Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Akkumulyativ relyef
Akkumulyativ yamac
Akkumulyativ terras
Akkumulyativ terras- allüvi, dəniz, göl və ya göl – buzlaq çöküntülərindən təşkil olunmuş terrasa deyilir. == Haqqında == Akkumulyativ terras bir akkumulasion tsikl çöküntülərindən ibarət və dərinliyi sonrakı kəsimdən çox olan terrasdır. Akkumulyativ terras çay (allüvium), dəniz və ya göl (dəniz və ya göl çöküntüləri) və b. növləri ayrılır. == Həmçinin bax == Akkumlyativ relyef == Mənbə == Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press. 2006. 679 səhifə.
Akkumulyativ sahil tipi
Akkumulyativ sahil tipi — Bu tip sahillərin əmələ gəlməsi yalnız nisbətən dayaz şelf zonasında mümkündür. Bu da geomorfologiya və okeanoqrafiyadan məlum olan məşhur Kornalya-Zenkoviç qanunauyğunluğu ilə əlaqədardır. Bu qanunauyğunluğa əsasən dəniz və okean şəraitində nisbətən dərin sahədə suyun ayrı-ayrı hissəcikləri dairəvi orbit üzrə hərəkət edir. Dayazlıq artdıqca, yəni şelf sahəsinin sahilə yaxın ərazisində həmin orbit xeyli sıxılır və elliptik orbit ilə əvəz olunur. Dayazlığın daha da artması nisbətən yastı ellipsin əmələ gəlməsinə səbəb olur. Ona görə də həmin yastı ellips üzrə qüvvə vektorları dərinliyin azaldığı sahəyə doğru, yəni sahilə doğru yönəlmiş olur. Bu səbəbdən dayaz sahənin qum çöküntüləri sahilə doğru aparılır. Nəticədə əsasən qum çöküntülərindən ibarət olan akkumulyativ sahil tipi əmələ gəlir. Belə sahillərə misal olaraq Xəzər dənizinin sahil zonasının çox hissəsini Krım yarımadasının şimal-qərb hissəsini, Baltik dənizinin cənub sahillərinin çox hissəsini və s. göstərmək olar.
Akkumlyativ relyef
Akkumlyativ terras
Akkumulyativ terras- allüvi, dəniz, göl və ya göl – buzlaq çöküntülərindən təşkil olunmuş terrasa deyilir. == Haqqında == Akkumulyativ terras bir akkumulasion tsikl çöküntülərindən ibarət və dərinliyi sonrakı kəsimdən çox olan terrasdır. Akkumulyativ terras çay (allüvium), dəniz və ya göl (dəniz və ya göl çöküntüləri) və b. növləri ayrılır. == Həmçinin bax == Akkumlyativ relyef == Mənbə == Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press. 2006. 679 səhifə.
Eol akkumlyativ formaları
Eol relyef formaları küləyin təsiri nəticəsində əmələ gəlmiş relyef formalarına deyilir. Bu proses təkcə yer kürəsində deyil, digər plantlərdə də, o cümlədən Marsda müşahidə olunur. == Terminalogiya == Eol sözü qədim yunan mifalogiyasında külək tanrısı Aeolusun adından götürülmşüdür. == Əmələgəlmə == Eol prosesi zamanı, külək qalaq və çöküntü qırıntılarını bir yerdən başqa yerə özü ilə nəql etdir. Eol xüsusiyyətləri əsas etibarı ilə küləyin eroziya mənbəyi olduğu yerlərdə nəzərə çarpır. Yəni həmin yerlərdə rütubət çatışmamazlığı nəzərə çarpır. Hissəciklər qum, çöküntü və gil ölçüsündə yığılır. Hissəciklər küləyə qoşularaq prosesdə iştrak edir. Hissəciklərin sürünməsi səthdə diyirlənmə və sürtünmə nəticəsində baş verir. Qaldırılma isə, Bernoulli prinsipinə əsasən yerdən qalmxa sayəsində baş verir.
Akkumulyator
Akkumulyator — elektrik enerjisini kimyәvi enerjiyә çevirib toplamaq vә lazım olduqda tәkrar elektrik enerjisinә çevirib işlәtmәk üçün dәfәlәrlә istifadә edilәn qalvanik element; iş qabiliyyәti doldurma (yüklәmә) yolu ilә, yәni boşalma zamanı cәrәyanın istiqamәtinә әks olan istiqamәtdә cәrәyan buraxmaqla bәrpa olunur. Elektrik akkumulyatorunu 1900-cü ildә T.A. Edison ixtira etmişdir. Akkumulyator elektrolit mәhlulu içәrisinә daldırılmış iki elektroddan ibarәtdir; elektrodlar arasındakı potensiallar fәrqi akkumulyatorun EHQ-dir. Akkumulyator qoşulmuş elektrik dövrәsi qapandıqda kimyәvi reaksiya enerjisi elektrik enerjisinә çevrilir. Boşalmış (enerjisi tükәnmiş) akkumulyatoru doldurmaq üçün onu sabit cәrәyan mәnbәyinә qoşurlar. Akkumulyatorunu xarakterizә edәn göstәricilәr onun işlәmә müddәti (yaxud dolub-boşalma tsikllәrinin mümkün sayı), tutumu (boşalma zamanı akkumulyatorun verә bildiyi elektrik enerjisinin miqdarı), doldurulma vә boşalma vaxtındakı orta gәrginliyi vә enerjisidir. Elektrolit mәhluldan asılı olaraq, Akkumulyator turşu vә qәlәvili növlәrә ayrılır. Akkumulyatordan avtomobil nәqliyyatında, aviasiyada, kosmik aparatlarda, naviqasiya cihazlarında, rabitә qurğularında vә s. istifadә olunur.
Kumulyativ effekt
Kumulyativ effekt (lat. kumulo — toplamaq) — partlayışın təsirinin müəyyən istiqamətdə gücləndirilməsi. Bu effektə, PM-də, hədəfə tərəf istiqamətlənmiş, kumulyativ çuxurcuğun yaradılması yolu ilə nail olunur. Bunun əsasında partlayışın enerjisinin paylaşdırılması və onun təyinatlı istiqamətdə təmərküzləşdirilməsi dayanır.
Kumulyativ mərmi
Yüksək partlayıcılı tank əleyhinə mərmi (ing. high-explosive anti-tank) (HEAT) və ya Kumulyativ mərmi - kumulyativ effektdən istifadə olunan əsas artelleriya təyinatlı mərmi növüdür. Zirehli (tank, pzm və sairə), eləcə də dəmir-beton hədəfləri vurmaq üçün nəzərdə tutulur. Kumulyativ mərmi korpusdan, partlayıcı doldurucudan, kumulyativ çuxurcuqdan, partladıcıdan və trasserdən ibarətdir. Yüksək çıxış sürətini Neuman effekti ilə istifadə edərək möhkəm və qalın zirehi daha təsirli bir şəkildə vurur. Səs sürətindən 25 dəfə daha sürətli hərəkət edərək, zirehə yüksək təsir göstərir. Mərminin xarici hissəsi metal astarla örtülmüşdür. İkinci Dünya Müharibəsi dövründə misdən istifadə edilmişdir. Mərmi tank zirehinə çatmazdan 2 metr əvvəl əsasən bölünür və dağılır. HEAT mərmisinin effekttivliyi əsasən döyüş başlığının diametri ilə mütənasibdir.
Qeyri-kumulyativ imtiyazlı səhmlər