Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Haqnəzər
Haqnəzər (Haqnəzərdərəkənd) — Azərbaycan Respublikasının Laçın rayonu Təzəkənd kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == Qarabağ silsiləsinin yamacındadır. Kəndin keçmiş adı Haqnəzərdərəkənd olmuşdur. Yaşayış məntəqəsini Ərdəşəvə kəndindən köçüb gəlmiş ailələr salmışlar. Haqnəzər orada ilk dəfə məskunlaşmış şəxsin adıdır. 1992-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 1 dekabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin nəzarətindədir. == İqtisadiyyatı == Əsas təsərrüfatı heyvandarlıq idi. == Əhalisi == 2006-cı ilin statstikasına görə kəndin əhali sayı 200 nəfər olmuşdur.
Şahnəzər
Şahnəzər, (1978–ci ildən) Metsavan (erm. Մեծավան) — Ermənistan Respublikasının Loru mərzində kənd. Kəndin əsil adı "Qoşakilsə"dir. 7 noyabr 1995–ci il tarixində Ermənistan Respublikası Milli Məclisinin qəbul etdiyi və 4 dekabr 1995–ci ildə Ermənistan Respublikasının prezidenti Levon Ter-Petrosyanın təsdiq etdiyi "Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında Qanunu" na əsasən "Metsavan bələdiyyəsi"ni (erm. Մեծավան համայնքի) təşkil edir. 12 – 21 oktyabr 2011–ci il siyahıyaalınmasına əsasən kəndin (de–yuri) daimi əhalisi 4.578 nəfərdir.
Ağanəzər İsrayılov
Ağanəzər İsrayılov (tam adı: Ağanəzər Araz oğlu İsrayılov; 1 iyul 1960, Şamaxı, Şamaxı rayonu, Azərbaycan SSR, SSRİ – 20 yanvar 1990, Bakı, Azərbaycan SSR, SSRİ) — Qanlı Yanvar şəhidi. == Həyatı == Ağanəzər İsrayılov 1960-cı il 1 iyul tarixində Şamaxı şəhərində anadan olmuşdur. Milis leytenantı idi.Subay idi. == Qanlı Yanvar faciəsi == Qara Yanvar gecəsi üç polis əməkdaşı — kapitan Oqtay Mirzəyev, leytenant Valeri Boqdanov və leytanant Ağanəzər İsrayılov iş başında aldıqları tapşırıq üzrə hərəkət edirdilər. Səhər saat 7:15 dəqiqədə maşın Tbilisi prospektindən İnqilab küçəsinə — "ximqorodok" kimi tanınan kimya şəhərciyinə dönən zaman hərbçilər tərəfindən arxadan atəşə tutulmuşdur. Güllə birinci Ağanəzərə dəymiş, Ağanəzər arxadan və boyun nahiyəsindən dəyən güllələrdən yerindəcə həlak olmuşdur. Daha sonra onunla bir yerdə olan yoldaşları Valeri və Oqtay da yaralanmışdır. Valeri 4 saatdan sonra xəstəxanada vəfat etmiş, Oqtay isə bir qolunu itirmişdir. Şamaxıda yerləşən "Yeddi Günbəz" qəbiristanlığında dəfn edilmişdir. == Ünvan == Bakı, Sumqayıt şosesi, 10.
Şahnəzər mağarası
Xan mağarası — Azərbaycan Respublikası Şuşa şəhəri ərazisində mağara. Şuşa şəhərindən 5 km cənubda Yevlax-Laçın-Naxçıvan şose yolundan 2 km aralıda Zarıslı çayı sahilində Daşaltı kəndi ərazisində mağaradır. Uzunluğu 125 km, eni və hündürlüyü 10 metrdir. Mağaradan iki kobud daş çapacaq,çaxmaqdaşı və obsidiandan hazırlanmış 6 kiçik bıçaq,e.ə. IV–II minilliyə və b.e.X-XIV əsrlərə aid saxsı məmulatı, Orta Əsrlərə aid müsəlman qəbri tapılıb. == Həmçinin bax == Böyük Kirs == İstinadlar == == Xarici keçidlər == anl.az http://anl.az/el/emb/QARABAQ/shusha/shusha-sheheri.htm. İstifadə tarixi: 7 may 2022.