Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Akrofobiya
Akrofobiya (Yunan sözləri olan ἄκρον-ákron “ zirvə, ucqar nöqtə” φόβος, phóbos “ qorxu” deməkdir) — yüksəklikdən qorxmaqdır. Bu, məkan və hərəkətlə bağlı xüsusi fobiyalar qrupuna daxildir və oxşar müalicə üsulları vardır. == Səbəbləri == İnsanların əksəriyyəti hündürlüyə qalxdıqda, xüsusilə məkan kiçik və mühafizə olunmayan yer olduqda bu təbii qorxunu müəyyən dərəcədə hiss edirlər. Akrofobiyadan əziyyət çəkənlər hündür yerdə olduğu zaman həyəcanlanır və aşağı sağ-salamat düşə bilmək üçün özlərini təşvişə salmağa başlayırlar. Dünya əhalisinin 2-5 faizi akrofobiyadan əziyyət çəkir. Yüksəklik qorxusunu təsvir etmək üçün əksər vaxtlarda “ başgicəllənmə” sözü istifadə olunur ( lakin səhv olaraq), lakin bu, əsasən fırlanma zamanı baş verən əlamətdir. Bu, yüksək yerdən baxanda və ya hündür yerdən yaxud yüksək obyektdən dik baxanda baş verə bilər, lakin bunlar başgicəllənməsini təsvir etmək üçün yetərli deyil. Başgicəllənmə halı hansısa hərəkət olduqda ( məsələn, ayağa qalxdıqda, oturduqda, gəzdikdə) və ya vizual perspektivdə dəyişiklik olduqda (məsələn, aşağı çömbəlmək, pilləkanla yuxarı qalxdıqda və ya aşağı düşdükdə, pəncərədən hərəkət edən avtomobil və ya qatara baxdıqda) baş verir. Adətən, digər fobiyalar kimi akrofobiya da yüksəklikdə baş verən hadisə və ya travma ilə bağlı yaranır. Lakin, hazırkı tədqiqatlar bu izaha şübhə ilə yanaşır.
Aerofobiya
Aerofobiya — hər hansı bir hava vasitəsində uçmaqdan yaranan patoloji qorxudur. Bir insan təyyarələrdən qorxursa, başqa bir termin var - "aviafobiya". Amma gündəlik həyatda biz hələ də “aerofobiya” sözünü daha tez-tez istifadə edirik, çünki əksər hallarda biz başqa uçuş vasitələrindən istifadə etmirik, lakin təyyarə ilə ölkənin başqa bölgəsinə, hətta Yer kürəsinə qədər məsafə qət etməli oluruq. == Haqqında == Get-gedə aviosərnişinlər uçmaqdan daha çox qorxurlar. Bu, müxtəlif səbəblərdəndir. Leyden Universitetinin Niderland psixoloqu Lukas Van Qerven təyyarənin bortuna qalxmağa qorxan 5 min insanın davranışını tədqiq edib. Onun nəticələri belədir: Kişilər bu nəqliyyat vasitəsini idarə edə etmədiklərinə görə qorxurlar, deməli nəsə düz olmayanda situasiyaya nəzarət edə bilmirlər. Qadınlar isə gözlənilməz və nəzarət olunmaz emosiyalar yaradan situasiyalar, qəzalardan qorxurlar. Beləliklə, qadın və kişilər həm də qorxu zonalarına görə fərqlənirlər. Uçuş qorxusunun özü bizim dövrümüzdə kütləvi xarakter daşıyır : Van Qervenin tədqiqatlarının nəticələrini dərc edən La Stampa qəzetinin dəlillərinə görə bu hissi bizim müasirlərimizin 40%-i keçirir.
Akrofoniya
Akrofoniya - [yun. akros – kənar, phone – səs] ilkin söz birləşməsinin sözlərinin baş hərflərindən əmələ gəlmiş sözlərdir. Hərflərin əlifbada adlarına görə yox, adi söz kimi oxunur (abreviatur). Rus dilində bəzi mürəkkəb qısaldılmış sözlər akrafoniya prinsipi üzrə qurulmuşdur. Məsələn, BAM-Baykal Amur magistralı, MUM-Mərkəzi universal mağaza. == Ədəbiyyat == Əliquliyev R.M., Şükürlü S.F., Kazımova S.İ., Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər // Bakı. İnformasiya Texnologiyaları nəşriyyatı. 2009. 201 s.
Akluofobiya
Akluofobiya və ya qaranlıqdan qorxma — insanların qaranlıq qorxusu, Qaranlıq, aydınlıq olmayan hava şəraitində, həmçinin digər qaranlıq məkanlarda, ondan əlavə hətda gecə yuxusu zamanı işıqlandırmanın açıq olmasına diqqət etməsi, sönməməsini qətiyyətlə tələb edən, o cümlədən bunu təkid ilə qərarlaşdıran insanları adlandırırlar. Belə insanlar, qaranlıq zamanı fərqli fiqurlar görər onlardan ən dib qorxu ilə psixoloji travmalar yaşaya bilər bəzən bu qorxu insan həyatı bahasına da gələ bilər. Bu tip insanlar yetkinlik yaşına çatana qədər diqqət mərkəzində olmalı və ətrafının , bu fobiyanın nə qədər təhlükəli olması bildirilməlidir.
Akrafoniya
Akrofoniya - [yun. akros – kənar, phone – səs] ilkin söz birləşməsinin sözlərinin baş hərflərindən əmələ gəlmiş sözlərdir. Hərflərin əlifbada adlarına görə yox, adi söz kimi oxunur (abreviatur). Rus dilində bəzi mürəkkəb qısaldılmış sözlər akrafoniya prinsipi üzrə qurulmuşdur. Məsələn, BAM-Baykal Amur magistralı, MUM-Mərkəzi universal mağaza. == Ədəbiyyat == Əliquliyev R.M., Şükürlü S.F., Kazımova S.İ., Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər // Bakı. İnformasiya Texnologiyaları nəşriyyatı. 2009. 201 s.
Akvafobiya
Akvafobiya və ya Hidrofobiya ifrat və əsassız su qorxusu ilə xarakterizə olunan psixoloji xəstəlikdir. Tipik olaraq, bu fobiya, bu yerlərdə mövcud olan çox miqdarda su səbəbindən, çimərliklərdən və ya hovuzlardan qorxmaqla əlaqədardır. Bununla birlikdə hidrofobiya yalnız suya girmək, üzmək və ya çimmək qorxusu ilə məhdudlaşmır. Bu ifrat qorxudan əziyyət çəkən insan, su ilə təmasda olduğu hər hansı bir vəziyyətdən qorxa bilər. Bu hallara krandan axan su və sairə daxildir.
Alqofobiya
Alqofobiya — təkcə ağrılı hisslərdən deyil, həm də ağrılı hisslərə səbəb ola biləcək hər şeydən həddindən artıq qorxudur. Normal bir insanda göründüyündən daha anormal və sabitdir. İnsana böyük ziyan vuran və tez-tez təkrarlanan bu fobiya insanın psixoloji ağrılar keçirməsinə, fobiyanın yenidən bir qapalı dairədə oyanmasına və ağrı yaratmasına səbəb olur. Bu sikl insan üçün kifayət qədər yorucudur. Oldukça abartılı olan bu acı korkusu, anksiyeteye yol açabilir. == Etimologiya == Alqofobiya sözü yunanca ἄλγος(álgos) "ağrı" və φόβος(phóbos) "qorxu" sözlərindən ibarətdir. == Simptonlar == Alqofobiya nəfəs ala bilməmək, huşunu itirmə, güclü tərləmə, ürəkbulanma, ağızda quruluq, xəstə hiss etmək, titrəmə, ürək döyüntüsü, dəqiq düşünə və ya danışa bilməmək, ölüm qorxusu, qəzəb hissi və ya nəzarəti itirmək, reallıqdan uzaqlaşma hissi və ya böyük bir narahatlıq hücumu kimi simptonlarla özünü göstərə bilər.
Autofobiya
Autofobiya — təcridolunma fobiyası və ya tək qalma qorxusudur. Zərərçəkənlar fiziki olaraq tək deyillər, lakin onlar inanırlar ki, başqaları onlara qarşı etinazsızdır, sevilmirlər və xəbərsiz gələn adamlar onları qorxudur. Autofobiya bədii mətnlərdə "kimsə tərəfindən" mənasında işlənir və kimdənsə qeyri-ixtiyari olaraq qorxmaq deməkdir. Bu, bəzən özünə nifrətlə əlaqədar olur. Autofobiya digər psixoloji pozğunluqların simptomu ola bilər və ya bir şəxsdə psixoloji problemlərin yaranmasının göstəricisi ola bilər. Bu, həmçinin kiməsə inanmamaq, arxalana biləcəyi kiminsə olmaması və ya dostunun olmaması deməkdir... == Simptomlar == Autofobiyadan əziyyət çəkən insanlar xəstəliyin simptomlarını büruzə verə bilər, lakin bundan əziyyət çəkdiklərinin fərqində olmaya bilərlər. Autofobiyanın simptomlarına daxildir: Şəxs tənhalıq haqda düşünəndə qeyri-ixtiyari qəzəblənir. Düşünür ki, onun tək olmaması üçün kimsə nəysə etməlidir. Tək qalmağı bacarmamaq və ya təkliyin öhdəsindən gələ bilməmək.
Aviofobiya
Aerofobiya — hər hansı bir hava vasitəsində uçmaqdan yaranan patoloji qorxudur. Bir insan təyyarələrdən qorxursa, başqa bir termin var - "aviafobiya". Amma gündəlik həyatda biz hələ də “aerofobiya” sözünü daha tez-tez istifadə edirik, çünki əksər hallarda biz başqa uçuş vasitələrindən istifadə etmirik, lakin təyyarə ilə ölkənin başqa bölgəsinə, hətta Yer kürəsinə qədər məsafə qət etməli oluruq. == Haqqında == Get-gedə aviosərnişinlər uçmaqdan daha çox qorxurlar. Bu, müxtəlif səbəblərdəndir. Leyden Universitetinin Niderland psixoloqu Lukas Van Qerven təyyarənin bortuna qalxmağa qorxan 5 min insanın davranışını tədqiq edib. Onun nəticələri belədir: Kişilər bu nəqliyyat vasitəsini idarə edə etmədiklərinə görə qorxurlar, deməli nəsə düz olmayanda situasiyaya nəzarət edə bilmirlər. Qadınlar isə gözlənilməz və nəzarət olunmaz emosiyalar yaradan situasiyalar, qəzalardan qorxurlar. Beləliklə, qadın və kişilər həm də qorxu zonalarına görə fərqlənirlər. Uçuş qorxusunun özü bizim dövrümüzdə kütləvi xarakter daşıyır : Van Qervenin tədqiqatlarının nəticələrini dərc edən La Stampa qəzetinin dəlillərinə görə bu hissi bizim müasirlərimizin 40%-i keçirir.
Nekrofobiya
Nekrofobiya (yun. nekros - cəsəd fobos - qorxu) — cəsədi görməkdən və ya ölüm haqqında düşünməkdən yaranan obsesif və həddindən artıq qorxudur. Fobiyası olan insan həm başqa insanlara hücum edib öldürmək istəyinin olması, həm də haram hesab etdiyi cinsi instinktləri təmin etmək “cəzasını” çəkir. Xəstə hər zaman bu fobiyanı hiss edə bilər. Bir şey onun qorxusuna səbəb olduqda, ölmüş bir heyvana yaxınlıq hissi və ya sevilən birinin dəfn mərasimində olmaq hissi yaşaya bilər. Bu fobiya insan ölümün şahidi olduqda və ya uşaq ikən dəfn mərasimində iştirak etmək məcburiyyətində qaldıqda inkişaf edə bilər. Bundan əlavə, fobiyası olan insan meyiti görə bilmir və özünü itirir. Bu fobiya ümumiyyətlə insanlar tərəfindən nəzərə alınmır və bəzi insanlar hətta bu fobiyaya sahib olanlara nifrət edirlər. Axı onlar elə bilirlər ki, bir gün biz də onlardan olacağıq və biz öləndən sonra meyitlərimizdən qorxacaqlar və bu onlara bezdirici gəlir.
Amofobiya
Amofobiya (yun. aichmē - nöqtə və phobos - qorxu) — spesifik fobiyanın bir növüdür. Üçbucaqlar, ulduzlar, kvadratlar, karandaşlar, iynələr, bıçaqlar, dartlar, tikanlı şeylər kimi bitkilər, (alaq otları), kaktus ağacları, şam iynələri, sınmış şüşə, qırıq çini, iti taxta parçaları və hətta çətirin iti ucluğu və mebel və binadakı müxtəlif növ əşyalardan, məsələn, çıxıntılı künclərdən və ya iti kənarlardan qorxmaqdır. Bu qorxuya belonefobiya və ya enetofobiya da demək olar. Bəzən bu ümumi termin daha konkret olaraq iynə qorxusu və ya iynə fobiyası (tripanofobiya) adlanan şeyə istinad etmək üçün istifadə olunur. İynə qorxusu iynə və ya dərialtı inyeksiya ilə bağlı tibbi prosedurlardan həddindən artıq qorxudur. Xəstənin iti cisimlərdən qorxmadığı, lakin yaxınlıqdakı iti cisimlərə baxarkən ağrı və ya narahatlıq hiss etdiyi vizual looming sindromu oxşar vəziyyətlə (qaçınma davranışı) qarışdırılmamalıdır.