Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Armatur
Armatur (boru) — Boru xətlərində işçi mühitin tənzimlənməsinə xidmət edir. Armatur (tikinti) — Tikintidə istifadə olunan dəmir-beton materilının əsas tərkib hissəsdir.
Armatur (boru)
Armatur boru və boru şəbəkələrini kəsmək, tənzimləmək və qapamaq üçün tətbiq edilən qurğudur. Armaturlar (latınca “silahlanmış”) texnikada çox geniş tətbiq sahəsinə malikdir. Burada boru xətlərində tətbiq olunan bütün avadanlıqlar nəzərdə tutulur. Ona qoyulan əsas tələbat material axının tənzimlənməsidir. Bu, müxtəlif armatur növləri ilə yerinə yetirilir. == Təsnifatı == Armaturlar arasında tipik fərq droselin və ya qapayıcı elementin borunun en kəsiyinə və axına görə vəziyyəti ilə müəyyən olunur. Müxtəlif konstruksiyalardan, tətbiq sahələrin-dən, drosselin formasından, kipləşdirmə formasından və axan mayenin növündən asılı olaraq çoxlu sayda armatur növləri yaradılmışdır. Ventil qrupuna bağlayıcı, təhlükəsizlik, əksəlaqə və buraxıcı ventillər aiddirlər. Konus və kipləşdirici hissələrin formaları mayedəki təzyiq fərqindən və tənzimləmə xassələrindən asılı olaraq təyin olunurlar. Klapanlar bağlayıcı, tənzimləyici və təhlükəsizliyi təmin edən olurlar.
Armatur (tikinti)
Armatur ― dəmr-beton tiklilərdə betonla birləşərək dartılmada yaranan gərginliyi, həmçinin sıxılmış zonalarda betonu bərkitmək üçün tətbiq olunan, bir neçə metal elementin birləşməsidir. Armaturun elementləri sərt (yayılmış ikitavrlar, şveller, bucaqlar) və elastiki (hamar və perodik profilin ayrı-ayrı içlikləri, həmçinin qaynaqlanmış və ya hörülmüş torlar və karkaslar) olanlara bölünürlər. Armatur içliklər poaddan (armatur poladı), kompozitlərdən və s. hazırlana bilir. == Təsnifatı == Armaturlar bir çox göstəricilərinə görə sinifləşdirilirlər: təyinatıa görə, konstruksiyasına görə, tətbiq sahəsinə görə, materialın növünə görə. === Təyinatına görə === Təyinatına görə armaturları bölürlər: işçi armaturalar (en kəsiyi hesablanır, əsas yükün götürülüməsinə xidmət edir, konstruktiv (en kəsiyi armatural örtülmənin ən kiçik faizinə əsasən tapılır, sıxılma və genişlənmə, həmçinin temperaturdan yaranan *deformasiyaları öz üzərinə götürür), yığım (işçi zonaları birləşdirmək üçün tətbiq olunurlar), lövbər === Konstruksiyasına görə === Armaturlar konstruksiyasına görə bölünürlər: eninə olan armaturlar- dayaq yaxınlığında cəmlənən gərginlikdın yarana biləcək maili çatların qarşısını almağa xidmət edir və betonu ensiz zonalarda əlaqələndirir. uzununa olan armaturlar - konstruksiyalarda dartılmada yaranan gərginliyi qəbul edir və şaquli çatların yaranmasının qarşısını alır. === Tətbiq sahəsinə görə === Tətbiq sahəsinə görə aşağıdakı armatur növləri mövcuddurlar: əyiləbilən armaturlar, sərt armaturlar. Əyiləbilən armaturlar dəmir-beton konstruksiyalarında yalnız işçi element kimi istifadə edilr. == Armaturun betonla birləşməsi == Armaturun betonla birləşməsi üç əsas amillə təmin edilir: Betona armaturun mexaniki birləşməsi sayəsində betonun əzilməyə və kəsilməyə müqaviməti artr.
Echinops armatus var. armatus
Echinops armatus (lat. Echinops armatus) — mürəkkəbçiçəklilər fəsiləsinin toppuztikan cinsinə aid bitki növü. == Sinonim == Echinops armatus var.
Echinops armatus
Echinops armatus (lat. Echinops armatus) — mürəkkəbçiçəklilər fəsiləsinin toppuztikan cinsinə aid bitki növü. == Sinonim == Echinops armatus var.
Ricinus armatus
Adi gənəgərçək (lat. Ricinus communis) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin südləyənkimilər fəsiləsinin gənəgərçək cinsinə aid bitki növü. == Təsiri == Adi gənəgərçək birillik bitki olub, südləyən fəsiləsinə aiddir. Bu bitkidə zəhərli təsir göstərən iki maddə var. Hoksaalbumin, ribin və risinin alkaloididir. Hoksaalbumin qüvvətli zəhərdir. Yalnız toxumunun üst qatında olur (0,1 faizə qədər). Risin bitkinin bütün hissələrində mövcuddur (toxumunda 0,15%, yarpaqlarında 1,37 %-ə qədərdir. Bütün növ heyvanlar onun toxumunu və ya jımıxını yedikdə zəhərlənir. Bəzi məlumatlara görə onun toxumunun ölüm dozası atlara 30-50 qram, qaramala 350-400 qram, donuzlara 60 qram, qoyunlara 30 qram, buzovlara 20 qram həcmindədir.
Ricinus communis var. armatus

Mete Atatüre
Mete Atatüre (türk. Mete Atatüre; d.19 fevral 1975, Kayseri, Türkiyə) — Türk fizik və akademik. Kembric Universiteti fizika kafedrasının müəllimidir. Kvant fizikası sahəsində çalışır. İşığın dərinliyini daha yaxşı anlamaq üçün araşdırma aparmış Atatüre 2015-ci ildə ölçülməsi qeyri-mümkün hesab edilən "işıq səviyyəsinin ölçülməsi" tətbiqini nəzərdən keçirdi. == Həyatı == 1975-ci ildə Kayseri şəhərində anadan olub. 1992-ci ildə Ankara Qazi Anadolu orta məktəbində orta təhsil, 1996-cı ildə Bilkənt Universitetinin fizika fakültəsində ali təhsilini. Boston Universitetinin kvant vizualizasiya laboratoriyasında isə doktorluq təhsilini bitirmiş, dərəcəsini almışdır. 2002-2007-ci illərdə Sürix Federal Texnologiya İnstitutunun kvant fotonikası qrupunda Ataç İmamoğlu ilə birlikdə işləmişdir. 2007-ci ildə Kembric Universitetinin Kavendiş Laboratoriyasında müəllim kimi fəaliyyətə başlamışdır.