Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Apostol Barnaba
Həvari Barnaba — Kiprli xristian müqəddəsi. Barnaba da Modena — İtaliya rəssamı. Barnaba İncili — son orta əsrlərdə yazılmış qeyri-kanonik, psevdopiqrafik incil. Müqəddəs Barnaba kilsəsi — Venesiya şəhərində kilsə.
Apostol Pyotr
Müqəddəs Pyotr (e.ə. 1 – ən tezi 13 oktyabr 64 və ən geci 68) — Xristianlıqda İsa peyğəmbərin on iki həvarisindən biri. Həmçinin İsa peyğəmbərin digər bir həvarisi olan Andreasın qardaşı. Xristianlığın katolik cərayanında ənənəvi olaraq ilk Roma Papası hesab edilir. Xristianlıqda adının əvvəlinə "Müqəddəs" titulu gətirilir. Qalileyada, Fələstində anadan olmuşdur. Əsl peşəsi balıqçılıq idi. Katolik kilsəsinə görə ilk Papa və İsa peyğəmbərin varisidir. 29 iyun 67-ci ildə çarmıxa çəkilərək öldürüldüyünə inanılır. Xristian ənənəsinə görə, Pyotr Romada İmperator Neronun rəhbərliyi altında tərs formada çarmıxa çəkildi.
Barnaba (Apostol)
Barnaba (yun. Βαρνάβας; ağıl) — İsanın həvarisi olduğu mübahisəli olan Kiprli xristian müqəddəsi. == Barnaba şərəfinə tikilmiş kilsələr == Nottinqem kilsəsi. == Həmçinin bax == Barnaba İncili == İstinadlar == == Ədəbiyyat == Послание Варнавы.// Памятники древней христианской письменности, т. II. Писания мужей Апостольских/ Пер. П. Преображенского. — М.: 1860.
Filip Apostol
Filipp (yun. Φίλιππος, Phílippos) — İsanın 12 həvarisindən biridir. Təxminən 80-ci ildə Hierapolis şəhərində çarmıxa çəkilərək edam edilmişdir. Məzarı 25 iyul 2011-ci ildə Hierapolis (Pamukqala) antik şəhərində, Şəhidlik təpəsində tapılmışdır.
Apostol inam rəmzi
Apostol inam rəmzi — ənənəvi olaraq 12 apostola aid inam rəmzi. Müasir formasını 8 əsrdə aldı. Roma-katolik praktikasında bu inam rəmzi gündəlik ibadətində oxunur. Protestant kilsələrində bazar günü ibadətində dövri olaraq işlədilmiş, lüteranlar və anqlikanlar onu müntəzəm surətdə səhər və axşam dualarında oxuyurlar. Pravoslav kilsələrində onun əvəzinə Nikeya inam rəmzi işlədilir.
Erməni Apostol Kilsəsi
Erməni Apostol Kilsəsi, Erməni Həvari Kilsəsi, Erməni Qriqorian Kilsəsi və ya Erməni Qriqoryan Kilsəsi (erm. Հայ Առաքելական Եկեղեցի, bəzən erm. Հայաստանեայց Առաքելական Եկեղեցի) — dini vəzifələri yerinə yetirməklə yanaşı, həm də erməni cəmiyyətinin həyatında aktiv rol oynayan qurum. Avtokefal antixalkidon kilsədir. Hal-hazırda iki katolikosat mövcuddur, biri Eçmiadzində (Üçkilsə kilsəsi), digəri isə Livanın Əntilyas şəhərində yerləşən Kilikiya katolikosluğudur. Eçmiadzindəki katolikosla Kilikiyadaki patriarx arasında, ilk baxışda çox gözə çarpmayan rəqabət mövcuddur. Katalikosun rəhbərlik etdiyi kilsəyə Rusiya, Ukrayna keçmiş SSRİ respublikalarında yerləşən yeparxiyalar habelə bir sıra Avropa ölkələrində yerləşən yeparxiyalar tabedir, Kilikiya katalikosluğu isə Livan, Suriya və Kiprdaki yeparxiyanı idarə edir. Bunlardan əlavə daha iki muxtar patriarxat mövcuddur ki, bunlar da İstanbul və Qüds patriarxatıdı. Qüds və İstanbul patriarxları Arxiyepiskop dini rütbəsinin daşıyıcısıdırlar. Qüds patriarxılığı İsrail və İordaniyanın erməni kilsələrini, İstanbul patriarxlığı isə Türkiyənin və Krit adasının erməni kilsələrini idarə edir.
Vatikan Apostol Kitabxanası
Vatikan Apostol Kitabxanası (lat. Bibliotheca Apostolica Vaticana) — Vatikanda kitabxana. Kitabxananın direktoru Jan-Lui Brügedir. Vatikan Apostol Kitabxanası (lat. Bibliotheca Apostolica Vaticana, italyanca: Biblioteca Apostolica Vaticana), daha çox Vatikan Kitabxanası və ya qeyri-rəsmi olaraq Vatikan kimi tanınan Vatikanda yerləşən Müqəddəs Taxt-Tacın kitabxanasıdır . O, rəsmi olaraq 1475-ci ildə yaradılmışdır, baxmayaraq ki, o, daha qədimdir - dünyanın ən qədim kitabxanalarından biridir və tarixi mətnlərin ən əhəmiyyətli kolleksiyalarından birini ehtiva edir. Tarix boyu 75.000 kodeks, həmçinin 8.500 inkunabula daxil olmaqla 1.1 milyon çap kitabı var. Vatikan Kitabxanası tarix, hüquq, fəlsəfə, elm və ilahiyyat üçün nəzərdə tutumuş tədqiqat kitabxanasıdır. Vatikan Kitabxanası öz ixtisaslarını və tədqiqat ehtiyaclarını sənədləşdirə bilən hər kəs üçün açıqdır. 1801-1990-cı illər arasında nəşr olunan kitabların səhifələrinin şəxsi öyrənilməsi üçün fotokopiyaları şəxsən və ya poçt vasitəsilə tələb oluna bilər.
Müqəddəs Apostol İoann kilsəsi (Sankt-Peterburq)
Müqəddəs Apostol İoann kilsəsi (est. Peterburi Jaani kirik, rus. Церковь Святого Апостола Иоанна, Sankt-Peterburq, Dekabristlər küçəsi (keçmiş Ofitserskaya küçəsi), 54) yevangelik-lüteran inancına məxsus eston-alman kilsəsi. Hazırda fəaliyyət göstərən İnqriyanın yevangelik-lüteran (İYLK) kilsəsidir. İcma 1731-ci ildə ilk kadet korpusunun binasında yaradılmışdır. 1834-cü ildə icma arxistraq Mixailin şərəfinə adlandırılmışdır . 1841-ci ildə imperator I Nikolay kilsənin şəxsi binalardan birinə köçürülməsini və xəzinədən icmanın gələcək inkişafı üçün əlavə vəsaitin ödənməsini əmr edir. Bundan sonra vahid alman və eston cəmiyyətinin bölünməsi baş vermişdir. Formal olaraq eston kilsəsi 1842-ci ilin may ayında təşkil olunmuşdur, xəzinə pullarına kilsə üzvləri görüşlər üçün bir ev kirayə götürmüşdü. Ofitserskaya küçəsində yerləşəcək 800 yerlik kilsənin təməli 24 iyun 1859-cu ildə qoyulmuş (memar Harald Andreyeviç Bosse) və artıq 27 noyabr 1860-cı ildə təqdis edilmişdir.
Müqəddəs Apostol Pyotr və Paulun kafedralı
Kamenets-Podolsk Müqəddəs Apostol Pyotr və Paulun kafedralı (ukr. Кафедральний костел святих Апостолів Петра і Павла в Кам'янці-Подільському) — Kamenets-Podolskidəki katolik kafedralı, mədəniyyət və memarlıq tarixinə bir abidə. Kamenets-Podolsk Katolik Yeparxiyasının kafedralı. Bunun çox böyük tarixi və mədəni əhəmiyyəti var. Memarlıq ansamblına Pyotr və Paul Kafedralı, zəng qülləsi, zəfər qapısı və türk minarəsi daxildir. İntibah, Barok, Neo-Qotik memarlıq xüsusiyyətlərini ehtiva edir. Kamenets Kafedralınin yaranma tarixi məlum deyil. Kilsənin təsvirlərindən məlum olur ki, o, 1375-ci ildə, ilk Kamenets yepiskopu Dominikan Uilyamın dövründə ağacdan tikilmişdir. Daş kilsənin tikintisi yepiskop Yakov Buçatskiyə (1502-1517) aid edilir. XVI əsrin ortalarında yepiskop Leonard Slonçevski (1547-1562) Ən Müqəddəslərin ibadətgahlarını və Qüsursuz Məryəmin Təsəllisini əlavə etdi.
"Müqəddəs apostol Andrey Pervozvannı" ordeni (Rusiya Federasiyası)
Müqəddəs apostol Andrey Pervozvannı ordeni — Rusiya Federasiyasının ali ordeni. Rusiya Federasiyası Prezidentinin 1 iyul 1998-ci il tarixli "Müqəddəs apostol Andrey Pervozvannı ordeninin bərpası Barədə" 757 saylı fərmanı ilə bərpa olunub.. == Nizamnamə == Rusiya Federasiyasının Prezidenti Boris Yeltsinin1 iyul 1998-ci il tarixli "Müqəddəs apostol Andrey Pervozvannı ordeninin bərpası Barədə" 757 saylı fərmanından çıxarış: Müqəddəs apostol Andrey Pervozvannı ordeni Rusiya Federasiyasının ali dövlət mükafatı sayılır. Müqəddəs apostol Andrey Pervozvannı ordeni ilə və digər vətəndaşlar Rusiya Federasiyasının görkəmli dövlət və ictimai xadimləri, Rusiyanın şöhrəti və əzəməti çiçəklənməsinə səbəb olan müstəsna xidmətlərinə görə təltif olunur. Xarici dövlətlərin başçıları və hökumət rəhbərləri Rusiya Federasiyası qarşısında görkəmli xidmətlərinə görə Müqəddəs apostol Andrey Pervozvannı ordeni ilə təltif oluna bilər. Müqəddəs apostol Andrey Pervozvannı ordeninin nişanı bu orden zəncirindən və ya rozetdə çiyin üzərində dolaşır. Müqəddəs apostol Andrey Pervozvannı ordeninin nişanın zəncirində taxılmasına xüsusilə təntənəli hallarda yol verilir. Rozetdə çiyin üzərində onun Müqəddəs apostol Andrey Pervozvannı ordeninin işarəsi sağ çiynə keçirilir. Müqəddəs apostol Andrey Pervozvannı ordeninin ulduzu sinənin sol tərəfində, aşağıda orden kötükləri, orden özü solda yerləşir. Döyüş əməliyyatlarında fərqlənməyə görə nişanını və ulduz ordeni ilə təltif edilmiş Müqəddəs apostol Andrey Pervozvannı qılınclarla ilə verilir.
Müqəddəs apostol Andrey Pervozvannı ordeni (Rusiya Federasiyası)
Müqəddəs apostol Andrey Pervozvannı ordeni — Rusiya Federasiyasının ali ordeni. Rusiya Federasiyası Prezidentinin 1 iyul 1998-ci il tarixli "Müqəddəs apostol Andrey Pervozvannı ordeninin bərpası Barədə" 757 saylı fərmanı ilə bərpa olunub.. Rusiya Federasiyasının Prezidenti Boris Yeltsinin1 iyul 1998-ci il tarixli "Müqəddəs apostol Andrey Pervozvannı ordeninin bərpası Barədə" 757 saylı fərmanından çıxarış: Müqəddəs apostol Andrey Pervozvannı ordeni Rusiya Federasiyasının ali dövlət mükafatı sayılır. Müqəddəs apostol Andrey Pervozvannı ordeni ilə və digər vətəndaşlar Rusiya Federasiyasının görkəmli dövlət və ictimai xadimləri, Rusiyanın şöhrəti və əzəməti çiçəklənməsinə səbəb olan müstəsna xidmətlərinə görə təltif olunur. Xarici dövlətlərin başçıları və hökumət rəhbərləri Rusiya Federasiyası qarşısında görkəmli xidmətlərinə görə Müqəddəs apostol Andrey Pervozvannı ordeni ilə təltif oluna bilər. Müqəddəs apostol Andrey Pervozvannı ordeninin nişanı bu orden zəncirindən və ya rozetdə çiyin üzərində dolaşır. Müqəddəs apostol Andrey Pervozvannı ordeninin nişanın zəncirində taxılmasına xüsusilə təntənəli hallarda yol verilir. Rozetdə çiyin üzərində onun Müqəddəs apostol Andrey Pervozvannı ordeninin işarəsi sağ çiynə keçirilir. Müqəddəs apostol Andrey Pervozvannı ordeninin ulduzu sinənin sol tərəfində, aşağıda orden kötükləri, orden özü solda yerləşir. Döyüş əməliyyatlarında fərqlənməyə görə nişanını və ulduz ordeni ilə təltif edilmiş Müqəddəs apostol Andrey Pervozvannı qılınclarla ilə verilir.
Apostolopulo binası
Apostolopulo binası — Rostov vilayəti Taqanroq şəhəri ərazisində yerləşən qədim bina. Apostolopulo binası Taqanroq şəhəri Frunze küçəsi, ev 26 ünvanında yerləşir. Frunze küçəsi ilə İtalyanskaya xiyabanının küncündə yerləşir. Bina 1870-ci illərdə inşa edilmişdir. == Tarixi == 1806-cı ildə I Aleksadrın əmri ilə Taqanroq ətrafında İvan Apostolopuloya 150 desyantin torpaq sahəsi bağışlanılmışdır. Nikolayevski küçəsi ev 28 (hazır ki Frunze küçəsi ev 26) ünvanında yerləşən ərazi 1870-ci ilin əvvəllərində Marii Apostolopuloya məxsus olmuşdur. 1880-ci ildə binanı Yakov Solomonoviç Parxonov satın alır. Bu evdə onun uşaqları Valentin Yakovlieviç Parnax (1891–1951) və Yelizabet Yakovlevns Taraxovskaya (1891–1968) anadan olmuşdur. 1890-cı illərdə binanı kəndli Kleopatra Karnovna Krasnokutskaya alır. XX əsrin əvvəllərində isə binanın sahibi şəhər məhkəməsinin üzvü Konstantin Konstantinoviç Popadulo olur.
Anna Apostolaki
Anna Apostolaki (yun. Άννα Αποστολάκη; 1880, Marqarit[d], Krit – 1958) — Yunanıstan arxeoloqu və muzey kuratoru. Əvvəlcə kurator, daha sonra Milli Dekorativ Sənət Muzeyinin direktoru vəzifələrində çalışan Anna Yunanıstanda ilk peşəkar arxeoloq qadın hesab olunur. Doktorluq dərəcəsi ilə məzun olan ilk qadınlardan biri olan Anna həm də Afina Arxeologiya Cəmiyyətinin ilk qadın üzvü və Xristian Arxeologiya Cəmiyyətinin ilk üzvlərindən idi. O, qədim tekstil sahəsində mütəxəssis idi və qədim naxışların və Yunanıstanın toxuculuq ənənələrinin qorunmasını təkcə qadınların ənənəvi işini dəstəkləmək deyil, həm də Yunanıstanın tarixinin müharibələrarası dövründə yunan millətçiliyini gücləndirmək üçün bir vasitə kimi görürdü. == Həyatı == Anna Apostolaki 1880-ci ildə o vaxtlar Osmanlı imperiyasının, indi isə Yunanıstanın bir hissəsi olan Krit adasında, Retimno vilayətində Marqarit şəhərində anadan olub. Atası əslən Elefterna şəhərindəndir. Osmanlı hakimiyyətinə qarşı yerli üsyanlar ailəsinin Pireyə, oradan da Afinaya qaçmasına səbəb olmuşdu. O, "Təhsilin Dostları Cəmiyyəti" tərəfindən idarə olunan "Arsakion" adlı qız məktəbində oxumuş və 1899-cu ildə müəllim kimi məzun olmuşdu. Müəllimlik həmin illərdə qadınların yiyələnə biləcəyi bir neçə peşədən biri idi.
Erməni Apastol Kilsəsi
Erməni Apostol Kilsəsi, Erməni Həvari Kilsəsi, Erməni Qriqorian Kilsəsi və ya Erməni Qriqoryan Kilsəsi (erm. Հայ Առաքելական Եկեղեցի, bəzən erm. Հայաստանեայց Առաքելական Եկեղեցի) — dini vəzifələri yerinə yetirməklə yanaşı, həm də erməni cəmiyyətinin həyatında aktiv rol oynayan qurum. Avtokefal antixalkidon kilsədir. Hal-hazırda iki katolikosat mövcuddur, biri Eçmiadzində (Üçkilsə kilsəsi), digəri isə Livanın Əntilyas şəhərində yerləşən Kilikiya katolikosluğudur. Eçmiadzindəki katolikosla Kilikiyadaki patriarx arasında, ilk baxışda çox gözə çarpmayan rəqabət mövcuddur. Katalikosun rəhbərlik etdiyi kilsəyə Rusiya, Ukrayna keçmiş SSRİ respublikalarında yerləşən yeparxiyalar habelə bir sıra Avropa ölkələrində yerləşən yeparxiyalar tabedir, Kilikiya katalikosluğu isə Livan, Suriya və Kiprdaki yeparxiyanı idarə edir. Bunlardan əlavə daha iki muxtar patriarxat mövcuddur ki, bunlar da İstanbul və Qüds patriarxatıdı. Qüds və İstanbul patriarxları Arxiyepiskop dini rütbəsinin daşıyıcısıdırlar. Qüds patriarxılığı İsrail və İordaniyanın erməni kilsələrini, İstanbul patriarxlığı isə Türkiyənin və Krit adasının erməni kilsələrini idarə edir.
Apoptoz
Apoptoz (yun. άπóπτωσις – yarpaq tökümü, ləçəklərin tökülməsi), proqramlaşdırılmış hüceyrə ölümü (PHÖ) – hüceyrənin öz-özünü məhv etməsi prosesi. Apoptoz konsepsiyası ümumi bioloji proqram kimi 1972-ci ildə ingilis alimləri C.Kerr, A.Villi və A.Kyurri tərəfindən işlənib hazırlanmışdır. Apoptozun mexanizmi heyvanlarda daha yaxşı öyrənilmişdir. Onlarda hüceyrə ölümünün iki mümkün variantı var: Apoptoz və nekroz. Apoptoz zamanı hüceyrənin həcmi kiçilir, onun nüvəsi və sitoplazması kondensasiya edir və DNT zənciri qırılır. Məhv olan hüceyrə membranla əhatə olunmuş apoptoz cismciklərə parçalanır və sonra faqositoza məruz qalaraq, makrofaqlar, yaxud qonşu hüceyrələr tərəfindən həzm edilir. Hüceyrənin məhv olmasının proqramlaşdırılmamış patoloji forması olan nekroz sitoplazmatik və hüceyrədaxili membranların parçalanması ilə xarakterizə olunur. Bu, fiziki və kimyəvi zədələnmələr (mexaniki zədə, donma, yanıq, oksigen çatışmazlığı, zəhərlənmə) nəticəsində baş verir. PHÖ-nün üç əsas fizioloji funksiyası var: 1) orqanizmin fərdi inkişafının və hüceyrənin diferensiasiyasının proqramlarla təmin edilməsi; 2) hüceyrə homeostazının saxlanması; 3) patogenlərdən müdafiə.
Apostrof
Apostrof (') — Yazıda istifadə olunan hərfüstü işarə. == Azərbaycan dilində == Adətən, Azərbaycan dilində kirilcə yazıda iki məqsədlə işlədilirdi: 1. Apostrof saitdən sonra, samitdən əvvəl qoyulmaqla həmin saitin uzun tələffüz olunmasını göstərdi. 2. Ərəb mənşəli sözlərdə apostrof samitdən sonra və saitdən əvvəl qoyulmaqla samiti saitdən ayırır və saitin aydın tələffüz olunmasına imkan yaradırdı. 2003-cü ilin sentyabr ayının 23-də Azərbaycan dilinin yeni Orfoqrafiya lüğətinə əsasən, apostrof işarəsi ləğv edilmişdir.
Sabine Postel
Sabine Postel (10 may 1954) — alman aktyor. 1982: Die Aufgabe des Dr. Graefe 1983: Engel auf Rädern 1984: The Brief 1986: Der Antrag 1986: Bankgeheimnisse 1987–1989: Ein Fall für zwei 1987: Großstadtrevier – Geleimt 1988: Wilder Westen inclusive 1988: Zwei alte Damen geben Gas 1989: Tatort: Der Pott 1989: Lindenstraße 1990: Das Erbe der Guldenburgs 1991: Leo und Charlotte 1992: Auf Achse 1992: Unser Lehrer Doktor Specht 1992: Schlafende Hunde 1993: Die schönsten Jahre unseres Lebens 1993–1996: Nicht von schlechten Eltern 1994: Ohne Schein läuft nichts 1994: Molls Reisen 1995: Alte Freunde küsst man nicht 1995: Die Kommissarin – Familienfest 1997: Frauen morden leichter 1997: Tatort als KHK’in Inga Lürsen, Folgen siehe 1998: Titus, der Satansbraten 1998: Der letzte Zeuge 1999: Pfeifer 1999: Heimatgeschichten 1999–2002: Nesthocker – Familie zu verschenken 2000: Die Cleveren 2001: Eiskalt 2001: Du bist mein Kind 2001: Ein mörderischer Plan 2004: Mein Mann und seine Mütter 2007: Erdbeereis mit Liebe 2007: Liebling, wir haben geerbt!
Katolski Posol
Katolski Posol () — Sorb kilsə qəzeti. Qəzetin naşiri Kiril və Methodiusun Sorb Cəmiyyətidir. Domovina nəşriyyatı tərəfindən nəşr edilmişdir. == Tarixi == Həftəlik 1863-cü ildə Mixal Qornik tərəfindən təsis edilib. Katolski Posol, "Katolik Serblər Assosiasiyası" (bu gün - Müqəddəs Kiril və Methodius Cəmiyyəti) sosial-mədəni təşkilatının köməyi ilə nəşr edilmişdir. 1923-cü ildə Meissen yeparxiyasının bərpa edilmiş ilk sinodunda qəzet kilsə əleyhinə meyllərdə ittiham edildi. Bundan sonra keşiş Yakub Skalinin təklifi ilə Kiril və Methodius cəmiyyətinin nəzarətinə keçib. 1939-cu ildən Milli Sosializm dövründə qəzet qadağan edildi. Müharibədən sonra katolik qəzeti üçün ADR hakimiyyət orqanlarından lisenziya almaq çox çətin idi. Yalnız 1950-ci ildə lisenziya qəzetə qaytarıldı, çünki Sovet hərbi rəhbərliyi və ADR hakimiyyəti kilsə mətbuatına mənfi münasibət bəsləyirdi.
Nicholas D'Agosto
Nicholas D'Agosto (1980-ci il, 17 aprel tarixində dünyaya gəlib) Amerikalı aktyordur. O, Final Destination 5 'dakı xilaskar və Heroes'dakı rolları ile tanınır. 2013'cü ildən etibarən Showtime kanalındakı Masters of Sex serialına çəkilməyə başlayır.