Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Airline hub
Czech Airlines
CSA Czech Airlines (çex. ČSA; rəsmi adı: çex. České aerolinie, ing. Czech Airlines, «Çexiya Hava Yolları») — Çexiya Respublikasının ən iri aviaşirkəti, milli aviadaşıyıcısıdır. Qərargahı Praqa Hava limanında yerləşir. Aviaşirkət Avropa, Yaxın Şərq və Asiyanın müxtəlif regionlarına avia daşımalar həyata keçirir. Aviaşirkət həmçinin, Çarter reysləri və yük daşımaları da həyata keçirir. SkyTeam avia alyansının üzvüdür. Tez-tez uçan sərnişinlər üçün sadiqlik proqramı "OK Plus" adlanır. == Rəhbərliyi == Bir səhmdar şirkət olan Czech Airlines avia şirkətinin əsas səhmdarları Travel Service Airlines şirkətidir.
Daallo Airlines
Daallo Hava Yolları, Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərindəki Al Garhoud'daki Dubai Airport Free Zonasında yerləşən Somaliyə məxsus bir hava yolu şirkətidir. Cibuti-Ambouli Beynəlxalq Hava Limanında əsas mərkəzi olan hava yolu şirkəti Afrika Buynuzu və Yaxın Şərqdə planlı xidmətlər göstərir. == Tarix == Daallo Hava Yolları 1991-ci ildə Cibutidə Məhəmməd Hacı Abdillahi Abusita və Məhəmməd İbrahim Yassin Olad tərəfindən qurulmuşdur. 20 Mart 1991-ci ildə fəaliyyətə başladı. mart 2000 (2000-03) tarixinə olan məlumata əsasən, daşıyıcının 42 işçisi var idi; donanması, biri Let 410 olan iki Antonov An-24RV-dən ibarət idi. Sovet təyyarələri, əsasən bəzi Boeing və Airbus təyyarələrinin əlavə edilməsinə baxmayaraq, 2001-ci ilin iyulunda Cibuti ilə Paris arasında birbaşa uçuşların, 2002-ci ilin oktyabrında isə Cibuti ilə London arasında uçuşların başlanmasına imkan yaradırdı. 2007-ci ilin mart ayından etibarən Daallo Hava Yollarında 110 işçi var idi. Daşıyıcı ilin sonunda yeni səhmdarları - Dubai World törəmə şirkəti olan Istithmar World Aviation-ı qəbul etdi. Qurucu və sahibləri Məhəmməd Hacı Abdillahi "Abusita" və Məhəmməd İbrahim Yasin "Olaad" idarə heyəti üzvləri olaraq qaldılar. 2008-ci ilin dekabrında Əməliyyat direktoru vəzifəsində çalışmış Terry Fox Baş İcraçı Direktor təyin edildi.
Montenegro Airlines
Montenegro Airlines (mont. Монтене́гро Э́йрла́йнз, rəsmi adı — Montenegro Airlines d.o.o.) — Monteneqronun ən iri aviaşirkəti, milli aviadaşıyıcısıdır. İlin mövsümlərindən asılı olaraq Avropanın bir çox şəhərlərinə mütəmadi və çarter reysləri təşkil edir. Şirkətin bütün uçuşları beynəlxalqdır. Ölkənin iki hava limanı beynəlxalq uçuşları qəbul etmək imkanına sahibdir — Tivat və Podqoritsa. Hər iki hava limanı arasında məsafə 80 km-dir. == Tarixi == Avia şirkət 23 oktyabr 1994-ci ildə Monteneqro hökuməti tərəfindən (o zamanlar Yuqoslaviyanın bior parçası idi) təşkil olunur. Ancaq ilk təyyarə isə Fokker F28 1996-cı ilin payızında alınır. İlk uçuş isə 7 may 1997-ci ildə, 22:30 radələrində gerçəkləşdirilir. Uçuş Podqoritsa ilə İtalyanın Bari şəhəri arasında baş tutur.
Turkish Airlines
Türk Hava Yolları (qısaca: THY) — Türkiyə Respublikasında fəaliyyət göstərən beynəlxalq hava yolları şirkəti. Mərkəzi İstanbul hava limanıdır. 20 may 1933-cü ildə qurulub.
United Airlines
United Airlines Inc (adətən sadəcə "United" adlandırılır) — İllinoys ştatının Çikaqo şəhərində yerləşən böyük bir Amerika hava yolu şirkəti.. 2010-cu ildə 3 milyard dollarlıq bir ortaqlığın ardından United tamamilə United Continental Holdingsə məxsus olmuşdur. Aviaşirkət bir vaxtlar dünyanın ən böyük təyyarə istehsalçılarından biri olan Boeing şirkətinə məxsus idi.
Vietnam Airlines
Vietnam Airlines (hərf. Vyetnam Hava Yolları) — Vyetnamın dövlət aviaşirkəti. 1989-cu ilin avqustunda hökumətin qərarı ilə dövlət şirkətinə çevrilmişdir. 1993-cü ildə şirkətin bazasında "Vietnam Airlines"a bir neçə xidmət müəssisəsini birləşdirərək "Vietnam Airlines Corporation" yaradılmışdır. Şirkətin baş ofisi ölkənin paytaxtı Hanoyun Lonqbyen rayonunda yerləşir/ Aviaşirkət 2010-cu ilin iyununda "SkyTeam"ə qoşulmuşdur.
Silk Way Airlines
Silk Way Airlines baş ofisi və əsas əməliyyat bazası Heydər Əliyev Beynəlxalq Aeroportunda yerləşən Azərbaycan hava yükdaşımaları şirkətidir. Aviaşirkət müxtəlif yükdaşıma ehtiyacları üçün sərfəli həllər təqdim edir. Silk Way Airlines Bakıda yerləşən mərkəzindən bütün Asiya və Avropaya uzanan qitələrarası marşrutlar üzrə müntəzəm uçuşlar ilə bərabər, belə uçuşların yerinə yetirilməsi çətin olan ərazilərdə geniş təcrübəyə malikdir. Silk Way Airlines mürəkkəbliyindən asılı olmayaraq istənilən sorğunun həlli üçün dünyanın hər yerində hökumətlər və QHT-lərlə əməkdaşlıq edir. Aviadaşıyıcının personalı təhlükəsizlik və etibarlılıq öhdəliyinə əsaslanaraq şirkətin nüfuzunu gücləndirməyə davam edir. == Silk Way Group == Silk Way Airlines daha iki şirkətin – Silk Way West Airlines və Silk Way Technics şirkətlərinin daxil olduğu Silk Way Group şirkətlər qrupunun tərkib hissəsidir. == Tarixçə == 2001-ci ildə əsası qoyulmuş Silk Way Airlines dünya üzrə çarter istiqamətləri şəbəkəsi ilə xidmət göstərən hava yükdaşımaları şirkətidir. == Donanma == Aviadaşıyıcının donanmasında hazırda ICAO-nun 16-cı Əlavəsinin 4-cü fəslinə uyğun olaraq, PS-90A səs standartı mühərrikləri ilə təchiz edilmiş iki İL-76TD-90 tipli təyyarə də daxil olmaqla beş təyyarə xidmət göstərir.
Small Planet Airlines
«Small Planet Airlines» — Litvaya məsxus olan çarter reysləri həyata keçirən avia şirkət. Şirkətin mənzil qərargahı Litvanın Vilnüs şəhərində yerləşir. Şirkət Litva, Polşa və İtaliyada fəaliyyət göstərmək üçün sertifikatlaa sahibdir. Onun müştəriləri arasında Nova Turas, Horizon Travel, Viking Hellas, Aeroservizi, TUI AG, Orbis Travel, Tez Tour, Chapman Freeborn, Newmarket Holidays və digər şirkətlər vardır.. Şirkət 2008-ci ildə təsis edilmişdir. Şirkətin 2017-ci ilə olan məlumata görə donanmasına 21 təyyarə daxildir. Small Planet Airines şirkətinin təyyarələri Vilnüs, Varşava, Kotavise və Milanın (Malpensa) hava limanlarında təyyarələri vardır. 2011-ci ilin aprel ayında Small Planet Airlines şirkəti iki A320 əldə etdi və beləliklə Polşada A320 əldə edən ilk qeydiyyatdan keçmiş ilk hava yolu şirkəti oldu. == Əsas fəaliyyət istiqaməti == Aparıcı tur operatorları üçün tam bir nizam proqramı (AOC, yerli ekipaj, təyyarədə fərdi sərnişin xidməti); Təyyarə ilə fərdi rənglənmə imkanı olan aviaşirkətlər üçün ekipajlı (ACMI) təyyarə icarəsi; Müştərinin sifarişi ilə qısa müddətli çarter uçuşları == Göstəriciləri == Bu günə qədər şirkətin Litva (Small Planet Airlines UAB), Polşa (Small Planet Airlines Sp. z o.o.) və İtaliya (Small Planet Airlines s.r.l.) ərazisində fəaliyyət göstərən hava daşıyıcısı sertifikatları var.
Jet Airliner (Modern Talking)
Jet Airliner (azərb. Qırıcı təyyarə‎) – Modern Talking qrupunun beşinci albomu Romantic Warriors albomunun ilk sinqlıdır.
Silk Way West Airlines
Silk Way West Airlines — baş ofisi və əsas əməliyyat bazası Heydər Əliyev Beynəlxalq Aeroportunda yerləşən Azərbaycan hava yükdaşımaları şirkəti. == Silk Way Group == Silk Way West Airlines daha iki şirkətin – Silk Way Airlines və Silk Way Technics şirkətlərinin daxil olduğu Silk Way Group şirkətlər qrupunun tərkib hissəsidir. == Tarixçə == 2012-ci ildə Bakıda, İpək Yolunun mərkəzində əsası qoyulan Silk Way West Airlines Xəzər dənizi regionunun ən böyük hava yükdaşımaları şirkətidir. == Donanma == Heydər Əliyev Beynəlxalq Aeroportu mərkəzli aviaşirkət 12 Boeing 747-8F və 747-400F təyyarələrindən ibarət donanması vasitəsilə dünyanın müxtəlif ölkələrinə ayda 350-dək uçuş həyata keçirir. Aviaşirkətin illik yük dövriyyəsi 420 000 tondan artıqdır. Artmaqda olan marşrut şəbəkəsi Avropa, MDB ölkələri, Orta Şərq, Mərkəzi və Şərqi Asiya, habelə Şimali və Cənubi Amerikada 40-dan artıq istiqaməti əhatə edir. 28 aprel 2021-ci il tarixdə Silk Way West Airlines şirkəti Boeing ilə ən müasir 777F təyyarələrinin alınması barədə strateji müqavilə imzalamaqla donanmasının genişləndirilməsi istiqamətində mühüm addım atıb. == Mükafatlar == 2015-ci ildən Beynəlxalq Hava Nəqliyyat Birliyinin (IATA) üzvü olan Silk Way West Airlines hava yükdaşımaları üçün nəzərdə tutulmuş bütün beynəlxalq təhlükəsizlik tələblərinə cavab verir. Cənubi Koreyanın İnçxon hava limanı Silk Way West Airlines şirkətini nüfuzlu “2020-ci ilin yükdaşıma aviaşirkəti” mükafatına layiq görüb. Aviadaşıyıcı əczaçılıq məhsullarının standartlara uyğun şəkildə daşınmasını nəzərdə tutan GDP (Good Distribution Practice) sertifikatı sahibidir.
2016 Silk Way Airlines Antonov An-12 qəzası
Silk Way Airlines Antonov An-12 qəzası — 18 may 2016-cı ildə Bakı vaxtı ilə təxminən saat 18:30 radələrində Silk Way Airlines-ə məxsus Antonov An-12 yük təyyarəsi Cənubi Əfqanıstandakı Duayer hava limanından Türkmənistandakı Meri Beynəlxalq hava limanı getmək üçün havaya qalxarkən qəza edib. 1963-cü ildə hazırlanan bu təyyarənin etibarlılıq müddəti artıq 2016-cı il oktyabr ayında bitməli idi. Təyyarə əsaslı təmirdən sonuncu dəfə 1991-ci ildə keçib. Tez-tez texniki qulluğa ehtiyacı olan bu təyyarələrin istehsalı dayandırılmışdır və bu cür təyyarələri Asiyanın bir çox ölkələrində, Avropa ölkələrində istehsal və istismarına qadağa qoyulmuşdur. Azərbaycan Respublikasının Mülki Aviasiya Administrasiyasından araşdırma üzrə komissiya qəza yerinə getmişdir. Komissiya tərəfindən texniki qulluğun düzgün göstərilməməsi nəticəsində mühərrikin imtina etməsi müəyyən edilmişdir.
Malaysia Airlines 370 saylı uçuş (8 mart 2014)
Malayziya Hava Yolları reys 370 — 8 mart 2014-cu il tarixində China Southern Airlines adına sərnişin daşıyan Malaysia Airlinesə məxsus sərnişin təyyarəsinin Kuala Lumpur Beynəlxalq Hava Limanı ilə Pekin Paytaxt Beynəlxalq Havalımanı arasındakı səfəri əsnasında itib. 227'si sərnişin və 12-si ekipaj üzvündən ibarət olan təyyarə 8 saat davam edəcək səfəri üçün Kuala Lumpur Beynəlxalq Havalımanından yerli saatla gecə 00:41-də havalandı. Subang Hava Trafik İdarə Mərkəzi saat 01:22-də Tayland Körfəzi üzərindəykən təyyarə ilə bağlantını itirdi və 02:40 itkin hesabat olundu. Itkin düşdüyü doğrulandıqdan sonra Cənubi Çin dənizi və Tayland körfəzində ABŞ, Çin, Avstraliya, Vyetnam, Filippin, Malayziya, Sinqapur və Taylanddan qrupların qatıldığı ortaq axtarış-qurtarma əməliyyatı başladıldı. Bir neçə ölkələrin axtarış səylərinə baxmayaraq, təyyarə hələ aşkar olunmamışdır.
Airliners.net
Airliners.net — 1997-ci ildə Johan Lundgren (Johan Lundgren) tərəfindən təsis edilən Aviasiya haqqında Sayt. Böyük foto qalereya, forumlar, təyyarələr haqqında məqalələr və aviasiya tarixi daxildir. == Qalereya == Saytın foto qalereyası 2006-cı ildə bir milyon, 2012-ci ilin iyun ayında isə iki milyona çatdı. Fotolarda təyyarə, aviaşirkət, yerləşmə yeri və s. barədə müxtəlif məlumatlar var. Bu məlumatlar şəkilləri axtararkən istifadə edilə bilər. Sayta göndərilən şəkillər dərcə qəbul olunmazdan əvvəl saytın redaktorları tərəfindən təsdiqlənməlidir ki, bu da materialın yüksək keyfiyyətini təmin etməyə kömək edir . Bir qayda olaraq, saytdakı fotoşəkillər spotters-dən gəlir. == Forumlar == Airliners.net-dəki forumlar mülki və hərbi təyyarələr, həmçinin texniki hissələrə bölünür. 2013-cü ilin fevral ayına olan məlumata görə, forumlarda 160 minə yaxın insan qeydiyyata alındı və mülki aviasiya forumundakı yazıların sayı 5 milyonu keçdi.
Ameline swiftlet
Aerodramus amelis (lat. Aerodramus amelis) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin uzunqanadkimilər dəstəsinin uzunqanadlar fəsiləsinin aerodramus cinsinə aid heyvan növü.
Bristol Airplane Company
Bristol Airplane Company Birləşmiş Krallıqda yerləşən keçmiş təyyarə istehsalçısı idi. Şirkət 1910-cu ildə yaradılmışdır və təyyarələrin gövdə hissələrinin və mühərriklərinin istehsalı ilə məşğul olmuşdur. Baş ofisi Filtonda yerləşirdi. 1959-cu ildə şirkət bir neçə digər aviasiya şirkətləri ilə birləşdirilərək British Aircraft Corporation şirkətini yaratmışdır.
Aline Reiç
Aline Reiç (6 sentyabr 1974) — Meksikanı təmsil edən bədii üzgüçü. == Karyerası == Aline Reiç Meksikanı 1996-cı ildə Atlanta şəhərində baş tutan XXVI Yay Olimpiya Oyunlarında təmsil edib. Komanda turnirdə Aline Reiç 8-ci pillənin sahibi olub.
İrine Preskott
İrine Preskott (21 iyun 1994) — Tonqalı üzgüçü. İrine Preskott Tonqanı 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == İrine Preskott birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında qadınlar 50 m sərbəst stildə, təsnifat mərhələsində iştirak etdi. 28.68 saniyəlik nəticəsi ilə 61-ci yeri tutdu və yarımfinala vəsiqə qazana bilmədi.
Bircinə
Bircinə (az.-əbcəd بیرجینه‎, fars. پرچینه‎) - İranın Zəncan ostanının Tarım şəhristanının Gilvan bəxşinin Gilvan qəsəbəsinin ərazisinə daxil olan kənd. == Əhalisi == 2016-cı ilin məlumatına görə kənddə 45 nəfər yaşayır (14 ailə).
Pirlicə (Bostanabad)
Pirlicə (fars. پيرلوجه‎) — İranın Şərqi Azərbaycan ostanının Bostanabad şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 114 nəfər yaşayır (23 ailə).
Bibliyanın yapon dilinə tərcüməsi
Bibliyanın yapon dilinə tərcüməsi Frensis Xavierin Yaponiyaya gəlişindən bir il öncə — 1548-ci ildə başlamışdır. 1613-cü ildə Əhdi-Cədidin yapon dilinə tərcümə edilməsindən sonra qapalı ölkə siyasətinə görə 2 əsrdən çox müddətdə Bibliyanın yapon dilinə tərcümə işində irəliləyiş olmamışdır. Karl Gützlaff 1837-ci ildə İohann İncilini tərcümə edərək nəşr etdirmişdir. Bundan sonra XIX əsrdə Yaponiyada bir çox nəşrçi Bibliya kitablarının və hissələrinin yapon dilinə tərcüməsi ilə məşğul olmuş və komitələr yaratmışdırlar. Samuel Vilyams, Bernard Jan Bettelheym, Conatan Qobl, Ceyms Hepbörn, Samuel Braun, Natan Braun, Devid Tompson, Quido Verbek, Filip Fayson bu cür tərcüməçilərdən olmuşdurlar. Bibliyanı tərcümə etməyə başlayan ilk yapon isə 1873-cü ildə Naqata Hosey olmuşdur. == İlk dövrlər == Bibliyanın yapon dilinə tərcüməsi ilə bağlı işlər ilk dəfə 1548-ci ildə başlamışdır. Tərcümənin nüsxəsi müasir dövrə kimi gəlib çatmasa da, Kaqoşimadan olan qaçqın samuray Yaciro (və ya Anciro) Qoada Matfeya İncilini yapon dilinə "tərcümə etmişdir". Frensis Xavier Yaciro və iki yoldaşı ilə 1547-ci ildə Malay yarımadasında tanış olmuş və onları Qoadakı bir kollecə gətirmişdir. Yaciro öz doğma ölkəsi haqqında danışandan sonra Xavier həmin İncili yapon xalqına çatdırmaq istəmişdir.
Soyadların Azərbaycan dilinə uyğunlaşdırılması
Soyadların azərbaycan dilinə uyğunlaşdırılması Azərbaycan müstəqil olduqdan sonra irəli sürülən siyasətdir. 1993-cü ildə Milli Məclisin qəbul etdiyi qərara görə "-ov" "-yev", sonluqlu soyadlarını "-lı" (sözün kökündən asılı olaraq "-li", "-lu", "-lü"), "-zadə", "-oğlu", "-qızı" sonluqlu və ya sonluqsuz ifadə formaları ilə əvəz edə bilərlər. Hal-hazırda ata adı da soyadla birlikdə rəsmi sənədlərdə verilir. Məsələn, Məmməd Bağırovun tam adı "Məmməd Səməd oğlu Bağırov" olur.Azərbaycan Milli Elmlər Akademiyasının nəzdində yaradılmış Xüsusi Komissiya soyadlarla bağlı xüsusi konsepsiya hazırlayaraq Prezident Adminstrasiyasına təqdim edib. Azərbaycan Milli Elmlər Akademiyasının komissiyası dörd variant üzərində dayanıb. Bunlar "-lı", "-li", "-lu", "-lü", "-oğlu" və ikisi bir yerdə "-soy" və "-gil" formasını təklif edib.Milli Məclisin Mədəniyyət komitəsinin sədri Nizami Cəfərova görə, 2010-cu ildə Azərbaycanda mövcud olan soyadlar sonluğu 80 faizə qədəri "-ov", "-yev", 10 faizə qədəri "-li", "-lu", "-lü", 10 faizə qədəri isə "-zadə" ilə qurtarır. Vətəndaşlıq Vəziyyəti Aktlarının Qeydiyyatı İdarələri (VVAQİ) keçmiş qanuna əsaslanaraq "-ov", "-yev" yazılmasını məqbul hesab edirlər. Bəzən isə çətinliklər yaratmaqla olsa belə vətəndaşa "-li", "-lu", "-lü" soyadının yazdırmasına imkan verirlər.Azərbaycanın müstəqilliyindən 1 mart 2022-ci il tarixinə qədər 1 milyon 200 minə yaxın şəxsin soyad sonluğu dəyişdirilib. 2022-ci ilin ilk 2 ayında isə 8 minə yaxın şəxsin soyad sonluğu milliləşdirilib.Gürcüstan azərbaycanlı aktivistləri də rus soyadlarından imtina etmək üçün kampaniya başlatmışdır.
Şapurun Xosrovun rəsmini Şirinə göstərməsi
Xosrovun çimən Şirini görməsi - I Şah Təhmasibin sifarişi ilə 1539-1543-cü illərdə hazırlanmış və Təbriz miniatür məktəbinin sənətkarları tərəfindən çəkilmiş rəsmlərlə bəzədilmiş Nizami Gəncəvinin "Xəmsə" əlyazmasına daxil olan, Mirzə Əli tərəfindən çəkilmiş rəsm əsəridir. Tədqiqatçı N.Zamanovun fikrincə, "bu süjet bir çox Yaxın və Orta Şərq rəssamlarının fırçası ilə canlandırılsa da, o, Mirzə Əli Təbrizinin fırçasında özünün ən parlaq ifadəsini tapmışdır." Miniatürün daxil olduğu əlyazma hazırda Britaniya Milli Kitabxanasında (MS Or. 2265) saxlanılır. == Mövzu == Nizaminin "Xosrov və Şirin" poemasında, Şirini öz sarayına dəvət etmək istəyən Xosrov şah, yaxın dostu və saray rəssamı olan Şapuru onun sarayına göndərir. Şirinin hüzuruna gələn rəssam, öz hökmdarını nə qədər tərifləsə də, Şirində təəssürat yarada bilmir. Bundn sonra şahın portretini çəkərək Şirinə təqdim edir. Rəsmi görən qız aşiq olsa da, ismətini qoruyaraq Şapurla getməkdən imtina edir: == Təsvir == "Şapurun Xosrovun rəsmini Şirinə göstərməsi" miniatüründə Mirzə Əli bilərəkdən ədəbi mətndən yayınmışdır. Rəssam verilmiş konret epizodla yanaşı, Nizami süjetinin məzmununu əsas götürmüş, nəticədə müstəqil və orijinal əsər yarada bilmişdir. Mirzə Əli, miniatürdə hadisəni mətndəki kimi yabanı çəmənlikdə, yaxud keçilməz dağ yamaclarında deyil, o dövr üçün səciyyəvi olan cah-cəlallı saray bağında təsvir etmişdir.Kompozisiyanın mərkəzində yaşıla çalan sal daşlarla döşənmiş meydança dayanır. Şirin, zəngin bəzəkli taxt-rəvanda, onun qabağındakı dairəvi çarhovuzun yanında isə Şapur əyləşmişdir.
Azərbaycan dilinə tərcümə olunmuş şiə kitablarının siyahısı
Azərbaycan dilinə tərcümə olunmuş şiə kitablarının siyahısı — == Hədis == Ayətullah Şeyx Muhəmməd Rza əl-Müzəffər, Əqaidul-İmamiyyə (On iki imam şiələrinin etiqadları). Tərc.: Hilal Ağamoğlanov. Bakı, “Zərdabi LTD” MMC, 2017, 144 səh. Əhməd Əmini, "Əl-Ğədir", 1-ci cild, tərc.: Zaur Məmmədov, 560 səh., Bakı, "Qələm", 2014. Əllamə Kuleyni, Usuli-Kafi, 1-ci cild, tərc.: Elgiz Tağızadə, "Mübahilə", 2005, 991 səh. Əllamə Muhəmmədbaqir Məclisi, əl-Əqaid (Əqidə). Tərc. : Baqir Cəfəri (B.Bayramov). Bakı, «Nurlar», 2020, 96 səh. Habil İsgəndərli, Əhli-beyt (ə) əhli-sünnət güzgüsündə, Bakı, "Şirvannəşr", 2007, 770 səh.
Azərbaycanın mədəni irsinə qarşı müharibə (film, 2007)
Azərbaycanın mədəni irsinə qarşı müharibə qısametrajlı sənədli filmi rejissor İqbal Məmmədəliyev tərəfindən 2007-ci ildə çəkilmişdir. "Salnamə" sənədli filmlər studiyasında istehsal edilmişdir. Film Azərbaycanın Qarabağ regionunun mədəni irsindən və Dağlıq Qarabağda baş verən münaqişə zamanı məhv olmuş maddi və mədəniyyət nümunələri, tarix və mədəniyyət abidələri haqqında bəhs edir. == Məzmun == Film Azərbaycanın Qarabağ regionunun mədəni irsindən və Dağlıq Qarabağda baş verən münaqişə zamanı məhv olmuş maddi və mədəniyyət nümunələri, tarix və mədəniyyət abidələri haqqında bəhs edir.