Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Antrasit
Antrasit — İ. İ. Amosova (1963) görə, kömürləşmənin ən yüksək mərhələsi olan daş kömür, metamorfizmin VIII–X mərhələsi. Mikroəlamətləri (az küllü olan növləri üçün): rəngi bozumtul qara və qara-boz, cizgisi məxməri-boz, parıltısı parlaq metallik, endogen ayrılma çatlarının arasındakı məsafə 2–20, bəzən 80 mm-dək, şliflərdə işığı pis keçirir. Əks olunmuş işıqda gelləşmiş komponentləri parlaqdan sarımtıl ağ, açıq boz və bozadək; anizotropdur. Sıxlığı – 1,37–1,68 q/sm3, üzvü kütlənin xüsusi çəki – 1,5–1,7 və daha yüksək; Wa – 1–3 %, Vr – 2–4 çəki %, Cr – 94–97 %, Hr –1–3 %, istilik törətmək qabiliyyəti (Q) – 8100–8200 kkal/kq. == Mənbə == Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press, 2006, 679 səh.
Andradit
Andradit (Portuqaliya mineraloqu J. B. di’Andra-i-Silvanın şərəfinə adlandırılmışdır) – qranatlar qrupuna aid geniş yayılmış mineral. Kimyəvi tərkibi Ca3Fe2(SiO4)3. Çox vaxt titan qarışıqlı olur. Kubik sinqoniyada kristallaşır. Süxurlarda möhtəvilər şəklində və dənəvər formasında rast gəlinir. Rəngi sarı, qonur, qonuru-qırmızı, qara və s. Yaşıl, yaxud qızılı-yaşıl növü (demantoid) qiymətli daşdır. Güclü şüşə parıltısına malikdir. Sərtliyi – 6,5–7, sıxlığı 3800–3900 kq/m³. Skarnlar üçün tipik mineraldır.
Antrasen
Antrasen - C14H10 – nüvələri kondensasiya olunmuş aromatik karbohidrogendir. Bənövşəyi fluoressensiya verən rəngsiz kristal maddədir. == Tapılması == İlk dəfə 1832 ildə daş kömür gatranında tapılmışdır.Antrasen daş kömür qətranının antrasen yağı fraksiyasında rast gəlinir və qətranın 0,25-0,45%-ni təşkil edir. Antrasen yağında antrasenlə bərabər fenantren və başqa karbohidrogenlərə də rast gəlinir. Antraseni oradan çıxarmaq onu dondurub bərkidir, bərk hissəsini sızıb piridin və ya solventdə həll etməklə, başqa bərk karbohidrogenlərdən ayırır və kristallaşdırırlar. Təmiz antrasen 2170-də əriyir,3540-də qaynayır, suda həll olmur, spirt və efirdə çətin, qaynar benzolda yaxşı həll olur. == Alınması == Qrebe və Libermana görə antrasen, paradiaqonal rabitə ilə bir-biri ilə birləşmiş iki benzol nüvəsinin iki alifatik karbon atomu ilə kondensləşmə məhsuludur. Antrasenin bu quruluşunu onun alüminium-bromidin iştirakı ilə tetrabrometandan və benzoldan (Fridel-Krafts reaksiyası üzrə) sintez oluna bilməsi təsdiq edir.Lakin antrasenin fiziki-kimyəvi xassələri və onun başqa üsullarla sintezi, onun Qrebe – Liberman formulu ilə ifadə olunduğunu təsdiq etmir, çox vaxt antrasen sintez etdikdə əvvəlcə dihidroantresen əmələ gəlir, o da asan oksidləşərək antrasenə çevrilir. Antraseni ftalilxloriddən və benzoldan Fridel-Kraf reaksiyası ilə sintez etmək olur. Antrasen başqa aromatik karbohidrogenlər kimi, halogenləşmə, sulfolaşma və nitrolaşma reaksiyalarına qabildir.
Antrakt
Antrakt (fr. Entr'acte; alm. Zwischenspiel‎ və ya Zwischenakt; isp. Intermedio; it. Intermezzo) — teatr və ya oxşar səhnə sənətlərində, iki pərdə arasında keçən zaman, verilən ara.
Abdraşit Abdraxmanov
Abdraşit Xakimoviç Abdraxmanov (19 sentyabr 1946, Almatı – 17 may 2019, Almatı) — Sovet, qazax boksçusu, məşqçi və populyar kino aktyoru. Boks üzrə iki qat SSRİ çempionu (1970–1971), beynəlxalq dərəcəli idman ustası adına layiq görülən ilk qazax boksçusu oldu. 1969-cu il SSRİ kubokunun qalibi. Amerika, Avropa, Afrikada keçirilən müxtəlif beynəlxalq boks turnirlərinin qalibi. Qırğızıstanın əməkdar artisti. == Bioqrafiyası == 20 iyun 1946-cı ildə Almatı vilayətində, Alma-Ata şəhərində anadan olub. 1975-ci ildə Qazaxıstan Dövlət Bədən Tərbiyəsi İnstitutunu bitirib.. Abdraşit milliyətcə uyğurdur.17 may 2019-cu ildə Alma-Ata şəhərində dünyasını dəyişib. == Məşqiçilik karyerası == Abdraşit idman karyerasını bitirdikdən sonra Qırmızı Bayraqlı Orta Asiya Hərbi Dairəsinin milli komandasını məşq etdirməyə başladı. Komanda o zaman 16-cı yerdə idi.
Andraşi Universiteti
Andraşi Budapeşt Universiteti (ing. Andrássy University Budapest, mac. Andrássy Gyula Budapesti Német Nyelvű Egyetem, alm. Andrássy Gyula Deutschsprachige Universität Budapest‎) və ya qısaca Andraşi Universiteti yalnız alman dilində fəaliyyət göstərən universitetdir. Ali məktəb Macarıstan, Almaniya və İsveçrə dövlətləri, eləcə də İtaliyanın Trentino-Cənubi Tirol Muxtar Vilayəti, Almaniyanın Bavariya və Baden-Vürtemberq ştatları tərəfindən maliyyələşdirilir. Buna görə də ali məktəb tələbələrinin yarısından çoxuna bir çox xərclərini qarşılayacaq təqaüd verilir. == Universitet haqqında == AUB, Macarıstanın “Milli üstünlük universitetidir” və Evalag (Evaluation Agency Baden-Württemberg) tərəfindən akkreditasiya olunan və xaricdə yerləşən yeganə universitetdir. 25 ölkədən çox ölkədən olan tələbələr, beynəlxalq mübadiləni təmin edir. Tələbələr öz təhsil xərclərini rəsmi təqaüdlərin hesabına qarşılıya bilər. Universitet, Macarıstanın məşhur siyasətçisi, keçmiş Baş naziri və Avstriya-Macarıstanın Xarici işlər naziri olan Düla Andraşinin adını daşıyır.
Andraşi prospekti
Andraşi prospekti (və yaxud Andarşşi, mac. Andrassy út) — Macarıstanın parad prospekti. Onun möhtəşəm zərif görünüşünə görə, prospekt, Budapeştin Yelisey bağları adlanır. Avstriya-Macarıstan Xarici İşlər naziri Dyüla Andraşının adını daşıyır. Andraşi prospektində, kontinental Avropanın ən qədim metrosunun ilk xətti çəkilmişdir. Andrassi prospekti, 1896-cı ildə memar Mikloş İblin möhtəşəm layihəsinə əsasən, Edön Lexner də daxil olmaqla, həmin dövrün bir çox görkəmli memarlarının iştirakı ilə, vətənlərinin Macarlar tərəfindən əldə edilməsinin minilliyin qeyd olunması ilə əlaqədar olaraq inşa edilmişdir. 1956-cı ilin inqilabi ilində Molodezinin prospektinə çevrilib, sonra 1989-cu ilədək Xalq Cəbhəsi adlandırıldı. 2002-ci ildə Andrassi prospekti UNESCO-nun Dünya İrs Siyahısına yazılmışdır. == Əsas görməli yerləri == Macar dövlət opera teatrı Dreksler sarayı Paris univermağı Terror muzeyi Ferens List adına Memorial və Araşdırma Mərkəzi Budapeşt kukla teatrı == Ədəbiyyat == Венгрия. Издательство "Вокруг света", 2009 ISBN 978-5-98652-226-5 Михаэль Херл.
Dyula Andraşi
Gyula Andraşi (alm. Gyula (Julius) Graf Andrássy von Csík-Szent-Király und Kraszna-Horka‎; 8 mart 1823[…] – 18 fevral 1890[…]) — Macar dövlət adamı. Avstriya- Macarıstan İmperiyasının qurulmasında və Avstriya-Alman ittifaqının yaradılmasında böyük pay sahibi olmuşdur. == Həyatı == Hersoq Gyula Andraşi 1823-cü ildə Koşitsedə anadan olmuşdur. Ailəsi dönəmin varlı ailələrindən biri idi. Gənc yaşlarında mülayim islahatçı Stephen Schenyini dəstəkləsə də, sonralar radikal yönümlü Macar islahatçı partiyasına üzv olmuşdur. Partiya başçısı Lajos Kossuz Macarıstanın Avstriya nəzarəti altında olmasına qarşı çıxaraq, millətçi siyasət tərəfdarı idi. == Siyasi fəaliyyəti == Siyasi kariyerasına 1844-cü ildə başlayan Andraşi, 1848-ci ildə isə Macar azadlıq hərəkatının iştirakçısı olmuşdur. 1849-cu ildə Lajos Kossuzu tərəfindən İstanbula göndərilmişdir. Eyni il Avstriyaya qarşı üsyanda bir tabora komandanlıq etdiyinə görə haqqında ölüm hökmü verilir.
Gyula Andraşi

Andraşi Budapeşt Universiteti