Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Santosia
Santosia (lat. Santosia) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi. Santosia talmonii R.M.King & H.Rob.
Antonina
Clinopodium (lat. Clinopodium) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinə aid bitki cinsi.
Antonina Filippova
Antonina Mixaylovna Filippova (rus. Антонина Михайловна Филиппова; 7 (19) fevral 1897, Oryol – 8 aprel 1976, Volqoqrad) — rus əsilli Azərbaycan aktrisası, Azərbaycan SSR xalq artisti (1943). == Həyatı == Antonina Filippova 19 fevral 1897-ci ildə Oryol şəhərində anadan olmuşdur. Tula, Novosibrsk və başqa şəhərlərdə, 1935–1950-ci illərdə Azərbaycan Rus Dram Teatrında çıxış etmişdir. 1950-ci ildən Volqoqrad Teatrının truppasında olmuşdur. Rolları: Avqustina Yakovlevna ("Konsert", A.Fayko), Sonya ("Dvoryanlar", N.Poqodin), dayə ("Romeo və Cülyetta", U.Şekspir), Murzavetskaya, Qalçixa ("Qurdlar və qoyunlar", "Günahsız müqəssirlər", A.Ostrovski), Gülzar ("Şərqin səhəri", Ə.Məmmədxanlı), Qraçova ("Xəzər üzərində şəfəq", İ.Qasımov) və s. == Mükafatları == "Azərbaycan SSR əməkdar artisti" fəxri adı — 23 aprel 1940 "Azərbaycan SSR xalq artisti" fəxri adı — 17 iyun 1943 == İstinadlar == == Mənbə == ФИЛИ`ППОВА Антонина Михайловна // Театральная энциклопедия: [в 6 т.] / гл. ред.: П. А. Марков. Т. 5. Табакова — Яшугин.
Antonina Nejdanova
Antonina Vasilyevna Nejdanova (16 iyun 1873 (Yulian təqvimi: 4 iyun) – 26 iyun 1950) — sovet və rus opera müğənnisi (lirik-koloratura soprano), pedaqoq. SSRİ xalq artisti (1936). Birinci dərəcəli Stalin mükafatı laureatı (1943). Sənətşünaslıq elmləri doktoru (1944). == Həyatı == Antonina Nejdanova, 4 (16) iyun 1873-cü il tarixində (digər mənbələrdə 17 (29) iyul 1873-cü il) Ukraynanın Odessa şəhəri yaxınlığındakı Krivaya Balka kəndində anadan olmuşdur. Onun valideynləri, kənd müəllimləri idi. Uşaqlıqda kilsə xorunda ifa etmişdi. 1883—1891-ci illərdə, Odessa Mariinski Gimnaziyasında təhsil almışdır (indiki Antonina Nejdanova adına Odessa Milli Musiqi Akademiyası). O, 1899-cu ildə Moskva Dövlət Konservatoriyasına daxil olmuşdur. Konservatoriyada Umberto Mazettinin sinfini bitirdikdən sonra qısa müddət ərzində aparıcı soprano olduğu Böyük Teatra qoşulmuşdur.
Monardella antonina
Monardella antonina (lat. Monardella antonina) — dalamazkimilər fəsiləsinin monardella cinsinə aid bitki növü.
Qurgen Antonyan
Qurgen Gerasimoviç Antonyan (erm. Գուրգեն Գերասիմի Անտոնյան; 3 yanvar 1911, Çıraqlı – 7 may 1984, Bakı) — ədəbiyyatşünas, filologiya elmləri doktoru, professor (1950), Azərbaycan SSR əməkdar elm xadimi (1973), V. İ. Lenin adına Azərbaycan Dövlət Pedaqoji İnstitutunun erməni dili və ədəbiyyatı kafedrasının müdiri (1943–1974). Qurgen Gerasimoviç Antonyan 1911-ci il yanvarın 3-də bügünkü Tərtər rayonunun Qasapet kəndində anadan olmuşdur. 1933-cü ildə İrəvan Dövlət Universitetinin filologiya fakültəsini bitirmişdir. 1934–1937-ci illərdə həmin universitetin aspiranturasında oxumuşdur. Elmi rəhbəri Arsen Terteryan olmuşdur. 1937–1974-cü illərdə Bakıda V. İ. Lenin adına Azərbaycan Dövlət Pedaqoji İnstitutunda (indiki Azərbaycan Dövlət Pedoqoji Universiteti) çalışmışdır. 1943–1974-cü illərdə həmin institutun erməni dili və ədəbiyyatı kafedrasının müdiri olmuşdur. 1974–1984-cü illərdə Stepanakert Pedaqoji İnstitutunda çalışmışdır. 7 may 1984-cü ildə Bakı şəhərində vəfat etmişdir.
Qurqen Antonyan

Santosia talmonii
Santosia (lat. Santosia) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi. Santosia talmonii R.M.King & H.Rob.
Antonia Santilli
Antonia Santilli (it. Antonia Santilli; 8 avqust 1949) — italyan aktrisası. == Bioqrafiya == Antonia Santilli 8 avqust 1949-cu ildə İtaliyanın Latina vilayətinin Spiqno-Saturniya şəhərində anadan olub. 1973-cü ildə Roma Sapienza Universitetini bitirib. == Filmoqrafiya == Bokaçço — 1972 Paolinanın yaxşı tərəfi — 1973 İtalyanların Rusiyada ağlasığmaz macəraları — 1973 O və mən — 1973 == Ədəbiyyat == Manlio Gomararasca, Davide Pulici: 99 Donne. Milano, 1999. Manlio Gomararasca, Davide Pulici: Nocturno Dossier n.36: Le sorelle di Venera.
Antonia Tomas
Antoniya Lora Tomas (ing. Antonia Laura Thomas; 3 noyabr 1986) — Böyük Britaniya aktrisası. "Misfits" serialında Alişia Beyli roluna görə tanınır. == Karyerası == Antonia Tomas London şəhərində anadan olub və böyüyüb. Uşaqlıqda Antonia Çelsi İncəsənət Kollecinə daxil olur. Lakin daha sonradan teatr dərnəklərinə yazılır və 2001-ci ildə Gənc Tamaşaçılar Teatrına daxil olur və qastrollarda iştirak edir. 2006-2009-cu illərdə Bristol şəhərində yaşayır və Old Vik teatr məktəbində təhsil alır. 2009-cu ildə televiziyada ilk rolunu Misfits teleserialında alır. Bu serialda Antonia Alişia Beyli rolunu ifa edir. Qısa zamanda serial böyük populyarlıq qazanır və 2010-cu ildə BAFTA (British Academy of Film and Television Arts) mükafatına layiq görülür.
Antonin Dvorjak
Antonin Dvorjak (çex. ; 8 sentyabr 1841[…] – 1 may 1904[…], Praqa, Avstriya-Macarıstan[…]) — çex bəstəkar, musiqidə romantizm cərəyanının təmsilçisi. Onun əsərlərində Moraviya və Bohemiyanın xalq musiqisi motivlərindən, elementlərindən geniş istifadə olunur. O, Bedrjix Smetana ilə birlikdə çex milli musiqi məktəbinin banisi sayılır. Əsas musiqi əsərlərinə "Yeni dünyadan" Simfoniya № 9 (ABŞ-də yazılıb), "Su pərisi" operası, Orkestrli violençel üçün konsert, "Amerika" simli kvarteti, Rekviyem, Stabat Mater və "Slavyan rəqsləri" aid edilir. == Həyatı == Antonin Dvorjak 8 sentyabr 1841-ci ildə Çexiyada - Praqa yaxınlığında anadan olub. Bedřich Smetenanın musiqisini eşidib bəstəkar olmağa qərar verən Dvorjak elə Smetananın dirijoru olduğu Praqa Teatrında violençel ifaçısı kimi musiqi fəaliyyətinə başlayıb. Musiqi bəstələmək üçün 1873-cü ildə orkestrdən uzaqlaşıb və 1 il içində Avstriya milli mükafatını alan 3-cü simfoniyasını yazıb. Praqa, Kembric, Nyu York-da çalışan Dvorjak 1895-ci ildə Vətəninə geri dönüb. Dvorjaka vətənpərvərlik mövzusunda yazdığı "Himn" kantatası, eləcə də "Slavyan rəqsləri" dünya şöhrəti gətirib.
Antonin Panenka
Antonin Panenka (d. 2.12.1948, Praqa, Çexoslovakiya) — çex futbolçu.
Antonin Piy
Antonin Piy (19 sentyabr 86 – 7 mart 161) — XV Roma imperatoru. Tit Eliy Sezar Antonin tarixdə Antonin Piy kimi tanınan (lat.Titus Aurelius Fulvius Boionius Arrius Antoninus Pius) (* 19 sentyabr 86 Lanuviya; †7 mart 161 Lorium) sayca dördüncü evladlığa götürülən XV Roma imperatorudur. 19 sentyabr 86-cı ildə Lanuviyada sahibkar ailəsində doğulmuş, hüquqşünas təhsilli Piy tezliklə vəzifəyə çəkilərək Adrianın zamanında maliyyə və vergi hüququ üzrə prokonsul təyin edilmiş və Adrianın dövlət idarəçiliyi şurasına üzv seçilmişdir. Hələ Asiya üzrə maliyyə və vergi prokonsulu olarkən özünü namuslu (satın alınmaz) bir məmur kimi göstərmişdir.
Antonin vəbası
Antonin vəbası — Miladdan sonra 165-180-cı illər aralığında Roma imperiyası ərazisində baş vermiş vəba epidemiyası. Epidemiya romalı həkim Qalenin adı ilə də məşhurdur. Xəstəliyin Yaxın Şərqdəki yürüşlərdən qayıdan romalı əsgərlər tərəfindən gətirildiyi təxmin edilir. Mütəxəssislər insanların kütləvi ölümünə səbəb olan xəstəliyin təbii çiçək və ya qızılca ola biləcəyini təxmin edilsə də, əsil səbəbləri məlum deyil. Epidemiya Mark Avreli ilə müştərək 161-169-cu illərdə Roma imperatoru olmuş Lusi Verin ölümünə də səbəb olmuşdur. Vəbanın Antonin olaraq adlandırılmasının səbəbi də imperatorun ailə adı olan Antoninusdan gəlməkdədir. Romalı tarixçi Cassius Dio öz yazılarında epidemiya zamanı Romada gündəlik 2.000 nəfərin vəfat etdiyini bildirir. Bu rəqəmə istinad edilsə xəstəliyin imperiya əhalisinin 25% təsir göstərdiyini demək mümkündür. Antonin vəbasından ölən toplam insan sayının beş milyon olduğu təxmin edilir. Roma ordusu epidemiya nəticəsində tamamilə dağılmaq həddinə gəlmişdir.
Friç Antonin
Friç Antonin (çex. Antonín Frič; 30 iyul 1832, Praqa, Bohemiya tacı torpaqları[d] – 15 noyabr 1913[…]) — çex zooloqu və paleontoloqu. Çex botaniki, etnoqrafı və tədqiqatçısı Alberto Voytex Friçin dayısı (1882–1940). == Həyatı == Friç Antonin 1832-ci ildə Praqa şəhərində anadan olmuş və burada o, hüquq elmini və sonralar tibb elmini öyrənmişdir. O, 1862-ci ildə tibb elmləri doktoru olmuş, 1862-ci ildən ali texniki məktəbdə, 1863-cü ildən Praqa universitetində mühazirələr oxumağa başlamışdır. Sonralar o, Çexiya Kral muzeyinin paleontologiya və zoologiya bölməsinin direktoru və zoologiya professoru təyin edilmişdir. Antonin Friç 1902-ci ildə London Geologiya Cəmiyyəti tərəfindən elmi nailiyyətlərə görə təsis olunan Layell medalı ilə təltif olunmuşdur. == Əsərləri == "Naturgeschichte der Vögel Europas" (Прага, 1853–1872); "Cephalopoden der böhmischen Kreideformation" (вместе с Шлёнбахом, Прага, 1872); "Geologische Bilder aus der Vorzeit Böhmens" (Прага, 1873); "Reptilien und Fische der böhmischen Kreideformation" (Прага, 1878); "Fauna der Gaskohle und der Kalksteine der Permformation Böhmens" (3 т., Прага, 1879–1896); "Fossile Arthropoden aus der Stenikohlen und Kreideformation Böhmens" (в сочинении Neumayr u. Mojsisovics, "Beitr. z.
Nerva-Antonin
Antoninlər sülaləsi (və ya "Beş yaxşı imperator" (ing. Five Good Emperors) — termin E.Qibbsona məxsusdur; və ya "evladlığa götürülmüş imperatorlar") — təxminən iki yüz il hakimiyyətrə olmuş Qədim Roma sülaləsi. Onların hakimiyyəti zamanı (96–180) imperiya özünün ən stabil və çiçəklənən dövrünü yaşamışdır. Daxili siyasəti imperator-senat münasibətlərində barış mövqeyi, senatorlara qarşı represiya və torpaq müsadirəsi siyasəti aparılmaması ilə seçilir. Xarici siyasəti imperiya demək olar ki, Yaxın Şərqi tutmaqla ən böyük əraziyə malik olması ilə səciyyələnir. Hakimiyətin vərəsələnməsi demək olar ki, qan tökülmədən həyata keçirilirdi. Hər bir imperator sağlığında senatorlardan və ya hərbi komandirlərdən ən bacarıqlısını evladlığa götürərək öz xələfi elan edirdi. Ancaq Mark Avreli bu ənənəni pozaraq hakimiyyəti öz doğma oğluna — Kommoda tapşırmışdır ki, o da bacarıqsızlığı və əxlaqsızlığı səbəbindən sui-qəsd nəticəsində öldürülmüşdür.
Avstriyalı Mariya Antonia
Avstriyalı Mariya Antonia (alm. Maria Antonia von Österreich‎) (18 yanvar 1669, Vyana – 24 dekabr 1692, Vyana) — Bavariya kürfürstü. Müqəddəs Roma imperatoru I Leopold və ilk xanımı Marqarita Terezanın yeganə qızıdır. 1685-ci ildə Bavariya kürfürstü olan II Maksimilyanla evləndirildi. == Mənbə == Ceballos, F C; Álvarez, G (August 2013). "Royal dynasties as human inbreeding laboratories: the Habsburgs". Heredity.
Nerva-Antonin sülaləsi
Antoninlər sülaləsi (və ya "Beş yaxşı imperator" (ing. Five Good Emperors) — termin E.Qibbsona məxsusdur; və ya "evladlığa götürülmüş imperatorlar") — təxminən iki yüz il hakimiyyətrə olmuş Qədim Roma sülaləsi. Onların hakimiyyəti zamanı (96–180) imperiya özünün ən stabil və çiçəklənən dövrünü yaşamışdır. Daxili siyasəti imperator-senat münasibətlərində barış mövqeyi, senatorlara qarşı represiya və torpaq müsadirəsi siyasəti aparılmaması ilə seçilir. Xarici siyasəti imperiya demək olar ki, Yaxın Şərqi tutmaqla ən böyük əraziyə malik olması ilə səciyyələnir. Hakimiyətin vərəsələnməsi demək olar ki, qan tökülmədən həyata keçirilirdi. Hər bir imperator sağlığında senatorlardan və ya hərbi komandirlərdən ən bacarıqlısını evladlığa götürərək öz xələfi elan edirdi. Ancaq Mark Avreli bu ənənəni pozaraq hakimiyyəti öz doğma oğluna — Kommoda tapşırmışdır ki, o da bacarıqsızlığı və əxlaqsızlığı səbəbindən sui-qəsd nəticəsində öldürülmüşdür.
Qney Arri Antonin
Qney Arri Antonin (lat. Gnaeus Arrius Antoninus; 31) — Roma dövlət xadimi, hərbi rəhbəri və şairi. O, imperator Antonin Piyin babası olmuşdur. Antonin təxminən 30-cu və ya 31-ci ildə, Tiberinin hakimiyyəti dövründə anadan olmuşdur. 69-cu ilin iyulundan avqust ayına qədər Avl Mari Sels ilə birlikdə konsul-suffekt vəzifəsində çalışmışdır. 78-ci ildə, Vespasianın hakimiyyətinin sonunda Antonin Asiya vilayətinin prokonsulu vəzifəsində idi. O, 97-ci ildə ikinci dəfə birlikdə konsul-suffekt olduğu Nervanın dostu idi. Antonin təxminən 101-ci ildə Sili İtalikin ölümündən sonra senatdakı ən yaşlı konsulyar olmuşdur. 105-ci və ya 106-cı ildə onun təxminən 75 və ya 76 yaşı var idi. Antonin Kiçik Plini ilə məktublaşmışdır .