Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Abari
Abari — Ambrolauri rayonunda kənd. == Toponimkası == Abari — Ambrolauri rayonunda kənd adı. Hun tayfa ittifaqına daxil olmuş qədim türk mənşəli Abar tayfasının adını əks etdirir. Tədqiqatçılara görə avarlar özlərini məhz "abar" adlandırırdılar. Orxan-Yenisey türk run yazılarında Apar kimidir. Mənşəcə Ermənistanda olmuş altı Abaran kənd adı ilə eynidir.
Abaris
Abaris və ya abarid (q.yun. Ἄβαρις Ὑπερβόρειος) — qədim yunan mifologiyasında Apollonun kahini. Skifiya və ya Hiperboreya ölkəsindəndir. Rəvayətə görə, o, yemək yemədən yaşamış və Apollonun ona verdiyi sehrli oxun üzərində uçmuşdur. O, bütün Yunanıstanı gəzmiş, bir sözlə xəstəlikləri sağaltmış, yemək yemədən yaşamış, Spartada tüğyan edən vəbanın qarşısını almışdır. Pifaqorçular Abarisə "Havada gəzən" deyirdilər. Bu mifik qəhrəmanın adını Herodot, Platon, Siciliyalı Diodor çəkir. == İstinadlar == == Xarici keçidlər == Ἄβαρις // Реальный словарь классических древностей / авт.-сост. Ф. Любкер ; Под редакцией членов Общества классической филологии и педагогики Ф. Гельбке, Л. Георгиевского, Ф. Зелинского, В. Канского, М. Куторги и П. Никитина. — СПб., 1885.
Abarqi
Abarqi (şum. 𒀀𒁇𒄀, A.BAR.GI; Ur[d]) — təqribən e.ə. 3500-cü ildə hakimiyyətdə olmuş Ur çarı. Onun məzarı 1926–1927-ci illərdə ingilis arxeoloq ser Leonard Vulli tərəfindən Ur şəhərində tapılmıdır. Abarqinin yanında çariça Şub-adın məzarı yerləşirdi. Bu məzarlarda saray sakinlərinin skeletləri və əşyaları da tapılmışdır.
Abbarik
Abbarik (Qəzvin) — İranın Qəzvin ostanında kənd. Abbarik (Bicar) — İranın Kürdüstan ostanı Bicar şəhristanının ərazisinə daxil olan kənd. Abbarik (Həmədan) — İranın Həmədan ostanında kənd.
Abbasi
Abbasilər (132/749–656/1258) — Xilafəti 5 əsr idarə etmiş qüreyşdən olan ərəb sülaləsi. == Xilafətə gəlmələri == Onların soyu Məhəmməd peyğəmbərin əmisi Abbas ibn Əbdülmüttəlibə qədər yüksəlir. Əməvilər xilafəti əllərinə keçirdikdən sonra, ilk vaxtlarda Abbasilər onlara qarşı müxalif olmamış, lakin sonralar Əməvilərə qarşı üsyana qoşulmuş, hətta bu üsyana başçılıq belə etmişdirlər. Abbasilərin hakimiyyətə gəlmə tarixi Abdullah ibn Zübeyrin zamanından başlamışdır. O dövrlərdə Muxtar Səqəfi adlı bir şəxs iraqlıları Hüseyn ibn Əlini şəhid edənlərdən qisas almağa və Məhəmməd ibn Hənəfiyyənin imam kimi tanınmasına (bax: Qeysanilər) çağırışlar etmişdir. Onun səylərinin nəticəsində Taifdə Məhəmməd ibn Hənəfiyyənin imamlığını tanıyan bir qrup ortaya çıxmışdır. Onlar onun vəfatından sonra öz başçıları kimi oğlu Abdullahı tanımışdırlar. O, daha çox Əbu Həşim adı ilə tanınırdı. Əbu Həşim Əməvilərə qarşı üsyana qalxmışdır. Sonra o, Abbasın soyundan olan qohumu Məhəmməd ibn Əli ibn Abdullahın yanına gedərək, Məhəmməd peyğəmbərin soyunun hakimiyyətdə olmasının və Əməvilərin devrilməsinin vacibliyini qeyd etmişdir.
Alpari
Anmari
Anmari-Əslən Rusiyalı olan Anmari (Anmary) Latviya Musiqi Akademiyasını bitirib. Latviyada keçirilən "Talantu Fabrika 2" müsabiqəsində ikinci yerə sahib olub və qısa müddətdə ölkəsində tanınmağa başlayıb. Milli Seçimlərin əsas finalında 3 ifaçı arasından ölkə təmsilçisi seçilib.
Ariari
Ariari - Madaqaskarın pul vahidi.
Ascari
Ascari Cars Ltd. (qısaca: Ascari) — Böyük Britaniyada yerləşən idman avtomobil istehsalçısıdır. Şirkət hollandiyalı milyoner Zvart Klaas tərəfindən təsis edilib. Şirkət iki dəfə Formula-1 dünya çempionu olan Alberto Askarinin (1918-1955) adına layiq görülmüşdür. O, iki dəfə qalib gələn ilk sürücü oldu.
Askari
Ascari Cars Ltd. (qısaca: Ascari) — Böyük Britaniyada yerləşən idman avtomobil istehsalçısıdır. Şirkət hollandiyalı milyoner Zvart Klaas tərəfindən təsis edilib. Şirkət iki dəfə Formula-1 dünya çempionu olan Alberto Askarinin (1918-1955) adına layiq görülmüşdür. O, iki dəfə qalib gələn ilk sürücü oldu.
Kalyari
Kalyari (Sardinian: Casteddu) — İtaliyaya bağlı olan Sardiniya Muxtar Bölgəsi paytaxtı və eyni adlı Cagliari vilayətinin mərkəzi olan bir liman şəhəridir.
Abbarik (Bicar)
Abbarik (fars. آب باريك‎) — İranın Kürdüstan ostanı Bicar şəhristanının ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 187 nəfər yaşayır (40 ailə). Əhalisini kürdlər təşkil edir.
Abbarik (Həmədan)
Abbarik — İranın Həmədan ostanında kənd.. == Coğrafi yerləşməsi == Mərkəzi şəhristanının Kəbudərahəng bölgəsinin Hacılu kəndistanında, Kəbudərahəng qəsəbəsindən 22 km şimal-şərqdədir.
Abbarik (Qürvə)
Abbarik (fars. آب باريك‎) — İranın Kürdüstan ostanı Qürvə şəhristanının ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 486 nəfər yaşayır (116 ailə). Əhalisini kürdlər təşkil edir.
Abbarik (Qəzvin)
Abbarik — İranın Qəzvin ostanında kənd. == Coğrafi yerləşməsi == Buyinzəhra şəhristanının Buyin bölgəsinin Zəhra kəndistanında, Buyin qəsəbəsindən 12 km cənub-şərqdə, dağ ətəyindədir. == Əhalisi == 2016-cı ilin məlumatına görə kənddə 319 nəfər (93 ailə) yaşayır. === Milli tərkibi === Əhalisi azərbaycan türklərindən ibarətdir və azərbaycan türkcəsində danışırlar. == İqtisadiyyat == Burada yaşayanların böyük çoxluğu əkinçilik, davar saxlamaq və bağçılıqla dolanır. Abbarik kəndi bölgədə öz yetişdirdiyi püstəsi ilə də seçilir.
Acari
Gənələr (lat. Acari) — heyvanlar aləminin buğumayaqlılar tipinin hörümçəkkimilər sinfinə aid heyvan yarımsinfi. Gənə tünd qırmızı qəhvəyi rəngdə yastı oval 8 ayaqlı bir parazitdir. Məməlilər, quşlar və sürünənlərdən qan əmərək yaşayarlar. Bahar və yay mövsümündə yaşıllıq sahələrdə olurlar. Dişləmələri ağrısızdır. Bir neçə gün içində qaşıntı və ya gənənin görülməsiylə fərq edilər. Bir çox bakteriya və virusu heyvanlardan insanlara bulaşdıra bilər. Gənə ilə bulaşan xəstəliklərin çoxu yüksək qızdırmayla seyr edən lyme xəstəliyi, dönmə qızdırma, tularemi kimi və son zamanlarda səslənilən, müalicəsi olmayan, gənələrin bulaşdırdıqları viruslarla yaranan Krım-Kongo qanamalı qızdırma sayıla bilməkdədir. Bu xəstəlik Azərbaycanda son illərdə görülməkdə olsa da ilk olaraq 1944-cü ildə Krımda, 1956-cı ildə də Konqoda görülmüşdür.
Aqyar
Sevastopol (ukr. və rus. Севастополь) və ya Ağyar (krımtat. Aqyar), — Krımda şəhər. == Tarixi == Sevastopol şəhərini türklər Aktıyar və ya Akyar adlandırırdılar. 1783-cü ildən Rus-Türk müharibəsi Türkiyənin Kerç, Yeni qala, Kıl Burun hərb qalalarını və Qara dəniz sahillərinin xeyli hissəsini itirdiyi Küçük Qaynarca sülhü ilə başa çatmışdır. Rusiyanın əldə etdiyi bu yeni torpaqlarda istilaçılara qarşı xalq həyacanları şiddətlənirdi. Müharibədən məğlub çıxsa da, xalq yadellilərin boyunduruğu altına düşmək istəmirdi. II Yekaterina Kırım və Kubandakı rus qoşunlarının komandanı Suvorovu qəzəb və nifrətdən çalxanan bu torpaqlara səfərbər etdi. 1783-cü ilin aprelində Kırım tamamən Rusiyanın əlinə keçdikdən sonra II Yekaterina Kırımın hakimi general Q.A.Potyomkinə "indiki Aktiyarın yerində böyük Sevastopol qalası tikməyə dair" göstəriş verdi.
Aybar
Aybar (isp. Aibar) — İspaniyanın Navarra əyalətində bələdiyyə. == Tarixi == == Coğrafiyası == == Əhalisi == 2010-cu ilin məlumatına görə bu bələdiyyənin əhalisi 904 nəfərdir.
Ağyar
Ağyar (Dərələyəz) — Şərur-Dərələyəz qəzasında, indi Keşişkənd (Yeğeqnadzor) rayonunda kənd. Ağyar — Babək rayonu ərazisində dağ; Ağyar — Laçın rayonunun Qanqışlaq kəndi ərazisində dağ.
Ubari
Ubari Liviyanın cənub-qərbindəki Fəzzan bölgəsində Bərbərcə danışan şəhər və Vadi əl Həya rayonunun inzibati mərkəzidir. Sahara səhrasında yerləşir. Ölkənin cənub-qərbindəki Əvbari adlı keçmiş rayonun paytaxtı idi. == Coğrafiya == Ubari, Tarqa dərəsində, Messak Sattafat yaylası ilə göllər arasında uzanır. Doğma bitkilərə təbii yayla qidalanan göllərin sahillərindəki bataqlıq otları və yerli Sahara Date xurması (lat.Phoenix dactylifera) daxildir. Ubari oasis qəsəbəsi, Kel Acer Tuareq xalqının Qat-dan sonra ikinci mərkəzidir. Qonşu kəndlərə Qerma və Qarran daxildir. Ubari dünyanın ən günəşli və quraq bölgələrindən birində yerləşir. Qısa, çox isti qış, lakin uzun, son dərəcə isti ilə isti bir səhra iqlimi var. İllik orta yağıntının miqdarı planetdə ən azı 8 mm (0.31 in) olan və ən çox onilliklər heç bir yağış görmədən asanlıqla keçə bilər.
Əbyar
Əbyar—Liviyada, Məric rayonunda, Benqazi şəhərindən təqribən 50 km şərqdə və Əl Məric şəhərindən 42 km cənub-qərbdə bir şəhər. 2010-cu ildə təxmin edilən əhali 32.563 idi. == Tarixi == Şəhər, Şərqi Liviyada (Kirenaika) yaşayan köçəri tayfalar üçün və müstəmləkəçi İtaliyanın Şimali Afrika və İtalyan Liviyası dövründə Liviya müqavimət hərəkatında olanlar üçün keçmiş bir ittifaq düşərgəsinin yeridir. 2007-ci ilə qədər Hizam əl Əxdar rayonunun paytaxtı idi.
Abxarə (Vərziqan)
Abxarə (fars. ابخواره‎) — İranın Şərqi Azərbaycan ostanının Vərziqan şəhristanı ərazisinə daxil olan kənd. Vərziqan qəsəbəsindən 10,5 km qərbdədir. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 207 nəfər yaşayır (50 ailə).
Anuşe Ansari
Ənuşə Ənsari ( fars. انوشه انصاری‎ — Anušeh Ansâri, ing. Anousheh Ansari; 12 sentyabr 1966-cı il, Məşhəd, İran) — İran əsilli ABŞ vətəndaşı, alim. Prodea systems, Inc.( ABŞ ) şirkətinin yaradıcısı və rəhbəri. 18 sentyabr 2006-cı ildə ilk turist kosmonavt müsəlman qadın oldu. == Mənbə == Lenta.ru: Российская ракета выведет на орбиту первую космотуристку. Lenta.ru: "Союз" с космической туристкой выведен на орбиту. Lenta.ru: Первая космическая туристка вернулась на Землю.
Aubari səhrası
Aubari, İdexan-Ubari, Edeyen-Ubari — Liviyanın qərbində yerləşən səhra. Səhranın hündürlüyü 400—500 metr arasında dəyişir. Tənha qum təpələri müşahidə edilir ki, onlarında hündürlüyü 200 metrə çatır. İl ərzində cəmi 10 mm yağıntı düşür. Bütünlüklə bitki örtütündən məhrumdur. Duz gölləri və şoranlıqlara sahibdir ki, buradan doda əldə edilir. Kənarlarında vahələr vardır. Burada əsasən Palma bitir. Əhalisi əsasən köçəri meyvandarlıqla məşğul olur.
Ağayri bələdiyyəsi
Biləsuvar bələdiyyələri — Biləsuvar rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis edilib. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Abayları
Abayları və ya Abayevlər — balkar əsilzadə soyu. == Tarixi == Abayevlər soyu rəvayətlərə əsasən Qafqazda yerləşən Macar şəhərindən gəlmə Basiatın nəslindəndirlər. Rəvayətə əsasən Basiat Şimali Qafqaza öz qardaşı Badinatla birlikdə gəlir və burada balkar əsilzadə soyunun əsasını qoyur. Badinat isə Diqoriyaya gedərək burada Badeliatlar bəy soyunun əcdadı olur.İlk əvvəl Abayevlər Çerek çayının yuxarı axarında yerləşən Künlüm kəndində yaşayırdılar. Sonradan nəslin digər qolları Çerek dərəsinin müxtəlif kəndlərinə, İşkantı, Xıznı-El, Abayevskiy, Kaşxatau kəndlərində məskunlaşdılar.. 1917-ci il inqilabına qədər Abayevlər Çerek dərəsindəki geniş torpaqların sahibləri idilər. Sovet işğalından sonra soyun nümayəndələri təqiblərə və repressiyalara məruz qaldılar. Nəticədə soyun bir çox nümayəndəsi ölkə xaricinə imiqrasiya etdilər. == Genealogiya == Araşdırmalara əsasən Abayevlər soyu digər balkar soyları Bəyovlar, Zaniyukovlar, Kuçukovlar eləcə də diqor bəylərindən olan Karajayevlər kimi Q1a haploqrupunun daşıyıcılarıdırlar. == Tanınmış nümayəndələri == Hənifə Aslanbek qızı Abayeva (1853–1929) — Həsən bəy Zərdabinin həyat yoldaşı, ictimai xadim.
Abbası
XII əsrdə Səfəvilər dövlətində də rəsmi pul vahidi. İlk dəfə 1620-ci ildə I Şah Abbasın dövründə zərb edilmişdir. Çəkisi iki misqal yəni, 7,7 qramm idi. Sikkə qızıldan kəsilirdi. Dəyəri 200 dinara bərabər idi. Bu da 4 şahıya bərabərdir.20 tümən 1 abbası idi.
Avşarı
Avşarı - qədim Azərbaycan rəqslərindən biri.[mənbə göstərin]Bu rəqsin adı bəzi mənbələrdə "Əfşarı" kimi də qeyd edilir. "Avşarı"da əhliləşdirilmiş mеymundan istifadə olunur. Mütəxəssislərin fikrincə "Avşarı" hərbi rəqs sayılırdı. Еnsiklopеdiyada yazılır: "Hərbi muğam, məqam əsası şüştər, musiqi ölçüsu 2/4-dir. Azərbaycan aşıq havası, şux, oynaq xaraktеrli gеniş instrumеntal müqədimmə ilə başlanır. Sazda "Qaraçı" kökündə ifa olunur. Muğam əsası şurdur. Кuplеt formasında olan "Əfşarı"nın poеtik mətni qoşmadır".
Aybaşı
Menstruasiya və ya Aybaşı (lat. mensis — ay, menstruus — hər ay) qadınlarda uşaqlığın periodik təkrarlanan fizioloji bir vərdişidir. Tibbdə ilk baş vermiş aybaşı menarxe, sonuncu aybaşı isə menopauza adlanır. Bunlar qadının döllülük qabiliyyətini başlanmasını və sona yetməsini bildirir. Aybaşının bir sıra sinonimləri vardır: period, mensturasiya, menorrhö (yun. μήν ay , yun. ῥέω axıram). Aybaşı zamanı uşaqlığın selikli qişası yaxud funksional qatı endometriyanın ayrılması baş verir ki, bu da qanaxma ilə müşahidə olunur. Bu zaman itirilən qanın miqdarı normada 50-100 ml-dir. Aybaşı ifrazatı tərkibi qan, uşaqlıq vəzilərinin sekretindən, hissəvi olaraq endometriumdan və uşaqlıq yolu epitelindən ibarətdir.
Ağayrı
Ağayrı — Azərbaycan Respublikasının Biləsuvar rayonunun Ağayrı kənd inzibati ərazi dairəsində kənd. == Toponimikası == Kənd XX əsrin əvvəllərində Ağalıkənd əhalisinin bir hissəsinin Ağayrı adlanan sahəyə köçərək burada məskunlaşması nəticəsində yaranmışdır. Toponimiyada belə bir fikir mövcuddur ki, bu söz qədim türk dillərindəki ak (axın, çay) və əyri sözlərindən ibarət olub, "axının əyildiyi, burulduğu yer" mənasını verir. Bu da Ağayrı kəndinin məhz Bolqarçayın əyildiyi, burulduğu yerdə yerləşməsi ilə izah olunur. Türk dillərində ağayrı sözü "ağıldan (tövlədən) kənar", "kiçik çay", "ot, çiçək" adı kimi də izah olunur. == Tarixi == === Tarixi abidələri === Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır. == Coğrafiyası və iqlimi == Kənd Muğan düzündə, rayonun qərb istiqamətində yerləşir. Nəsimi, Günəşli və İsmətli kəndləri ilə sərhəddir. == Əhalisi == === Şəhidləri === Nuri Xəyal Şakir oğlu (1997-2020) — İkinci Qarabağ müharibəsi şəhidi. == İqtisadiyyatı == Kənddə 543 təsərrüfat var.
Ağyazı
Ağyazı (Qax) — Qax rayonunun inzibati ərazi vahidində kənd. Ağyazı — Qubadlı rayonunun Xələc kəndi ərazisində col; Ağyazı — Qanıx çayının sol sahilində geniş col.
Babarı
Babarı (az.-əbcəd بابارێ‎, fars. بابارود‎) - İranın Zəncan ostanının Tarım şəhristanının Mərkəzi bəxşinin Dəram qəsəbəsinin ərazisinə daxil olan kənd. == Əhalisi == 2016-cı ilin məlumatına görə kənddə 59 nəfər yaşayır (25 ailə).
Baharı
Baharı — Azərbaycanlılar arasında keçmişdə geyilən qısaqollu dondur.
Bayatı
Bayatı — Azərbaycan lirik xalq şeir janrı. Qafiyə sistemi aaba prinsipi ilə qurulan dörd misralı və hər misrası yeddi hecadan ibarət olan şeir şəkli. İlkin-arxaik şeir biçimlərindən biri olduğu üçün bu şeir qəlibi təkcə Azərbaycan xalq ədəbiyyatında deyil, bütövlükdə türk folklor etnocoğrafiyasında geniş yayılmış formalardandır. == Məzmun == Bayatının mənşəçə bayatların adı ilə bağlı olduğu ehtimal edilir. 7 hecalı 4 misradan ibarətdir. 3-cü misrası sərbəst, qalanları həmqafiyə olur. Əsas fikir son iki misrada ifadə edilir. Bayatılar mövzuca rəngarəngdir. Bayatılarda xalqın kədəri, ictimai quruluşa, zülmə qarşı etirazı, yadelli işğalçılara nifrəti, azadlıq və xoşbəxtlik arzuları ifadə edilmiş, məhəbbətə, ayrılığa, dostluğa aid təsirli bayatılar söylənmişdir. Xalq ədəbiyyatının başqa janrları kimi, bayatılar da nəsildən-nəslə keçərək, müxtəlif variantlara düşmüşdür.
Abası