Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Akkra
Akkra (ing. Accra) — 1957-ci ildən Qana Respublikasının paytaxtı və ölkənin ən böyük şəhəri. Qvineya körfəzi sahilində liman. Şəhərin əhalisi 2011-ci ilin təxmini hesablamalarına görə 3 963 264 nəfərdir. == Tarixi == Akkra sözü "qarşıqalar" mənasını verən "Nkran" sözündən yaranmışdır. Əsası 16-cı əsrin 1-ci yarısında qoyulmuşdur. Adı Korlelaqununun sahilində məskunlaşmış akkra xalqının adından götürülmüşdür. 19-cu əsrin sonlarınadək qul ticarəti mərkəzlərindən biri olmuşdur. Əvvəllər burada qa tayfalarından biri məskunlaşmış, 1600-cü ildə isə qa tayfa ittifaqının paytaxtı olmuşdur. Avropa tacirlərinin Qvineya sahillərinə gəlməsi nəticəsində mühüm ticarət mərkəzinə çevrildi.
Akira
Akira — ad. Akira Kaci — keçmiş Yaponiya futbolçusu. Akira Kitaquçi — Akira Matsunaqa Akira Matsunaqa (futbolçu, 1914) Akira Matsunaqa (futbolçu, 1948) — Yaponiya futbolçusu.
Akura
Acura (azərb. Akura‎) — yapon avtomobil istehsalçısı Hondanın lüks və performans bölməsi. Acura Avropanın istehsalçıları ilə Şimali Amerika bazarında bərabər səviyyədə yarışan ilk Yapon premium markası oldu. Yeni avtomobillərin əsas üstünlükləri yenilikçi mühəndislik, yüksək keyfiyyətli və texniki avadanlıq və maksimum müştəri məmnuniyyətidir. == Adı və loqosu == Markanın adı dünyanın bir çox dilləri ilə ortaq olan latın dilindəki Aku (Acu) morfeminə əsaslanır. Bu dəqiqlik, etibarlılıq deməkdir. Bu morfemdən formalaşmış yeni söz Acura markasının təməl prinsipidir. Yeni markanın loqosu müasir mühəndislər tərəfindən istifadə olunan hissələrin dəqiq ölçülməsi üçün bir vasitədir - dəyişdirilmiş "A" hərfidir. Loqotipin məqsədi Acura avtomobilinin texniki və dizayn üstünlüyünü vurğulamaqdır. == Tarixi == Acura tarixi 1984-cü ilin fevral ayında - Honda yeni bir bazar seqmentinə daxil olmaq və yeni bir marka yaratmaq niyyətini təsdiqləyərkən başladı.
Akka
Akka (lat. Acca) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin səhləbkimilər fəsiləsinə aid bitki cinsi.
Akira (manqa)
Akira – Katsuhiro Otomo tərəfindən yazılmış və çəkilmiş manqa seriyası. == Media == === Manqa === Əvvəlcə 1982-ci ildən 1990-cı ilədək "Young Magazine" jurnalında çap olunan Akira manqası həmin jurnalın nəşriyyatı olan Kodansha tərəfindən altı tankobon cildində buraxılmışdır. === Videooyunlar === 1988-ci ildə Taito videooyun nəşriyyatı tərəfindən Yaponiyada Famicom üçün Akira macəra oyunu buraxıldı. 1994-cü ildə isə International Computer Entertainment Akira əsasında Amiga və Amiga CD32 üçün oyunu buraxdı. 2002-ci ildə olan DVD çıxışı ilə əlaqədər olaraq, Bandai şirkəti PlayStation 2 üçün "Akira Psycho Ball" adlı pinbol simulyasiyası buraxdı. == Qəbul == "Akira"-ya görə 1990-cı illərin əvvəlində ingilisdilli ölkələrdə animeyə maraq yüksəldi. Xaricdə onun məşhurluğu hətta Yaponiyadakından da böyük idi. Robin Berner onu ABŞ-də anime və manqanın davamlı auditoriyanı yaradan bir mədəni bomba ilə müqayisə etdi.
Akira Amano
Akira Amano (天野 明, Amano Akira, d. 1973) – "Reborn!" şonen manqa seriyasına görə tanınan qadın manqaka. "Reborn!" manqasının ilk versiyaları seynen manqası jurnallarında nəşr olunurdu. 2003-cü ilin sonunda manqanın qısa hekayəsi "Weekly Shōnen Jump" jurnalında nəşr olunmuşdur. Qısa hekayənin uğurundan sonra seriya 2004-cü ilin ortalarında jurnalda nəşr olunmağa başlamışdır. Manqa əsasında anime, 5 ranobe, video oyunlar istehsal olunmuşdur. Nikkei Entertainment ən uğurlu manqakalar siyahısında Akiranı 12-ci yerdə göstərmişdir. == İşləri == Shōnen Spin Neppuu Yakyuu Densetsu Picchan Petit Petit Rabbit (ぷちぷちラビィ, Puchi Puchi Rabii) (2000, Bessatsu Young Magazine və Young Magazine jurnallarında nəşr olunub) Monkey Business Bakuhatsu HAWK!! Reborn!
Akira Kaci
Akira Kaci (d. 13 yanvar 1980) — keçmiş Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 64 oyun keçirib, 2 qol vurub.
Akira Kitaquçi
Akira Kitaquçi (d. 8 mart 1935) — keçmiş Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 10 oyun keçirib, 1 qol vurub.
Akira Kito
Akira Kito (鬼頭明, Kito Akira, 10 sentyabr 1974) — Yaponiyanı təmsil edən stolüstü tennisçi. == Karyerası == Akira Kito Yaponiyanı 2004-cü ildə Afina şəhərində baş tutan XXVIII Yay Olimpiya Oyunlarında təmsil edib və cüt turnirdə 9-cu pillənin sahibi olub.
Akira Kurosava
Akira Kurosava (yap. 黒澤明; 23 mart 1910[…], Şinaqava, Yaponiya imperiyası – 6 sentyabr 1998[…], Setaqaya) – Yaponiya film rejissoru və ssenaristi. 57 illik karyerası ərzində 30 filmə rejissorluq etmişdir. Kinematoqrafiya tarixində ən əhəmiyyətli və nüfuzlu rejissorlardan biri kimi qəbul edilir. Kurosava Yaponiya film sənayesinə 1936-cı ildə qısa davam edən rəssamlıq fəaliyyətindən sonra daxil olmuşdur. Bir çox filmdə köməkçi rejissor və ssenarist kimi rol oynadıqdan sonra rejissorluq debütünü İkinci dünya müharibəsi zamanı populyar döyüş filmi olan "Sanşiro Suqata" ilə etmişdir. Müharibədən sonra o dövrün elə də tanınmayan aktyoru Toşiro Mifunenin baş rol oynadığı və böyük uğur qazanan "Sərxoş mələk" filmi rejissora Yaponiyada böyük reputasiya gətirmişdir. Kurosava Mifune ilə daha 15 filmdə birlikdə işləmişdir. Premyerası Tokioda baş tutan "Raşomon" filmi 1951-ci il Venesiya Film Festivalında Qızıl şir mükafatının sürpriz qalibi olmuşdur. Filmin kommersial və tənqidi uğuru ilk dəfə Qərb film marketlərinə Yaponiya film sənayesinin məhsullarına yönəltmiş və digər Yaponiya rejissorlarının da tanınmasına səbəb olmuşdur.
Akira Matsunaqa
Akira Matsunaqa (futbolçu, 1914) — keçmiş Yaponiya futbolçusu. Akira Matsunaqa (futbolçu, 1948) — Yaponiya futbolçusu. Akira Matsunaqa (professor) — Sasakava Sülh Fondunun üzvü, Tokio Universitetinin professoru, Yaponiya Müasir İslam Araşdırmaları Mərkəzinin direktoru.
Akira Narahaşi
Akira Narahaşi (d. 26 noyabr 1971) — keçmiş Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 38 oyun keçirib.
Akira Nişino
Akira Nişino (d. 7 aprel 1955) — keçmiş Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 12 oyun keçirib, 1 qol vurub.
Akira Nozava
Akira Nozava (yap. 野澤 晁) — keçmiş Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 3 oyun keçirib, 3 qol vurub.
Akira Yamaoka
Akira Yamaoka (yap. 山岡 晃 6 fevral 1968, Niiqata) - yapon kompüter oyunları bəstəkarı, səs mühəndisi, gitarist və prodüser əsasən Silent Hill oyun seriyasındakı bəstələrinə görə tanınır.
Asa Akira
Asa Akira (3 yanvar 1985, Manhetten, Nyu-York ştatı) — ABŞ pornoaktrisası və pornoqrafiya rejissoru. Akira 2016-cı ilin may ayına qədər 505-dən çox pornofilmdə yer almışdır.
Akira Matsumoto
Leyci Matsumoto (松本零士, Matsumoto Reyci, 25 yanvar 1938[…], Kioto prefekturası – 13 fevral 2023, Tokio) və ya doğum adı ilə Akira Matsumoto (松本晟) – Yaponiya manqakası və animatoru. "Space Battleship Yamato", "Space Pirate Captain Harlock" və "Galaxy Express 999" kimi kosmik opera işlərinə görə tanınır. == İlk illəri == Leyci Matsumoto 1938-ci ildə Yaponiyanın Fukuoka prefekturasının Kurume şəhərində samuray nəslindən olan ailədə doğulmuşdur. Yeddi uşaqlı ailənin ortancıl uşağı idi. Anası keçmiş müəllim idi, atası isə Yaponiya İmperatorluq Ordusu Akademiyasını bitirmiş mayor idi və İkinci Dünya müharibəsində pilot kimi döyüşmüşdü. == Yaradıcılığı == İlk işi olan "Mitsubachi no Boken" manqasını hələ 15 yaşında ikən bir manqa jurnalında nəşr etdirmişdir. Liseyi bitirdikdən sonra peşəkar manqaka olmaq üçün Tokioya köçmüşdür. 1961-ci ildə Yaponiyanın ilk qadın manqakalarından biri hesab olunan Miyako Maki ilə evlənmişdir. O, Maki ilə bir neçə layihədə əməkdaşlıq etmiş və adını Leyci olaraq dəyişdirmişdir. Tokioda ucuz bir pansionatda yaşayarkən yaşadığı təcrübələr əsasında yaratdığı "Otoko Oidon" manqası (1971) onun ilk böyük uğuru olmuşdur.
Akira Toriyama
Akira Toriyama (鳥山 明, Toriyama Akira, 5 aprel 1955[…] – 1 mart 2024[…], Yaponiya) – Yaponiya manqakası və personaj dizayneri. "Dr. Slump" və "Dragon Ball" manqa seriyalarının müəllifi kimi tanınır. "Dragon Quest", "Chrono Tigger" və "Blue Dragon" kimi videooyunların personaj dizayneri olmuşdur. == İlk illəri == Akira Toriyama 1955-ci ildə Ayçi prefekturasının Kyosu qəsəbəsində doğulmuşdur. İbtidai məktəbdə oxuyanda sinif yoldaşının qardaşının manqa kolleksiyası onda böyük təsir buraxmışdır. Manqaya marağının yaranmasında əsas iş kimi Osamu Tezukanın "Astro Boy" manqasını göstərmişdir. İbtidai məktəbdə manqaya böyük marağı olsa da, orta məktəbdə teleserial və filmlərə yönəldiyi üçün həmin dövrdə manqadan bir az uzaqlaşmışdır. Təhsilini bitirdikdən sonra Naqoyada bir reklam agentliyində üç il işləmişdir. Toriyama işə dərhal qəbul olunsa da, tez-tez işə gecikdiyini və dress-koda əməl etmədiyi üçün danlandığını etiraf etmişdir.
Akira Matsunaqa (professor)
Akira Matsunaqa — Sasakava Sülh Fondunun üzvü, Tokio Universitetinin professoru, Yaponiya Müasir İslam Araşdırmaları Mərkəzinin direktoru. == Həyat və fəaliyyəti == Akira Matsunaqa 1960-cı ildə Yaponiyanın Kavasaki şəhərində anadan olmuşdur. O, Keyo Universitetinin Ədəbiyyat və Şərqşünaslıq fakültəsini bitirmişdir. Tarix elmləri üzrə fəlsəfə doktoru (Ph.D) və Beynəlxalq Layihə Planlaşdırma və İnkişaf üzrə SASAKAWA Sülh Fondunun üzvüdür. Matsunaqa Təfəkkür Universitetinin fəxri professoru və Əl-Farabi Universitetinin qonaq professorudur. Onun tədqiqatlarının əsas mövzusu türk xalqlarının tarixi və Azərbaycan dili ilə bağlıdır.. Akira Matsunaqa Bəkir Çobanzadənin irsi ilə bağlı elmi araşdırmalar aparır..
Akira Endo (kimyaçı)
Akira Endo (遠藤 章, Endo Akira, 14 noyabr 1933, Hiqaşiyuri[d], Akita prefekturası – 5 iyun 2024, Tokio) – Yaponiya biokimyaçısı. Statin dərmanlarının hazırlanması üçün verdiyi töhfələrə görə tanınır. == Həyatı və fəaliyyəti == Endo 1957-ci ildə Tohoku Universitetindən məzun olduqdan sonra dərman istehalı ilə məşğul olan "Sankyo" şirkətində işləməyə başlamışdır. 1966–1968-ci illərdə ABŞ-də təhsil almışdır. ABŞ-də olarkən yüksək xolesterolun səbəb olduğu ürək tutması halları onun diqqətini cəlb etmişdir. Endo Yaponiyaya qayıtdıqdan sonra qida vasitəsilə qəbul edilən xolesterol miqdarını azaltmaq yerinə qaraciyərdə xolesterolun sintezinə mane olmağın daha effektiv olacağı qənaətinə gəlmişdir. O, iki il 6000-dən çox göbələk və kif növündəki kimyəvi birləşmələrini araşdırmaqla məşğul olmuşdur. Nəhayət 1973-cü ildə Kiotodakı bir düyü mağazasından götürdüyü göy kif nümunəsində sintetik inhibitor olan kompaktini kəşf etmişdir. O, bu maddənin xolestrolun sintezinə mane olan maddə olduğunu anlamışdır. "Sankyo" şirkəti ilə əməkdaşlıq edən ABŞ-nin "Merck" şirkəti 1987-ci ildə statindən istifadə edərək dərman buraxan ilk şirkət olmuşdur.
Akira Matsunaqa (futbolçu, 1914)
Akira Matsunaqa (futbolçu, 1914) (21 sentyabr 1914 – 20 yanvar 1943, Quadalkanal) — keçmiş Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 2 oyun keçirib, 1 qol vurub.
Akira Matsunaqa (futbolçu, 1948)
Akira Matsunaqa (d. 8 avqust 1948) — keçmiş Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 10 oyun keçirib, 2 qol vurub.
Aarra
Aarra — qədim ərəb mifologiyasında bitki və məhsuldarlıq tanrısı. Suriyadakı Bosra şəhərinin hamisi. Aarranın Günəş və İşıq ilahisi xüsusiyyətlərinə malik olması ehtimal edilir. Bosra Nəbatilər dövlətinin tərkibinə qatıldıqdan sonra Aarra Duşara ilə, ellinizm dövründə isə Dionislə eyniləşdirilmişdir. Başqa bir fərziyyəyə görə, Aarra Duşaranın qadağan olunmuş əzəli adıdır.
Acura
Acura (azərb. Akura‎) — yapon avtomobil istehsalçısı Hondanın lüks və performans bölməsi. Acura Avropanın istehsalçıları ilə Şimali Amerika bazarında bərabər səviyyədə yarışan ilk Yapon premium markası oldu. Yeni avtomobillərin əsas üstünlükləri yenilikçi mühəndislik, yüksək keyfiyyətli və texniki avadanlıq və maksimum müştəri məmnuniyyətidir. == Adı və loqosu == Markanın adı dünyanın bir çox dilləri ilə ortaq olan latın dilindəki Aku (Acu) morfeminə əsaslanır. Bu dəqiqlik, etibarlılıq deməkdir. Bu morfemdən formalaşmış yeni söz Acura markasının təməl prinsipidir. Yeni markanın loqosu müasir mühəndislər tərəfindən istifadə olunan hissələrin dəqiq ölçülməsi üçün bir vasitədir - dəyişdirilmiş "A" hərfidir. Loqotipin məqsədi Acura avtomobilinin texniki və dizayn üstünlüyünü vurğulamaqdır. == Tarixi == Acura tarixi 1984-cü ilin fevral ayında - Honda yeni bir bazar seqmentinə daxil olmaq və yeni bir marka yaratmaq niyyətini təsdiqləyərkən başladı.
Akaba
Akaba və ya əl-Aqəba (ərəb. العَقبة‎) - İordaniyanın cənubunda, Aqaba körfəzində yerləşən liman-şəhər. Əhalisi təxinən 70.000 nəfərdir.
Akapa
Akapa (gürc. აკაფა) — Gürcüstanın Abxaziya bölgəsinin Suxumi ərazisində yerləşən kənd. Dəniz səviyəsindən 200 m hündürlüktə, Qara dənizdən 10 km və Suxumidən 12 km uzağlıktadır. 2008-ci ildə Rusiya Federasiyası tərəfindən işğal edilib.
Akita
Akita (şəhər) — Yaponiyada yerləşən şəhər. Akita (it) — Yapon işçi it növü. Akita prefekturası — Yaponiyada yerləşən prefektura.
Aksya
Aksya (fr. Axiat) — Fransada kommuna, Cənub-Pireneylər regionunda yerləşir. Departament — Aryej. Le-Kaban kantonuna daxildir. Kommunanın dairəsi — Fua. INSEE kodu — 09031. == Əhalisi == 2008-ci il üçün kommunanın əhalisi 26 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə 14 yaşdan yuxarı (15–64 yaş arasında) 12 nəfər iqtisadi fəal, 2 nəfər fəaliyyətsiz (fəaliyyət göstərici 85,7%, 1999-cu ildə 64,7%) idi. Fəal olan 12 nəfərdən (6 kişi və 6 qadın) çalışdı, işsizlər yox idi. Fəal olmayan 2 nəfər arasında pensiyaçılar da fəaliyyət göstərirlər.
Akuta
Akuta — Tiflis quberniyasının Axalsix qəzasında dağ adı. == Toponimkası == Akuta — Tiflis quberniyasının Axalsix qəzasında dağ adı. Türk dillərində aq və ut (azərbaycanca ot) sözlərindən ibarətdir. XIX əsrdə Qars əyalətinin Oltin dairəsində Aqut-Kom kənd və yayla adı, Aqutir, Azərbaycanda Şəki rayonunda Oxut (Aqut adından təhrif) adları ilə eyni mənadadır. Mal-qaranın yediyi "aq otluq" mənasındadır. XIX əsrdə Cənubi Qafqazda bu adın Aqudi forması da vardı: Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında (indi Ermənistanın Sisyan rayonunda) Aqudi, Qars əyalətinin Oltin qəzasında Axut, Naxçıvanda Aqut-İr, Quba qəzasında Oqudi dağ adı və s. Naxçıvanda Akutir kənd adı ilə eyni bir kənd adı Akutiri formasında Kaxetiyada qeydə alınmışdır.