Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Alcidae
Təmizçilər (lat. Alcidae) çovdarçıkimilər dəstəsinə aid quş fəsiləsi.
Rus alçası
Qarağat (lat. Ribes) — bitkilər aləminin daşdələnçiçəklilər dəstəsinin motmotukimilər fəsiləsinə aid bitki cinsi. 25-30 dərəcə şaxtaya və 30-40 dərəcə istiyə dözən, bol və sabit məhsul, tez bar verən qiymətli çoxbudaqlı kol bitkisidir. Qarağat üzüm kimi çoxillik meyvədir. Xəstəlik və ziyanvericilərə qarşı çox dözümlüdür. Əsasən qələm və kök vasitəsi ilə çoxalır. Qarağat mayda çiçəkləyir. Xırda yaşılımtıl çiçəkləri şivlərdə tək saplaqda yerləşir. Meyvəsi iyul-avqustda yetişir. Meyvəsi yumru və ya oval formalıdır.
Xəzər alçası
Xəzər alçası (lat. Prunus caspica) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin gavalı cinsinə aid bitki növü. Rusiyada (Dağıstan) təbii arealı vardır. Qubada, Samur-Dəvəçi ovalığında, Lənkərandan orta dağ qurşağına qədər meşələrdə rast gəlinir. Azərbaycanın nadir bitkisidir.VU D2. Aşağı və orta dağ qurşaqlarında meşələrdə, kolluqlarda, meşələrin kənarlarında, dağ çayların kənarlarında yayılmışdır. Azərbaycanda dar bir arealı vardır. Təbiətdə hündürlüyü 10 m-ə qədər olan ağac və ya koldur. Budaqları tikansız, cavan zoğları çılpaqdır. Yarpaqları ensiz, tərs yumurtavarı, uc tərəfi qısa, sivridir.
İran alçası
İran alçası (lat. Prunus iranica) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin gavalı cinsinə aid bitki növü. İranda, Qafqazda rast gəlinir. Xeyli budaqlı, üzəri tikanlı kol və ya 3-4 m hündürlüyükdə alçaq ağacdır. Budaqları tikansız, qabığı göyümtül-boz, cavan zoğları sarımtıl-qonur və ya qırmızımtıl rəngdə əvvəlcə məxməri tüklü, sonra çılpaq və parlaq olur. Yarpaqları tərs yumurtavarı, qısa, sivri altdan məxməri və ya keçətüklü, üstdən dağınıq, qısatüklüdür. Saplaqları xırdatüklüdür. Tumurcuqları enli yumurtavarı bozumtul-qonur və zəif qatlı olur. Çiçəklərinin böyüklüyü orta dərəcədədir. Çiçək saplaqları qısa olub, 0,5-1,5 sm uzunluqdadır, çılpaq və ya tüklüdür.
Adi rus alçası
Adi qarağat (lat. Ribes uva-crispa) — bitkilər aləminin daşdələnçiçəklilər dəstəsinin motmotukimilər fəsiləsinin qarağat cinsinə aid bitki növü. == Təbii yayılması == Orta və Cənubi Avropa, Şimali Amerikada geniş yayılmışdır. == Botaniki təsviri == Hündürlüyü 1 m olan koldur. Zoğları tikanlıdır. Tikanları 2,5 sm uzunluqda sadə və qısadır. Qaratikanları 3-5-7 bölümlü, nadir hallarda düyümlərdə və adətən düyümlər arasında yerləşir. Yarpaqları yumru, xırda, eni 3-5 sm, 3-5 dilimlidir. Çiçəkləri ikicinsli, oturaq, dəstə halında 3 çiçəklidir. Yumurtalığı çılpaq meyvə saplağına qədər uzanmış, meyvələrlə birlikdə qalır.
Əyri rus alçası