Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Aerozol
Aerozol (yun. aer- hava və soel - cisim) - havada asılı vəziyyətdə olan müxtəlif böyüklükdə və formada, kimyəvi tərkibi, habelə fiziki xassələrinə görə başqa-başqa olan ən kiçik hissəcik (toz, buz kristalı, duz, mikroorqanizm və s.). Aerozol duman və bulud əmələ gəlməsi üçün zəruri olan kondensasiya nüvəsi rolunu oynayır. Aerozol — qaz mühitində (adətən havada) asılı vəziyyətdə olan bərk və maye hissəciklərdən ibarət dispers sistem. Bitki tozcuqları ilə doymuş hava, tüstü, duman, tozlu hava təbii aerozollar sayılır. Yalnız tüstü kiçik bərh hissəciklərdən və çox az dərəcədə su damcılarından və qatrandan əmələ gəlmiş asılqan, duman isə yalnız bir mayedən – sudan əmələ gəlmiş aerozoldur. Dumanda, tüstüdə və digər aerozollarda hissəciklərin diametri 1-dən 100 mikrometrə qədər olur. Hava axını, külək onları qarışdırır və yerə düşməyə imkan vermir. Aerozollar təbiətdə və insan həyatında müsbət rol oynayır. Bitkilərin çoxu çiçək tozcuqlarının aerozolu ilə tozlanır, duru yanacaqlar və bərk yanacaqların çoxu aerozol şəklində yandırılır, bitki ziyanvericilərinə qarşı kimyəvi aerozollarla mübarizə aparılır.
Aerozol katastrof (fəlakət)
AEROZOL KATASTROF (FƏLAKƏT) – təbii (məs., vulkan püskürməsi) və ya süni (məs. böyük nüvə konflikti) səbəblər nəticəsində aerozolun miqdarının kəskin yüksəlməsi. Atmosferdə geniş aerozol zonasının yaranması atmosferin saflığını azaldır, bununla əlaqədar Yer səthinə düşən günəş radiasiyasını zəiflədir. Bu isə, öz növbəsində iqlimin (havanın) soyumasına, geniş ərazilərdə bitkilərin donmasına, heyvanların, insanların soyuqdan və aclıqdan kütləvi qırğınına səbəb olur. Aerozol katastrof şübhəsiz, keçmiş geoloji dövrlərdə baş vermişdir. O, nüvə müharibəsi olarsa da baş verə bilər.
Aerofoil
Qanad profili və ya aerofoil — Bir qanad, pərvanə, rul, yelkən kimi bir flüid içində hərəkət edən cisimlərin 2D kəsiyi. Bunlar hava, su kimi hər hansı bir maye içində hərəkət edən nəqliyyat vasitəsinə optimal daşıyıcı qüvvə/sürtünmə nisbəti vermək üçün nəzərdə tutulmuş əyri və ya düz, ümumiyyətlə damla formalı hissələrdir. Qanadlardan əlavə Fin (şaquli stabilizator) və üfüqi stabilizator kimi bir çox aerodinamik idarəetmə səthinin əsas hissəsini təşkil edir. == Hissələri == Hücum bucağı flüidin nəqliyyat vasitəsinə nisbətən hərəkət istiqamətinə əsasən hesablanır. Profil ətrafındakı flüidin sürəti və istiqaməti dəyişkən olacağı üçün uzaq bir nöqtədə sürət vektorundan istifadə olunur. Veter xətti, profilin hücum kənarı (ən kiçik radius nöqtəsi) və arxa tərəfi arasındakı düz xəttdir. Kamber xətti profilin aşağı və yuxarı səthi arasında, tam ortada yerləşən nöqtələri birləşdirən xəttdir. == Bernoulli prinsipi == Qanadın qozbel olan yuxarı hissəsində, flüidin getməli olduğu yol alt hissədən daha çoxdur. Bu səbəbdən yuxarıdakı flüid (maye) daha sürətli hərəkət edir. Bernoulli prinsipinə görə, sürəti artan havanın statik təzyiqi azalır.
Aerogel
Aerogel (Latın dili. aer – hava, gelatus – donmuş) – maye halı tamamilə qaz halı ilə əvəzolunmuş, gel şəklində materiallar sinfi. Bu tip materiallar möhkəmlik, şəffaflıq, istiyədavamlılıq, olduqca aşağı istilikkeçiriliciklə yanaşı, rekord aşağı sıxlıq xassəsinə malikdirlər. Amorf silisium oksid, silisium, alüminium oksid və həmçinin xrom oksid əsasında olan Aerogellər mövcuddur. 1990-cı illərin əvvəllərində karbon əsasında olan aerogelin ilk nümunələri əldə edilmişdir. == Strukturu == Aerogel məsaməli meteriallar sinfinə aiddir, bu sinif materiallarda basıqlıq ümumü həcmin ən azı 50% -ni təşkil edir. Adətən bu nisbət 90-99%a çatır, sıxlıq isə 1 -150 кq/м³ təşkil edir. Aerogelin strukturu ağacşəkilli tora bənzəyir. Bu tor 2-5 nm ölçülərində olan nanohissələrin və 100 nm öçülərinə kimi olan məsamələrin klasterlərə birləşməsindən ibarətdir. == Tarix == Öz nəticələrini Nature jurnalında nəşr etmiş, Sakit Okean Kollecinin ( College of the Pacific) kimyaçısı Stiven Kistler tərəfindən kəşf olunduğu qəbul olunur.
Aerotop
Aerotop ekosistemin daxili atmosferi olub, Yer səthi hava qatının bir hissəsidir, onun tərkibi və rejimi vasitəsilə ekosistemin daxili komponentləri, hər şeydən əvvəl bitki örtüyü və torpağın təsiri altında müəyyənləşir. == Aerotop == Aerotop həmçinin bütün atmosferin aşağı təbəqəsi olduğu üçün atmosferin xarici təsirlərinə güclü məruz qalır. Aerotopun kəmiyyət vəziyyətini və rejimini təsvir etmək məqsədilə geniş kompleks göstəricilərdən istifadə olunur: günəş radiasiyasının intensivliyi küləyin sürəti havanın temperaturu havanın rütubətliyi karbon qazının miqdarı və s.
Akropol
Akropol (qədim yunancadan aκρόπολις - yuxarı şəhər) — Afinanın mərkəzində hündürlüyü 156 metrə çatan qayalıq meydançada 3 min illik tarixə malik memarlıq abidələri ilə zəngin açıq muzeydir. Qədim Afina dövlətinin həm dövlət, həm də dini mərkəzi sayılırdı. Afinalılar Akropoldakı müqəddəs məbədlərin və qeyri tikililərin bərpa olunmasına və qorunub saxlanmasına ciddi fikir verirdilər. Perikl zamanında Akropolun bərpası üçün xeyli vəsait ayrılmış, tikintiyə minlərlə sənətkar və qul cəlb edilmişdir. İndiyə qədər gəlib çatan bir çox tarixi abidələr də məhz elə o dövrdə inşa olunmuşdur. Akropolun əhəmiyyətini artıran mühüm amillər sırasında təbii ki, dünya memarlığının nadir inciləri olan Panteon, Afina və Erektion məbədləri də vardır ki, bu tarixi abidələrin böyük hissəsi günümüzə qədər gəlib çatmışdır. Məsələn, yunan memarlığının ən böyük əsəri hesab edilən Panteon məbədinin xarici görünüşündə istifadə olunan heykəltəraşlıq nümunələri yunan sənətinin ən yüksək zirvəsi kimi qəbul edilir.Tarixən Afinanın həm hərbi, həm də dini mərkəzi rolunu oynayan Akropolun görkəmli yerində şəhərin hamisi ilahə Afinanın şərəfinə ucaldılmış Parfenon məbədi yerləşir.Akropolun aşağı hissəsində isə bir zamanlar Afinanın ticarət və mülki mərkəzi hesab olunan qədim Aqora yerləşir.Keçmişdə Sokrat və Platon kimi görkəmli filosoflar gəzinti və söhbət üçün məhz bu məkanı seçmişdilər. Aqora ərazisində yerləşən memarlıq abidələri müxtəlif tarixi dövrlərə aiddir. Burada hətta eramızdan əvvəl XI əsrə aid abidələrə də rast gəlmək mümkündür. == Bərpası == Sənayenin ətraf mühitə vurduğu ziyanın aradan qaldırılması ilə bağlı hazırlanan böyük bərpa proqramı çərçivəsində 1980-ci ildən etibarən Akropolda mütəmadi bərpa işləri həyata keçirilir.