Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Akmeizm
Akmeizm (yun. άκμη — zirvə) — simvolizmə qarşı olaraq XX əsrin əvvəllərində Rusiyada təşəkkül tapan ədəbi cərəyan. Akmeistlər maddiliyi, mövzu və obrazların konkretliyini, sözlərin dəqiqliyini əsas sayırdılar. Akmeizm — konkretlik, obrazın "maddiliyi" kultu, "dəqiq yoxlanılmış və ölçüb-biçilmiş sözlər sənəti"dir. Cərəyanın proqramı ilk dəfə 1912-ci il dekabrın 19-da Sankt-Peterburqdakı "Sərsəri köpək" kabaresində ictimaiyyətə elan edilmişdir. Yeni cərəyanın təşəkkülü "Şeir akademiyası"na müxalif olan "Şairlər sexi" birliyinin fəaliyyəti ilə sıx bağlıdır. Bu müxalif birliyin əsas simaları akmeizmin qurucuları olan Nikolay Qumilyov, "sexin" katibi vəzifəsini tutan Anna Axmatova və Sergey Qorodetski idi. Müasirləri bu terminə başqa izahlar da vermişlər: Vladimir Piast onun köklərini Anna Axmatovanın latın dilində "akmatus" kimi səslənən təxəllüsündə görmüş, bəziləri terminin yunan dilindəki "akme" — "tiyə, uc" sözü ilə əlaqəsinə işarə etmişlər. "Akmeizm" termini 1912-ci ildə Nikolay Qumilyov və Sergey Qorodetski tərəfindən təklif olunmuşdur: onların fikrincə, böhran keçirən simvolizmin yerini sələflərin təcrübəsini ümumiləşdirən və şairi yaradıcılıq uğurlarının yeni zirvələrinə aparan bir ədəbi cərəyan tuturdu. Andrey Belıyə görə ədəbi cərəyanın adı mübahisələrin qızğın vaxtında seçilmişdir və bu səbəbdən də tam əsaslandırılmış deyildi: Vyaçeslav İvanov zarafatla "akmeizm" və "adamizm" haqqında nəsə demiş, Nikolay Qumilyov isə təsadüfən ortaya çıxan bu sözləri havada qamarlamış və özünə yaxın bir qrup şairi akmeist adlandırmağa başlamışdı.
Ateizm
Ateizm — fövqəltəbii varlıq və fenomenlərin varlığına dair iddiaların rəddi. Daha az bir konsepsiyada ateizm hər hansı ilahi bir varlıq olduğuna dair inancın rəddidir. Daha da dar bir mənada, ateizm fövqəltəbii yaradıcı fiqurlarının varlığına dair rəddir. Ateizm ən ümumi şəkildə ən azı bir tanrının mövcudluğuna inam olan teizmlə ziddiyyət təşkil edir.Etimoloji kökə əsasən ateizm qədim yunan sözü olub — "ἄθεος" (ateos) mənası "tanrı yoxdur" deməkdir. Qədim dövrdə daha iri cəmiyyət tərəfindən ibadət edilən tanrılara inanmayan və ya onlara ibadət etməktən imtina edənlər üçün alçaldıcı söz kimi istifadə edilirdi. Ateizm termini ortodoks dindarlar tərəfindən dini inanclarını bölüşməyənlərin kateqoriyalaşdırılmasında istifadə edilirdi. Ateizm termini aktual şəkildə 16-cı əsrdə meydana çıxdı. Bununla bərabər, azad düşüncənin yayılması, skeptisist sorğulama və dini tənqidin artması ilə ateizm termininin tətbiq nöqtəsi daralmağa başladı. Ateist terminindən istifadə edərək özlərini təyin edən ilk şəxslər 18-ci əsrdə maarifçilik dövründə yaşayırdılar. Fransız İnqilabı "Bənzəri görünməmiş ateizm" ilə insan ağlının üstünlüyünü müdafiə edən tarixin ilk böyük siyasi hərəkatına şahid oldu.Ateist arqumentlər fəlsəfi yanaşmadan sosial və tarixi yanaşmalara qədər uzanır.
Aqnostik ateizm
Aqnostik ateizm ateizmi və aqnostisizmi əhatə edən fəlsəfi mövqedir. Aqnostik ateistlər ateistdirlər, ona görə ki onlar heç bir tanrı və ya ilahi varlığa inancları yoxdur və ona görə aqnostikdirlər ki, tanrının varlığının prinsip olaraq bilinəməz olduğunu hesab edirlər. Aqnostik ateizm bir və ya daha çox ilahi varlığın mövcudluğuna inanan, ancaq bu varlıqların mövcudluğunun və ya yoxluğunun bilinə bilməyəcəyini düşünən aqnostik teizmin əksi ola bilər. == Epistemoloji arqumentlər == Ateistlər həmçinin tanrının varlığının bilinəməyəcəyini və ya varlığının isbatlanamayacağını müdafiə edirlər. İkinciyə müxtəlif formalar alan aqnostisizm deyilir. İmmanens fəlsəfəsində ilahilik insan zehni də daxil olmaqla dünyanın özündən ayrılmazdır və hər bir insanın şüuru subyektə kilidlidir. Aqnostisizmin bu formasına görə, perspektivdə bu cür məhdudiyyət tanrıya olan inancdan onun mövcudluğunun iddialarına hər hansı bir obyektiv nəticə çıxarmanın qarşısını alır. Kantın rasionalistik aqnostisizmi və maarifçilik yalnız insan rasionallığı əsasındakı bilgiləri qəbul edir; bu növ ateizmə görə, tanrılar prinsipal olaraq müəyyən edilə bilən olmadıqlarına görə onların mövcudluqları bilinə bilməz. Yumun fikirlərinə əsaslanan skeptisizm hər şey haqqda əminliyin mümkün olmadığını iddia edir və buna görə də bir tanrının mövcud olub-olmadığı bilinə bilməz. Yum hesab edirdi ki, bu cür müşahidə edilə bilməyən metafizik anlayışlar "səfehlik və illüziya" olaraq rədd edilməlidir.
Ərəb ölkələrində ateizm
Ateizm adından da göründüyü kimi a-teizm, yəni teist olmayan. Yəni kamil, mükəmməl bir yaradıcı və idarə edicini inkar edən, hər hansı bir tanrı yoxdur deyənə ateist deyilir. Ateist üçün Allah, Yehova, Uzza eynidir, hamısı xəyalın məhsuludur. Ateist tanrıları və dinləri inkar edir.Ərəb ölkələrində ateistlərin dəqiq sayını demək çox çətindir. ərəb ölkələrinin mediasında ən böyük üstünlüyə malik Səudiyyə və Qətər mediası regionda ateistlərin olması, onların fəaliyyəti ilə bağlı xəbərlərin ictimaiyyətə çatdırılmasına imkan vermir. == Tarixi == Ərəb ateistləri yeni anlayış deyil. Islam tarixi ilə azad düşüncənin formalaşmasının tarixi paralel inkişaf edib. XX əsrin əvvəllərində Ərəb ölkələrində ateizm ilə bağlı məqalələr yazılmağa başladı. misir yazıçısı İsmayıl Madhar 1930-cu illərdə niyə mən ateistəm adlı elmi əsər yazmışdır. Başqa sözlə sekulyar düşüncə tərzi formalaşırdı .