Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Saqqavaz
Saqqavaz (fars. سقاواز‎) — İranın Ərdəbil ostanının Kövsər şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 462 nəfər yaşayır (73 ailə).
Aqava
Aqava (lat. Agave) — aqavakimilər fəsiləsinə aid bitki cinsi. Gövdəsiz çoxillik bitki olub, qısa ağaclaşmış gövdəsi vardır. Latınca "Agave" adlanır. Ən çox Amerika və Meksikada geniş yayılmışdır. Öz vətənində bitki çox iridir (3 m). Aqavalar ömründə bir dəfə çiçəkləyir. Buna görə də monokarp bitki adlanırlar. Ömrünün 6–10-cu ilində aqavanın mərkəzi yarpaqlarının arasında çiçək oxu əmələ gəlir, inkişaf edərək 10–12 m hündürlüyə qalxır. Saplağın üzərində 4000-ə qədər çiçək olur.
Aqava (nereida)
Aqava — yunan mifologiyasında nereida, Nerey və Doridanın qızı.
Ağcayazı
Ağcayazı (Laçın) — Azərbaycanın Laçın rayonunda kənd. Aşağı Ağcayazı — Azərbaycanın Ağdaş rayonunda kənd. Yuxarı Ağcayazı — Azərbaycanın Ağdaş rayonunda kənd. Ağcayazı — Laçın rayonu ərazisində düz. Ağcayazı — Laçın rayonu ərazisində dağ.
Ağçala
Ağçala — Tiflis quberniyasının Borçalı qəzasında dağ adı. == Toponimkası == Ağçala- Tiflis quberniyasının Borçalı qəzasında dağ adı. Digər adı Qaranlıq. Azərbaycan dilində ağ və çala "çuxur" "su yığılan çökək yer", "yağış və qar suları yığılan yer" sözlərindən ibarətdir. Qeyd etmək lazımdır ki, Gürcüstanın türk toponimiyasında "çala" sözü bir neçə Çala toponimindən başqa Alaçala, Quluçala, Qaraçala, Yuxarı Avçala, Ovçala, Sarıçala, Ortaçala, Sərtçala və b.yaşayış məntəqə adlarından da əksini tapmışdır. 1447-ci ilə aid gürcücə bir sənəddə Gürcüstanda Avçala kənd adı çəkilmişdir. Çala sözünün türkmənşəli olması Dağ Borçalının (indi Ermənistanda Taşir rayonunda) Cücəkənd (Qızıl Şəfəq) kəndinin ərazisində Xırdaçalalar gölməçə adları ilə də təsdiqlənir. Lakin Gürcüstan toponimiyasında "çala" Azərbaycan dilindəki "çala" sözü "çökək yer" mənasında yox, türk dillərindəki çalı "kol - kosluq", "su kənarı kolluq" sözündəndir. Bu toponimlərdə "çala" XIX əsrdə Azərbaycanda Nuxa və Cavad qəzalarında Ağçala və indi Qaraçala, Neftçala, Biləsuvar rayonunda Mahmudçala, Bağırçala, Şərifçala, Xan qalası, Ağçala, Şorçala və b. toponimlərdə "çala" sözü ilə mənaca eynidir.
Ağacavad Mütəllimzadə
Ağacavad Əlizadə
Əlizadə Ağacavad Əbdülhəsən oğlu (21 mart 1928, Salyan, Salyan qəzası – 25 aprel 1995) — şair, publisist, tərcüməçi, 1962-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü. == Həyatı == Ağacavad Əlizadə 1928-ci il martın 21-də Azərbaycanın Salyan şəhərində anadan olmuşdur. Bakıda 40 saylı fəhlə-gənclər orta məktəbini bitirdikdən sonra ADU-nun filologiya fakültəsində təhsil almışdır (1953–1958). Əmək fəaliyyətinə Salyan mərkəzi kitabxanasında kitabxanaçı kimi başlamışdır (1942–1944). Sonra Salyan Dövlət Dram teatrında aktyor və rejissor müavini (1944–1948), Salyan rayonu 2 saylı uşaq evində pioner baş dəstə rəhbəri, radio qovşağında ədəbi müvəkkil və direktor (1948–1949), yenə kitabxanaçı, mədəniyyət evində təlimatçı, eyni zamanda pioner və məktəblilər evinin direktoru, "Qələbə" qəzeti redaksiyasında məsul katib olmuşdur. O, universitetdə tələbəlik dövründə "Lenin tərbiyəsi ugrunda" çoxtirajlı qəzet redaksiyasında məsul katib, təyinatla "Bakı" axşam qəzeti redaksiyasında məsul katibin müavini və tərcüməçi (1958–1960), "Azərbaycan" jurnalı redaksiyasında ədəbi işçi, tənqid və biblioqrafıya şöbəsinin müdiri, məsul katib, "Ədəbiyyat və incəsənət" qəzeti redaksiyasında məsul katib (1960–1976), "Yazıçı" nəşriyyatında böyük redaktor (1978–1987) işləmişdir. İlk mətbu şeri "9 May" 1946-cı ildə Salyan rayonunun "Sosializm yolu" qəzetində çap olunmuşdur. Dövri mətbuatda müntəzəm çıxış etmişdir. Oçerk, publisistika və bədii tərcümə ilə də ardıcıl məşğul olmuşdur. Bir sıra televiziya filmlərinin ssenari müəllifıdir.
Ağcayazı (Laçın)
Ağcayazı — Azərbaycan Respublikasının Laçın rayonu Arduşlu kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Laçın rayonunun Vaqazin kənd Sovetindən Ağcayazı kəndi Ardıclı kənd Sovetinin tərkibinə verilmişdir. 1992-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 2020-ci ildə İkinci Qarabağ müharibəsi sonunda imzalanmış atəşkəs bəyanatına əsasən 1 dekabr 2020-ci ildə Azərbaycan Respublikası Silahlı Qüvvələri tərəfindən işğaldan azad olunub. == Toponimikası == Oykonim ağca (ağımtıl; quru; şumlanmamış bozumtul torpaq) və yazı (çöl, düz, düzənlik, səhra) sözlərindən düzəlib, "ağımtıl, bozumtul düzən, çöl" deməkdir. Ağdaş rayonu ərazisində Aşağı və Yuxarı Ağcayazı adlı iki kənd var. == Tarixi == == Coğrafiyası və iqlimi == Kənd rayon mərkəzindən təxminən 43 km. şimal qərbdə yerləşir. == Əhalisi == Əhalisi 124 nəfərdir. Kənd əhalisi azərbaycanlılardan ibarətdir.
Ağçadam (Qəzvin)
Ağçadam - İranın Qəzvin ostanında kənd.. == Coğrafi yerləşməsi == Mərkəzi şəhristanının Avəc bölgəsinin Şərqi Xərəqan kəndistanında, Avəc qəsəbəsindən 38 km şərqdədir.
Aşağı Ağcayazı
Aşağı Ağcayazı — Azərbaycan Respublikasının Ağdaş rayonunun Yuxarı Ağcayazı kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Ağdaş rayonunun Yuxarı Qolqəti kənd Sovetinin Aşağı Ağcayazı kəndi Dəhnəxəlil kənd Sovetinin tərkibinə verilmişdir. Azərbaycan Respublikası Milli Məclisinin 9 oktyabr 2007-ci il tarixli, 425-IIIQ saylı Qərarı ilə Ağdaş rayonunun Aşağı Ağcayazı kəndi Dəhnəxəlil kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, Yuxarı Ağcayazı kəndi mərkəz olmaqla, Yuxarı Ağcayazı kənd inzibati ərazi dairəsi yaradılmışdır. == Toponimikası == Kənd XIX əsrin ortalarında Ağçayazı (indiki Yuxarı Ağçayazı) kəndindən çıxmış ərəbəbdülkərim tayfasına mənsub olan ailələrin məskunlaşması nəticəsində yaranmışdır. Birinci komponent ərazidəki eyniadlı iki yaşayış məntəqəsini fərqləndirmək məqsədilə işlənir. Oykonim "Aşağıda yerləşən Ağçayazı kəndinin aşağı hissəsi" deməkdir. == Tarixi == == Coğrafiyası və iqlimi == Kənd Şirvan düzündə yerləşir.
Yuxarı Ağcayazı
Yuxarı Ağcayazı — Azərbaycan Respublikasının Ağdaş rayonunun Yuxarı Ağcayazı kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Ağdaş rayonunun Yuxarı Qolqəti kənd Sovetinin Yuxarı Ağcayazı kəndi Dəhnəxəlil kənd Sovetinin tərkibinə verilmişdir. Azərbaycan Respublikası Milli Məclisinin 9 oktyabr 2007-ci il tarixli, 425-IIIQ saylı Qərarı ilə Ağdaş rayonunun Yuxarı Ağcayazı kəndi Dəhnəxəlil kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla, Yuxarı Ağcayazı kənd inzibati ərazi dairəsi yaradılmışdır. Ağdaşda iki eyniadlı kənd olduğu üçün birinci komponent həmin yaşayış məntəqələrini fərqləndirmək məqəsdi ilə işlədilir. Toponim türk mənşəli "ağca" — rəng, "yazı" isə — çöl, düz, düzənlik mənasını ifadə edir. Kənd 1712-ci ildə yaranmışdır. Kənd rayon mərkəzindən 27 km aralı, Şirvan düzündə yerləşir. Əhalisi 641 nəfərdir Heydərov Arif Nəzər oğlu – Azərbaycan SSR daxili işlər naziri Kərimov Xaləddin Telman oğlu (1968–1992) Kərimov Tərlan Ağabala oğlu (1972–1992) Əhmədov Faiz Mahmud oğlu (1956–1993) Səlimzadə Ramil Raqif oğlu Kəndin ərazisi 717 ha, kənddəki təsərrüfatların sayı 200-dür. Əhali əsasən əkinçilik, maldarlıq və meyvə-tərəvəzçiliklə məşğul olur. Kənddə klub və kitabxana mövcuddur.
Ağçala dağı
Ağçala dağı Gürcüstan Respublikasının Borçalı bölgəsində yaşayan azərbaycanlılara məxsus Qaraxaç yaylaqlarında yerləşən və regionda ən uca dağ. Gürcüstanın Ermənistanla sərhəd xəttinin üzərində, Ağçala çayının yuxarı axarında və Dibsiz gölünün üzərində kəskin parçalanmış dağ-nival hündürlük qurşağına yerləşir. Hündürlüyü 3196 metr təşkil edir. 80-ci illərdən erməni mənbələrində adı erməniləşdirilərək Açkasar kimi təqdim edilir.
Ağçala gölü
Ağçala — Muğan düzünün cənub şərqində bataqlıq göl. == Toponimikası == 1896-cı ildə Araz çayı daşıb Muğan düzünü basarkən Ağçala, Mahmudçala və Cavadçala gölləri yaranmışdı. Hazırda Mahmudçala gölü bataqlığa çevrilmiş və öz növbəsində iki hissədən - Mahmudçala və Ağçala göllərindən ibarət olmuşdur. Beləliklə, ərazidə iki Ağçala gölü meydana gəlmişdir. Əvvəllər göl Araz çayı daşan zaman dolurdu. İndi isə gölə su Muğanın suvarma kanallarından və Bolqarçayın artıq sularından toplanır. Hidronim ağ və çala (çökək yer, çuxur yer; dərə, quyu; əkilməmiş yer; yağış və çay sularının doldurulduğu çökək) sözlərindən düzəlmişdir. Tədqiqatçıların bir qismi bu hidronimin suyun keyfiyyəti ilə bağlı olduğunu söyləyir. Bəzi tədqiqatçılar isə çalanın yay fəslində suyunun qurumasından duzların üzə çıxması və ağ rəngdə olması ilə əlaqələndirirlər. Mənbələrdə təkcə Salyan və Biləsuvar rayonları ərazisində 4 Ağçala adlı gölün olduğu göstərilir.
Söyüdlər ağlamaz (opera)
Söyüdlər ağlamır — Əfrasiyab Bədəlbəylinin 1971-ci ildə tamaşaya qoyduğu opera. İlk dəfə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında səhnəyə qoyulub. Azərbaycan xalqının Böyük Vətən Müharibəsi dönəmində cəbhədə və cəbhə arxası göstərdiyi qəhrəmanlıqdan bəhs edir.
Yuxarı Ağcayazı bələdiyyəsi
Ağdaş bələdiyyələri — Ağdaş rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Özü düşən ağlamaz
Özü Düşən Ağlamaz — türk romantik-komediya filmdir.
Agava amerikana
== Sinonim == Agave altissima Zumagl. Agave americana subsp. americana Agave americana var. americana Agave americana var. marginata Trel. Agave americana var. mediopicta Trel. Agave americana var. picta (Salm-Dyck) A.Terracc. Agave americana f.
Qışlaq-i Ağcaran (Biləsuvar)
Qışlaq-i Ağcaran (fars. قشلاق اغجاران‎) — İranın Ərdəbil ostanının Biləsuvar şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 66 nəfər yaşayır (12 ailə).
Özü düşən ağlamaz (serial)
Özü Düşən Ağlamaz — türk romantik-komediya filmdir.
Özü Düşən Ağlamaz (teleserial, 2023)
Özü Düşən Ağlamaz — türk romantik-komediya filmdir.