Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Alaqaya
Alaqaya (Təbriz) — Alaqaya (Kəlbəcər) — Kəlbəcər rayonunun inzibati ərazi vahidində yerləşən kənd. Alaqaya (dağ) — Kəlbəcər və Xocalı rayonları sərhədində yerləşən dağ.
Alamana döyüşü
Alamana döyüşü ― Yunanıstan İstiqlaliyyət müharibəsi zamanı 22 aprel 1821-ci ildə yunanlar və Osmanlı imperiyası arasında baş verən döyüş. == Döyüş == 1 aprel 1821-ci ildə Levadiya şəhərinin Afanasios Diakos və Vasilis Busqosun başçılıq etdiyi yunan döyüşçülərindən ibarət kontingentə təslim olandan sonra Hurşid Ahmed Paşa Fessaliyadan olan iki ən səriştəli komandirləri Ömər Vrioni və Köse Mehmedi 8000 nəfər ordu ilə Rumeli üsyanının yatırılmasına və daha sonra Peloponnesə keçərək Tripoli mühasirəsinin dağıdılmasına göndərdi. Dimitrios Panuryas və Yannis Dyovuniotisin döyüşçüləriylə gücləndirilən Afanasios Diakos və dəstəsi osmanlıların Rumeliye irəliləməsini dayandırmaq üçün Fermopillər yaxınlığında müdafiə mövqeləri tutmağı qərar verdi. 1500 nəfərlik yunan qüvvələri üç hissəyə bölündü: Divuniotis Qorqopotamos körpüsünü, Panurgias Halkomata təpəsini və Diakos Alamana körpüsünü qorumalı idi. Lamiya şəhəri yaxınlığında Lianokladidəki düşərgələrini tərk edən osmanlılar qısa müddətdə qüvvələrini böldülər. Əsas güc Diakosa yollandı, digəri sürətlə darmadağın edilən Divuniotisa hücum etdi, Panurgias yaralanandan sonra isə onun adamaları təslim oldular. Yunan qüvvələrinin əksəriyyəti qaçdı, osmanlılar hücumlarını Diakosun Alamana körpüsündəki mövqeyinə yönəltdilər. Məğlubiyyətin zaman məsələsi olduğunu görən Diakosla birlikdə döyüşən Busqos yalvarırdı ki, onunla təhlükəsiz yerə getsin. Diakos qalmağı və bir neçə saat ərzində 48 nəfərlə vuruşmağı seçdi Diakos yaralandı və qılıncının qırılmasından sonra əsir düşdü. === Diakosun vəfatı === Afanasios Diakos Ömər Vrioninin qarşısına gətirildi və ona türk ordusunda zabit rütbəsi təklif olundu.
Alaqaya (Həştrud)
Alaqaya (fars. الاقيه‎) — İranın Şərqi Azərbaycan ostanının Həştrud şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 508 nəfər yaşayır (116 ailə). == Coğrafi yerləşməsi == Təbriz şəhristanının Səriskənd bölgəsinin Atəşbəy kəndistanında, Səriskənd qəsəbəsindən 28 km cənub-qərbdədir.
Alaqaya (Kəlbəcər)
Alaqaya - Azərbaycan Respublikasının Kəlbəcər rayonunun inzibati ərazi vahidində kənd. 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. Kənd 25 noyabr 2020-ci ildə Azərbaycana qaytarılıb. == Tarixi == Kənd Qırxqızdağ silsiləsinin Kəlbəcər rayonunun ərazisinə daxildir. Bu ərazidə kənddən 2–3 km. məsafədə ala rəngli böyük bir qaya var. Həmin qayanın adı ilə kənd belə adlanır. == Etimologiyası == Bu mürəkkəb sözün birinci komponenti olan "ala" hissəsi bir sıra mürəkkəb toponimlərin birinci komponenti kimi "alalıq", "rəngbərənglik", "ala-bulalıq", "ağ rəng, qırmızı və qara rənglərlə qarışıqlıq" mənalarını əks etdirir. İkinci komponent olan "qaya" sözü toponimik termin olub, "sıra dağlardan ayrılmış qol", "dağların müəyyən hissəsində daş süxurlardan olan çətin keçilən yer" deməkdir. Uzaqdan ala-bəzək görünən zirvəyə, qayaya, dağa, təpəyə "Alaqaya", "Aladağ" deyirlər.
Alaqaya (dağ)
Alaqaya — Qarabağ dağ silsiləsinin şimalında, Kəlbəcər və Xocalı rayonları sərhədində dağ adı. Alaqaya dağının hündürlüyü 2583 m. == Toponimikası == Bu mürəkkəb sözün birinci komponenti olan "ala" hissəsi bir sıra mürəkkəb toponimlərin birinci komponenti kimi "alalıq", "rəngbərənglik", "ala-bulalıq", "ağ rəng, qırmızı və qara rənglərlə qarışıqlıq" mənalarını əks etdirir. İkinci komponent olan "qaya" sözü toponimik termin olub, "sıra dağlardan ayrılmış qol", "dağların müəyyən hissəsində daş süxurlardan olan çətin keçilən yer" deməkdir. Uzaqdan ala-bəzək görünən zirvəyə, qayaya, dağa, təpəyə "Alaqaya", "Aladağ" deyirlər. Kəlbəcər rayonu ərazisində Alaqaya adlı kənd var. Kənd Qırxqızdağ silsiləsinin Kəlbəcərə baxan tərəfində yerləşir, ərazidə kənddən 2–3 km məsafədə Alaqaya dağı qərar tutur. Kənd öz adını həmin dağın adından götürülmüşdür.
Alaqaya (dəqiqləşdirmə)
Alaqaya (Təbriz) — Alaqaya (Kəlbəcər) — Kəlbəcər rayonunun inzibati ərazi vahidində yerləşən kənd. Alaqaya (dağ) — Kəlbəcər və Xocalı rayonları sərhədində yerləşən dağ.
Anlama... (film, 2008)
Alma almaya bənzər
Alma almaya bənzər — rejissor Arif Babayev tərəfindən 1975-ci ildə ekranlaşdırılmış lirik kinokomediya filmi. Film "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Film insanları düzlüyə, bir-birinə hörmət etməyə çağırır, xoşbəxtliyin yalnız halal zəhmətdə olduğunu göstərir. Filmdə əsas rolları Hüseynağa Sadıqov, Fazil Salayev, Səfurə İbrahimova, Həsən Məmmədov, İnarə Quliyeva və Hacıbaba Bağırov ifa edirlər. == Məzmun == Lirik kinokomediyanın baş qəhrəmanı Nadir babadır (Hüseynağa Sadıqov). O, ömrü boyu bağbanlıq edib, bir-birindən gözəl almalar yetişdirir. Onun təhsili olmasa da biliklərə, elmə həmişə can atıb, tumsuz alma sortu yetişdirmək istəyib. Nəhayət o, buna gərgin əmək və təcrübələr sayəsində nail olur. Gözəl, sehrli almalar adamlara xoşbəxtlik gətirir. Məsələn, sürücü Qurban (Həsən Məmmədov) gənc kolxozçu qız Mədinəyə (Səfurə İbrahimova) vurulur, müəllimə (İnarə Quliyeva) dəcəl uşaqlarla dostlaşır, kobud poçtalyon mehriban, telefonçu (Suğra Bağırzadə) isə diqqətli olur, yeddi qız atası Haşımın (Əhməd Əhmədov) ailəsində nəhayət oğlan uşağı doğulur.
ABŞ-nin Panamaya müdaxiləsi
Just Cause əməliyyatı — 20 dekabr 1989-cu ildə ABŞ-nin Panamaya hücümu. İşğal ərzində Panamanın de-fakto lideri Manuel Noryeqa amerikalı hərbçilər tərəfindən əsir götürülərək ABŞ-yə aparılmış, onun yerinə Guilermo Endara Qalimani vəzifəyə təyin olunmuşdur. İşğaldan sonra Milli Müdafiə Qüvvələri (Fuerzas Armadas de Panama) dağıdılıb. == Əmaliyyatın gedişi == 15 dekabr 1989 ildə Manuel Noryeqa Panama parlamentində çıxış edərkən ABŞ-la müharibə şəraitində olduğunu bildirdi. 17–18 dekabr 1989-cu ildə Corc Herbert Uoker Buş Doğru İş (İngiliscə: Just Cause) Əməliyyatı keçirməyi qərara aldı. 20 dekabr gecə saat 2 də Əməliyyat başladı. Səhərə Panamada yerləşən iki hərbi baza ABŞ-nin əlinə keçdi. Hərbi bazalar müqaviməti dayandırsalarda Panama hələ də müqavimət göstərirdi. 25 dekabrın səhəri müqavimət dayandırıldı və "Just Cause" əməliyyatı uğurla başa çatdı. Rəsmi məlumata görə əməliyyat zamanı Panamanın 400 vətandaşı həlak olub.
Anlamaq istəyirəm (film, 1980)
Anlamaq istəyirəm filmi rejissor Oqtay Mirqasımov tərəfindən 1980-ci ildə ekranlaşdırılmışdır. Film Mərkəzi Televiziyanın (Moskva) sifarişi ilə "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Film məhv olmuş arzular, xoşbəxtlik uğrunda mübarizə aparılmasının acı nəticəsi, iki sevən gəncin uğursuz məhəbbəti haqqında niskilli hekayədir. Aktrisa Həmidə Ömərovaya Çinarə roluna görə Lenin komsomolu mükafatı verilmişdir. Filmdə əsas rolları Revaz Çxikvişvili, Həmidə Ömərova, Mikayıl Kərimov, Mayya İsgəndərova, Həsən Məmmədov və Həsənağa Turabov ifa edirlər. Film AZTV- də dublyaj olunmuşdur. == Məzmun == İki nəfər — Çinarə (Həmidə Ömərova) və Rüstəm (Revaz Çxikvişvili) tələsmədən sahil bağında addımlayır, nə barədə isə söhbət edirlər. Vaxt var idi ki, onlar bir-birilərini sevir, bir arzu ilə yaşayırdılar: xoşbəxt olmaq! Lakin Çinarə başqasına ərə gedir, sonra başa düşür ki, xoşbəxtlik üçün nə içi xarici mebellə dolu mənzil, nə gələcəyi parlaq olan ər, nə də qayğısız həyat lazım deyilmiş. Xoşbəxtlik üçün yalnız o özü, sevgilisi Rüstəm, bu coşub daşan, bəzən də mürgüləyən dəniz, dənizin üzərində uçuşan, hərdən ləpələrə baş vuran qağayılar, dəniz kənarında topla oynayan körpə gülüşləri, bir də sevgilinin şirin, ürək açan sözləri gərəkmiş: "Sən mənim səadətim, sən mənim qəlbim, sən mənim səmam...
Bethoveni anlamaq (film, 2006)
"Bethoveni anlamaq" (ing. Copying Beethoven) — 2006-cı il istehsalı, Lüdviq van Bethovenin həyatından bəhs edən bir film. == Məzmun == Bethoven fırtınalarla keçən həyatının yetkinlik dövründədir. Qulaqlarının eşitmə qabiliyyətini getdikcə itirməsinə baxmayaraq 9-cu simfoniya üzərində çalışmaqdadır. Bu arada notların təmizlənməsi və təkmilləşməsi üçün öz istəyi ilə köməkçi ayırır. Beləliklə, onun köməkçisi Anna Holtz adında qadın olur. Lakin, Bethoven başlanğıcda köməkçisinin qadın olmasından çox da xoşlanmır. Bir müddətdən sonra Anna Bethovenin sağ əlinə çevrilir, lakin, bu vaxt ərzində sevgilisi və öz həyatı ilə vidalaşmalı olur. Film bəstəkarın ölüm döşəyinə düşməsiylə bitir.
Alma almaya bənzər (film, 1975)
Alma almaya bənzər — rejissor Arif Babayev tərəfindən 1975-ci ildə ekranlaşdırılmış lirik kinokomediya filmi. Film "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Film insanları düzlüyə, bir-birinə hörmət etməyə çağırır, xoşbəxtliyin yalnız halal zəhmətdə olduğunu göstərir. Filmdə əsas rolları Hüseynağa Sadıqov, Fazil Salayev, Səfurə İbrahimova, Həsən Məmmədov, İnarə Quliyeva və Hacıbaba Bağırov ifa edirlər. == Məzmun == Lirik kinokomediyanın baş qəhrəmanı Nadir babadır (Hüseynağa Sadıqov). O, ömrü boyu bağbanlıq edib, bir-birindən gözəl almalar yetişdirir. Onun təhsili olmasa da biliklərə, elmə həmişə can atıb, tumsuz alma sortu yetişdirmək istəyib. Nəhayət o, buna gərgin əmək və təcrübələr sayəsində nail olur. Gözəl, sehrli almalar adamlara xoşbəxtlik gətirir. Məsələn, sürücü Qurban (Həsən Məmmədov) gənc kolxozçu qız Mədinəyə (Səfurə İbrahimova) vurulur, müəllimə (İnarə Quliyeva) dəcəl uşaqlarla dostlaşır, kobud poçtalyon mehriban, telefonçu (Suğra Bağırzadə) isə diqqətli olur, yeddi qız atası Haşımın (Əhməd Əhmədov) ailəsində nəhayət oğlan uşağı doğulur.