Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Apoptoz
Apoptoz (yun. άπóπτωσις – yarpaq tökümü, ləçəklərin tökülməsi), proqramlaşdırılmış hüceyrə ölümü (PHÖ) – hüceyrənin öz-özünü məhv etməsi prosesi. Apoptoz konsepsiyası ümumi bioloji proqram kimi 1972-ci ildə ingilis alimləri C.Kerr, A.Villi və A.Kyurri tərəfindən işlənib hazırlanmışdır. Apoptozun mexanizmi heyvanlarda daha yaxşı öyrənilmişdir. Onlarda hüceyrə ölümünün iki mümkün variantı var: Apoptoz və nekroz. Apoptoz zamanı hüceyrənin həcmi kiçilir, onun nüvəsi və sitoplazması kondensasiya edir və DNT zənciri qırılır. Məhv olan hüceyrə membranla əhatə olunmuş apoptoz cismciklərə parçalanır və sonra faqositoza məruz qalaraq, makrofaqlar, yaxud qonşu hüceyrələr tərəfindən həzm edilir. Hüceyrənin məhv olmasının proqramlaşdırılmamış patoloji forması olan nekroz sitoplazmatik və hüceyrədaxili membranların parçalanması ilə xarakterizə olunur. Bu, fiziki və kimyəvi zədələnmələr (mexaniki zədə, donma, yanıq, oksigen çatışmazlığı, zəhərlənmə) nəticəsində baş verir. PHÖ-nün üç əsas fizioloji funksiyası var: 1) orqanizmin fərdi inkişafının və hüceyrənin diferensiasiyasının proqramlarla təmin edilməsi; 2) hüceyrə homeostazının saxlanması; 3) patogenlərdən müdafiə.
Apofeoz
Apofeoz — Yunan dilindən tərcümədə "ilahiləşdirmə" kimi tərcümə olunur. Operalarda, xüsusən, baletlərdə təntənəli və ya coşğun, şən xarakterli son səhnənin adı və ya hər hansı bir musiqi pyesinin təntənəli sonu.
Apostol Barnaba
Həvari Barnaba — Kiprli xristian müqəddəsi. Barnaba da Modena — İtaliya rəssamı. Barnaba İncili — son orta əsrlərdə yazılmış qeyri-kanonik, psevdopiqrafik incil. Müqəddəs Barnaba kilsəsi — Venesiya şəhərində kilsə.
Apostol Pyotr
Müqəddəs Pyotr (e.ə. 1 – ən tezi 13 oktyabr 64 və ən geci 68) — Xristianlıqda İsa peyğəmbərin on iki həvarisindən biri. Həmçinin İsa peyğəmbərin digər bir həvarisi olan Andreasın qardaşı. Xristianlığın katolik cərayanında ənənəvi olaraq ilk Roma Papası hesab edilir. Xristianlıqda adının əvvəlinə "Müqəddəs" titulu gətirilir. Qalileyada, Fələstində anadan olmuşdur. Əsl peşəsi balıqçılıq idi. Katolik kilsəsinə görə ilk Papa və İsa peyğəmbərin varisidir. 29 iyun 67-ci ildə çarmıxa çəkilərək öldürüldüyünə inanılır. Xristian ənənəsinə görə, Pyotr Romada İmperator Neronun rəhbərliyi altında tərs formada çarmıxa çəkildi.
Barnaba (Apostol)
Barnaba (yun. Βαρνάβας; ağıl) — İsanın həvarisi olduğu mübahisəli olan Kiprli xristian müqəddəsi. == Barnaba şərəfinə tikilmiş kilsələr == Nottinqem kilsəsi. == Həmçinin bax == Barnaba İncili == İstinadlar == == Ədəbiyyat == Послание Варнавы.// Памятники древней христианской письменности, т. II. Писания мужей Апостольских/ Пер. П. Преображенского. — М.: 1860.
Filip Apostol
Filipp (yun. Φίλιππος, Phílippos) — İsanın 12 həvarisindən biridir. Təxminən 80-ci ildə Hierapolis şəhərində çarmıxa çəkilərək edam edilmişdir. Məzarı 25 iyul 2011-ci ildə Hierapolis (Pamukqala) antik şəhərində, Şəhidlik təpəsində tapılmışdır.
Apostol inam rəmzi
Apostol inam rəmzi — ənənəvi olaraq 12 apostola aid inam rəmzi. Müasir formasını 8 əsrdə aldı. Roma-katolik praktikasında bu inam rəmzi gündəlik ibadətində oxunur. Protestant kilsələrində bazar günü ibadətində dövri olaraq işlədilmiş, lüteranlar və anqlikanlar onu müntəzəm surətdə səhər və axşam dualarında oxuyurlar. Pravoslav kilsələrində onun əvəzinə Nikeya inam rəmzi işlədilir.
Erməni Apostol Kilsəsi
Erməni Apostol Kilsəsi, Erməni Həvari Kilsəsi, Erməni Qriqorian Kilsəsi və ya Erməni Qriqoryan Kilsəsi (erm. Հայ Առաքելական Եկեղեցի, bəzən erm. Հայաստանեայց Առաքելական Եկեղեցի) — dini vəzifələri yerinə yetirməklə yanaşı, həm də erməni cəmiyyətinin həyatında aktiv rol oynayan qurum. Avtokefal antixalkidon kilsədir. Hal-hazırda iki katolikosat mövcuddur, biri Eçmiadzində (Üçkilsə kilsəsi), digəri isə Livanın Əntilyas şəhərində yerləşən Kilikiya katolikosluğudur. Eçmiadzindəki katolikosla Kilikiyadaki patriarx arasında, ilk baxışda çox gözə çarpmayan rəqabət mövcuddur. Katalikosun rəhbərlik etdiyi kilsəyə Rusiya, Ukrayna keçmiş SSRİ respublikalarında yerləşən yeparxiyalar habelə bir sıra Avropa ölkələrində yerləşən yeparxiyalar tabedir, Kilikiya katalikosluğu isə Livan, Suriya və Kiprdaki yeparxiyanı idarə edir. Bunlardan əlavə daha iki muxtar patriarxat mövcuddur ki, bunlar da İstanbul və Qüds patriarxatıdı. Qüds və İstanbul patriarxları Arxiyepiskop dini rütbəsinin daşıyıcısıdırlar. Qüds patriarxılığı İsrail və İordaniyanın erməni kilsələrini, İstanbul patriarxlığı isə Türkiyənin və Krit adasının erməni kilsələrini idarə edir.
Vatikan Apostol Kitabxanası
Vatikan Apostol Kitabxanası (lat. Bibliotheca Apostolica Vaticana) — Vatikanda kitabxana. Kitabxananın direktoru Jan-Lui Brügedir. == Tarixi == Kitabxanasının əsası 1475-ci ildə qoyulub. Burada tarixin müxtəlif dövrlərinə aid 1 milyondan artıq kitab saxlanılır. == Bağlanması == 2007-ci ilin iyulunda bağlanan kitabxana 2010-cu ilin sentyabrında yenidən ziyarətçilər üçün açıq elan olunub. == Rəqəmsallaşdırılması == 2014-cü ilin martından kitabxanada olan 3 mindən artıq nüsxənin rəqəmsallaşdırılmasına başlanılıb. Bu prosesin 4 il ərzində həyata keçirilməsi nəzərdə tutulur.2014-cü ilin iyun ayının 2-də Heydər Əliyev Fondu ilə Vatikan Apostol Kitabxanası arasında "2015-2016-cı illərdə yeni əlyazmaların bərpa edilməsi və onların rəqəmsallaşdırılması"na dair müqavilə imzalanıb.
Müqəddəs Apostol İoann kilsəsi (Sankt-Peterburq)
Müqəddəs Apostol İoann kilsəsi (est. Peterburi Jaani kirik, rus. Церковь Святого Апостола Иоанна, Sankt-Peterburq, Dekabristlər küçəsi (keçmiş Ofitserskaya küçəsi), 54) yevangelik-lüteran inancına məxsus eston-alman kilsəsi. Hazırda fəaliyyət göstərən İnqriyanın yevangelik-lüteran (İYLK) kilsəsidir. == Tarix == İcma 1731-ci ildə ilk kadet korpusunun binasında yaradılmışdır. 1834-cü ildə icma arxistraq Mixailin şərəfinə adlandırılmışdır . 1841-ci ildə imperator I Nikolay kilsənin şəxsi binalardan birinə köçürülməsini və xəzinədən icmanın gələcək inkişafı üçün əlavə vəsaitin ödənməsini əmr edir. Bundan sonra vahid alman və eston cəmiyyətinin bölünməsi baş vermişdir. Formal olaraq eston kilsəsi 1842-ci ilin may ayında təşkil olunmuşdur, xəzinə pullarına kilsə üzvləri görüşlər üçün bir ev kirayə götürmüşdü. Ofitserskaya küçəsində yerləşəcək 800 yerlik kilsənin təməli 24 iyun 1859-cu ildə qoyulmuş (memar Harald Andreyeviç Bosse) və artıq 27 noyabr 1860-cı ildə təqdis edilmişdir.
"Müqəddəs apostol Andrey Pervozvannı" ordeni (Rusiya Federasiyası)
Müqəddəs apostol Andrey Pervozvannı ordeni — Rusiya Federasiyasının ali ordeni. Rusiya Federasiyası Prezidentinin 1 iyul 1998-ci il tarixli "Müqəddəs apostol Andrey Pervozvannı ordeninin bərpası Barədə" 757 saylı fərmanı ilə bərpa olunub.. == Nizamnamə == Rusiya Federasiyasının Prezidenti Boris Yeltsinin1 iyul 1998-ci il tarixli "Müqəddəs apostol Andrey Pervozvannı ordeninin bərpası Barədə" 757 saylı fərmanından çıxarış: Müqəddəs apostol Andrey Pervozvannı ordeni Rusiya Federasiyasının ali dövlət mükafatı sayılır. Müqəddəs apostol Andrey Pervozvannı ordeni ilə və digər vətəndaşlar Rusiya Federasiyasının görkəmli dövlət və ictimai xadimləri, Rusiyanın şöhrəti və əzəməti çiçəklənməsinə səbəb olan müstəsna xidmətlərinə görə təltif olunur. Xarici dövlətlərin başçıları və hökumət rəhbərləri Rusiya Federasiyası qarşısında görkəmli xidmətlərinə görə Müqəddəs apostol Andrey Pervozvannı ordeni ilə təltif oluna bilər. Müqəddəs apostol Andrey Pervozvannı ordeninin nişanı bu orden zəncirindən və ya rozetdə çiyin üzərində dolaşır. Müqəddəs apostol Andrey Pervozvannı ordeninin nişanın zəncirində taxılmasına xüsusilə təntənəli hallarda yol verilir. Rozetdə çiyin üzərində onun Müqəddəs apostol Andrey Pervozvannı ordeninin işarəsi sağ çiynə keçirilir. Müqəddəs apostol Andrey Pervozvannı ordeninin ulduzu sinənin sol tərəfində, aşağıda orden kötükləri, orden özü solda yerləşir. Döyüş əməliyyatlarında fərqlənməyə görə nişanını və ulduz ordeni ilə təltif edilmiş Müqəddəs apostol Andrey Pervozvannı qılınclarla ilə verilir.
Müqəddəs apostol Andrey Pervozvannı ordeni (Rusiya Federasiyası)