Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Antinoy
Antinoy – Vifiniyalı yunan gənc və Roma İmperatoru Adrianın sevimlisi. Ölümündən sonra ilahiləşdirilmişdi. "Şərqi Yunan və Qərbi Latın"da ona bəzən tanrı kimi, bəzən isə sadəcə, qəhrəman kimi ibadət edilirdi. Roma İmperiyasının Vifiniya vilayətində anadan olduğu məlum olsa da, onun həyatı haqqında çox az bilgi bizə gəlib çatmışdır. Antinoyun Adrian ilə ilk dəfə 123-cü ildə ali təhsil almaq üçün İtaliyaya aparılmazdan əvvəl tanış olduğu ehtimal olunur. O, 128-ci ildə Adrianın məiyyəti içərisində İmperiya səyahəti zamanından etibarən onun sevimlisi olmuşdur. Antinoy Adrianı Elevsin misteriyalarında iştirak edərkən müşayiət edirdi və o Liviyada Marusyan şirini öldürəndə də onunla idi. 130-cu ilin Oktyabr ayında Nil çayı boyunca gedən flotiliyada iştirak edən Antinoy, müəmmalı şəkildə ölür. Onun intihar edərək, sui-qəsdlə və qəza nəticəsində boğularaq öldüyü kimi fərziyyələr irəli sürülmüşdü. Onun ölümündən sonra Adrian Antinoyu müqəddəsləşdirdi və bütün İmperiya boyunca ona həsr olunmuş dini mərasimlər təşkil etdirdi.
Angina
Tonzillit və ya angina (lat. angina – sıxılma, boğma, boğulma) — boğazgəlmə, badamcıqların və boğaz limfaidlərinin iltihablı kəskin infeksion xəstəliyi.Adenoid toxumalar kimi, bu badamcıqlar da xarici mühitdən mikrob və infeksiyaların insan orqanizminə daxil olmasının qarşısını alır. == Əlamətləri == Geniş yayılmış kəskin yoluxucu-allergik xəstəlik. Törədiciləri: streptokokk, stafilokokk və s. Uşaqlar və gənclərdə xüsusilə tez-tez baş verir. Xəstəliyin bir neçə forması mövcuddur: kataral, follikulyar, fibrinoz, fleqmonoz, lakunar, və s. Ən yüngül forması kataral anginadır. Bu zaman badamcıqlar qırmızı olur, bir qədər şişir; dil isə quru və ərplə örtülü olur. əsnəyin selik örtüyü qızarır, boğaz gicişir və quruyur, udqunduqda ağrı olur. Yaşlı adamlarda temperatur çox artmır, uşaqlarda isə 39–40°C-yə qədər yüksəlir.
Angol
Angol — Çilidə şəhər. Əhalisi 53996 nəfərdir (2002). Ərazi — 1194 km², əhali sıxlığı — 45,22 nəfər/km²-dir.
Annino qəsəbəsi
Şəmkir — Azərbaycanda şəhər, Şəmkir rayonunun inzibati mərkəzi. 1944-cü ildə rayon tabeli şəhər statusu almışdır. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Şamxor rayonunun Şamxor şəhəri dəqiqləşdirmə qaydasında Şəmkir şəhəri adlandırılmışdır. == Toponimikası == Şəmkir şəhərinin adı eyni adlı qədim qala ilə bağlıdır. Həmin qalanın xarabaları şəhərdən 20 km şərqdə, Muxtariyyət kəndinin yaxınlığında qalmışdır. Şəmkir şəhərinin V – VI əsrlərdə salınması güman edilir. Orta əsrlərdə Şamxur adı ilə tanınmış bu şəhər Kiçik Qafqaz ərazisindən axan Böyük Şəmkir çayının sahilində yerləşirdi. O vaxtlar şəhərin ərazisi 20 hektar olmuşdur. Orda səkkiz qülləli feodal qəsri vardır. Bu şəhərin sərvətləri əcnəbi tacirlər və yadelli işğalçıları həmişə özünə cəlb edirdi.
Anqanok
Cadugər — cadugərliklə bağlı fəaliyyətləri həyata keçirən şəxs. Fövqəltəbii gücləri olduğuna inanılır. Gecələri gəzərək və uçaraq pislik edir. Anadolu türkcəsində "cazı, cadı" olaraq da deyilər. == Sözün mənşəyi == Azərbaycanca "cadugər" və Hindcə "जादूगर" (jādūgar) Fars dilində جادوگر sözündən gəlirlər. Azərbaycanda "cadugər" adlanan bu şəxsləri Afrikanın cənubunda "kuaren deyro", qərbində "nqombo", mərkəzində "menduk", Yava adalarında "dikun", Qrenlandiyada "anqanok", Peruda "bruco", Rusiyada "çarodey", "koldun", Uzaq Şərqdə "yoq", "fakir" adlandırırlar. Albıs türklərdə cadugər bənzəri bir varlıq olaraq bilinər. Cadu, pis üsullara müraciət edərək bir insanın iradəsini əlindən almaq deməkdir. Müxtəlif yollarla, üsulları sui-istifadə edərək bir insanı idarə altına almağa, ona istənilənləri etdirməyə ümumi olaraq cadu deyilər. Cadu ilə insanı istəmədiyi şeylərə məcbur etmək, ona istəmədiyi hərəkətləri etdirmək mənasını verər.
Yanqıyol
Yanqıyol (özb. Янгийўл, Yangiyo‘l) — Özbəkistanın Daşkənd vilayəti ərazisində yerləşən şəhər. == Tarixi == 1899-cu ildə Daşkənd yaxınlığındakı Kaunç-Tep qəsəbəsi yaxınlığında, Rusiya imperiyasının Türküstan dəmir yolunun Kaufman dəmiryol stansiyası açılır. İnqilabdan sonra kənd Kaunçi adlandırıldı. 1934-cü ildə adı Yanqıyol (Yeni Yol) şəhəri olaraq dəyişdirilir. 2017-ci ildən bəri vilayət tabeli bir şəhər statusuna sahibdir. == Coğrafiyası == Yanqiyol şəhəri M34 və M39 avtomobil yolları arasında, Çirçik çayının sağ sahilində yerləşir. Dəmiryol stansiyası Daşkənddən 28 km cənub-qərbdədir. == Əhali == 2014-cü il məlumatına görə şəhərin əhalisi 82,500 nəfər olmuşdur. Etnik baxımından Yanqıyolda özbəklər, qazaxlar, ruslar, tatarlar, koreyalılar, taciklər və Krım tatarları yaşayır.
Anqol
Angol — Çilidə şəhər. Əhalisi 53996 nəfərdir (2002). Ərazi — 1194 km², əhali sıxlığı — 45,22 nəfər/km²-dir.