Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Aldaçı
Aldaçı – türk və altay mifologiyasında ölüm mələyi. "Aldacı Xan" kimi də tanınır. == Xüsusiyyətləri == Yeraltı tanrısı Erlikin insanların canını alması üçün yer üzünə göndərdiyi və onun elçisi olduğuna inanılan pis ruhdur. Uzun qara geyimləri və quru bir atı vardır. Görünüşü heybətli və qorxu vericidir. Keçdiyi yerlərə qorxu salar. Idarə etdiyi ölüm ruhlarına da Aldaçılar adı verilər. Altaylılara görə ölü bir evdən çıxdıqdan sonra aldacı deyilən pis ruhlar evdə qalar. Bunun üçün o evdən yeddi gün çölə əşya verilməz və içəriyə də alınmaz. Ev, yeddi gün sonra təmizlənir və ancaq sonrasında o evə girilib yemək edilir.