Reqressiya analizi
Reqressiya analizi — bir və ya bir neçə asılı olmayan dəyişənin digər asılı dəyişənə təsirinin statistik analiz üsulu. Məqsədi bir asılı olan, və bir və ya bir neçə asılı olmayan dəyişənlər arasındakı münasibəti araşdırmaqdır. Burada asılı dəyişənlərin sistematik təsiri nəticəsində asılı olmayan dəyişənlərin özlərini aparmasını izah etmək və onları təsadüfi təsirlərdən ayırd etmək əsas məsələlərdəndir.
Asılı olmayan dəyişənlərə reqressorlar və ya prediktorlar, asılı olan dəyişənlər isə kriterial dəyişənlər adlanır. Tədqiqatda yalnız riyazi asılılıq nəzərdə tutulur.
Araşdırılan prosesə misal kimi mexaniki emalda kəsmə qüvvəsinin dəyişməsi (asılı olan dəyişən) ilə prosesin gedişini müəyyənləşdirən kəsmə parametrləri (asılı olmayan dəyişən) arasındakı asılılığın təyinini göstərmək olar.
Dəyişənlər arasındakı münasibət birölçülü halda
y
=
f
(
x
)
+
e
{\displaystyle y=f(x)+e\quad }
, formada,
n-ölçülü halda isə
y
=
f
(
x
1
,
x
2
,
…
,
x
n
)
+
e
{\displaystyle y=f(x_{1},x_{2},\dotsc ,x_{n})+e\quad }
formada axtarılır. Burada y asılı olan dəyişən (parametr), x isə asılı olmayan dəyişənlərdir (parametrlər). f axtarılan və ya qəbul olunmuş funksiyadır. e ilə xətanı təsvir edirlər.