Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
IX arondisman (Paris)
Parisin 9-cu rayonu , Arrondissement de l’Opéra — Parisin 20 bələdiyyə rayonlarından biri. Rayonun sahəsi 218 hektardır. == Coğrafi yeri == 9-cu rayon Sena çayının sağ sahilində yerləşir. Şərqdə 10-cu, qərbdə 8-ci, şimalda 18-ci, cənubunda isə 2-ci rayonları ilə sərhəddir. == Kvartallar == Kvartal № 33-36: Sen-Jorj (Quartier Saint-Georges) Şosse-d’Anten (Quartier de la Chaussée-d’Antin) Fobur-Monmartr (Quartier du Faubourg Montmartre) Roşeşuar (Quartier de Rochechouart) == Əhalisi == 2005-ci ilin siyahısına əsasən, əhalinin sıxlığı 26,973 nəf. / km² olan 9-cu rayonda 58,8 min nəfər yaşayır. Paris əhalisinin 2,7% -ni təşkil edir. == İdarə orqanları == 2014-cü ilin aprel ayında Delfin Bürkli (Delphine Bürkli) dəstəkləyən Respublika İttifaq Partiyasının üzvü rayonun bələdiyyə başçısı seçildi. Ünvanı: 6, Rue Drouot 75009 Paris Tel.nömrəsi: 01 71 37 75 09 == İstinadlar == == Xarici keçidlər == Rəsmi səhifə Arxivləşdirilib 2017-07-02 at the Wayback Machine Vikianbarda IX arondisman (Paris) ilə əlaqəli mediafayllar var. "Portrait d'arrondissement.
III arondisman (Paris)
III arondisman (fr. IIIe arrondissement) — Parisin mərkəz hissəsində yerləşən bələdiyyə rayonu. Ərazidə məskunlaşmaya V Karl dövründə, 13-14-cü əsrlərdən etibarən başlanılıb. Lakin salamat qalmış ən qədim tikililər 16-cı əsrə aiddir. == Coğrafi mövqeyi == III arondisman Sena çayının sağ sahilində yerləşir. Şimaldan 10-cu, şərqdən 11-ci, cənubdan 4-cü, qərbdən 1-ci və 2-ci arondismanlarla həmsərhəddir. == Məhəllələr == fr. Quartier des Arts-et-Métiers fr. Quartier des Enfants-Rouges fr. Quartier des Archives fr.
II arondisman (Paris)
II arondisman (fr. IIe arrondissement) — 99 hektar ərazisi ilə Parisin ən kiçik bələdiyyə rayonudur. Bölgənin adı Paris birjasının adından götürülüb (fr. Bourse de Paris). == Tarixi == 2-ci rayon 15–16-cı əsrlərdə şəhərin sərhədlərinin şimala doğru genişlənməsi nəticəsində yaranıb. Lakin ilk tikililər artıq 14-cü əsrdən etibarən mövcud olub. XIII Lüdovikin dövründə ərazi indiki "böyük bulvarlar"ın yerləşdiyi şimal sərhədinlərinə çatdı. Bələdiyyə rayonun sərhədləri 1860-cı ildə tam dəqiqləşdirildi. == Coğrafi mövqeyi == Parisin II arondismanı Sena çayının sağ sahilində yerləşir. Şimaldan 9-cu və 10-cu, cənubdan 1-ci, şərqdən 3-cü, qərbdən 8-ci bəyədiyyə rayonları ilə həmsərhəddir.
IV arondisman (Paris)
IV arondisman (fr. IVe arrondissement) — Parisin ən qədim bölgələrindən biridir. Rayonun ərazisi 160 hektardır. == Coğrafi mövqe == Sena çayının sağ sahilində yerləşir. Şimalda 3-cü, cənubda 5-ci, qərbdə 1-ci, şərqdə 11-ci və 12-ci rayonlarla həmsərhəddir. == Məhəllələr == fr. Quartier Saint-Merri fr. Quartier Saint-Gervais fr. Quartier de l’Arsenal fr.
I arondisman (Paris)
I arondisman (fr. Ier arrondissement) — Parisin ən qədim bələdiyyə rayonlarından biri. Parisin qədim məhəllələrin olan "Les Halles" məhəlləsi burada yerləşir. Məhəllə tarixən orta əsrlərə aiddir. == Coğrafi mövqeyi == Bələdiyyə rayonu əsasən Sena çayının sağ sahilini və "Île de la Cité"nin bir hissəsini əhatə edir. Bölgə Parisin ən kiçik rayonlarından biridir. Belə ki, 183 hektar əraziyə malikdir. Şimalda 2-ci, qərbdə 8-ci, cənubda (qarşı sahil) 6-cı və 5-ci, şərqdə 3-cü və 4-cü bələdiyyə rayonları ilə həmsərhəddir. == Məhəllələr == Sen-Jermen-L'Okserua (fr. Quartier Saint-Germain-l’Auxerrois) Le-Al (fr.
VIII arondisman (Paris)
VIII arondisman (fr. VIIe arrondissement) — Parisin 20 bələdiyyə rayonundan biri. 19-cu əsrin ortalarında Fransa paytaxtının sərhədlərinin qərbə doğru genişlənməsi nəticəsində formalaşmışdır. Bu arondisman həm turizm rayonu, həm də əsasən varlı vətəndaşların yaşayış yeridir. Ərazidə Yelisey sarayı yerləşir. == Coğrafi mövqeyi == VIII arondisman Sena çayının sağ sahilində yerləşir. Şərqdə 9, 2 və 1-ci, qərbdə 16-cı, şimal və şimal-qərbdən isə 17-ci arondismanlarla həmsərhəddir. Qarşı sahildə 7-ci arondisman yerləşir. == Məhəllələr == fr. Quartier des Champs-Élysées fr.
VII arondisman (Paris)
VII arondisman (fr. VIIe arrondissement) — Parisin 20 bələdiyyə rayonundan biri. 19-cu əsrdə Parisin sərhədlərinin genişləndirilməsi zamanı yaranmışdır. Rayonun sahəsi 408,8 hektardır. Burada Parisin simvolu olan Eyfel qülləsi yerləşir. O səbəbdən burada həmişə çoxlu turist olur. Bundan əlavə, 7-ci rayon 8-ci rayonla birlikdə şəhərin siyasi mərkəzidir. Burada bir çox nazirliklər və Fransa Milli Assambleyası yerləşir. == Coğrafi mövqeyi == VII arondisman birbaşa Senan çayının sol sahilində yerləşir. Şərqdə 6-cı, cənubda 15-ci, qarşı sahildə isə 16, 8 və 1-ci arondismanlarla həmsərhəddir.
VI arondisman (Paris)
VI arondisman (fr. VIe arrondissement) — Parisin 20 bələdiyyə rayonundan biri. Ən qədim rayonlardan biridir. Sahəsi 215 hektardır. == Coğrafi mövqeyi == Arondisman Sena çayının sol sahilində yerləşir. Şərqdə 5-ci, cənubda 14-cü, şimalda (qarşı sahil) 1-ci, qərbdə 7-ci və 15-ci bələdiyyə dairələri ilə həmsərhəddir. == Məhəllələr == fr. Quartier de la Monnaie fr. Quartier de l’Odéon fr. Quartier Notre-Dame-des-Champs fr.
V arondisman (Paris)
V arondisman (fr. Ve arrondissement) — Parisin 20 bələdiyyə rayonundan biri. Bu bələdiyyə rayonu şəhərin ən qədim rayonudur. Arondismana antik Roma dövründən qalan "Latın məhəlləsi" adlanan ərazi daxildir. Rayonun ərazisi 254 hektardır. == Coğrafi mövqeyi == 5-ci rayon Sena çayının sol sahilində yerləşir. Cənubda 14-cü, qərbdə 6-cı, şərqdə 13-cü, şimalda (qarşı sahil) isə 4-cü arondisman ilə həmsərhəddir. Rayonun əhəmiyyətli hissəsini "Saint Genevieve" təpəsi tutur. == Məhəllələr == fr. Quartier Saint-Victor fr.
XII arondisman (Paris)
XII arondisman (fr. XIIe arrondissement) — Parisin 20 bələdiyyə rayonundan biri. Ümumi sahəsi 16,32 km²-dir və şəhərin ikinci ən böyük arondismanıdır. Ümumilikdə Parisin 15%-ni təşkil edir. == Coğrafi mövqeyi == 12-ci arondisman şəhərin şərq hissəsində yerləşir. Şimalda 11-ci və 20-ci arondismanlarla, qərbdə isə 3-cü və 4-cü arondismanlarla həmsərhəddir. Cənubda Sena çayı, şərq tərəfdə Sen-Mande və Şaranton-le-Pon kommunaları ilə həmsərhəddir. == Məhəllələr == fr. Bel-Air fr. Picpus fr.
XI arondisman (Paris)
XI arondisman (fr. XIe arrondissement) — Parisin 20 bələdiyyə rayonundan biri. Rayonun ərazisi 367 hektardır. == Coğrafi mövqeyi == XI arondisman Sena çayının sağ sahilində yerləşir. Şərqdən 20-ci, qərbdən 10-cu və 3-cü, şimaldan 19-cu və cənubdan 12-ci arondisman ilə həmsərhəddir. == Məhəllələr == fr. Quartier de la Folie-Méricourt fr. Quartier Saint-Ambroise fr. Quartier de la Roquette fr.
X arondisman (Paris)
X arondisman (fr. Xe arrondissement) — Parisin 20 bələdiyyə rayonundan biri. Rayonun ərazisi 289 hektardır. == Coğrafi mövqeyi == 10-cu rayon Sena çayının sağ sahilində yerləşir. Şərqdən 11-ci, qərbdən 9-cu, şimaldan 18-i və cənubdan 3-cü ilə həmsərhəddir. == Məhəllələr == fr. Quartier Saint-Vincent-de-Paul fr. Quartier de la Porte-Saint-Denis fr. Quartier de la Porte-Saint-Martin fr.
XIII arondisman (Paris)
XIII arondisman (fr. XIIIe arrondissement) — Parisin 20 bələdiyyə rayonundan biri. Əvvəllər burada əsasən kasıb ailələr yaşayırdı. İndi ərazi Çin məhəlləsi və çox sayda hündür binaları ilə tanınır və turistlərin çox diqqətini az cəlb edir. XIII arondisman həmçinin Fransa Milli Kitabxanasının yeni binası və yenidən qurulmuş "Paris Rive Gauche" biznes bölgəsi ilə məşhurdur. == Tarixi == XIII arondisman 1860-cı ildə Fransa paytaxtının sərhədlərinin genişlənməsi nəticəsində yaranıb. O köhnə 12-ci arondismanın hissələrindən və keçmiş Jantiyi və İvri-sür-Seyn kommunaların birləşməsindən təşkil edilmişdir. == Coğrafi mövqeyi == XIII arondisman Sena çayının sol sahilində yerləşir. Qərbdən 14-cü, şimaldan isə 5-ci arondismanla həmsərhəddir. Şərqdən 12-ci arondismanla Sena çayı ilə ayrılır.
XIV arondisman (Paris)
XIV arondisman (fr. XIVe arrondissement) — Parisin 20 bələdiyyə rayonundan biri. Arondismanın ərazisi 5.621 km2-dir == Coğrafi mövqeyi == Parisin cənub hissəsində, Sena çayının sol sahilində yerləşir. Əvvəllər Jantiy, Monruj və Vanves şəhərlərinə aid olan məhəllələri əhatə edir. == İqtisadiyyatı == Paris Aeroportunun və "Groupe Artémis"in baş ofisi bu bölgədə yerləşir. Həmçinin Fransa Milli Dəmir Yolları şirkətinin də baş ofisi əvvəllər 14-cü arondismanda, "Montparnasse" məhəlləsində yerləşib. == Hökumət və infrastruktur == Fransa Ədliyyə Nazirliyi tərəfindən idarə olunan Sante həbsxanası arondisman ərazisindədir. Fransanın beynəlxalq məktəb şəbəkəsi olan Xaricdə Fransız Təhsili Agentliyinin (AEFE) baş ofisi bu bölgədə yerləşir. == Məhəllələr == fr. Monparnasse fr.
XV arondisman (Paris)
XV arondisman (fr. XVe arrondissement) — Parisin 20 bələdiyyə rayonundan biri. Sena çayının sol sahilində yerləşir. Süni yaradılmış Qu quşu adasının bir hissəsi arondisman ərazisində yerləşir. Rayon 1860-cı ildə Vojirar və Qrenel şəhərlərinin Parisə birləşdirilməsindən sonra yaranmışdır. Parisin əhali cəhətdən ən sıx bölgələrindəndir. == Tarixi == Arondismanın əsası 1859-cu il iyunun 16-da köhnə "Ferme Générale" divarı və "Thiers" divarı arasındakı ərazinin Parisə daxil edilməsi ilə qoyuldu. Həmçinin Qrenel, Vojirar və Javel kommunaları 1860-cı ildə arondismanın ərazisinə daxil edildi. == Coğrafi mövqeyi == Arondisman Parisin cənub-qərb hissəsində yerləşir. Şimal-şərqdə 6-cı və 7-ci, cənub-şərqdə isə 14-cü arondismanlarla həmsərhəddir.