Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Apvellinq
Apvellinq (ing. up – yuxarıya + well – qalxma, fışqırma) – okean və dənizlərdə sahilə yaxın suların 100–200 m dərinlikdən səthə şaquli qalxması. Şelf zonasında küləklər və ya cərəyanlar vasitəsilə səth sularının açıq dənizə qovulması Apvellinq yaradır. Daimi Apvellinq zonaları ABŞ-nin q. sahillərində (Kaliforniya və Oreqon Apvelliqi), Peruda (Peru Apvellinqi), Afrikanın şm.-q. və c.-q. sahillərində (Kanar və Bengela Apvellinqi) və Avstraliya sahillərindədir. Yer kürəsində Apvellinq zonası 400000 km2-dir. Kontinentlərin sualtı yamaclarında fosforit çöküntülərinin əmələ gəlməsi Apvellinq hadisəsilə əlaqədardır. Sahilboyu Apvellinq zonasında külli miqdarda biogen elementlərin səthə çıxarılması balıq ovu üçün əlverişli şərait yaradır.
Apvelliq
Avellino
Avellino — İtaliyanın Kampaniya regionunda şəhər.
Avellino BK
"Eyr Avellino" (italyan dilində:Air Avellino), həmçinin "Feliçe Skandone" (italyan dilində:Felice Scandone) adı ilə də tanınır - İtaliyanın Avellino şəhərinin peşəkar basketbol klubu, 1948-ci ildə yaranmışdır. Klub İtaliyanın A seriyasında çıxış edir.