxilik" adı ilə məşhurlaşmış hərəkatın əsasını qoymuş və bu hərəkat Azərbaycanın və Türkiyənin tarixində dərin izlər buraxmışdır. Cənubi Azərbaycanın Urmiya şəhərində anadan olmuş və İbn Yezdanyar adı ilə tanınmış bu azərbaycanlı mütəfəkkirin həyatı və fəaliyyətləri ilə bağlı orta əsr müəllifləri Əbdurrəhman Cami "Nəfaxat-ul-Üns", Əlişir Nəvayi isə "Nəsayim-ul-Məhəbbə min Şəmayim-ul-Futuvvə" adlı əsərlərində geniş məlumat vermişdirlər. X əsrdə yaşamış İbn Yezdanyar öz dövründə yayılmış batil inam və xürafələrə, o cümlədən bunların əsas yayıcısı olan sufi cərəyanlarına qarşı ciddi mübarizə aparmışdır. Məlum olduğu kimi XIII əsrdə yaşamış İbn Teymiyyə sufilik və digər bidətçi cərəyanlara qarşı öz əsərləri ilə ciddi mübarizə apardığı üçün istər öz dövründə, istərsə də bu gün tənqidlərə məruz qalmışdır.
Abubakr Abakarov
Abubakr Abakarov (28 yanvar 1999, Xasavyurd, Dağıstan) — 2008-2014-cü illərdə Rusiya, 2014-cü ildən isə Azərbaycanı təmsil edən sərbəst güləşçi. == Karyerası == Abubakr Abakarov 2014-cü ildə Belarusda A. Medvedin xatirəsinə həsr olunan beynəlxalq turnirdə mübarizə apardı və turniri 8-ci pillədə başa vurdu. 2016-cı ildə Azərbaycan Güləş Federasiyası (AGF) Abubakr Abakarovu Azərbaycan yığmasına dəvət elədi. Abubakr Abakarov bu dəvəti qəbul elədi və 2016-cı ildən Azərbaycan bayrağı altında beynəlxalq turnirlərdə mübarizə aparmağa başladı. Abubakr Abakarov 2016-cı ilin iyulunda İsveçdə baş tutan yeniyetmələr arasında Avropa Çempionatının bürünc, sentyabrında Gürcüstanda baş tutan yeniyetmələr arasında Dünya Çempionatının isə qızıl medalına sahib oldu. 2017-ci ildə Abubakr Abakarov Dortmund şəhərində (Almaniya) gənclər arasında Avropa Çempionatında mübarizə aparsa da, turniri 18 idmançı sırasında 10-cu pillədə başa vurdu. Daha sonra Abubakr Abakarov 2018-ci ildə Trnava şəhərində gənclər arasında Dünya Çempionatının gümüş medalına sahib oldu, Budapeşt şəhərində baş tutan Dünya Çempionatını isə 8-ci pillədə başa vurdu. Abubakr Abakarov 2019-cu ilin iyununda İspaniyada baş tutan gənclər arasında Avropa Çempionatının qalibi oldu, avqustunda Estoniyada baş tutan gənclər arasında Dünya Çempionatının isə bürünc medalına sahib oldu. Beynəlxalq turnirlərində — İstanbul şəhərində Yaşar Doğu Turniri beşinci pillədə, Saxa vilayətində isə D. Korin Turnirini isə gümüş medalla başa vurdu. İlin sonunda isə Abubakr Abakarov Budapeşt şəhərində (Macarıstan) baş tutan U23 Dünya Çempionatının gümüş medalına sahib oldu.
Əbubəkr Kostoyev
Əbubəkr Həsənoviç Kostoyev (rus. Абубака́р Хаса́нович Косто́ев; 30 iyul 1967) — Rusiya Daxili İşlər Nazirliyinin əməkdaşı, polis mayoru, Rusiya Federasiyası Qəhrəmanı (2014).) == Həyatı == Əbubəkr Həsənoviç Kostoyev 30 iyul 1967-ci ildə Çeçen-İnquş Muxtar Sovet Sosialist Respublikasının Sunjenski rayonunun Orconikidzevskaya kəndində anadan olmuşdur. 5 may 1993-cü ildən daxili işlər orqanlarında çalışır. O, Rostov Sənaye Texnologiyaları Kollecinin (Rostov, Yaroslavl vilayəti) tikinti fakültəsini və Rusiya Daxili İşlər Nazirliyinin Sankt-Peterburq Universitetinin tikinti fakültəsini bitirmişdir. == Mükafatlar == Rusiya Federasiyasının Qəhrəmanı (mükafat 22 dekabr 2014-cü ildə təqdim olunmuşdur) şöbə medalları == İstinadlar == == Əlavə ədəbiyyat == Муса Гешаев. Знаменитые ингуши. 2 (2000 nüs.). Турин: STIG. 2006.
Hacı Əbubəkr Paşa
Hacı Əbubəkr Paşa (1670 – yanvar 1759) — Osmanlı sultanı III Əhməd və I Mahmudun dönəmlərində müxtəlif vəzifələrdə xidmət etmiş dövlət xadimi. Əslən Alanyalı olub, saraydakı yaxınlarının vasitəsilə öncə gömrükçü, daha sonra qapıçıbaşı olaraq çalışdı. 1718-ci ilin aprelində baş çavuş, 1722-ci ilin mayında zərbxana əmini, 1723-cü ilin aprelində isə yenidən baş çavuş təyin edildi. Daha sonra 1724-cü ilin noyabrında Ciddə və Həbəşistan, 1727-ci ilin sentyabrında Misir, 1729-cu ilin iyulunda yenidən Ciddə bəylərbəyi oldu. 1731-ci ilin oktyabrında Anadolu bəylərbəyi, 1732-ci ildə kaptan-ı dərya, 1733-cü ilin mayında nişançı vəzir, 1734-cü ildə Rumeli bəylərbəyi, 1740-cı ildə Moreya valisi, 1743-cü ilin oktyabrında yenidən Ciddə valisi oldu. 1749-cu ildə Bosniya bəylərbəyi, 1750-ci ildə ikinci dəfə kaptan-ı dərya seçildi. 1751-ci ilin fevralında təqaüəd ayrılsa da, çox keçmədən yenidən Ciddəyə təyin olundu. Bahir Mustafa Paşanın sədarətə gəlməsinin ardından Gəliboluya sürgün edilsə də, 3 il sonra yaşlılığı səbəb göstərilərək geri çağırıldı. 1759-cu ilin yanvarında burada vəfat etmiş, cənazəsi Aksarayda inşa etdirdiyi məktəbin bağçasına dəfn edilmişdir. Öncəki evliliklərindən İsgəndər bəy, Hacı Mehmed bəy, Süleyman bəy adlı oğullarının olduğu bilinir.
Əbubəkr (Eldəniz hökmdarı)
Atabəy Nüsrədəddin Əbu Bəkr və ya I Əbu Bəkr – Eldənizlər dövlətinin hökmdarı. Əbu Bəkrin dövründə Cahan Pəhləvanın oğulları arasında hakimiyyət uğrunda gedən mübarizə feodal çəkişmələri nəticəsində Eldəgəzlər dövlətinin tənəzzülü başladı. Qutluq İnanc və Əmiran Ömərin hakim olduqları İraq Əcəm, İsfahan və Rey vilayətləri Eldəgəz dövlətindən ayrıldı. Eldəgəz dövlətində gedən feodal çəkişmələrdən Xarəzmşahlar, Abbasilər, Əyyubi sultanları, Şirvanşahlar, gürcü çarları istifadə etməyə çalışırdılar. 1192-ci ildə sultan Toğrul ona sadiq əmirlərin köməyi ilə həbsdən azad oldu və qısa müddətə Rey, İsfahan və Həmədanda hakimiyyəti ələ keçirdi. Qutluq İnanc Toğrula qarşı Xarəzmşah Təkəşdən (1172–1200) hərbi yardım istədi. 1194-cü ildə Təkəş hücum edərək Xorasan, Rey və Həmədan vilayətlərini tutdu. Martın 25-də Rey yaxınlığında Toğrul öldürüldü. Xarəzmşah işğal etdiyi vilayətlərin idarəsini Qutluq İnanca tapşırdı. Lakin, Qutluq İnancın müstəqil dövlət yaratmağa çalışması Təkəşin ona münasibətinin kəskin surətdə dəyişməsinə səbəb oldu.
Əbubəkr Tahiran Əbhəri
Abdullah bin Tahir bin Haris Tayi (d.940) — Şeyx Əbubəkr Əbhəri bin Tahirtiyan adıyla da tanınan arif, zahid və alim ki, nəsəbi Hatəm Tayiyə yetişirdi və Əbhər şəhərində dünyaya gəlmişdir. Yusif bin Hüseyn Razi, Rey və Qohistan şeyxi və Müzəffər Fərmisinin yanında təhsil almışdır. və Əbhər şəhərində vəfat edib və türbəsi bu şəhərdədir. سلمی، محمدبن حسین، طبقات الصوفیه، لیدن، 1960م Sələmi, Məhəmməd bin Hüseyn, Sufiyə mərtəbələri, Liden, 1960. نوربخش، سیدمحمد، "سلسله الاولیاء"، جشن نامۀ هانری کربن، تهران، 1345ش/1397ق. Nurbəxş, Seyid Məhəmməd, Silsileyi Oliya(Oliya silsiləsi),Henri Korbənin anım mərasimi ,Tehran,1966.
Əbubəkr mirzə Dərbəndi
Əbubəkr Mirzə — şahzadə, Şirvan taxtına son iddiaçı. Bürhan Əlinin oğlu idi. Qardaşı Xələf mirzə Dərbəndi ilə Dağıstana aparılmışdı. Atasının yerini almağa hazır olmadığından, 20 il boyunca Dağıstanda yaşamışdı. Qardaşı kiçik yaşda vəfat etmişdir. 1570-ci ildə Krıma gedərək Krım xanı I Dövlət Gərayın qızı ilə evlənmişdir. Və orada yaşamışdır. 1578-ci ildə III Muradın ordusu ilə Şirvana daxil olmuşdu. Və bir neçə il hökmdarlıq etmişdir. Onun adı daha sonra 1583-cü ildə Osman paşa başçılığındakı osmanlılara xəyanət edib İmamqulu xanın başçılığındakı Səfəvilərin tərəfinə keçərkən çəkilir.
Əcəmi Əbubəkr oğlu
Memar Əcəmi və ya Əcəmi ibn Əbubəkr Naxçıvani (1120-ci illər, Naxçıvan – XIII əsr, Naxçıvan) — mənşəcə Azərbaycan türklərindən olan, XI–XII əsrlərdə indiki Azərbaycan ərazisində Naxçıvan memarlıq məktəbinin banisi və bir çox memarlıq əsərlərinin müəllifi. XI və XII əsrlər — Azərbaycan intibahının çiçəklənmə dövrüdür. Şəhərlər böyüyür, saraylar, məscidlər, müdafiə və xatirə tikililəri qurulur. Sənətlər, elm, incəsənət və poeziya inkişaf edir. Bu dövrdə bir sıra dahi şəxsiyyətlər yaşayıb-yaratmışlar: Qətran Təbrizi, Bəhmənyar əl-Azərbaycani, Xətib Təbrizi, Nizami Gəncəvi, Xaqani Şirvani, Ömər Kafiəddin, Əbülüla Gəncəvi, Məhsəti Gəncəvi və başqaları. Yalnız Şərqdə deyil, əksər qismi həm də Qərb dünyasında yaxşı tanınan bu kəhkəşanın ulduzları arasında ən çox işıq saçanlarından biri də Əcəmi Naxçıvanidir. O, orta əsrlər Azərbaycanının dahi memarı kimi şöhrət qazanmışdır. Tanınmış sənətşünaslardan Ə. V. Salamzadə onun haqqında yazır: "Yaxın Şərqin bir çox memarlarının yaradıcılığına onun təsirini izləmək çətin deyil. Onun yaratdığı nadir arxitektura əsərləri əsrlər keçməsinə baxmayaraq, böyük estetik həzz mənbəyi kimi sənətkarın yaradıcı dühasının gücünü əks elətdirir. Bu əsərlər sübut edir ki, Əcəminin ölməz irsi haqlı olaraq, memarlıq sənətinin əbədi nümunələrindən sayılır.
Əbubəkr Məhəmməd İbn Abdullah Bərdəi
Əbubəkr Məhəmməd İbn Abdullah Bərdəi IX əsrin sonu X əsrin birinci yarısında yaşayıb yaratmış əbubəkr Məhəmməd ibn Abdullah Bərdəi olmuşdur. O təqribən 890-cı illərdə Bərdədə anadan olmuşdur. Gələcəyin görkəmli hüquqşünas və ortadoksal demokratı əbubəkr ilk təhsilini doğma şəhərdə almış, gənclik və sonrakı illərini fasilələrlə gah Bərdə, gah da Şərqin mədəni mərkəzlərindən biri olan Bağdadda keçirmişdir. Bu hal təbii ki, səbəbsiz də deyildi. X əsrin ortalarından Bərdə şəhəri ziddiyətlərin düyün nöqtəsi idi. Bu dövrdə ölkənin paytaxtı olan gözəl, zəngin və dövlətli Bərdədə böyük dinlər və fatehlər arasında güclü çəkişmələr gedirdi. Bir tərəfdən ərəblər və onların təbliğ etdiyi islam dini, digər tərəfdən yerli xristianlıq və ona xidmət edən əhalinin gəlmə dinə müqaviməti, üçüncü tərəfdən çoxallahlılıqla əlaqədar azlıqda qalan əhalinin öz dinini mühafizə etmək cəhdləri və ən nəhayət Şimaldan Kür çayı vasitəsi ilə üzüb gələn rusların (943-944-cu illərdə) şəhəri əldə saxlamaq cəhdləri Bərdədə hərki-hərkiliyə səbəb olmuşdur. Belə ki, ziddiyətli dövrdə gənc mötəziləçi güman ki, Bərdədə qala bilməyib müvəqqəti Bağdada getmişdir. əbubəkr Bərdəinin müasiri olmuş və görkəmli adamların həyatını özünün "əlfihristi" (göstərici) əsərində təsvir etmiş ərəb müəllifi Məhəmməd İbn İsaq ən-Nədm əl-Vərraq əl-Bağdadi (o 995-ci ildə vəfat etmişdir) onun haqqında xeyli məlumat vermişdir. Müəllifin yazmasına görə onlar 951-ci ildə görüşmüşlər.
Əbubəkr ibn Xosrov əl-Ustad
Əbubəkr ibn Xosrov əl-Ustad — XII əsr Azərbaycan yazıçısı, şair, alim və pedaqoq Əbubəkr ibn Xosrov XII əsrin birinci yarısında anadan olmuşdur. Parlaq istedadlı, mükəmməl təhsili, ensiklopedik bilikləri sayəsində hələ gənc ikən bir ədib və müəllim kimi şöhrət tapmışdır. Məhz bu keyfiyyətlərinə görə o, hələ Azərbaycan Atabəyləri dövlətinin banisi Şəmsəddin Eldənizin dövründə (1136–1175) saraya dəvət olunmuş, gənc şahzadələrin müəllimi təyin edilmiş və otuz ildən artıq bir müddətdə bu sahədə fəaliyyət göstərmişdir. Yazıçının "əl-Ustad" təxəllüsü də, şübhəsiz, onun pedaqoji fəaliyyəti ilə əlaqədar olmuşdur. Lakin Əbubəkr ibn Xosrov sarayda yalnız müəllimlik etməklə kifayətlənməmiş, geniş bədii yaradıcılıqla məşğul olmuş, nəzm və nəsrlə bir sıra iri həcmli əsərlər yazmışdır. Əbubəkr ibn Xosrovun həyatı Atabəylər dövlətinin mərkəzi şəhərlərində, ilk növbədə, Naxçıvanda, Həmədanda, Gəncədə, Təbrizdə keçmişdir. Yazıçı bu baxımdan dövrümüzə qədər gəlib çatmış yeganə əsəri olan "Munisnamə"də yalnız bir faktı xatırlayır: 1181-ci ildə Zəncanda olduğunu və şeyx Cəmaləddin Əbül-Məhasin Zəncani ilə görüşdüyünü qeyd edir. Əl-Ustad istər əvvəlki əsrlərdə, istərsə də öz dövründə yaradılmış ədəbi, fəlsəfi, dini, elmi irsə dərindən bələd olmuşdur. "Munisnamə"nin təkcə giriş hissəsində o, Əscədi, Firdovsi, Sənai, Rəşidəddin Vətvat kimi görkəmli klassiklərin şeirlərindən misallar vermişdir. "Munisnamə"nin giriş hissəsində Əbubəkr ibn Xosrov özünün aşağıdakı əsərlərini qeyd etmişdir: 1.