Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Aqrosenozlar
Aqrosenozlar – kənd təsərrüfatında istifadə olunan torpaqlarda kənd təsərrüfatı məhsulları əldə etmək məqsədilə yaradılan xüsusi biosenozlardır. Bu biosenozlar müntəzəm olaraq insan tərəfindən saxlanmış bioloji qruplaşmalar olub, ekoloji baxımdan az davamlı, lakin yüksək məhsuldarlığa malik bir və ya bir neçə seçilmiş bitki və ya heyvan növləridir (çeşidlər, cinslər).
Prosenoz
Prosenoz – Ümumi (Bıkov, 1957), müvəqqəti qruplaşma (Sukaçov, 1917), pioner senozu (Ramenski, 1938), qruplaşma (Alyoxin, 1938), koloniya (Şaxov, 1946), prosenoz və yalançı fitosenoz (Neuhasl, 1963) – orqanizmlərin birgə məskunlaşmasının qeyri sabit davamsız forması, biosenozun təşəkkül və ya sönmə fazası. == Ümumi məlumat == Prosenozun başlanğıc mərhələsi üçün aşağıdakılar adi haldır: növlərin təsadüfən yığımı, onların diasporları külək, su və digər amillərlə asanlıqla aparılır; tez inkişaf edən, tez və bol meyvə (toxum) verən (xüsusilə bir-ikillik) və vegetativ çoxalan bitkilər; ekotopun tam tutulması; ilbəil güclü dəyişmə. Tərkibinə görə prosenozlar bir neçə qrupa bölünə bilər. Prosenozlar- kaloniyalar adətən bir ekobiomorfun bir və ya bir neçə növünün məskunlaşması. Onların populyasiyalarının sayı hər il kəskin dəyişir, biosenoloji mühit əmələ gəlmir. Prosenozlar- qruplaşmalar – tərkibi xeyli müxtəlifdir, bir və bir neçə ekobiomorfa aiddir.