1. is. Heç bir işlə məşğul olmayaraq boş-boş gəzən adam, işsizgücsüz adam.
// sif. İş bacarmayan, bir iş yiyəsi olmayan heç şeyə yaramayan.
2. sif. Yersiz-yurdsuz, məskənsiz, sərsəri, sərgərdan. Quduzluğun yayılmasının qarşısını almaqdan ötrü quduz və avara itləri məhv edirlər. – Avara itin hörməti olmaz. ( Ata. sözü ).
□ Avara dolanmaq (gəzmək) – işsiz, boş-bikar gəzmək, veyllənmək, tənbəllik edib heç bir işlə məşğul olmamaq.
Avara düşmək – vətənindən, yurdundan məhrum olmaq, sərgərdan qalmaq.
Avara etmək – bax avara qoymaq (salmaq).
Avara qalmaq – əli hər şeydən çıxmaq, yerindənyurdundan olmaq.
Avara qoymaq (salmaq) – işdən-gücdən eləmək, məəttəl qoymaq, işindən ayırmaq; yerindən-yurdundan eləmək, evindən-eşiyindən ayırmaq, sərgərdan qoymaq.
Avara olmaq – bax avara qalmaq.
Avara-sərgərdan düşmək – bax avara düşmək.
Avara-sərgərdan etmək – bax avara etmək.