TƏLİMƏK

Dialektlərdə aldatmaq kəlməsinə uyğun mənada işlədilir. Qədim mənası “ögey balanı (heyvanda) əmizdirməyə alışdırmaq, analığa isinişdirmək” deməkdir. Bu işlə məşğul olan şəxsə teləçi deyiblər. Güman edirik ki, tovlamaq sözü ilə qohumdur. İndi təlimək sözü fırıldaq yolu ilə bir şeyi başqa bir adama sırımaq anlamında işlədilir. Ola bilsin ki, rus dilindəki теленок sözü də təlimək kəlməsi ilə qohumdur. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

TƏLƏT
TƏMAS