sif. 1. Ələ öyrənməmiş, əhliləşməmiş. Xam quş.
– …Həmişə də qiymətli xam atı alıram ki, onu qoşquya öyrədim. C.Məmmədquluzadə.
[Sərvinaz:] Xam cöngə kimi havalanıb çıxıblar dağ döşünə, … bu əl boyda tifil bunların gözünə tikan kimi batır. B.Bayramov.
2. Əkilməmiş, əkinə düşməmiş, şumlanmamış, sürülməmiş, işlənməmiş, əl dəyməmiş.
[Muxtar kişi Adiləyə:] Eşidirsən təpənin dalından gələn o gur səsi? Təzə aldığımız traktordur, güney talada xam torpağı sökür. Ə.Məmmədxanlı.
// Eyni mənada otlaq, çəmən və s. Xam örüş.
– [Ramazan Sahib müəllimə:] Qərəz, uzun sözün qısası, bəylər xamda otlayan buğa kimi tutuşdular. M.İbrahimov.
Mal-qara xam otluğa dağılıb şırthaşırt otlayırdı. M.Hüseyn.
3. Öz təbii halında olan, əridilməmiş. Xam piy. Xam quyruq.
– …Uzaqdan-uzağa xam gümüş kimi; Ağaran səhradan necə əl çəkim? M.Müşfiq.
4. Aşıya qoyulmamış, aşılanmamış, işlənməmiş. Xam dəri.
– Bu alçaq binaların damlarında … xam və yarımxam keçi, qoyun dərilərinə rast gəlmək olardı. P.Makulu.
5. Çiy, bişməmiş. Xam ət. Xam kərpic.
6. dan. Dəyməmiş, yetişməmiş, kal. Xam meyvə.
– Çıxma ərik ağacına bihudə, dilbərim; Yen gəl aşağı, nə yetkini var, nə xami var. M.Möcüz.
7. məc. Yetkin olmayan, təcrübəsiz, püxtələşməmiş, hazırlıqsız, vərdişsiz.
[Şəkinski:] Mən xam bir aktrisanı səhnəyə buraxa bilmərəm. C.Cabbarlı.
[Əsgər] gah bazarın bu başında, gah o başında xam müştəri axtarır ki, saqqalını qırxıb, cibini kəssin. B.Talıblı.
// İs. mənasında. Xamın gözü böyük olar. (
Ata. sözü ).
[Qəmər:] Sən hələ xamsan, püxtə olmağa çox səfər gərək… S.S.Axundov.
◊ Xam düşmək – bir işin nəticəsini əvvəlcədən düşünmədiyi, lazımınca dərk etmədiyi üçün yanılmaq, səhv iş görmək.
Mən özüm də əvvəl xam düşdüm və keçən il getdim Bakıya, 5 manat verdim, qəbz aldım… C.Məmmədquluzadə.
Xam ələ salmaq, xam salmaq – qarşısındakını xam, təcrübəsiz, bacarıqsız, anlaqsız, xəbərsiz sayaraq, bundan istifadə etməyə çalışmaq.
Cəfər paşa istəyirdi ki, onu xam salsın. “Koroğlu”.
[Məmişov:] Ay şeytana papış tikən Manaf, sən də məni xam ələ salıb dindirmə, danışmayacağam. M.İbrahimov.
Xam xəyal – həyata keçirilə bilməyən, bir xəyal olaraq qalan, mümkün olmayan iş, arzu, məsələ; boş xəyal.
[Kərimov Aydına:] Sən xam xəyallarınla mənim başımı doldurma. H.Seyidbəyli.
Xam xəyal eləmək (olmaq) – yanlış xəyala düşmək, səhv fikirdə olmaq.
[Zalxa:] Tarverdi bir zad gətirəcəkdirmi ki, yarısın sənə verə? Sən niyə belə xamxəyal olursan? M.F.Axundzadə.
[Növbərlilər:] Keçən il Surxab məhəlləsinin dəstəsinə zor gəlmişdiniz, olmaya xam xəyal olubsunuz. P.Makulu.
Xam tovlamaq – bax
xam ələ salmaq.
Bizdən gözünü yığ ki, sənə aldanan olmaz; Get onları xam tovla ki, təzvir eləyirsən? M.Ə.Sabir.
[Alı Səfi bəyə:] Bizi xam tovlamışdın, il uzunu işlədib bir qəpik də vermirdin… Daha indi bəy-zad dəbdən düşdü… Çəmənzəminli.