Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Aqrofizika
Aqrofizika və ya aqronomik fizika — bitkilərin xarici mühit şəraitinin (torpaq, işıq, temperatur və s.) fiziki tədqiqat metodlarından və onların həyat fəaliyyətindəki fiziki proseslərdən bəhs edən elm. Bir neçə bölmədən ibarətdir: torpaq fizikası (torpağın bərk fazasının fizikası, torpağın hidrofizikası, torpağın istilik fizikası, torpağın qaz fazasının fizikası); yerüstü havanın fizikası (aerodinamik, radiasion və s. parametrlər); bitki biofizikası (bitkilərin işıq fiziologiyası, bitkilərin radiobiologiyası); bitkilərin vegetasiya müddətini azaltmaq və məhsuldarlığını artırmaq məqsədi ilə onların mühit şəraitinin tənzim edilməsi qaydaları və vasitələri. Azərbaycanda aqrofizikanın müxtəlif məsələləri ali məktəblərin və elmi-tədqiqat müəssisələrinin biologiya-botanika bölmələrində öyrənilir. == Xüsusiyyətləri == Aqrofizika müasir təbiətşünaslığın, xüsusilə fizika və biofizikanın, həmçinin elektronikanın, yarımkeçiricilər, polimerlər və plastik kütlələr fizikasının nəzəri nailiyyətləri əsasında inkişaf edir.Xarici mühit şəraitinin qiymətləndirilməsində və bitkilərin mühitlə (su və istilik rejimi, qaz mübadiləsi və s.) qarşılıqlı əlaqəsində baş verən fiziki proseslərin tədqiqində aqrofizika biologiyasının müasir eksperimental metod, vasitə və cihazlarından (vegetasiya və tarla metodları, yarımkeçiricilər, elektron aparatları, radioaktiv şüalanma və s.) istifadə edir. Aqrofizika sahəsindəki tədqiqatlar böyük praktiki əhəmiyyətə malikdir. Torpaq rütubətinin saxlanmasına dair mövcud aqroqaydaların təkmilləşməsi və yeni qaydaların işlənib hazırlanmasında, ən yaxşı səpin üsullarının, becərmə sürətinin müəyyən edilməsində və s.-də aqrofizika tədqiqatlarınn nəticələrindən istifadə edilir. Aqrofiziki təfqiqatlar əsasında bitkilərin işıq kulturasına dair işlənib hazırlanan qaydalar vegetasiya dövrünü qısaldır, tərəvəz məhsulunu artırır. Tərəvəzçilikdə polimer örtüklərdən istifadə, istixanalarda tərəvəz becərilməsi rejiminin avtomatik tənzimi, kənd təsərrüfatı məhsulları və s. saxlanan anbarlarda optimal şəraitin avtomatik sürətdə saxlanması yüksək dərəcədə səmərəlidir.
Nadir İbrahimov (astrofizik)
Nadir Baba oğlu İbrahimov (28 dekabr 1932, Quba, Azərbaycan SSR, SSRİ – 1 yanvar 1977, Azərbaycan SSR) — Azərbaycan astronomu və astrofiziki. 1956-cı ildə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) fizika fakültəsini bitirəndən sonra Şamaxı Astrofizika Rəsədxanasında işləmişdir. Nadir İbrahimov Şamaxı Astrofizika Rəsədxanasının 2 metrlik teleskopunda apardığı müşahidələr nəticəsində planetlərin (Mars, Venera və Yupiterin İo peyki) öyrənilməsində böyük nəaliyyətlər əldə etmişdir. O, Mars planetinin böyük qarşıdurması zamanı (Yerlə Mars planeti arasında ən qısa məsafə) onun irimiqyaslı, çoxsaylı təsvirlərini almış və planetin xəritəsini tərtib etmişdir.1982-ci ilin avqust ayında Beynəlxalq Astronomiya İttifaqının Yunanıstanın Patras şəhərində keçirilən Baş Assambleyasında onun şərəfinə Mars səthindəki krater adlandırılmışdır. == Həyatı == === Erkən illəri === Nadir İbrahimov 1932-ci il dekabrın 28-də Qubada anadan olub. Peşəcə misgər olan atası Baba kişi Lahıc qəsəbəsindən köçmüşdü. === Elmi tədqiqatları === Nadir İbrahimov 1956-cı ildə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) fizika fakültəsini bitirərək Şamaxı Astrofizika Rəsədxanasında işləməyə başlayır. O, rəsədxanaya gəldiyi vaxtdan Mars planetinin atmosferinin tədqiqi ilə məşğul olur. Nadir İbrahimov 1966-cı ildə Ukrayna EA-nın akademiki N.P.Barabaşovun rəhbərliyi ilə Xarkovda "Marsın inteqral spektrometriyası" mövzusunda dissertasiyanı müdafiə edir.1968-ci ildə "Bakinski raboçi" qəzetində Baba kişi ilə onun sənəti haqqında dərc olunan müsahibədə ailəsi barədə suala fəxrlə belə cavab verir: "Oğlum Nadiri kim tanımır? O, Şamaxıda ulduzları öyrənir".O, əvvəlcə kiçik teleskoplarla Marsın tam diskinin parlaqlığının dəyişməsini öyrənmiş və bu müşahidələr əsasında planetin atmosferinin bir neçə optik parametrini təyin etmişdir.
Rəhim Hüseynov (astrofizik)
Rəhim Hüseynov (tam adı: Rəhim Əyyub oğlu Hüseynov; d. 9 sentyabr 1924, Şuşa, Azərbaycan SSR, SSRİ – ö. 21 avqust 2012) — tanınmış azərbaycanlı alim, astrofizika üzrə Azərbaycanda ilk fizika-riyaziyyat elmləri doktoru, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, Beynəlxalq Astronomiya İttifaqının və Avropa Astronomiya Cəmiyyətinin üzvü, əməkdar müəllim, professor. == Həyatı == Rəhim Əyyub oğlu Hüseynov 9 sentyabr 1924-cü ildə Şuşa şəhərində anadan olmuşdur. Hələ uşaqlıq yaşlarından XX əsrin 30-cu illərinin - o amansız aclıq dövrünün yaratdığı problemlərlə üz-üzə qalan Rəhim Hüseynov həm orta, həm də ali təhsili almaq üçün, sözün həqiqi mənasında, böyük çətinliklərə sinə gərməli olub. Vaxtında məktəbə getmək imkanı olmadığı üçün balaca Rəhim ondan 3 yaş böyük qardaşının kitablarından istifadə etməklə təhsilini evdə aldı, "biliyini" isə evdə böyüklər yoxlayıblar. 1933-cü ilin payızında ailəsi ilə Ağdam şəhərinə köçüb və xalq arasında böyük nüfuza malik Mirkazım müəllimin direktor olduğu 1 nömrəli natamam orta məktəbin yüksək hazırlığına görə birbaşa IV sinfinə qəbul olub. 1937-ci ildə bu məktəbin VII sinfini əla qiymətlərlə bitirərək təhsilini Bakıda davam etdirib. 1940-cı ildə orta məktəbi əla qiymətlə bitirərək, həmin il imtahansız Azərbaycan Dövlət Universitetinin Fizika-riyaziyyat fakültəsinə daxil olub. 1946-cı ildə universiteti fərqlənmə diplomu ilə bitirib.
Sabir Məmmədov (astrofizik)
Sabir Məmmədov (25 fevral 1933, Kirəç Muğanlı, Marneuli rayonu) — astrofizik. == Həyatı == Məmmədov Sabir Həsən oğlu 25 fevral 1933 –cü ildə Gürcüstan respublikası Borçalı mahalının Kirəç-Muğanlı kəndində ziyalı ailəsində anadan olmuşdur. 1951-ci ildə orta məktəbi bitirmiş və həmin ildə Azərbaycan Dövlət Universitetinin ( indiki Bakı Dövlət Universitetinin) fizika –riyaziyyat faultəsinin fizika bölməsinə daxil olmuşdur. Ali məktəbi 1956-cı ildə bitirmiş və Şamaxı Astrofizika Rəsədxanasında əmək fəaliyyətinə başlamışdır. 1959-1962-cı illədə Pulkovo Rəsədxanasında aspiranturada oumuş və 1962- ci ildə SSRİ Elmlər Akademiyasının müxbir üzvu professor V.A. Kratın rəhbərliyi altında “Zəif xromosfer alışmaları” mövusunda fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün dissertasiya müdafiə etmişdir. 2008-ci ildə “ Günəş atmosferində dinamik proseslər” mövzusunda dissertasiya müdafiə etmiş və fizika- riyaziyyat elmləri doktoru elmi dərəcəi almışdır. 1972-ci ildə keçmiş SSRİ-nin Ali Attestasiya Komissiysının qərarı ilə ona Baş Elmi İşçi elmi adı diplomu verilmişdir. Əsas elmi işləri Günəşin fəal üzvlərinin tədqiqinə həsr edilib: xromosfer alışmaları, spikullar, protuberanslar, tac protuberansları, Günəş tacında yayılan maqnitoakustik dalğaları. Günəş müşahidəsinin yeni üsulunu vermişdir. Bu üsul “Məmmədov üsulu” adlandırılmış və Moskvada dərc edilmiş ali məktəblər üçün dərslik “ Курс астрофизики и звездной астрономии” kitabında geniş şərh edilmişdir.
Kərim Kərimov (geofizik)
Kərim Kərimov (Kərimov Kərim Məmmədxan oğlu; 5 iyun 1933, Ağdam) — geologiya, geologiya-mineralogiya elmləri doktoru, Professor. AMEA-nın müxbir üzvü (2001). == Həyatı == Kərim Kərimov 5 iyun 1933-cü ildə Ağdam şəhərində anadan olub. 1947-ci ilə qədər Ağdam, Ağstafa, Ucar məktəblərində oxuyub, 1952-ci ildə Bakıda orta məktəbi bitirib. Həmin il indiki Neft Akademiyasına daxil olub, 1975-ci ildə oranı "Dağ mühəndisi geofizikası" ixtisası üzrə bitirib. K.Kərimov 1961-ci ildə əyani aspiranturaya daxil olub, 1964-cü ildə elmlər namizədi dissertasiyasını uğurla müdafiə edib. 1978-ci ildə Moskvada doktorluq dissertasiyası müdafiə edərək geologiya-minerologiya elmləri doktoru elmi dərəcəsi alıb. 1990-cı ildə Moskva BAK tərəfindən ona geofizika üzrə professor rütbəsi verilib. 1991-ci ildə Azərbaycan dövətinin Əməkdar Elm Xadimi adına layiq görülüb. 1992–1996-cı illərdə ARDNŞ-in nəzdindəki Geofizika Baş İdarəsinin rəisi vəzifəsində işləyib.
Tofiq Əhmədov (geofizik)
Tofiq Əhmədov (1947, Dəvəçi rayonu) — dağ-mühəndis geofiziki (1969-cu il), geologiya-mineralogiya elmlər doktoru (2007-ci il), professor (2008-ci il). == Həyatı == 1947-ci ildə Dəvəçi (indiki Şabran) rayonunun Güləmli kən­dində anadan olmuşdur. 1964-cü ildə Dəvəçi rayon orta məktəbini gümüş medalla bitirərək, M. Əziz­bəyov adına Neft və Kimya institutuna daxil olub. 1969-cu ildə bu ins­ti­tu­tun geologi-kəşfiyyat fakultəsini fərqlənmə diplomu ilə bitirmiş və təyinatla institutda saxlanılıb, institutun aspiranturasına daxil olub. 1975-ci ildə dissertasiyanı müdafiə edib, geologiya-mineralogiya elmlər namizədi alimlik dərəcəsi almışdır. == Təhsili və elmi dərəcəsi == dağ-mühəndis geofiziki (1969-cu il), geologiya-mineralogiya elmlər doktoru (2007-ci il), professor (2008-ci il). == Tədqiqat sahəsi == Seysmik kəşfiyyat məlumatlarının emalı və interpretasiyası, seysmik inversiya. == Əmək fəaliyyəti == 1973 — 75-ci illərdə “Geofiziki kəşfiyyat üsulları” kafedrasında mühəndis, böyük mühəndis vəzifələrində çalışmışdır. 1976 — 77-ci illərdə “Geofiziki kəşfiyyat üsulları” kafedrasının baş elmi işçisi vəzifəsində çalışıb. Bu illər ərzində əvəzçiliklə mühazirələr oxumuş, laboratoriya dərsləri aparmışdır.