Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Acıdərə
Acıdərə (Şamaxı) — Şamaxı rayonunun Göylər inzibati ərazi dairəsində kənd. Acıdərə — İsmayıllı və Kürdəmir rayonlarından axan çay. Acıdərə — Şamaxı rayonunda çay. Acıdərə — Şamaxı rayonu ərazisində dağ. Acıdərə — Şamaxı rayonunda eyniadlı çayın dərəsi. Acıdərə — Qazax rayonunun Şimal qərbində yarğan. Acıdərə — Qax rayonu ərazisində dərə. Acıdərə — Tovuz rayonu ərazisində dərə. Acıdərə (Soyuqbulaq) — İranın Qərbi Azərbaycan ostanının Soyuqbulaq şəhristanı ərazisinə daxil olan kənd.
Ağtərə
Ağtərə (lat. Parnassia) — bitkilər aləminin celastrales dəstəsinin celastraceae fəsiləsinə aid bitki cinsi. Cinsin adı Yunanıstanda müqəddəs yerlərdən sayılan Parnas dağlarının adı ilə bağlıdır. Qədim miflərə görə Apollo bu dağlarda yaşamışdır. Bitki bəzək-bağçılıqda geniş istifadə olunur. Azərbaycan florasında ancaq Bataqlıq ağtərəsi növü bitir. == Sinonimləri == === Heterotipik sinonimləri === Enneadynamis Bubani == Növləri == Parnassia alpicola Makino Parnassia amoena Diels Parnassia asarifolia Vent. Parnassia bifolia Nekr. Parnassia cabulica Planch. ex C.B.Clarke Parnassia cacuminum Hand.-Mazz.
Acıdərə (Soyuqbulaq)
Acıdərə (fars. حاچي دره‎) — İranın Qərbi Azərbaycan ostanının Soyuqbulaq şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 227 nəfər yaşayır (35 ailə).
Acıdərə (Şamaxı)
Acıdərə — Azərbaycan Respublikasının Şamaxı rayonunun Göylər inzibati ərazi dairəsində kənd. Rayon mərkəzindən 25 km cənubdadır. Azərbaycanın əhalisinin sayına görə ən kiçik kəndidir. == Tarixi == Acıdərə çayının sahilində, Ləngəbiz silsiləsinin ətəyindədir. Kəndin ərazisi keçmişdə Şamaxı qəzasında yaşamış çıraqlı tayfasının qışlaq yeri olmuşdur. 1896-cı ildə çıraqlıların bir hissəsi Acıdərədə xidmət evi olan poçt (çaparxana) ətrafında məskunlaşmışlar. Yaşayış məntəqəsi yerləşdiyi ərazinin adı ilə adlandırılmışdır. == Əhalisi == Əhalisi 1 nəfərdir, 3 təsərrüfatı var (2009).
Acıdərə dağı
Acıdərə — Şamaxı rayonu ərazisində dağ. == Ümumi məlumat == Acıdərə Şamaxı rayonu ərazisində dağ. Hündürlüyü 931 m.1. Şamaxı rayonunda eyniadlı çayın dərəsi. Şamaxı şəhəri kənarından başlayıb,Acıdərə kəndi yaxınlığında qurtarır.2. Qazax rayonunun şm.-q.-ində yarğan. Yaylacıq dağlarından cənub istiqamətdə ayrılan Dəmirdağ, İlanlıcadağ və Sacdağ yüksəklikləri ilə birləşir. Həmin yüksəkliklərin arasındakı dərə keçmişdə Böyük Acı adlanırdı. Oronim buradakı şor sulu bulaqlarla əlaqədardır. 3.
Slitere Milli Parkı
Slitere Milli Parkı (latış. Slīteres nacionālais parks‎) — Latviyanın qərb sahillərində, Kurzeme vilayəti, Talsin rayonu ərazisində yerləşən milli park. 1910-cu ildə Riqa təbiət sevərləri Rusiya imperiyası torpaq idarəçiliyi və kənd təsərrüfatı idarəsinə Mirisa adasında qoruğun təşkili üçün müraciət edir. Bunun üçün icazə alınır. Nəticədə Usmas gölündə yerləşən Morisa adasında qoruq təşkil edilir. Qoruğun sahəsi 80 ha təşkil edir. Bu qoruq Latviyanıın və SSRİ-nin ən yaşlı qoruğu olur. Latviyanın ikinci qoruğu isə 1921-ci ildə təşkil edilən və sahəsi 717 ha ərazini əhatə edən, Dunqada şəhəri yaxınlığında yerləşən «Zalie kalni» (Yaşıl təpələr) qoruğu olur. Sonradan Talsin rayonu ərazisində yerləşən «Zalie Kalni» qoruğu yerində sahəsi 15 060 ha olan «Slitere» qoruğu təşkil edilir. Bu qoruq ondan ölçü baxımınndan kiçik olan «Morissala» (o zamnki sahəsi 818 ha) və «Qrini» (sahəsi 1076 ha) qoruqlarının idarəçiliyinə tabe etdirilir.