Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Xancığaz
Gözəldərə, Xancığaz — İrəvan quberniyasının Aleksandropol qəzasında, indiki Quqark rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 12 km şimal-qərbdə, Bozabdal dağının ətəyində, Pəmbək çayının sol sahilində yerləşir. Kəndin adı erməni mənbələrində Xancuğaz, Qafqazın 5 verstlik xəritəsində Xancuqaz, formasında qeyd edilmişdir. Erməni mənbələrində kəndin qədim adının Xuncuğaz olduğu göstərilir.Kənd İbrahim adlı xana məxsus olmuşdur. Ona görə də kənd İbrahimli də adlanırmış.Toponim «varlı», «sahibkar», «ağa» mənasında, işlənənxan sözünə kiçiltmə mənası bildirən - cığaz şəkilçisinin artırılması yolu ilə əmələ gəlib, kiçik xana məxsus kənd mənasını ifadə edir. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin l.VI.1940-cı il fərmanı ilə kəndin adı dəyişdirilib Gözəldərə, sonra Ermənistan prezidentinin 19.IV.1991-ci il fərmanı ilə bir daha dəyişdirilib Aznavadzor qoyulmuşdur. == Coğrafiyası və iqlimi == Dağların, meşələrin arasında yerləşir. Qışı çox soyuq, yayı sərin keçir. == Əhalisi == Kənddə 1831-ci ildə 33 nəfər, 1873 - cü ildə 295 nəfər, 1886-cı ildə 345 nəfər, 1897-ci ildə 393 nəfər, 1908-ci ildə 523 nəfər, 1914 - cü ildə 650 nəfər, 1916-cı ildə 576 nəfər, 1919 - cu ildə 582 nəfər yalnız azərbaycanlılar yaşamışdır.1919-cu ilin yazında azərbaycanlılar ermənilərin təcavüzünə məruz qalaraq deportasiya olunmuşdur. İndiki Ermənistanda sovet hökuməti qurulandan sonra Kəndin sakinləri 1920-ci ilin axırlarında öz ata-baba yurdlarına qayıda bilmişdir.