Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Teatr aktrisası
Aktyor və ya aktrisa (fr. acteur, latıncadakı lat. actor sözündən — icraçı) — dram teatrlarında, tamaşalarda, kinoda, opera, balet və sirk səhnələrində rol icraçısı. Artistlərdən fərqli olaraq aktyorlar tamaşalarda sadəcə olaraq iştirak etmir, həm də müəyyən olunmuş rolda hər hansı bir obrazı yaradır. Aktyorluq yaradıclığının əsasında rola daxil olmaq, onu yaşamaq qabiliyyəti durur. Daxili və ya xarici cəhətdən rola daxil olmaq kimi anlayışlar mövcuddur. Bunlar ancaq şərt olaraq fərqlənirlər. Mahiyyət etibarı ilə bu aktyorluq sənətinin iki tərəfidir. Rola daxil olma zamanı hərəkət, düşüncə və hisslər bir vəhdət təşkil edir. Aktyor qrim, geyim, intonasiya qaydası, hərəkət qaydaları, yeriş, mimika kimi cəhətlərlə yaradılacaq şəxsin müəyyən dərəcədə teatr şəratində obrazını yaradır.
Aktrisanın təbəssümü (film, 1974)
Aktrisanın təbəssümü filmi rejissor Rauf Kazımovski tərəfindən 1974-cü ildə ekranlaşdırılmışdır. Film Azərbaycan Televiziyasında istehsal edilmişdir. Bioqrafik film aktrisa Nəsibə Zeynalovaya həsr olunub. Filmdə əsas rolları Nəsibə Zeynalova, Lütfəli Abdullayev, İmamverdi Bağırov, Nəcibə Behbudova, Mobil Əhmədov, Əzizağa Qasımov, Məmmədsadıq Nuriyev, Ofeliya Aslan, Səyavuş Aslan və Hacıbaba Bağırov ifa edirlər. == Məzmun == Film görkəmli sənətkar, respublikanın xalq artisti Nəsibə Zeynalovaya, onun zəngin yaradıcılıq yoluna həsr olunmuşdur. == Filmin heyəti == === Filmin üzərində işləyənlər === Ssenari müəllifi: Rauf Kazımovski Rejissor: Rauf Kazımovski Operator: Eduard Bədəlov Rəssam: Qurban Məlikov === Rollarda === Nəsibə Zeynalova — özü Lütfəli Abdullayev — Şumal İmamverdi Bağırov — professor Nəcibə Behbudova — ana Mobil Əhmədov — Cəsarət Əzizağa Qasımov — Canəli Məmmədsadıq Nuriyev — Əli Ofeliya Aslan — qız Səyavuş Aslan — Dadaşbala Hacıbaba Bağırov — İlqar Hökümə Qasımova — Tamaşa Lütviyyə Səfərova — Naza Almaz Mustafayeva — Dilbərin rəfiqəsi Z.Babayeva Gülşad Baxşıyeva — Naxış == İstinadlar == == Mənbə == "Humay"ın laureatları. [Onların arasında mərhum televiziya rejissoru Rauf Kazımovskinin də adı vardır] //Xalq.- 2002.- 3 dekabr.
Xalqın aktrisası. Nəcibə Məlikova (film, 2015)
Xalqın aktrisası. Nəcibə Məlikova — rejissor Sənan Sultanovun 2015-ci ildə Azərbaycan Televiziyasında çəkdiyi sənədli film. == Məzmun == Filmdə teatr və kino aktrisası, Azərbaycanın xalq artisti Nəcibə Məlikovanın xatirəsinə həsr olunur. == Film haqqında == Filmdə "Fətəli xan", "Bakının işıqları", "Ögey ana", "Aygün", "Leyli və Məcnun", "Əhməd haradadır?", "Arşın mal alan", "Qanun naminə", "Üzeyir ömrü" bədii filmlərinin, "Yollar görüşəndə...", "Topal Teymur" televiziya tamaşalarının, eləcə də "Büllür sarayda", "Vəziri — xani Lənkəran" teatr tamaşalarının kadrlarından istifadə edilmişdir.