Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Apertur
Apertur (lat. apertura – deşik) – 1) optik sistemin Aperturu – optik sistemdən keçən işıq dəstələrinin eninə ölçülərini məhdudlaşdıran həmin sistemin ən kiçik deşiyini (təsiredici adlanan) səciyyələndirən kəmiyyət; linzaların və ya apertur adlanan diafraqmanın ölçüləri ilə təyin edilir. Bucaq və ədədi Aperturalar olur. Bucaq Aperturu optik sistemə daxil olan konusvarı işıq dəstəsinin kənar şüaları arasında 2σA bucağı ilə xarakterizə edilir. Kənar işıq şüasının və optik oxun arasındakı σA bucağı apertur bucaq adlanır. Ədədi Apertur A = n·sinσA ilə ifadə edilir; n – obyektlə optiki sistemin ön səthi arasındakı mühitin şüasındırma əmsalıdır. Apertur böyük olduqca, müstəvidə təsvirin işıqlığı ilə təyin edilən optik sistemin işıq qüvvəsi (A2 ilə mütənasibdir) və onun obyektin iki yaxın nöqtəsinin ayrı-ayrı təsvirlərini yarada bilmək qabiliyyətini xarakterizə edən ayırd etmə qabiliyyəti (A ilə mütənasibdir) də yüksək olur. Ədədi Aperturu böyütmək üçün mikroskoplarda əşya (qoruyucu şüşə) ilə giriş obyektivi arasında adətən yüksək şüasındırma əmsalına malik immersion adlanan şəffaf maye yerləşdirilir. 2) Antena Aperturu – radioteleskop və ya radiolokator antenasının effektiv sahəsi; müəyyən şəraitdə təqribən antenanın açılma sahəsinə bərabər ola bilər. Apertur şüanın düşmə istiqamətindən asılıdır.
Bulbophyllum apertum
Bulbophyllum apertum (lat. Bulbophyllum apertum) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin səhləbkimilər fəsiləsinin bulbofillium cinsinə aid bitki növü. == Arealı == Sulavesidən Malukuya qədər yayılmışdır.
Cantareus apertus
Cantareus apertus (lat. Cantareus apertus) — heyvanlar aləminin molyusklar tipinin i̇lbizlər sinfinin stylommatophora dəstəsinin helicidae fəsiləsinin cantareus cinsinə aid heyvan növü.
Apertium
Apertium — İspaniya və Kataloniya hökumətlərinin maliyyə vəsaitləri hesabına Alikante Universitetində (Universitat d’Alacant) yaradılan avtomatik tərcümə platforması. O, GNU GPL şərtlərinə uyğun yayılan pulsuz proqram təminatıdır. Apertium avtomatik tərcümə aləti kimi OpenTrad layihəsinin çərçivəsində yarandı və ilkin olaraq qohum dillər arasında tərcümə üçün nəzərdə tutulmuşdur. Lakin bu yaxınlarda onun imkanları bir-birindən fərqli olan dilləri əhatə etmək üçün genişləndirilmişdir. Yeni avtomatik tərcümə sisteminin yaradılması üçün yalnız dəqiq təsvir olunmuş XML formatında linqvistik əsaslar (lüğətlər, qaydalar) yaradmaq lazımdır. Bu proqram üçün yaradılmış dil bazaları (Universidade de Vigo, Universitat Politècnica de Catalunya və Universitat Pompeu Fabra ilə əmakdaşlıqda) hal-hazırda İspaniyanın Roma dilləri, (İspan (Kastilya), Katalon və Qalisiya) və həmçinin ingilis, portuqal, fransız və rumın dillərini dəstəkləyir. Apertium özünün bütün leksiki trasformasiyaları üçün son dəyişdiricilərdən və nitq hissələrinin səciyyələndirilməsi və ya söz kateqoriyaları arasında ziddiyyətlərin aradan qaldırılması üçün gizli Markov modellərindən istifadə edən avtomatik tərcümə sistemidir.
Artur
Artur — Dünyada çox işlədilən ad və soyad. == Ədəbiyyatda == Kral Artur == Bu adı olan tanınmış insanlar == Artur Bleyk — Birləşmiş Ştatları təmsil edən yüngül atlet. Artur Braziliano Maya — Braziliya futbolçusu Artur Cefri — avstraliyalı şərqşünas Artur Con Robin Qorell Milner — hesablama sistemləri nəzəriyyəsi sahəsində ixtisaslaşmış britaniyalı alim. Artur de Qobino — Fransız yazıçı və diplomat. Artur Dryuri — FİFA prezidenti Artur Henderson — İngiltərənin Xarici İşlər Naziri Artur Keli — İngilis riyaziyyatçısı Artur Klark — İngilis fantastı, yazıçı Artur Konan Doyl — ingilis yazıçı, Artur Kostler — Macarıstanlı jurnalist, araşdırmaçı yazar və tarixçi. Artur Qayton — Amerika fizioloqu Artur Leist — alman yazıçısı. Artur Lenk — İsrailin Azərbaycanda Fövqəladə və Səlahiyyətli səfiri Artur Lyuis —iqtisadçı. Artur Makdonald — Kanadalı astrofizik. Artur Mas — Kataloniya əyalətinin 129-cu prezidenti. Artur Miller — ABŞ dramaturqu.
Helix aperta
Cantareus apertus (lat. Cantareus apertus) — heyvanlar aləminin molyusklar tipinin i̇lbizlər sinfinin stylommatophora dəstəsinin helicidae fəsiləsinin cantareus cinsinə aid heyvan növü.
Ivesia aperta
Potentilla aperta (lat. Potentilla aperta) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin qaytarma cinsinə aid bitki növü. == Sinonimləri == === Homotipik sinonimləri === Ivesia aperta (J.T.Howell) Munz == Yarımnövləri == Potentilla aperta var. aperta Potentilla aperta var.
Pulsatilla aperta
Adi güləbətin (lat. Pulsatilla vulgaris) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin qaymaqçiçəyikimilər fəsiləsinin güləbətin cinsinə aid bitki növü. Anemone pulsatilla L. Pulsatilla pulsatilla (L.) H.Karst.
Potentilla aperta
Potentilla aperta (lat. Potentilla aperta) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin qaytarma cinsinə aid bitki növü. Ivesia aperta (J.T.Howell) Munz Potentilla aperta var. aperta Potentilla aperta var.
Artur Balfur
Artur Ceyms Balfur (ing. Arthur James Balfour; 25 iyul 1848[…], Uittinqem[d], Şotlandiya, Böyük Britaniya və İrlandiya Birləşmiş Krallığı – 19 mart 1930[…], Uokinq[d], İngiltərə) — ingilis dövlət və siyasi xadimi, 1902-1905-ci illərdə Böyük Britaniyanın 50-ci Baş naziri. Birinci Dünya müharibəsi illərində (1916—19) xarici işlər naziri vəzifəsini, daha sonra lord sədr (1919—1922, 1925-1929) vəzifəsini tutmuşdur.
Artur Barseqyan
Artur Bennett
Artur Bennett (ing. Arthur Bennett; 1843[…] – 1929[…], London) — İngiltərə botaniki.
Artur Bleyk
Artur Bleyk (d. 26 yanvar 1872; Boston, Birləşmiş Ştatlar - ö. 22 oktyabr 1944) — Birləşmiş Ştatları təmsil edən yüngül atlet. 1896 Afina Olimpiadasında gümüş medal qazanıb. == Həyatı == Artur Bleyk 1872-ci ilin 26 yanvar günündə Birləşmiş Ştatların Massaçusets ştatının Boston şəhərində anadan olub. 1944-cü ilin 22 oktyabr tarixində isə ömrünün 72-ci yaşında vəfat edib. === Afina Olimpiadası === Artur Bleyk 1896-cı ildə Yunanıstanın Afina şəhərində baş tutan I Yay Olimpiya Oyunlarına qatıldı. 1500 metr məsafəyə qaçış yarışlarında mübarizə aparan Artur Bleyk 4 saat 33.8 saniyə nəticə ilə 2-ci yeri tutdu və I Yay Olimpiya Oyunlarının gümüş medalını qazandı. Artur Bleyk Afina Olimpiadasında həm də marafon yarışlarında qüvvəsini sınadı. Amma Bleyk məsafəni sona qədər qət edə bilmədi.
Ellen Artur
Ellen Artur (ing. Ellen Lewis Herndon Arthur; 30 avqust 1837[…], Kalpeper[d], Virciniya – 12 yanvar 1880[…], Albani) - ABŞ Prezidenti Çester Arturun həyat yoldaşı.
Kral Artur
Kral Artur — orta əsr tarixşünaslığına və romanslarına görə V əsrin sonu — VI əsrin əvvəllərində sakson işğalçılarına qarşı Britaniyanın müdafiəsini təşkil etmiş əfsanəvi britaniyalı lider. Arturun hekayəsinin çox hissəsi "folklor və ədəbiyyat ixtirasından" ibarətdir, Arturun tarixən mövcud olub-olmaması şübhəli məsələdir və müasir dövr tarixçiləri üçün müzakirə mənbəyidir. Artur hekayəsi müxtəlif mənbələrdən — "Annales Cambriae", "Historia Brittonum" və britaniyalı keşiş Qildanın yazılarından toplanmışdır. Arturun adı həmçinin "Y Gododdin" kimi erkən dövr bədii mənbələrdə çəkilir, . == Həmçinin bax == Aqraveyn == İstinadlar == == Ədəbiyyat == Higham, N. J. (2002), King Arthur, Myth-Making and History, London: Routledge, ISBN 978-0-415-21305-9. Charles-Edwards, Thomas M. (1991), "The Arthur of History", in Bromwich, Rachel; Jarman, A. O. H.; Roberts, Brynley F., The Arthur of the Welsh, Cardiff: University of Wales Press, pp. 15–32, ISBN 978-0-7083-1107-3. Sims-Williams, Patrick (1991), "The Early Welsh Arthurian Poems", in Bromwich, Rachel; Jarman, A. O. H.; Roberts, Brynley F., The Arthur of the Welsh, Cardiff: University of Wales Press, pp. 33–71, ISBN 978-0-7083-1107-3. Neubecker, Ottfried (1998–2002), Wappenkunde (in German), Munich: Orbis Verlag, p.
Nikolas Apert
Nikolya Apper (17 noyabr 1749, Şalon-an-Şampan – 1 iyun 1841, Massi[d]) — fransız ixtiraçı. Təzə yeməklərin bağlı qablarda uzun müddət sağlam bir şəkildə qoruna biləcəyi fikrini ilk inkişaf etdirən adam, parisli Nikolya Apperdir. 1795-ci ildə Fransa hökuməti, qidaların konserv olaraq saxlana biləcəyi bir üsulu bulana 12 min frank mükafat veriləcəyini eşitdirdi. Bu mükafatın cazibəsinə qapılan Nikolya Apper ticari baxımdan da praktik bir tətbiq etdi. Mədən qablar yerinə şüşə qabları seçdi. Yenə də bu günün tənəkə konserv sənayesi, quruluş fikirini Apperin cəhdlərinə borcludur. Nikolya Apperin işlərinin nəticəsi ilk dəfə 1804-cü ildə sınandı. Dənizçilik Naziri, Apperin konservlərindən bir qisiminin Bresdəki dəniz əsasına göndərilməsini əmr etdi. Burada, qablar üç ay açılmadan saxlandı. İlk nümunələrin araşdırılmasından sonra, Paris Sağlamlıq Müdirliyinə bu hesabat göndərildi: "Qabdakı ət suyu çox ləzzətli.
Port-Artur
Port–Artur — Sarı dənizdəki Çinin keçmiş liman şəhəri (buzsuz liman, dəniz bazası), Lyaodun yarımadasının cənub-şərq ucunda — Kvantun yarımadası (Kvantun Bölgəsi), 38 ° 48 'şimal enində və 121 ° 20 'şərq uzunluğunda yerləşən şəhər. Hal-hazırda, keçmiş şəhərin yerində, Çin Xalq Respublikası Dalyan şəhərinin Lyuşunkou rayonu yerləşir. Tsin sülaləsindən (晋朝, 266-420) bəri mövcud olan Lyuşunkou yerindəki yaşayış məntəqəsi Maşisin (çin. ənən. 马石津) adlanırdı.Tan sülaləsi dövründə (唐朝, 618–907) Duliczen (çin. ənən. 都 里镇) adlandırıldı. Monqol İmperiyasının mövcud olduğu illər ərzində Yuan (元朝 1271–1368), Şizikou adlanan şəhər (çin. ənən. 狮子 口, məktublar.
Çester Artur
Çester Alan Artur (ing. Chester Alan Arthur; 5 oktyabr 1829[…] – 18 noyabr 1886[…], Nyu-York, Nyu-York ştatı) — Amerika dövlət xadimi, hüquqşünas. Amerika Birləşmiş Ştatlarının 21-ci prezidenti (1881–1885) və 20-ci vitse-prezidenti. 1881-ci il sentyabrın 19-da prezident Ceyms Qarfildin qətlindən sonra həmin vaxt vitse-prezident vəzifəsini daşıyan Çester Artur prezident vəzifələrinin icrasına başlamış və sentyabrın 22-də konstitusiyaya sədaqət andı içmişdir. Dövlət vəzifələrinin hakim partiyanın nümayəndələri arasında bölüşdürülməsi qaydasını ləğv edərək 1883-cü ildə dövlət qulluğu haqqında qanun qəbul etmişdir. Qanuna əsasən ABŞ dövlət aparatında vəzifəyə təyinatlar müsabiqə yolu ilə həyata keçirilməyə başlandı.
Artur Melo
Artur Melo (12 avqust 1996, Qoyaniya) — Hal-hazırda İtaliya A Seriyasında çıxış edən Yuventus klubunun futbolçusu.
Artur Arutyunyan
Artur İvanoviç Arutyunyan (erm. Արթուր Հարությունյան Իվանի; 20 yanvar 1979, Stepanakert) — Ermənistan siyasətçisi. O, Ermənistan Respublikasının keçmiş maliyyə naziri, Qondarma Dağlıq Qarabağ Respublikası Milli Məclisinin deputatı, "Azad Vətən-KMD" partiyalar alyansının proporsional siyahısında Qondarma DQR Respublikası Milli Assambleyasının Maliyyə, Büdcə və İqtisadi İdarəetmə Daimi Komitəsinin sədri, "DQR– Kanada" dostluq qrupunun rəhbəri olmuşdur, Qondarma Dağlıq Qarabağ Respublikasının 7-ci Dövlət Naziridir (18 sentyabr 2023). == Həyatı == Artur İvanoviç Arutyunyan 20 yanvar 1979-cu ildə Xankəndi şəhərində anadan olmuşdur. 1991-ci ildə Xankəndi şəhər 8 saylı orta məktəbi bitirmişdir. 1995-ci ildə Xankəndi Fizika Məktəbini bitirmişdir. 1999-cu ildə Xankəndi Dövlət Universitetinin İqtisadiyyat fakültəsinin "Ümumi iqtisadiyyat" fakültəsini bitirmişdir. 2007-ci ildə "Mesrop Maştots" Universitetinin "Hüquq" fakültəsini bitirmişdir. == Mükafalatları == 4 dekabr 2014-cü ildə DQR Baş Nazirinin qərarı ilə o, DQR Baş Nazirinin xatirə medalı ilə təltif edilmişdir. 21 oktyabr 2016-cı il tarixində DQR fərmanı ilə ona DQR Vergi Xidmətinin birinci dərəcəli dövlət müşaviri rütbəsi verilmişdir.
Artur Levinson
Artur D. Levinson (31 mart 1950, Sietl, Vaşinqton) — amerikalı biznesmen və hazırda Apple şirkətinin sədri (2011-ci ildən) və Calico şirkətinin qurucu və baş icraçı direktoru. O, 1995-ci ildən 2009-cu ildək Genentech korporasiyasının baş icraçı direktoru və sədri (1999 - 20004) olmuşdur. Bundan başqa Apple şirkətində fəaliyyəti dövründə (2000-ci ildən), Levinson Broad Institute araşdırma mərkəzində direktorlar şurasında xidmət göstərmişdir. Son vaxtlar, Levinson Hoffmann-La Roche şirkətində direktorlar şurasında (2010-2014), NGM Biopharmaceuticals (2009-2014), Amyris şirkətlərində işləmişdir. O, hal-hazırda Sloan Ketterinq adına onkoloji mərkəzdə, Prinston Universiteti və Lewis-Sigler İnstitutda tövsiyə şurasında işləyir. == Təhsili və ilk illəri == Malvina və Sol Levinsonun övladı olan Artur, bakalavr təhsilini 1972-ci ildə Sietlda yerləşən Vaşinqton Universitetində və 1977-ci ildə Prinston Universitetində Biokimya sahəsi üzrə fəlsəfə doktoru adını qazanmışdır.
Artur Morqan
Artur Morqan — (ing. Arthur Morgan) Red Dead Redemption 2 oyununun baş qəhrəmanı. Rockstar Games- in Red Dead video oyun seriyasındakı personajlardan biridir . Artur qanundan kənar bir şəxsdir, Van der Linde bandasının yüksək rütbəli üzvüdür, o, Amerika sərhədinin qondarma təmsilçiliyində hökumət qüvvələri və digər düşmənlərlə mübarizə aparmağa çalışarkən Köhnə Qərbin tənəzzülü ilə məşğul olmalıdır . == Yaradılması == Rockstar Games- in inkişaf qrupu, hadisələrin ona necə təsir etdiyini daha yaxşı başa düşmək üçün Red Dead Redemption 2-də əvvəlki layihə Grand Theft Auto V (2013) dən fərqli olaraq idarə oluna bilən tək bir xarakterə sahib olacağına qərar verdi. Onlar həmçinin hesab edirdilər ki, Qərbin povest quruluşu vahid perspektiv tələb edir. Artur Morqan rolunu aktyor Rocer Klark canlandırıb ; Çəkiliş prosesində eyni vaxtda hərəkət və nitq çəkilişi iştirak edirdi, ancaq kiçik bir hissəsi səs kabinəsində edildi. Artur rolunu oynamaq üçün Klark aktyor Toshiro Mifunedən ilham aldı. O, qeyd etdi ki, Mifune personajlarının Arturda göstərmək istədiyi "dəli" yumor və mürəkkəblik hissi var. Klark " Təklif" dən bəzi fikirlər əldə etdi , çünki o, Arturla oxşar xarakter qövsünü, eləcə də Qərbi Günortadan və Con Ueynin işindən bəhs edir.
Artur Şnitsler
Artur Şnitsler (15 may 1862[…], Vyana – 21 oktyabr 1931[…], Vyana) — Vyanada anadan olan avstriyalı yazıçıdır. O, tibb təhsili alsa da, özünü ədəbiyyata həsr etmiş və 20-ci əsrin ən mühüm yazıçılarından biri olmuşdur. == Həyatı == Şnitsler Avstriya-Macarıstan İmperiyasının son illərində Vyanada ziyalı yəhudi ailəsində böyüyüb. Atası hörmətli larinqoloq idi və Şnitsler tibb fakültəsini bitirdikdən sonra qısa müddət atasının yanında işləyirdi. Amma ədəbiyyata olan həvəsi onu yazmağa vadar edib. İlk əsəri olan "Anatol" pyesi 1893-cü ildə nəşr olundu və Vyananın kafe mədəniyyətini və burjuaziyanın mənəvi tənəzzülünü kəskin tənqid edən tənqidçilərin rəğbətini qazandı. == Əsərləri == Şnitsler pyesləri ilə yanaşı romanlar, hekayələr və şeirlər də yazır. O, əsərlərində belle époque dövründə Vyana atmosferi, insan psixologiyasının mürəkkəbliyi, cinsiyyət, ölüm və əxlaq kimi mövzulara toxunub. Oyunları: Anatol (1893), Liebelei (1895), Reygen (1900), Der einsame Weg (1904), Professor Bernhardi (1912). Romanları: Der Weg ins Freie (1908), Therese.
Artur Şlezinger
Artur Meyer Şlezinger (ing. Arthur Meier Schlesinger Jr.; 15 oktyabr 1917[…], Kolumbus – 28 fevral 2007[…], Nyu-York, Nyu-York ştatı) — amerikalı tarixçi, yazıçı, sosial tənqidçi və liberal siyasətçi (Edlai Stivenson və Con Kennedinin müşaviri). Pulitzer mükafatının üç dəfə laureatı olmuşdur: 1946-cı ildə “Ceksonun yaşı”, 1966-cı ildə “Min gün” və 1979-cu ildə “Robert Kennedi və Onun Zamanları”. == Əsərləri == The Age of Jackson. 1945. The Crisis of the Old Order: 1919—1933 (The Age of Roosevelt, Vol. I). 1957. The Coming of the New Deal: 1933—1935 (The Age of Roosevelt, Vol. II).
Artur Bouli
Ser Artur Layon Bouli (ing. Arthur Lyon Bowley; 6 noyabr 1869, Bristol – 21 yanvar 1957, Surrey) — ingilis iqtisadçı və statistik, Bouli qanununun müəllifi, "Gövdə-yarpaq diaqramı"-nın banisi. == Bioqrafiyası == Bouli 1869-cu ildə Bristolda bir vali və müəllimə anadan olub; atası Ceyms Uilyam Layon Bouli 1870-ci ildə Bouli hələ gənc ikən vəfat etmişdir. Bouli orta təhsilini Londondakı Məsihin xəstəxanası dini internat məktəbində almışdır. 1891-ci ildə Kembric Universitetinin Triniti Kollecinə daxil olub bakalavr dərəcəsi bitirmişdir. 1893–1899-cu illərdə Lezerhendə Müq. Con məktəbində riyaziyyat müəllimliyi etdi. 1895-ci ildən London İqtisadiyyat Məktəbində dərs deməyə başladı və 1919-cu ildən 1936-cı ildə təqaüdə çıxana qədər London İqtisadiyyat Məktəbində statistika şöbəsinin ilk müdiri oldu. 1900-cü ildə riyaziyyat müəllimi və 1907-ci ildən Ridinqdə Universitet kollecində riyaziyyat və iqtisadiyyat professoru olaraq qəbul edildi. 1940–1944-cü illərdə Oxford Statistika İnstitutunun direktoru olmuşdur.
Abbasağa Azərtürk
Hüseynov Abbasağa Əli oğlu (Azərtürk; 24 noyabr 1934, Astarxanbazar – 8 avqust 1998, Cəlilabad) — Azərbaycan şairi, Azərbaycan Yazıçılar Birliyinin üzvü (1978). == Həyatı == Abbasağa Azərtürk 1934-cü il noyabr ayının 24-də Cəlilabad şəhərində anadan olmuşdur. Ədəbi fəaliyyətə 60-cı illərdən başlamışdır. İlk mətbu şeiri 1964-cü ildə çapdan çıxmışdır. İlk kitabı "Atlılar" 1964-cü ildə işıq üzü görmüşdur. "Mənim qismətim", "Od oğlu", "Anama minnətdaram", "Cəlilabad dastanı", "Qaraçı nəğmələri" və "Qaya sükutu" kimi kitabların müəllifidir. Bu kitablarda toplanan şeir və poemalardan odlu-alovlu bir şairin vətəndaşlıq, azadlıq, insan və gözəllik haqqında bədii təsvir vasitələri ilə zəngin ürək sözləri toplanmışdir. Abbasağa Azərtürk fəhləlikdən şeirə gələn şairlərdəndir. "Qaradağneft" mədənində operator köməkçisi, əsaslı təmir, geoloji-kəşfiyyat, baş tikinti idarələrində, şin və gəmi təmiri zavodlarında fəhlə işləmişdir. Azərbaycan Dövlət Pedaqoji Universitetinin dil və ədəbiyyat fakultəsini bitirmişdi, 1968-ci ildən ömrünün sonunadək Cəlilabad şəhərindəki 7 saylı orta məktəbdə Azərbaycan dili və ədəbiyyat müəllimi olmuşdur.