Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Andradit
Andradit (Portuqaliya mineraloqu J. B. di’Andra-i-Silvanın şərəfinə adlandırılmışdır) – qranatlar qrupuna aid geniş yayılmış mineral. Kimyəvi tərkibi Ca3Fe2(SiO4)3. Çox vaxt titan qarışıqlı olur. Kubik sinqoniyada kristallaşır. Süxurlarda möhtəvilər şəklində və dənəvər formasında rast gəlinir. Rəngi sarı, qonur, qonuru-qırmızı, qara və s. Yaşıl, yaxud qızılı-yaşıl növü (demantoid) qiymətli daşdır. Güclü şüşə parıltısına malikdir. Sərtliyi – 6,5–7, sıxlığı 3800–3900 kq/m³. Skarnlar üçün tipik mineraldır.
Antrasit
Antrasit — İ. İ. Amosova (1963) görə, kömürləşmənin ən yüksək mərhələsi olan daş kömür, metamorfizmin VIII–X mərhələsi. Mikroəlamətləri (az küllü olan növləri üçün): rəngi bozumtul qara və qara-boz, cizgisi məxməri-boz, parıltısı parlaq metallik, endogen ayrılma çatlarının arasındakı məsafə 2–20, bəzən 80 mm-dək, şliflərdə işığı pis keçirir. Əks olunmuş işıqda gelləşmiş komponentləri parlaqdan sarımtıl ağ, açıq boz və bozadək; anizotropdur. Sıxlığı – 1,37–1,68 q/sm3, üzvü kütlənin xüsusi çəki – 1,5–1,7 və daha yüksək; Wa – 1–3 %, Vr – 2–4 çəki %, Cr – 94–97 %, Hr –1–3 %, istilik törətmək qabiliyyəti (Q) – 8100–8200 kkal/kq. == Mənbə == Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press, 2006, 679 səh.
Abdraşit Abdraxmanov
Abdraşit Xakimoviç Abdraxmanov (19 sentyabr 1946, Almatı – 17 may 2019, Almatı) — Sovet, qazax boksçusu, məşqçi və populyar kino aktyoru. Boks üzrə iki qat SSRİ çempionu (1970–1971), beynəlxalq dərəcəli idman ustası adına layiq görülən ilk qazax boksçusu oldu. 1969-cu il SSRİ kubokunun qalibi. Amerika, Avropa, Afrikada keçirilən müxtəlif beynəlxalq boks turnirlərinin qalibi. Qırğızıstanın əməkdar artisti. == Bioqrafiyası == 20 iyun 1946-cı ildə Almatı vilayətində, Alma-Ata şəhərində anadan olub. 1975-ci ildə Qazaxıstan Dövlət Bədən Tərbiyəsi İnstitutunu bitirib.. Abdraşit milliyətcə uyğurdur.17 may 2019-cu ildə Alma-Ata şəhərində dünyasını dəyişib. == Məşqiçilik karyerası == Abdraşit idman karyerasını bitirdikdən sonra Qırmızı Bayraqlı Orta Asiya Hərbi Dairəsinin milli komandasını məşq etdirməyə başladı. Komanda o zaman 16-cı yerdə idi.
Andranik Aleksanyan
Andranik Aleksanyan (ukr. Андранік Алексанян; 6 may 1998, Xmelnitskiy) — erməni mənşəli Ukrayna müğənnisidir. == Həyatı == Andranik Aleksanyan 6 may 1998-ci ildə Ukraynanın Xmelnitski şəhərində anadan olmuşdur. 2009 Avroviziya Uşaq Mahnı Müsabiqəsində Ukraynanı "Tri topoli, tri surmy" (Azərbaycan dilində:"Üç qovaq, üç şeypur") mahnısı ilə təmsil etdi.
Andranik Madadyan
Andranik Madadyan (ing. Andranik Madadian, erm. Անդրանիկ Մադադյան, fars. آندرانیک مددیان‎) - erməni əsilli İran-ABŞ pop ifaçısıdır. Ləqəbi "Andy" kimi səsələnir. Ən məşhur İran ifaçılarından biridir. 1980-cı illərdə İran ifaçı Kouros ilə birgə ifa edirdi. Fars, erməni, ingilis, ispan, ərəb və hindi dillərini bilir. Karyerasında 15 albom çıxarmışdır. Onun albomları İranda qadağan olunmasına baxmayaraq piratlar tərəfindən satılır.
Andranik Ozanyan
Andranik Ozanyan (erm. Անդրանիկ Թորոսի Օզանյան; 25 fevral 1865 – 31 avqust 1927) — Ermənistanın milli qəhrəmanı. 1918-ci ildə əsasən Qarabağ və Zəngəzurda azərbaycanlıların yaşadıqları kəndlərin dağıdılmasında və əhalisinin qırğınında Andranikin başçılıq etdiyi dəstə böyük rol oynamışdır. == İlk illər == Osmanlı imperiyasında anadan olub. Bir müddət "Hnçak" partiyasının, sonra isə "Daşnaksütunun" üzvü olub. 1880-ci illərdə Andranik Osmanlı dövlətinə xəyanət etdiyi üçün cəza kimi onun qulağını kəsirlər, bundan sonra ona xalq arasında "birqulaqlı Andranik" deyirlər. Andranik Türkiyədə fəaliyyət göstərən erməni silahlı dəstələri üçün silah qaçaqmalçılığı ilə məşğul olur. 1890-cı illərdə Türk ordusuna qarşı döyüşlərdə iştirak edir. 1904-cü ildə türk ordusu erməni üsyanını yatırdıqdan sonra Andranik Türkiyədən qaçır. Bir müddət Qafqazda olur, sonra isə Avropaya yollanır.
Andranik Teymuriyan
Andranik Teymuryan (d. 6 mart 1983, Tehran) — Təbrizin Traktor Sazi futbol klubunun erməni əsilli yarımmüdafiəçisidir. Teymuryan İran milli futbol komandasının yeganə xristian üzvüdür və bundan öncə Tehranın Ararat, İstiqlal, Oqab, Məşhədin Əbumoslem, İngiltərənin Bolton Uanderers, Fulhem və Barnsli futbol komandalarının oyunçusu olmuşdur.
Andranik Teymuryan

Andranik Marqaryan
Andranik Marqaryan (erm. Անդրանիկ Նահապետի Մարգարյան; 12 iyun 1951, İrəvan – 25 mart 2007, İrəvan) — erməni ictimai-siyasi xadimi, Ermənistanın baş naziri (2000-2007), Ermənistan Respublikaçılar Partiyasının sədri. O, 2000-ci il mayın 12-də prezident tərəfindən təyin olunandan 2007-ci il martın 25-də vəfat edənə qədər Ermənistanın baş naziri vəzifəsində çalışıb. == Həyatı == 1967-1972-ci illərdə İrəvan Politexnik İnstitutunun texniki kibernetika fakültəsində oxumuş, hesablayıcı maşınların mühəndisi ixtisası almışdır.
Andraşi Universiteti
Andraşi Budapeşt Universiteti (ing. Andrássy University Budapest, mac. Andrássy Gyula Budapesti Német Nyelvű Egyetem, alm. Andrássy Gyula Deutschsprachige Universität Budapest‎) və ya qısaca Andraşi Universiteti yalnız alman dilində fəaliyyət göstərən universitetdir. Ali məktəb Macarıstan, Almaniya və İsveçrə dövlətləri, eləcə də İtaliyanın Trentino-Cənubi Tirol Muxtar Vilayəti, Almaniyanın Bavariya və Baden-Vürtemberq ştatları tərəfindən maliyyələşdirilir. Buna görə də ali məktəb tələbələrinin yarısından çoxuna bir çox xərclərini qarşılayacaq təqaüd verilir. == Universitet haqqında == AUB, Macarıstanın “Milli üstünlük universitetidir” və Evalag (Evaluation Agency Baden-Württemberg) tərəfindən akkreditasiya olunan və xaricdə yerləşən yeganə universitetdir. 25 ölkədən çox ölkədən olan tələbələr, beynəlxalq mübadiləni təmin edir. Tələbələr öz təhsil xərclərini rəsmi təqaüdlərin hesabına qarşılıya bilər. Universitet, Macarıstanın məşhur siyasətçisi, keçmiş Baş naziri və Avstriya-Macarıstanın Xarici işlər naziri olan Düla Andraşinin adını daşıyır.
Andraşi prospekti
Andraşi prospekti (və yaxud Andarşşi, mac. Andrassy út) — Macarıstanın parad prospekti. Onun möhtəşəm zərif görünüşünə görə, prospekt, Budapeştin Yelisey bağları adlanır. Avstriya-Macarıstan Xarici İşlər naziri Dyüla Andraşının adını daşıyır. Andraşi prospektində, kontinental Avropanın ən qədim metrosunun ilk xətti çəkilmişdir. Andrassi prospekti, 1896-cı ildə memar Mikloş İblin möhtəşəm layihəsinə əsasən, Edön Lexner də daxil olmaqla, həmin dövrün bir çox görkəmli memarlarının iştirakı ilə, vətənlərinin Macarlar tərəfindən əldə edilməsinin minilliyin qeyd olunması ilə əlaqədar olaraq inşa edilmişdir. 1956-cı ilin inqilabi ilində Molodezinin prospektinə çevrilib, sonra 1989-cu ilədək Xalq Cəbhəsi adlandırıldı. 2002-ci ildə Andrassi prospekti UNESCO-nun Dünya İrs Siyahısına yazılmışdır. == Əsas görməli yerləri == Macar dövlət opera teatrı Dreksler sarayı Paris univermağı Terror muzeyi Ferens List adına Memorial və Araşdırma Mərkəzi Budapeşt kukla teatrı == Ədəbiyyat == Венгрия. Издательство "Вокруг света", 2009 ISBN 978-5-98652-226-5 Михаэль Херл.
Dyula Andraşi
Gyula Andraşi (alm. Gyula (Julius) Graf Andrássy von Csík-Szent-Király und Kraszna-Horka‎; 8 mart 1823[…] – 18 fevral 1890[…]) — Macar dövlət adamı. Avstriya- Macarıstan İmperiyasının qurulmasında və Avstriya-Alman ittifaqının yaradılmasında böyük pay sahibi olmuşdur. == Həyatı == Hersoq Gyula Andraşi 1823-cü ildə Koşitsedə anadan olmuşdur. Ailəsi dönəmin varlı ailələrindən biri idi. Gənc yaşlarında mülayim islahatçı Stephen Schenyini dəstəkləsə də, sonralar radikal yönümlü Macar islahatçı partiyasına üzv olmuşdur. Partiya başçısı Lajos Kossuz Macarıstanın Avstriya nəzarəti altında olmasına qarşı çıxaraq, millətçi siyasət tərəfdarı idi. == Siyasi fəaliyyəti == Siyasi kariyerasına 1844-cü ildə başlayan Andraşi, 1848-ci ildə isə Macar azadlıq hərəkatının iştirakçısı olmuşdur. 1849-cu ildə Lajos Kossuzu tərəfindən İstanbula göndərilmişdir. Eyni il Avstriyaya qarşı üsyanda bir tabora komandanlıq etdiyinə görə haqqında ölüm hökmü verilir.
Edvard Andrade
Edvard Andrade (27 dekabr 1887, London – 6 iyun 1971) – İngilis fizik. == Həyatı == London Kral Cəmiyyətinin üzvü (1935). London Universitetini bitirmişdir (1907). Vulviç Artilleriya Kollecinin (1920– 28) və London Universitetinin (1928–50) professoru, Kral Universitetinin və Devi-Faradey laboratoriyasının direktoru (1950–52) olmuşdur. == Fəaliyyəti == Elmi işləri mayelər fizikasına, metallar fizikasına, spektro skopiyaya, atom fizikasına, akustikaya, fizika tarixinə aiddir. Mayenin özlüklüyünün temperaturdan asılılıq düsturunu almış və ərimə nöqtəsində mayenin özlüklüyünün atom çəkisinin, sıxlığın və temperaturun funksiyası olduğunu göstərən düstur vermişdir. Metalların sürüncəkliyini tədqiq edərək sürüncəklik qanununu irəli sürmüşdür. Metalların monokristallarını almaq üsulunu tapmışdır. Metalların səthinin vəziyyətinin onların xassələrinə təsirini sübut etmişdir. 1914-cü ildə E.Rezerfordla birlikdə izotopların rentgen spektrlərinin eyni olduğunu isbat etmiş və bununla da elementin izotoplarının sıra nömrələrinin eyni olduğunu təsdiqləmişdir.
Gyula Andraşi
Gyula Andraşi (alm. Gyula (Julius) Graf Andrássy von Csík-Szent-Király und Kraszna-Horka‎; 8 mart 1823[…] – 18 fevral 1890[…]) — Macar dövlət adamı. Avstriya- Macarıstan İmperiyasının qurulmasında və Avstriya-Alman ittifaqının yaradılmasında böyük pay sahibi olmuşdur. == Həyatı == Hersoq Gyula Andraşi 1823-cü ildə Koşitsedə anadan olmuşdur. Ailəsi dönəmin varlı ailələrindən biri idi. Gənc yaşlarında mülayim islahatçı Stephen Schenyini dəstəkləsə də, sonralar radikal yönümlü Macar islahatçı partiyasına üzv olmuşdur. Partiya başçısı Lajos Kossuz Macarıstanın Avstriya nəzarəti altında olmasına qarşı çıxaraq, millətçi siyasət tərəfdarı idi. == Siyasi fəaliyyəti == Siyasi kariyerasına 1844-cü ildə başlayan Andraşi, 1848-ci ildə isə Macar azadlıq hərəkatının iştirakçısı olmuşdur. 1849-cu ildə Lajos Kossuzu tərəfindən İstanbula göndərilmişdir. Eyni il Avstriyaya qarşı üsyanda bir tabora komandanlıq etdiyinə görə haqqında ölüm hökmü verilir.
Leandro Andrade
Leandro Livramento Andrade (24 sentyabr 1999, Tavira[d]) — Kabo-Verdeli peşəkar futbolçusu. Azərbaycan Premyer Liqasında çıxış edən Ağdamın "Qarabağ" klubunun və Kabo-Verde milli futbol komandasının vingeri. O, Portuqaliyada anadan olmuş, sonradan Kabo-Verdi millisinin şərəfini qorumuşdur. == Karyera == === Klub === Andrade "Olyanense"nin gənclər akademiyasında üç il çıxış etmiş, 2018-ci ildə əsas komandaya yüksəlmişdir. O, növbəti il "Fatima" FK -da çıxış etmiş, 2020-ci ilin iyulunda Bolqarıstanın "Çerno More" komandasına transfer olunmuşdur. Andrade 16 avqust 2020-ci ildə Bolqarıstan Birinci Liqasında, "Etar Veliko Tarnovo" səfərində 4:0 hesablı qələbədə əvəzedici kimi debüt etmişdir. Andrade 13 yanvar 2022-ci ildə "Qarabağ" FK-na transfer edilmişdir. O, klub ilə 2025-ci il iyunun 30-dək müqavilə bağlamışdır. === Beynəlxalq === Portuqaliyada anadan olan Andrade Kabo-Verde mənşəlidir. O, 2022-ci ilin martında bir sıra yoldaşlıq oyunlarında çıxış etməsi üçün Kabo-Verde millisinə dəvət olunmuşdur.
Patrik Andrade
Patrik Andrade (Erickson Patrick Correia Andrade) — Kabo-Verdeli peşəkar futbolçu. Ağdamın "Qarabağ" futbol klubunun və Kabo-Verde millisinin yarımüdafiəçisi. == Karyera == Futbolçu karyerasına, 2009-cu ildə Kabo-Verdenin "Sportinq Praia" klubunda başlayır. 2013-cu ildə futbolçu Avropaya gələrək Portuqaliyanın "Riberio" klubu ilə müqavilə bağlayır. Daha sonra, 14 iyul 2014-cu ildə Portuqaliyanın birinci liqasında yarışan "Moreirense" klubuna keçir. 14 yanvar 2015-ci ildə "Nasional" klubuna qarşı oyunda yeni komandasında debüt edir. Portuqaliyada 5 illik futbol karyerasından sonra, 2018-ci ildə Portuqaliyanı tərk edərək Bolqarıstana gedir. 26 iyun 2018-ci ildə Bolqarıstanın "Çernoe More" klubu ilə mqavilə bağlayır. Yeni klubunun heyətində 30 iyul 2018-ci ildə "Levski Sofiya" ilə oyunda dübüt edir. 28 avqust 2020-ci ildə 150 min avro qarşılığında, Azərbaycanın ən güclu klubu və son 6 ilin çempionu olan "Qarabağ" klubuna transfer olunur.
Andraşi Budapeşt Universiteti