Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Oksidləşmə
Oksidləşmə — oksidləşmə reduksiya reaksiyası nəticəsində məhsulun səthində oksid örtüyünün yaranmasıdır. Oksidləşmə əsasən qoruyucu və dekorativ örtüklər əldə etmək, həmçinin dielektrik təbəqələr yaratmaq üçün istifadə olunur. Oksidləşmənin termal, kimyəvi, elektrokimyəvi və plazma üsulları var. == Oksidləşmənin növləri == Termik oksidləşmə oksigeni və ya su buxarını atmosferdə qızdırılmaqla həyata keçirilir. Dəmir və aşağı lehimli poladların oksidləşməsi prosesi cilalanma adlanır. Kimyəvi oksidləşmə — bir qayda olaraq korroziyadan qorunmaq və ya dekorativ örtüklərin yaradılması üçün xromatlar, nitratlar və s. kimi oksidləşdirici maddələrin ərintiləri və ya məhlulları ilə emalıdır. Elektrokimyəvi oksidləşmə — elektrolitlərdə oksidləşmə, mikroqövsvari oksidləşmələrdir. Plazma oksidləşməsi – tərkibində oksigen olan aşağı temperaturlu plazmada sabit enerji, yüksəktezlikli və ya ultrayüksəktezlikli elektrik boşalmalarının köməyi ilə həyata keçirilir. == Həmçinin bax == Oksidləşmə Reduksiya reaksiyaları Polad cilalama Passivasiya Anodizasiya == İstinadlar == Oksidləşmə — Böyük Sovet Ensiklopediyasından məqalə.
Aktivləşmə enerjisi
Aktivləşmə enerjisi — kimyəvi reaksiya zamanı toqquşan molekulların malik olduqları enerjiyə deyilir. Əksər kimyəvi reaksiyaların sürəti temperatur artdıqca artır. XIX əsrin 80-ci illlərin əvvəlində Hollandiya fiziki və kimyaçısı Yakob Vant-Hoff göstərdi ki, əksər kimyəvi reaksiyaların sürəti hər 10 °C qaldırdıqda 2–4 dəfə artır. == Arreniusun təklifi == 1889-cu ildə İsveç alimi Svante Arrenius bir çox kimyaçıların o zaman aldığı nəticələri ümumiləşdirərək reaksiyanın sürət sabitinin temperaturdan asılılığını təklif etdi: k = A e − E a / R T {\displaystyle k=Ae^{{-E_{a}}/{RT}}} Burada K — sürət sabiti; A – hər bir reaksiya üçün xarakterik olan sabit əmsal; R — universial qaz sabiti; T – mütləq şkalada temperatur (mütləq temperatur); E4- Arrenius tərəfindən aktivləşmə enerjisi adlandırılan və hər bir reaksiya üçün xarakterik olan enerjidir. Arrenius fərz edirdi ki, toqquşma zamanı bütün molekullar reaksiyaya girmir, yalnız verilmiş temperaturda lazımi miqdarda enerjiyə malik molekullar reaksiyaya girir. Bu enerji aktivləşmə enerjisi adlanır və C/mol ilə ölçülür. Temperatur nə qədər yüksək olarsa, bir o qədər çox molekul bu enerjiyə malik olur və reaksiyaya girmək qabiliyyəti müvafiq olaraq yüksək olur. Ea-nın qiyməti nə qədər az olarsa, verilmiş temperaturda bir o qədər çox molekul reaksiyaya girir, Ea=0 olduqda hər bir toqquşma reaksiyaya səbəb olur; bu halda reaksiyanın sürəti vahid həcmdə vahid zamanda toqquşmaların sayına bərabərdir.
Bioloji oksidləşmə
Bioloji oksidləşmə – canlı hüceyrə və toxumalarda oksigenin sərfi ilə üzvi maddələrin parçalanması nəticəsində və karbon qazının ayrılması ilə gedən prosesdir. == Bioloji oksidləşmə haqqında müasir nəzəriyələr == 1774-cü ildə Fransız alimi A.Lavuazye müəyyən etdi ki, yanma maddələrin oksigenlə oksidləşməsindən ibarətdir. Başqa sözlə, tənəffüs yanma prosesi ilə eyniyyət təşkil edir. Bioloji oksidləşməyə dair bir sıra alimlər müxtəlif fikirlər irəli sürmüşdür. Məsələn, N.Sösürün, E.Saks, F.Şenbay, Van-Hoff və s. Bu alimlərin irəli sürdüyü fikirlər bioloji oksidləşmənin öyrənilməsində mühüm əhəmiyyət kəsb edir. F.Şenbayaya görə oksidləşmədə ozon iştirak edir. 1897-ci ildə toxumaların tənəffüsü bioloji oksidləşməyə dair ilk hipotez irəli sürüldü. Bu hipoteza peroksid nəzəriyyəsi adlanır. Bu hipotezanı bir-birindən aslı olmayaraq rus alimi A. N. Bax və alman alimi K. Engler hazırlamışdır.
Oksidləşmə-reduksiya reaksiyaları
Oksidləşmə-reduksiya reaksiyaları (ing. Reduction-Oxidation; qısa adı:Redox və ya Redox reactions; mənası: Reduction - azaltma, Oxidation - yüksəltmə) — atomların oksidləşmə dərəcəsinin dəyişməsi ilə gedən reaksiyalara deyilir. Oksidləşdiricidə elektron alınır, reduksiyaedicidə elektron itirilir. Atomlarda oksidləşmə dərəcəsinin dəyişməsi elektronların bir atomdan digərinə keçməsi nəticəsində baş verir. Oksidləşmə vaxti elementin oksidləşmə dərəcəsi artır. Oksidləşmə və reduksiya prosesləri vahid bir prosesin iki hissəsidir. Yəni reduksiya olmadan oksidləşmə və ya tərsinə, oksidləşmə olmadan reduksiya gedə bilməz. Qarşılıqlı kimyəvi təsir zamanı elektron qəbul edən maddələr oksidləşdiricilər, əksinə, elektron verən maddələr isə reduksiyaedicilər adlanır. Beləliklə, oksidləşmə-reduksiya prosesində reduksiyaedicinin müəyyən sayda elektronu oksidləşdiriciyə keçir. Nəticədə, reduksiyaedici oksidləşir, oksidləşdirici isə reduksiya olunur.