Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Aqressiya
Aqressiya (lat. aggredi - "hücum etmək" deməkdir) — bir canlı varlığın digər canlı varlığa fiziki və ya mənəvi hücum edərək zərər vermək istəməsi. Aqressiya hər hansı əşyaya qarşı da yönələ bilər. Şərti olaraq aqressiyanı 2 növə bölürlər: Düşmənçilik məqsədilə, kiməsə zərər yetirmək üçün; İnstrumental -məqsədə çatmaq üçün; == Uşaqlarda aqressiyanın səbəbləri == 3 yaşa qədər uşaqlarda aqressiyanın növləri: 1-2 yaşda qıcıqlandırıcı amilə qarşı (iynə vurmada, tanımadığı insanların əhatəsində) 2-2,5 yaşda öz yaşıdlarına qarşı. Özünə aid olan hər şeyi tələb edir və müdafiə edir. 3 yaşda daha çox instrumental aqressiyaya rast gəlinir. Öz istəklərinə çatmaq istəyi baş qaldırır (qışqırır və ya ağlayır) === Orqanik səbəblər === Beyində iltihablanma kimi problemlər aqressiyaya səbəb ola bilər. Belə bir vəziyyətdə dərmanlı müalicə lazımdır. Uşağın yığılan enerjisini necə boşaldacağını bilməməsi. Uşağın müşahidə etdiyi aqressiv nümunə :Bu model uşağın öz valideynləri ola biləcəyi kimi, yoldaşı, bir yaxını və ya Tv qəhrəmanı ola bilər.
Aqresiya

Aqreqasiya
AQREQASİYA (yun. aggrego – birləşdirirəm) — müxtəlif və eyni canlı orqanizmlərin bir yerə toplanması (yığılması). Heyvanlar (həşəratlar, balıqlar, quşlar, müxtəlif məməlilər) aqreqasiyadan yem əldə etmək, yırtıcılardan və əlverişsiz mühit şəraitindən mühafizə olunmaq üçün istifadə edirlər == İstinadlar == == Ədəbiyyat == R.Ə.Əliyeva, Q.T.Mustafayev. “Ekologiya” dərs vəsaiti. Bakı, “Bakı Dövlət Universiteti” nəşriyyatı, 2004, s. 379 – 384. Q.Ş.Məmmədov, M.Y.Xəlilov. Ekoloqların məlumat kitabı. Bakı, “Elm”, 2003, s. 5 – 37.
Deqressiya
Deqressiya – bioloji növün və ya biosenozun tərkibinin kəskin azalıb zəifləməsi. Deqressiyanın çox vaxt antropogen səbəbdən baş verdiyi müşahidə olunur.
Diqressiya
Diqressiya — ekosistemin vəziyyətinin pisləşməsi. == Ədəbiyyat == R.Ə.Əliyeva, Q.T.Mustafayev, S.R.Hacıyeva. “Ekologiyanın əsasları” (Ali məktəblər üçün dərslik). Bakı, “Bakı Universiteti” nəşriyyatı, 2006, s. 478 – 528.
Reqressiya
Reqressiya — (rus. регрессия , ing. regression) dənizin tədricən sahillərdən geri çəkilməsi, qurunun qalxması və ya okean dibinin enməsi. Qapalı su hövzələrində iqlim şəraitinin dəyişməsi təsirindən hövzələrdə su həcminin azalması ilə əlaqədardır. Dünya okeanı hövzəsində su həcminin azalması (məs., Buzlaq epoxalarında) nəticəsində baş verir. Qapalı su hövzələrində (Xəzər dənizi və s.) Reqressiya iqlim şəraitinin dəyişməsi təsirindən hövzələrdə su həcminin azalması ilə əlaqədardır. Xəzər dənizi dəfələrlə Reqressiyaya məruz qalmışdır. == Ümumi məlumat == Dəniz reqressiyası – transqressiyanın əksidir, bu zaman dəniz səviyyəsi quruya nisbətən düşür və sahil xətti keçmiş dəniz dibinə doğru yerini dəyişir. Çökmə süxurların fasiyasının (litoloji və üzvü tərkibinin) dəyişməsi dəniz transqressiyası və reqressiyasının sübutlarıdır. Pleystosen dövründə Azərbaycan ərazisində Xəzər dənizi ilə əlaqədar üç transqressiya və üç reqressiya hadisəsinin baş verdiyi bildirilir (A.V.Məmmədov, B.D.Ələsgərov, 2002).
İnqressiya
İnqressiya (lat. ingressio – daxil olma) — dəniz səviyyəsinin qalxması və ya sahil boyu qurunun çökməsi nəticəsində dəniz sularının sahilinin alçaq yerlərini basması hadisəsidir. İnqressiya nəticəsində girintili-çıxıntılı sahil xətti ilə xarakterizə olunan iqressiya tipli sahil əmələ gəlir.
Qrafik reqressiya
Qrafik reqressiya — statistik proqnozlar qrafik reqressiyanın köməyi ilə də verilə bilər. Bu zaman prediktor ədədi qiymətlə və ya keyfiyyət xarakterli göstəricilərlə verilə bilər. Bu üsul təcrübədə geniş şəkildə istifadə olunur. Burada X3 predikantı, X1 və X2 prediktorlarının funksiyaları kimi verilir. Qrafik reqressiya üsulunun mənfi cəhəti bu üsulun subyektiv xarakter daşımasıdır. Məlumdur ki, izoxəttlər nə qədər sadə olsa, götürülən kəmiyyət daha da statistik cəhətdən yararlı sayılır. Qrafik reqressiya üsulunun köməyilə hesablamalar sadələşdirilir və gözlənilən kəmiyyətin alınması sadələşir.
Reqressiya analizi
Reqressiya analizi — bir və ya bir neçə asılı olmayan dəyişənin digər asılı dəyişənə təsirinin statistik analiz üsulu. Məqsədi bir asılı olan, və bir və ya bir neçə asılı olmayan dəyişənlər arasındakı münasibəti araşdırmaqdır. Burada asılı dəyişənlərin sistematik təsiri nəticəsində asılı olmayan dəyişənlərin özlərini aparmasını izah etmək və onları təsadüfi təsirlərdən ayırd etmək əsas məsələlərdəndir. Asılı olmayan dəyişənlərə reqressorlar və ya prediktorlar, asılı olan dəyişənlər isə kriterial dəyişənlər adlanır. Tədqiqatda yalnız riyazi asılılıq nəzərdə tutulur. Araşdırılan prosesə misal kimi mexaniki emalda kəsmə qüvvəsinin dəyişməsi (asılı olan dəyişən) ilə prosesin gedişini müəyyənləşdirən kəsmə parametrləri (asılı olmayan dəyişən) arasındakı asılılığın təyinini göstərmək olar. Dəyişənlər arasındakı münasibət birölçülü halda y = f ( x ) + e {\displaystyle y=f(x)+e\quad } , formada,n-ölçülü halda isə y = f ( x 1 , x 2 , … , x n ) + e {\displaystyle y=f(x_{1},x_{2},\dotsc ,x_{n})+e\quad } formada axtarılır. Burada y asılı olan dəyişən (parametr), x isə asılı olmayan dəyişənlərdir (parametrlər). f axtarılan və ya qəbul olunmuş funksiyadır. e ilə xətanı təsvir edirlər.
Aqressiv su
Aqressiv su — metal, beton, və s.-nin dağılmasına səbəb olan tərkibində kimyəvi maddələr saxlayan su. == Tərkibi == Tərkibində xlorid turşusu,sulfat turşusu və ammonyak duzları saxlayan su xüsusilə aqressivdir. == Mənbə == Məmmədov Q.Ş. Xəlilov M.Y. Ekoloqların məlumat kitabı. "Elm" nəşriyyatı. Bakı: 2003. 516 s.