Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Antropomorfizm
Antropomorfizm (yun. ανθρωπος insan, μορφή forma) — insana xas olan xassə və xüsusiyyətlərin xarici təbiət qüvvələrinə və başqa varlıqlara aid edilməsi. Hələ Ksenofan antropomorfizmdə dinin xüsusiyyətini görmüşdür. Dində antropomorfizmin əhəmiyyətini Feyerbax daha dərin və daha dolğun göstərmişdir. Antropomorfizm animizm, totemizmlə bağlıdır və müasir dinlərin əksəriyyətinə məxsusdur. == Antropomorfizm iudaizmdə == Başda Tanax olmaqla yəhudi yazılarında antropomorfizmlərə tez-tez rast gəlinir. Lakin iudaizmin təməl inancı Allahı maddi bir formada təsəvvür etməyin imkansızlığı əsasında qurulmuşdur. Odur ki, iudaizmdə antropomorfizmlərə münasibət onların necə qəbul edilməyindən asılıdır: sadəcə olaraq Allahın insanlaşdırılması kimi antropomorfizm yolverilməzdir; ruhani varlığın obrazlar vasitəsilə estetik qavranılması üçün istifadə olunan antropomorfizm isə məqbul sayılmaqdadır. Tanaxda Allahın maddi bir obrazla təsvir edildiyinə dair heç bir şəhadət yoxdur. Ümumiyyətlə, "Allahın üzü", "Allahın əlləri", "Allah gördü" kimi antropomirfizmlər sadəcə olaraq ədəbi üsullar kimi qəbul edilir.