Şahnəzər[2][3], (1978–ci ildən) Metsavan (erm. Մեծավան) — Ermənistan Respublikasının Loru mərzində kənd. Kəndin əsil adı "Qoşakilsə"dir.[4] 7 noyabr 1995–ci il tarixində Ermənistan Respublikası Milli Məclisinin qəbul etdiyi və 4 dekabr 1995–ci ildə Ermənistan Respublikasının prezidenti Levon Ter-Petrosyanın təsdiq etdiyi "Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında Qanunu" na əsasən "Metsavan bələdiyyəsi"ni (erm. Մեծավան համայնքի) təşkil edir.[5][6] 12 – 21 oktyabr 2011–ci il siyahıyaalınmasına əsasən kəndin (de-yure) daimi əhalisi 4.578 nəfərdir.[7]
Şahnəzər | |
---|---|
41°12′06″ şm. e. 44°13′44″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Əsası qoyulub | 1820 |
Mərkəzin hündürlüyü | 1.575 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Rəsmi dili | |
Rəqəmsal identifikatorlar | |
Telefon kodu | +374 94 |
Şahnəzər — İrəvan quberniyasının Aleksandropol qəzasında, indiki Kalinino rayonunda kənd. Rayon mərkəzindən 11 km məsafədə yerləşir. Kənddə ermənilərdən başqa, 1831-ci ildə 6 nəfər, 1897-ci ildə 3 nəfər, 1926-cı ildə 3 nəfər azərbaycanlı yaşamışdır (415, s.80-81, 150-151). 1930 - cu illərdə azərbaycanlılar kənddən qovulmuşdur. İndi burada ermənilər yaşayır.
Toponim şəxs adı əsasında əmələ gəlib. Antropotoponimdir. Sadə quruluşlu toponimdir.
Erm. SSR AS RH-nin 25. I. 1978-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Medzavan (Böyük qəsəbə) qoyulmuşdur.
By-roads NW from Tashir or W from before Dzoramut lead to Metsavan (4553 v., originally Ghoshakilisa --“double church”, then Shahnazar till 1978), with a 5-6th church and anothe of the 10th c.